YÜKSƏK TƏZYİQİ AŞAĞI SALAN 7 MÖCÜZƏ BİTKİ - Həkimlər niyə demir?

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #BirBax #Azerbaycan #təzyiq
    Yüksək təzyiq problemi bu gün insanlar arasında geniş yayılıb. Nəinki yaşlı insanlar, hətta gənclər arasında da bu xəstəliyə rast gəlmək mümkünüdür. Adətən, təzyiq xəstələri öz xəstəliklərinin fərqində olmurlar. Yüksək təzyiq “hiyləgər xəstəlik” sayılır. Ən çox rast gəlinən əlamətləri qəfildən başlayan baş ağrıları və burundan qan açılmasıdır.
    Yüksək təzyiq xəstələri üçün hazırladığım bu videoda bəzi həll yollarından danışacağam. Təzyiq qalxanda nə etmək lazımdır? Sualın cavabını da videomuzda tapa biləcəksiniz. Bitki mənşəli həll yolları haqqında məlumat almaq istəyənlər, videomuzu sonadək izləyin.
    Duzsuz qidalanma. Təzyiq xəstələrinin diqqət etməli olduğu məsələlərdən biri duzdan imtina etməkdir. Duz orqanizmdə şişkinlik yaradır, damarlarda təzyiqi yüksəldir. Yeməklərə vurulan tomatdakı, souslardakı duz qəbul norması üçün yetərlidir. Yeməyə əlavə edilən duz normal insanları da narahat edir. Təzyiq xəstələrinə isə daha pis təsir göstərir. Təzyiqdən əziyyət çəkənlər duzsuz qidalanma rejiminə keçdikdə özlərini daha rahat hiss edəcəklər;
    Sağlam qidalanma proqramı. Dietoloqunuz ilə “qidalanma proqramı” təşkil edərkən müəyyən qaydalara riayət etsəniz, həyat keyfiyyətiniz daha da yaxşılaşacaq. Gün ərzində qəbul ediləcək lif, kalium və mineral norması öynələr arasında paylanmalıdır. Beləcə, damarlarda yüksək təzyiq olmayacaq. Sağlam yağlarla bişirilmiş tərəvəzlər də düzgün seçimdir. Emala məruz qalmış qidalarda yüksək miqdarda duz olduğu üçün onlardan uzaq durmağa çalışın. Bir sözlə, yüksək təzyiq xəstələri həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün az və nizamlı yeməyə riayət etməlidirlər;
    Limon. Antioksidantla zəngin qidalar siyahısında ən birincilərdəndir. Salatlarda, yeməklərdə, içkilərdə ləzzətin sirri olan limon C vitamini ilə zənginliyi ilə də seçilir. Məhz bu xüsusiyyəti sayəsində yüksək qan təzyiqinin qarşısını alır. Təzyiq xəstələrinin gün ərzində limonlu su içmələri, arada-sırada limon yemələri sağlamlıq baxımından faydalıdır;
    Banan. 1 ədəd bananda, təqribən, 270 milliqram kalium var. Kalium sayəsində qan təzyiqi nizamlanır. Xüsusilə, yüksək təzyiqdən əziyyət çəkənlər hər gün 1 ədəd banan yesələr, problemin həll yolu üçün faydalı olacaq;
    Nanə. Təzə nanə yarpaqları salatlara dad qatır. Nanə çayı dəmləməkdə də gecikməyin. Bu çay orqanizmdən toksinləri atacaq, damarları rahatladacaq, qan təzyiqini stabilləşdirəcək. Gün ərzində nanə çayı içən yüksək təzyiq xəstələrinin özlərini daha rahat hiss etdiyi məlumdur;
