Şüyüd Görün Nələr Edir - Bir Ay Hər Gün Yesəz...

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • #BirBax #sağlamlıq #şüyüd
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Market və bazarlarda hər gün qarşılaşdığımız şüyüd bitkisi. Ondan heç dərman kimi istifadə etmisiz? Düzdür, şüyüd təzə-təzə yeyildikdə daha ləzzətli olur. Amma şüyüdü dərman vasitəsi kimi istifadə etmək istəsəniz, bu video elə atm sizin üçündür. Diqqət ekrana.
    Dəyərli izləyicilər...
    İndi sizə şüyüd dərmanının hazırlanması qaydasını təqdim edəcəyik.
    Lazım olanlar:
    1 dəstə şüyüd
    1 ədəd limon
    1 kasa qatıq
    Şüyüdü sirkəli suda bir az saxlayın. Sonra bir qaba doğrayın, limonu üzərinə sıxın. Qatığı da əlavə edin və yaxşıca qarışdırın. Ağzını örtüb 30 dəqiqə saxlayın. Sonra yeyə bilərsiniz.
    Bu qarışım ilk növbədə Tiroid xəstəliklərinin, yəni zobun qarşısını alır. Şüyüdün zoba faydalı olduğunu, hətta zob düyünlərini əritdiyini bilirik. Hətta bununla bağlı kanalımızda araşdırma videomuz da var. Həmin videonu şərh bölməsində sizinlə bölüşəcəm.
    Təqdim etdiyimiz şüyüdü qarışımı həmçinin
    -Uşaq əmizdirən gənc anaların südünün artmasına səbəb olacaq.
    -Aybaşı nizamsızlığını aradan qaldırmağa və aybaşı sancılarını azaltmağa kömək edəcək.
    -Xərçəng xəstəlikləri, göz və ağız boşluğu xəstəliklərinə qarşı antibakterial təsir göstərəcək.
    -Həzm sisteminizi nizama salacaq, arıqlamağınıza kömək edəcək.
    Bir məlumatı xüsusi vurğulamaq istəyirəm: şüyüdün tərkibində günəş şüalarına qarşı həssas olan furocoumarin maddəsi var. Uzun müddət istifadə edilən şüyüd məlhəmi dərinizdə çillər yaranmasına səbəb ola bilər.
    Şüyüdüntərkibi fosfor, mis, maqnezium, kalium, kalsium, dəmir, sink, A və C vitaminləri ilə zəngindir. Buna görə də, şüyüd mineral və vitamin deposu sayılır. Gün ərzində yeyilən bir dəstə şüyüd yetkin insanın C vitamini ehtiyacını 40%, A vitamini ehtiyacını isə 43% ödəyir.
    Şüyüdün orqanizmə faydaları çoxdur:
    Həzmə kömək edir. Həzm prosesində qarşıya çıxan maneələrin aradan qaldırılması, qazların xaric edilməsi, şişkinliklərin azaldılması şüyüdün hünərləri sırasındadır. Mədə problemlərinin müalicəsində də şüyüd mütəmadi olaraq istifadə edilir. Həmçinin, həzm prosesini sürətləndirdiyi və həzm orqanlarını təmizlədiyi üçün arıqlamağa da kömək edir.
    Sümüklərin sağlamlığını qoruyur. Şüyüd kalsiumla zəngindir. Kalsium isə sümüklərin ehtiyac duyduğu maddədir. Yəni, şüyüd yemək sümüklərdə əmələ gələcək kalsium çatışmazlığını bəribaşdan önləyir. Qeyd edim ki, istənilən sümük xəstəliyinin ilkin səbəblərindən biri məhz kalsium çatışmazlığıdır. Bir sözlə, şüyüd skeletin möhkəmliyinin təminatıdır.
    İmmuniteti gücləndirir. Təsirli antibakterial olan şüyüd orqanizmi mikrob və infeksiyalardan qoruyur. Tez-tez soyuqdəyməyə tutulan uşaqların rasionuna şüyüdün əlavə edilməsi onların həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.
    Tənəffüs sistemini təmizləyir. Bəli, şüyüd tənəffüs orqanlarını təmizləyən təbii dərman sayıla bilər. Xüsusilə, mövsümi allergiyalar və ya uzun sürən boğaz qıcıqlanmaları, öskürək varsa, şüyüd ən yaxınınızdakı xilas yoludur.
    Ağız boşluğunun və dişlərin sağlamlığının təminatçısıdır. Antibakterial xüsusiyyəti sayəsində ağız boşluğunda əmələ gələ biləcək infeksiyaların qarşısını alır. Həmçinin, ağız boşluğunu təmizləyir. Xoş qoxusu ağız boşluğu gigiyenasına da yaxşı təsir edir.
    Tiroid xəstələklərinin müalicəsinə yaxşı təsir edir. Tərkibindəki A və C vitaminləri, minerallar sayəsində şüyüd tiroid funksiyalarını nizama sala bilir. Bu da yaranacaq tiroid xəstəliklərinin qarşısının alınması və mövcud olanların sağalması deməkdir.

КОМЕНТАРІ • 51

  • @kemalealiyeva9507
    @kemalealiyeva9507 Рік тому +4

    şüyüd haqqında verdiyiniz məlumata görə təşəkkür edirəm

  • @zizseyidova8103
    @zizseyidova8103 2 роки тому +8

    Faydalı məlumatdır çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +3

      Çox sağ olun Əzizə xanım

  • @xeyaleeliyeva3438
    @xeyaleeliyeva3438 4 місяці тому +1

    çox baxılan verilişlərə sponsorluq edin sizi də reklam etsinlər bəlkə bu minvalla millət maarifləndirici bir şey öyrənə . Təşəkkür edirəm ❤

  • @asifesgerov3284
    @asifesgerov3284 2 роки тому +6

    Gozel meslehetdi cuyut dogrudanda derman bitkisidir

  • @mustafazeynalov6159
    @mustafazeynalov6159 2 роки тому +4

    Dostlara salam.Maraqlı oldu.Sağ olun.

