Bu gəcə Duaların qəbul olan gecəsidi Hz Əbəlfəz gecəsidi Hacı Şahin Zikri müsibət

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Bu gəcə Duaların qəbul olan gecəsidi
    Hz Əbəlfəz gecəsidi Hacı Şahin Zikri müsibət
    61-ci hicri qəməri ili səfər ayının 20-də İmam Hüseyn və dostlarının Kərbəlada şəhid edilmələrindən 40 gün keçirdi
    Kərbəla qiyamından sağ qalanların karvanı Şamdan Kərbəlaya çatmışdı. Kərbəlaya daxil olmaqla Aşura gününün xatirəsi canlandı. Uşaqlar və qadınların bağırması Kərbəlanı bir daha matəmə saldı. Hər kəs öz şəhidi ilə dərdləşməyə başladı. İmam Səccad şəhidlərin pak vücudunu yada salaraq dərin matəmə dalmışdı ki, hörmətli bibisi Həzrət Zeynəb (s) ona xitabən buyurdu: Zamanın ötüb keçməsi atanın Kərbəladakı nişanəsini aradan aparmayacaq. Kafirlər onun təsirini məhv etmək istəsələr də onların bu cəhdləri Hüseyn İbni Əlinin adını daha artıq dillərə salacaqdır. Həzrət Zeynəb də buyurmuşdu: Bəni Əsəd tayfası Kərbəla şəhidlərinin bədənlərini dəfn etdilər. İmam Hüseyn və digər şəhidlərin hüznlü ailələri 3 gün Kərbəlada qalıb əzadarlıq etdilər. Amma indi əsrlər ötüb keçəndən sonra hələ də Kərbəla qəhrəmanlarının müraciəti yaşamaqdadır.
    Kərbəla hadisəsindən neçə əsr ötüb keçib, amma məhz bu hadisə ilə zülmlə mübarizə yolu açıqlandı. İmam Hüseynin əbədiləşməsinin amillərindən biri onun qiyamının mahiyyətidir. Azadlıqsevərlik, ədalətsevərlik və zülmlə haqsızlıqla mübarizə həmişəlik olaraq müqəddəs və əbədi üsullardandır. İmam Hüseyn hərəkatı, islamı yayınmalardan təmizləyən hərəkat idi. Peyğəmbərin vəfatından sonra hökmdarlar və siyasətçilərin çoxu İslam dinini öz mənfəətlərinə həsr etmək istəyirdilər.
    Onlar İslamdan sui-istifadə edib iqtidarda hökm sürmələrinə bəraət qazandırmaq istəmişlər. Elə buna görə idi ki, Öməvilər və onlardan sonrakı zalım hökmdarlar islamı, istədikləri kimi təfsir edib və öz əməllərinə rəvac verirdilər. İmam Sadiq (ə) Bəni Üməyyənin yandırıcı işləri ilə əlaqədar buyurmuşdur: Bəni Üməyyə imanın tanınması yolunu camaat üçün açıq qoydu amma şirki tanımaq yollarını bağlamışdır. Çünki insanları şirkə dəvət etdikləri zaman kimsənin onun barəsində məlumatlı olduğunu istəmirdi.
    İmam Hüseyn (ə)-ın baxışında siyasət və hakimiyyət ülvi və insani məqsədlərə çatmağa xidmət etməlidir. Bu üzdən o həzrət təkid edir ki o, iqtidara çatmaq üçün deyil ilahi dinin nişanələrini tanıtdırmaq üçün qiyam etmişdir. O qaranlıq günlərdə İmam Hüseyn öməvilərin mahiyyətini ifşa etmək məsuliyyətini düşünmüşdür.
    İmam Hüseyn bu qənaətdədir ki, ictimaiyyətin pozğunluğa doğru istiqamətlənməsi dini öyüdlərdən boyun qaçırmağın nəticəsidir. İnsanların pozğun və zorakı hökmdarlara təslim olduqları təqdirdə ictimaiyyət yayınma yoluna istiqamətlənər. İmam Hüseyn kimi dahi şəxsiyyət batil tərəfdarlarının xalqı allahdan başqasına bəndəlik etməyə məcbur etməsini qəbul edə bilməzdi. İslamın başıucalıq, azadlıq və ədalət məktəbi olduğu halda necə zülm və təhqirə dözmək olardı?
    İmam Hüseyn dininin təhlükədə olduğunu üzə çıxartdı, zülmə təslim olmaq ülvi dəyərlərin məhv olması mənasında olduğuna görə, təbii ki ilahi şəxsiyyətlər bu halda sükut edə bilməzlər. #Hacı# #Şahin# #Hacı# #Ramil#2020##yeni#