    Nar. Qan dövranını yaxşılaşdıran, antioksidant təsirə malik olan nar “min dərdə dəva”dır. Təzyiqin yüksəldiyi zamanlarda 1 stəkan nar suyu içmək təzyiqi nizamlayacaq;
    Sarımsaq. Təbii antibiotik olan sarımsaq tərkibindəki allisin (allicin) sayəsində yüksək qan təzyiqi zamanı orqanizmin köməyinə çatır. Sarımsağı əzin, üzərinə limon sıxın, bir-iki tutam cəfəri doğrayın. Bunları suya qatıb için. Gün ərzində yüksək təzyiqlə bağlı şikayət etməyəcəksiniz;
    Daş duz. Rafinə edilmiş duzlardan uzaq durmaq lazım olduğunu bir neçə dəfə videolarda demişəm. “Bəs hansı duzdan istifadə edim?” deyirsinizsə, daş duzu seçin. Yüksək təzyiqdən əziyyət çəkənlər arasında daş duz istifadə edənlər də var. Onları müşahidə edən mütəxəssislər heç bir əks təsiri olmadığını deyirlər. 84 minerala malik daş duz hüceyrələrin iş prosesinə də müsbət təsir göstərir;
    Soğan və soğan suyu. Soğan antioksidant maddələrlə zəngindir. Bu antioksidantlar zərərli maddələri orqanizmdən xaric edir. Təzyiq yüksələndə orta ölçüdə bir soğan yemək, yaxud soğan suyu içmək təzyiqi stabilləşdirir. Təzyiqinizin normal olmasını istəyirsinizsə, soğanı rasionunuzdan çıxarmayın;
    Kəklikotu. Kəklikotu çayı təzyiqi salmaqda mahirdir. Ürək döyüntüsünün sürətini, arterial hipertenziyanı nizamlayan kəklikotu çayı damarları genişləndirmək qabiliyyətinə də malikdir. Genişlənən damarda qan axımı sürətlənir ki, bu da təzyiq xəstələrinin özlərini daha rahat hiss etmələrinə səbəb olur;
    Qatırquyruğu. Yüksək təzyiqdən əziyyət çəkənlərin şikayətlərindən biri də ödəmlərdir. Qatırquyruğu çayı içdikdə qan təzyiqi nizama düşür, üstəlik, ödəmlər də asanlıqla yoxa çıxır;
    Ayran. Təzyiq normadan aşağı düşdükdə duzlu ayran içilməsi məsləhət görülür. Yüksək təzyiq zamanı isə duzsuz ayran içmək vəziyyəti düzəldir. Ayran içmək ən asan üsuldur. Ayran yoxdursa, qatıq da yeyə bilərsiniz;
    Kassiya. Yüksək təzyiqdən yaxa qurtarmaq üçün sağlam, nizamlı şəkildə qidalanmaq vacibdir. Axşam yeməyindən sonra kassiya çayı içmək də yüksək təzyiqdən əziyyət çəkənlərin həyat keyfiyyətini yaxşılaşdırır;
    Qoz. Səhərlər təzyiqin yüksəlməsinin qarşısını almaq üçün 4-5 ədəd qoz yeyə bilərsiniz. Tərkibindəki maqnezium sayəsində qoz hipertenziyanın müalicəsini dəstəkləyir;
    Zirə. Təzyiqi təbii yolla aşağı salmaq istəyirsinizsə, zirə çayını da sınaqdan çıxarın. Düzdür, dadı bir az acıdır, amma faydalıdır. Zirə çayı mədədəki narahatlıqları da həll edə bilir;

