Hacı Ramil Bilir siz xanım Zəhra (sə) kim olub Zikri müsibət

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2020
  • Hacı Ramil Bilir siz xanım
    Zəhra (sə) kim olub Zikri müsibət
    Bağışlayan və mehriban Allahın adı ilə
    Həzrət Əli (ə) buyurur: “Allaha itaətsizlik edənlərə itaət etmək rəva deyildir.”
    Həzrət Məhəmməd (s) buyurur: “İslamın zirvəsi Allah yolunda cihaddır ki, yalnız ən üstün müsəlmanlar bu zirvəyə yetişərlər.”
    İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
    Həzrət Əli (ə) buyurur: “O adam mənfəət tapar ki, dünyasını axirətinə sata və əvəzində axirəti ala.”
    Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə edən şəxs günah etməmiş kimidir.”
    Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
    Həzrət Məhəmməd (s) buyurur: “Günahdan tövbə etdiyi halda, onu təkrarlayan şəxs Allahı məsxərə etmiş kimidir.”
    Həzrət Əli (ə) buyurur: “Günah etməmək tövbə etməkdən daha asandır.”
    Həzrət Əli (ə) buyurur: “Allaha itaətə səbr etmək, Onun əzabına səbr etməkdən asandır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən də üstün olan bir şey qoyulmayacaqdır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Həqiqətən, xoşxasiyyətli şəxs üçün oruc tutub gecəni oyaq qalan adamın savabı vardır. ”
    Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”
    Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, dilini saxlasın.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala behişti nə dediyinə və onun haqqında nə deyildiyinə əhəmiyyət verməyən pis danışıqlı adamlara haram etmişdir.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allah o kəsə rəhmət etsin ki, sözlərindən artığını saxlayar, malının artığını isə sədəqə verər (paylayar).”
    Həzrət Əli (ə) buyurur: “Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
    Həzrət Əli (ə) buyurur: “Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
    Həzrət Əli (ə) buyurur: “Kişi öz dilinin altında gizlənmişdir.
    Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”
    Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”
    Həzrət Əli (ə) buyurur: “Bir kəs ki, özünü töhmət hüzurunda qərar verir, ona bədgüman olanları qınamamalıdır.”
    İmam Sadiq (ə) buyurur: “İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onun rüsvayçılığına səbəb olmaz.”
    Həzrət Əli (ə) buyurur: “Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
    Həzrət Əli (ə) buyurur: “Alim cahili tanıyır, çünki özü də əvvəl cahil olmuşdur.”
    Həzrət Məhəmməd (s) buyurur: “Bir qəbilənin ölümü alimin ölümündən daha asan və dözüləsidir.”
    İmam Riza (ə) buyurur: “İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
    İmam Riza (ə) buyurur: “Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”
    Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
    İmam Riza (ə) buyurur: “Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
    Həzrət Əli (ə) buyurur: “Səni kədərləndirən pis bir işin səni məğrur edən xeyir işindən Allah yanında daha yaxşıdır.”
    İmam Sadiq (ə) buyurur: ”Allah-təala qafil qəlblə edilən duanı qəbul buyurmaz, ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol.”
    İmam Məhəmməd Təqi (ə) buyurur: “Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
    İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
    Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
    Həzrət Məhəmməd (s) Əliyə (ə) buyuruğu: “Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.”
    Həzrət Məhəmməd (s) buyurur: “Allahın razılığı ata-ananın razılığında, qəzəbi isə onların qəzəbindədir.”
    Həzrət Əli (ə) buyurur: “Qəzəbdən çəkin ki, onun başlanğıcı dəlilik, sonu isə peşmançılıqdır.”
    Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.”
    “Məsumların nurlu kəlamlarından 500 hədis” kitabindan seçmələr

КОМЕНТАРІ • 17

  • @alhemdulilah9283
    @alhemdulilah9283 3 роки тому +4

    CANIM. ZƏHRA. ALLAHUMƏ SALLİ. ƏLA. SEYİDİNƏ. MUHAMMƏDİN. VƏ. ALƏ. ƏLİ SEYİDİNƏ. MUHAMMƏD

  • @qribxyal4947
    @qribxyal4947 3 роки тому +4

    Bu insanlar vallah nemətdi.Allahın hədiyyəsidi bizə.Hacı Ramil hacı Şahin.

  • @namidemamedova8987
    @namidemamedova8987 3 роки тому +6

    Can ZEHRA😢😢

  • @alhemdulilah9283
    @alhemdulilah9283 3 роки тому +2

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @sebineceferova9850
    @sebineceferova9850 3 роки тому +6

    CAN ZƏHRA (S.Ə) ŞƏFAƏTİNİ BİZƏ NƏSİB ET🤲🤲🤲🤲😥

  • @seidqahramanov224
    @seidqahramanov224 3 роки тому +9

    can ZƏHRA anam gizli qəbrinə qurban olum😢😢😢qatilinn minlənt olsun

  • @fatime3176
    @fatime3176 3 роки тому +3

    😓

  • @seydamemmedova7724
    @seydamemmedova7724 3 роки тому +8

    Beli böyük derdi Allah yezide lenet etsin min lenet 🤲🤲

  • @seidqahramanov224
    @seidqahramanov224 3 роки тому +3

    cane can 😢😢😢💔💔💔💔💔

  • @user-cq6de8nd7q
    @user-cq6de8nd7q 3 роки тому +10

    Uca Allah bütün yezitlərə lənət eləsin Amin

  • @seydamemmedova7724
    @seydamemmedova7724 3 роки тому +6

    Allah sizi qorusun deyerli hacimiz 💔💔🥀😪😪

  • @abuzer9653
    @abuzer9653 3 роки тому +5

    Allah Ehli beyt dusmenlerine lenet elesin

  • @besiratasov298
    @besiratasov298 3 роки тому +1

    Ağam Əbəlfez sen Hacetler Qapısi san Allah dan Dua Isdey ele Anamızın Qəbrin Bize Görməyə Nəsib etsin 🤲🤲🤲🤲🤲🤲

  • @nailaaliyeva611
    @nailaaliyeva611 3 роки тому +7

    Allah yezide lenet elesin