КОМЕНТАРІ • 56

  • @zeynbxanimabdullayeva6337
    @zeynbxanimabdullayeva6337 Рік тому +2

    Qurban olum Ya Əbəlfəz Ağam qolsuz canına. Ya Hüseyn Ağam Kərbəkada susuz qalan canına qurban olum. Allah min lənət elısin İmam Hüseyn Ağamızın qatillərinə.

  • @Tan1l_maz
    @Tan1l_maz Місяць тому +1

    ALLAH Sənə Rəhmət Etsin Hacı😔🤲🏼

  • @elbrusakbarzade6358
    @elbrusakbarzade6358 Місяць тому

    Can agam Əbəlfəz qurban olum sizə ❤🙏

  • @ersadbabayev9776
    @ersadbabayev9776 Рік тому +1

    Haci Sən bizim Belimizi qirdin gedtin Allah sənə. Rəhmət eləsin 🥀😭😭

  • @sara.9061
    @sara.9061 4 роки тому +1

    Aga. Allah sizi qorusun ALLAH cavanları qorusun Amin

  • @sevdahuseynquliyeva5249
    @sevdahuseynquliyeva5249 3 роки тому

    Allahın salamı sizə olsun hacı

  • @cnntgozeli5359
    @cnntgozeli5359 3 роки тому

    KELEM OLAN QOLLARIVA QURBAN OLUM YA ƏBƏLFƏZ AĞAM 😭😢😔

  • @zaurabdullayev3530
    @zaurabdullayev3530 4 роки тому +7

    Qardaş Allah səndən razı olsun mən səndən razıyam

  • @valehabbasli9052
    @valehabbasli9052 4 роки тому

    ALLAH qebul etsi

  • @turqayalili6575
    @turqayalili6575 4 роки тому +5

    Ya Huseyn.
    Mezlum imamim.
    Can Ebelfez agam.
    Qollari qelem agam.
    Size qiyanlara min lenet.

  • @resadmusayev64
    @resadmusayev64 4 роки тому +2

    Can ağam susuz diline qurban ağam ya Zeyneb anam ya Ruqayye bacım ya Meryem anam ya Zehra anam ya Huseyn atam ya Ebelfez ağam kesilen qolariva qurban ağam A L L A H im sene layiqli qul olmayı imamlarimiza peygamberimize umet olmayi nasib et amin A L L A H im sene de imamlarimiza da peygamberlerimizede canim feda olsun amin amin amin

  • @seidqahramanov224
    @seidqahramanov224 4 роки тому +3

    qulsuz ağama qurban olum sənə 😢😢😢ALLAH şimerə min lənət eləsin

  • @user-zv1xy2mv5b
    @user-zv1xy2mv5b 4 роки тому +3

    ALLAH RAHMAT ELASUN KARBUBALA ŞAHIDLARINA. LABBEYKU YA HUSSEIN.

  • @muhammedaliyev2510
    @muhammedaliyev2510 4 роки тому +2

    Allah seni. qorysun HECİ bizi her şeyden mariflenirik

  • @nonameezimov9027
    @nonameezimov9027 4 роки тому +1

    Allah butun qelblerde imam HUSEYN e.s sevgisi bexw edib inan mene.....

  • @zahirememmedova8075
    @zahirememmedova8075 4 роки тому +10

    Iindi də lənətə ğəlmiş yezid var yezidləri ğörüb susanlara Allah lənət eyiəsin İMAM HÜSEYN ƏS MƏKTƏB QOYUB ONDAN İBRƏT ALIN

  • @alimaagaevaajmawallax3863
    @alimaagaevaajmawallax3863 4 роки тому +10

    UCA ALLAH EHLI BEJIT AWIQLERINI QORUSUN 🤲 JA REBBEN 😔 ALEMIN VARLIQINA WUKURLER OLSUN EZUN KEMEJ OL JARATDIQLARINA
    UCA ALLAH
    CAN HUSEJN 👈😔 UCA ALLAH wumre minkereeeeeeee lennet ejlesin

    • @seidqahramanov224
      @seidqahramanov224 4 роки тому +1

      aminmm ALLAH imamların qatilinə lənət eləsin

  • @rsidheydrov7333
    @rsidheydrov7333 4 роки тому +2

    Allahu ekber.

