📢📢📢BAĞLAMANI BƏYAN ETMƏK NİYƏ VACİBDİR VƏ BƏYANNAMƏ NƏDİR? Smart Customs-da bəyan etmək qaydası!

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • Bəyən!
    Paylaş!
    Abone Ol!
    Smart Customs-da bəyan etmək qaydası! Xaricdən etdiyimiz sifarişləri e-Customda necə bəyan edərik?
    BAĞLAMANI BƏYAN ETMƏK NİYƏ VACİBDİR VƏ BƏYANNAMƏ NƏDİR?📢📢📢
    Bağlamanın bəyan edilməsi Azərbaycan gömrüyündən keçməsi üçün vacibdir.
    Bəyannamədə qeyd etdiyiniz məlumat, bağlamanın daxilindəki məhsul ilə eyni olmalıdır :
    Kateqoriya, məhsulun adı, miqdarı və ümumi dəyəri.
    Gömrük inspektoru, yoxlama zamanı bağlamanın daxilindəki məhsulların bəyannamə ilə uyğun olmadığı təqdirdə, bağlamanı saxlaya bilər.
    Bəyannamə aşağıdakı kimi olmalıdır :
    1.«Gözlənilir» bölümünə,satıcı tərəfindən verilən izləmə nömrəsini (tracking number) əlavə edin.
    DİQQƏT :Satıcı izləmə nömrəsini vermədiyi təqdirdə, bağlamanın ABŞ anbarına çatmasını gözləyin, bağlamanıza avtomatik yaradılan izləmə nömrəsi ilə əlavə olunacaq ("ABŞ anbarında" bölümünə).
    2.Bağlamanızı bəyan edin :internet-mağazanın adını seçin, kateqoriya, məhsul haqqında dəqiq və qısa məlumat, miqdarı və ümumi dəyəri.
    QEYD: təsviri qısa yazın, məsələn (geyim, TV, ayaqqabı və sairə).
    Bəyannaməni tamamlamaq üçün, satıcı tərəfindən verilən orijinal invoysu da mütləq əlavə edin.
    QEYD : Orijinal invoys yalnız WORD və ya PDF faylda olmalıdır. İNFORMASİYA AD SOYAD,TOTAL QİYMƏT VƏ MƏHSULUN ADINDAN İBARƏT OLMALIDIR.
    3. Bəyan etdikdən dərhal sonra bağlamanız «Gözlənilir» bölümündə görünəcək və ehtiyacınız olarsa əlavə xidmətlər də seçə bilərsiniz.
    #e.customs.gov.az #bəyan #bəyanet #smartcustom
    Məni İnstagramdan İzləyin: www.instagram....
    Məni TikTokdan İzləyin: www.tiktok.com...

КОМЕНТАРІ • 26

  • @goncarahimova8166
    @goncarahimova8166 Рік тому

    Çox sağ olun, Xaliq bəy👍🏻

  • @ayl4vly_
    @ayl4vly_ 4 місяці тому

    Salam men beyan edende sehflikle 26 dollarliq seyi 2 dollar qeyd etmisem bunu nece duzelde bilerem?

  • @tarix_dersleri_ilkin_seferli

    Əla

  • @adileekberova1889
    @adileekberova1889 10 місяців тому +1

    Salam Xaliq Bəy Mən Sima ilə Giriş etdim Ve Beyan etdim ve 6 7 saatdır yazıbki Kisə Göndərilib lakin helede bir deyişiklik yoxdur Bəyənnamənin təsdiqlənməsi çox çəkir yoxsa mən sehv etmişem Xahiş edirəm Cavablandırasınız

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  10 місяців тому

      Salamlar. 24 saat ərzində nəticə almalısınız əslində.

  • @FANİHƏYAT
    @FANİHƏYAT 2 місяці тому

    Salam mən bəyan etmədən ali express dən birbaşa nəsə gətizdirə bilərəm ?

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  2 місяці тому

      @FANİHƏYAT Salam. Bəyan etmədən ölkəyə nəsə gətirməyiniz mümkünn deyil təəssüf ki.