  • @rustemmustafayev8093
    @rustemmustafayev8093 2 роки тому +4

    Allah razı olsun sizdən

  • @gulayaallahyarova6586
    @gulayaallahyarova6586 2 роки тому +4

    Tewekkur edirik

  • @seyyarememmedova1444
    @seyyarememmedova1444 2 роки тому +2

    Çox sağ olun. , xanım
    Dəyərli məlumatlar verirsiniz

  • @Melia_2024
    @Melia_2024 2 роки тому +3

    Cox sag olun

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 2 роки тому +5

    Menim medemde qastrit var.Suyud cox yaxsi
    tesir edir.

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +2

      Şüyüd mədə bağırsağın dostudur

  • @yusubyusif5062
    @yusubyusif5062 2 роки тому +7

    SALAM BİZLƏRİN SAQLAMLIQINİN QAYQISİNA QALDIQINİZ ÜÇÜN SİZƏ DƏRİN TƏŞƏKKÜR BİLDİRİRƏM. ALLAH RAZI OLSUN

  • @dftrvqlm..6234
    @dftrvqlm..6234 2 роки тому +3

    Yatanda canlanir sesin qulaqlarimda daimi
    Sesinde qusse hiss edende titreyir konul simi.
    Gozel meslehet,var olun,adam bezen saf sesli biri ewidende,gorende sevinir,uzumuz o qeder iyrenc insanlari gorur ki,gundelik heyatda,bele insanlara heqiqeten ehtiyac var ruhen,yaxwiki varsiz,bunu semimi sade bir insan kimi deyirem,🙏

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +2

      Təşəkkür edirik gözəl sözlərə görə

  • @kemalealiyeva9507
    @kemalealiyeva9507 Рік тому +1

    şərhimi bəyəndiyiniz üçün təşəkkür edirem

  • @surayyedadasova7172
    @surayyedadasova7172 Рік тому +1

    Tesekurler🙏

  • @abdurahmanrustamli5821
    @abdurahmanrustamli5821 2 роки тому +3

    Faydali ve deyerli melumatlar üçün sagolun!

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому

      İzlədiyiniz üçün siz sağ olun

  • @ehedhasilov438
    @ehedhasilov438 2 роки тому +3

    Beyendim

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +1

      Təşəkkürlər

    • @ilkinseferov397
      @ilkinseferov397 Рік тому

      @@birbaxkanal hansi sirkeden istifade olunur?zehmet olmasa yazarduz

  • @violetline1460
    @violetline1460 Рік тому

    Tewekkurler

  • @mlklizad-rt7cj
    @mlklizad-rt7cj Рік тому

    Təşəkkür

    • @birbaxkanal
      @birbaxkanal  Рік тому

      Yeni videolarda fikirlərinizi gözləyəcəyik. Sevgilər.

  • @celalagayev8034
    @celalagayev8034 2 роки тому +6

    Təşəkkürlər , Faydalı oldu.(Bu dəfə ilk mənə qismət olmadı ama )😂

  • @mehmanfetiyev429
    @mehmanfetiyev429 Рік тому

    Sag olun.

  • @rsmiymmmdova2957
    @rsmiymmmdova2957 Рік тому +2

    Çox saqolun xanım abune oldum😍

  • @fatim7229
    @fatim7229 2 роки тому +2

    Xanım salam.Ayaqlarda olan ağrını ev şəraitində nə etmək olar.Varikozda var.Ağrı olur.

  • @milamilamila5
    @milamilamila5 2 роки тому +4

    Goydugunuz sekilin menasını basa dusmedik? 🤔

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +2

      Şüyüd həzmə kömək edir. Bağırsaqlardakı köpü çıxardığı üçün tualetə getməkdə problem yaratmır.

  • @qoja-qurd...6952
    @qoja-qurd...6952 2 роки тому +1

    Yaxşi hansi göyerti ziyanlidi,demek bùtùn göyertiler xeyirlidi.Ona göre menali melumatlar verin...

  • @nrmins.a.m.8507
    @nrmins.a.m.8507 Рік тому +1

    Indiki şüyüdlerde parnikde yetişir şüyüd dadi vermir nedendi bilmirem

  • @johngreen2075
    @johngreen2075 2 місяці тому

    Şüyüd necə qaynadılır məlumatı olan var??

  • @firamusayeva7263
    @firamusayeva7263 Рік тому

    🙏🙏👍👍👍👍

  • @nigarmemedova7592
    @nigarmemedova7592 2 роки тому +1

    Aç qarnina qebul etmek lazımdır?

  • @user-ej2ft9kn9g
    @user-ej2ft9kn9g 4 місяці тому

    Dərə otu.. şüyüdmü

  • @qoja-qurd...6952
    @qoja-qurd...6952 2 роки тому +3

    O ne şekildi başliqda qoymusuz,hec bilmisiz neynirsiz...

    • @birbaxkanal
      @birbaxkanal  2 роки тому +1

      Bağırsalardan, köpdən danışırıq. Niyə uyğun olmasın ki?

  • @SaneenKeci
    @SaneenKeci Рік тому

    Razyana başqadı?

  • @iorudj489
    @iorudj489 2 роки тому +3

    Подж

  • @sahnazterequliyev4205
    @sahnazterequliyev4205 Рік тому

    Bu nədi oha OMG 😐😐😐😈

  • @xeqanihusynov4943
    @xeqanihusynov4943 Рік тому

    .