  • @SWEET-ld5lv
    @SWEET-ld5lv 3 роки тому

    ☝🏻🤲🏻🙏🏻🕌🕋♥️

  • @mahmudaliyev9630
    @mahmudaliyev9630 4 роки тому

    ALLAHU AKBAR

  • @emrahsuleymanli7845
    @emrahsuleymanli7845 4 роки тому +1

    Ləbbeyk Ya Hüseynim Ya Əbəlfəzlim Ya Zeynəbim Ya Əli Əkbərim Ya Əli Əsğərim Ya Ruqəyyam canım Sizlərə fəda olsun Allah Sizə əl qaldıran yezitlərə min lənət eləsin min lənət kafirlərə şümirlərə Aminnnnnnnn🤲🤲🤲🤲🤲🤲🤲

  • @seidqahramanov224
    @seidqahramanov224 4 роки тому +4

    ALLAHIM açılan əllərimizi naumid qaytarma ALLAHIM səni and verirəm bu gecənin xatirinə xəstə uşağıma şəfayəçi ol ağamın xatirinə uşağına köməy ol 😢😢😢😢😢😢böyük dərdi gözümün qabağında 😢😢😢

    • @turqayalili6575
      @turqayalili6575 4 роки тому +1

      Amin.
      Rebbim tezlikle sefasin verer insallah balanizin.

    • @seidqahramanov224
      @seidqahramanov224 4 роки тому

      @@turqayalili6575 aminmm

    • @resadmusayev64
      @resadmusayev64 4 роки тому +1

      @@seidqahramanov224 A L L A H sefa versin qardasim A L L A H dan ümidinizi kesmeyin sabret A L L A H he bir qulunu yalnız birakmaz qardasim dua et Rabbim qebul etsin amin Rabbim sefa versin inşallah

    • @seidqahramanov224
      @seidqahramanov224 4 роки тому +1

      @@resadmusayev64 aminnn çox sağolun

    • @emrahsuleymanli7845
      @emrahsuleymanli7845 4 роки тому +1

      Aminnn qardaşım Aminnnnn İnşAllah Allah səni naümid qoymaz Allahım Əhli Beytimin xatirinə balanın şəfasını verər bütün xəstələriylə bir yerdə Aminnnnn Ya Rəbbəl Aləmin 🤲🤲🤲🤲🤲🤲🤲

  • @niyameddinejderov2578
    @niyameddinejderov2578 4 роки тому +1

    😢😢😢😢😢

  • @313Tv.
    @313Tv. 4 роки тому +10

    😔Ruqeyye emisiz qaldı

  • @sirzadesedoc9320
    @sirzadesedoc9320 4 роки тому

    Yarəbim bizdəri Əhli beytdən ayır salma 😢😢😢

  • @davuddavudovic3715
    @davuddavudovic3715 4 роки тому +1

    😭😭😭😭

  • @Mhmdva_20
    @Mhmdva_20 4 роки тому +7

    Ilk layx ilk koment💔🕋🕌😥😢

  • @arazmikayilov6046
    @arazmikayilov6046 4 роки тому

    Ay Allah ⚘

  • @zumrudnesirova8375
    @zumrudnesirova8375 4 роки тому +1

    Agam Can

  • @amlm796
    @amlm796 4 роки тому

    😢😢😢😢😢😢

  • @megoooooo8520
    @megoooooo8520 4 роки тому +2

    Bu axsam qusul alanda ne deyib almaliyiq?

  • @huseynallahverdiyev7642
    @huseynallahverdiyev7642 4 роки тому +1

    ebelfezin balasina gore olumden keci ancaq biz bu virusa gore ziyaret ede bilmirik gorun ne gune qalmisiq

  • @alidasdemir9704
    @alidasdemir9704 4 роки тому

    BİZ MİLLET NE ZAMAN LEBBEYK YA İŞGAL EDİLMİŞ VETEN TORPAGLARI. LEBBEYK YA GARABAĞ DEYECİK NE ZAMAN EY MİLLET ?????? HEDİSİ ŞERİFDEN XEBERİNİZ VARMI VETENİ SEVMEK İMANDANDIR

  • @azadnovruz3408
    @azadnovruz3408 4 роки тому

    😢😢😢😢😢