    • @FANİHƏYAT
      @FANİHƏYAT 2 місяці тому

      @@XaliqIsmayilov cavabladığınız üçün çox sağolun

  • @EmilPubg-d7w
    @EmilPubg-d7w 2 місяці тому

    birşey soruşum 10manatlıq raqatqa sifariş vermişəm bəyana ehtiyac var ?bəyan etməsək gəlmir məhsul?

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  2 місяці тому

      @@EmilPubg-d7w bütün məhsulları bəyan etməlisiz

  • @_seyyid313
    @_seyyid313 Рік тому

    Salam xaliq bəy mən edə bilərəmki video qeydiyyat etməyim yoxsa vacibdir

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  Рік тому

      Salam. Sualınızı tam olaraq başa düşmədim.

  • @ilahaaliyeva159
    @ilahaaliyeva159 Рік тому

    Salam mene komek edin mene beyan etmenin mesaji gelenden sonra smart programindan qeydiyyatdan kecmisem bilmirem buna goredir ya yox smarta girende beyan edilmeli baglama gelmir ozum edede bilmirem teslimat numarasin yazanda tracking id duzgun deyil deyir Artiq 10gundurki baglama transfer merkezindedir 15 gun olmagina az qalib heckim mene komek etmedi bu meselede

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  Рік тому

      Salam. Fin kodunuzu düzgün yazdığınızdan əmin olun.

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  Рік тому

      Kargonun saytında, hesab məlumatlarınızda fin kodunuzu yoxlayın. Böyük ehtimal səhvdir.

    • @itsmegunel
      @itsmegunel 11 місяців тому

      Salam necə oldu sizdə məndə sifariş edəndən sonra smart açmışam gec bəyan etsəm nə olur görəsən

    • @adileekberova1889
      @adileekberova1889 10 місяців тому

      ​@@itsmegunelSalam Trendyol Asistana yazın Fini Deyişin Eger 15 gün erzinde Beyan etmesez Malınız mehv edilecek ve pulunuz qaytarılmayacaq

  • @cinareagayeva9305
    @cinareagayeva9305 Рік тому

    Bağlamanı bəyan et deyə sms gəlib ama smart customsda qeyd olunmur. Özümdə qeyd etdikdə axtarışda çıxmır yazılır

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  Рік тому

      Salam. Smart customda bağlamanın görünməsi bəzən biraz zaman ala bilir.

  • @araze-ov7384
    @araze-ov7384 Рік тому

    Salam zehmet olmasa komeklik ederdiz. Men aliexpressden telefon ram pracessor sifaris vermiwem umumi deyeri 300dolari kecir. Olarmi ki telefonu bu ay qalanini gelen ay beyan edim? Sonra prablem cixmaz?

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  11 місяців тому

      Salam. Hissə hissə bəyan etmək deyilən birşey yoxdur təəssüf ki.

    • @araze-ov7384
      @araze-ov7384 11 місяців тому

      @@XaliqIsmayilov bilmirem nece telefonda geldi digerleride beyan etmediyim halda gomruye ilismeden gelib cixdi. Deyesen sansimin 100/100de istifade etdim 😂😂

    • @araze-ov7384
      @araze-ov7384 11 місяців тому

      @@XaliqIsmayilov onuda qeyd edim dediyim ussulla trendyoldan sifaris verende etmiwem. Meselen bu ay nese cox aldim 300dollari kecdi. Digerlerini beyan etmirem gelen aya saxlayiram. Yeniki starexsin xarici anbarinda gozlerir. Ama aliexpresden birbasa gomruye geldiyi ucun bilmirdim taleyi nece olacag) tebiki birde bele risk etmerem 😂

    • @XaliqIsmayilov
      @XaliqIsmayilov  11 місяців тому

      @@araze-ov7384 dediyiniz kimi daxili yükdaşıma şirkətlərində mümkündür. Anbarda saxlayıb az az vura bilərsiz. Aliexpress heç yerdə saxlamır ama