КОМЕНТАРІ • 67

  • @zehracebiyeva8312
    @zehracebiyeva8312 7 місяців тому +3

    Keklikotu tezyiq salir isti halda icende soyuq icende tezyiq qalxir cunki men bunu sinamiwam tezyiqi olan bir insan kimi

  • @kovakadini88
    @kovakadini88 8 місяців тому +3

    Qara Yemişan Ve Kətan Toxumuda Yuksək Təziqi Salır Sirkəli Desmalı Dabana Bağlamaqda Təziqi Salır Dediklərimi İstifade Edilib Ki Deyirəm Deqiq !! ( Amma Hər Orqanizma Bir Deyil !! ) ...✌

  • @Uzeyirsoy
    @Uzeyirsoy 8 місяців тому +2

    Salam ay xanım, bəs aşağı təzyiq üçün nə etmək lazımdır? Elə həmişə yüksək təzyiqdən danışırsız amma heç aşağı təzyiqdən danışmırsız

  • @daltliyeva9346
    @daltliyeva9346 8 місяців тому +4

    Təşəkkürlər, kanalınızı sevərək izləyirəm və məsləhətlərinizdən istifadə edirəm,çox sağ olun💙❤💚

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      İzlədiyiniz üçün təşəkkür edirik💗

  • @asifesgerov3284
    @asifesgerov3284 8 місяців тому +5

    Vacib məsələdi təzyiq son gūnlər.Cox sag olun

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому +1

      Bəli, çox insan əziyyət çəkir

  • @AfətAqaliyeva
    @AfətAqaliyeva 7 місяців тому +2

    Qoz əksinə təziqi qaldırır. Yəqin ki hər orqanizm fərqlidir ona görə

  • @elchinaliyev774
    @elchinaliyev774 8 місяців тому +2

    Sabahdan inşallah keçirəm banan yeməyə,heç bilməzdim təyziqə kömək edir.burda kilosu 1evro.təşəkkürlər.

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 8 місяців тому +2

    Məndə. 110-70 -ə
    Özümü rahat hiss edirəm

  • @telmanwabanov9792
    @telmanwabanov9792 8 місяців тому +3

    Her kese salam bayaqdan vidioya baxiram qoz teziygi awagi salmir eksine yuxaari qaldirir qozdu sora tumdu

  • @Fizikci489
    @Fizikci489 8 місяців тому +2

    Salam Xəyalə xanım yemek yemeye bilməmək nədəndir səbəbini deyərdiz gunde1 dəfə və ya 2 dəfə yeyə bilirəm onuda az yeyirəm təxmini 1-2 ay olar ki beləyəm yaş 16

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому +1

      iştahsızılq psixoloji də ola bilər

    • @Fizikci489
      @Fizikci489 7 місяців тому

      @@birbaxkanal pisteloji necə yəni

    • @PakizeMemmedova-l2y
      @PakizeMemmedova-l2y 6 місяців тому

      Xəyalə xanlm mənim 70 yaslm var mənim yadıma görə təzyiqim necə olmaldl qlzlm ❤❤❤❤

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 8 місяців тому +4

    DƏYƏRLİ VİDEODIR ÇOX SAĞOLUN

  • @kovakadini88
    @kovakadini88 8 місяців тому +2

    😻Teşkkürler 💕

  • @EhdibarKerimov
    @EhdibarKerimov 8 місяців тому +2

    Sağ olun yaxşı məsləhətlər verirsiniz səhərlər şirin çay içmək ziyan deyil ki

  • @tbibaynal571
    @tbibaynal571 8 місяців тому +1

    BANA SƏKƏR VAR DEYƏ TƏZYİQİ QALDİRİR.

  • @МирзаАхундов-ш6ъ
    @МирзаАхундов-ш6ъ 8 місяців тому +1

    Записи подписать отсутствует подписать не куда

  • @samireveliyeva1533
    @samireveliyeva1533 4 місяці тому

    Mənim təziqim cox olur, səbəbini tapa bilmirəm. Özüm nələr edirəm düsmür.Hətatimi alt üst edib

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      İzlədiyiniz üçün təşəkkür edirik

  • @kovakadini88
    @kovakadini88 8 місяців тому +2

    Yaxşı deyir ...🤔

  • @muradkrimov9896
    @muradkrimov9896 6 днів тому

    Salam♥️♥️♥️

  • @mahuzrsalahova4960
    @mahuzrsalahova4960 8 місяців тому +3

    👍👍🙏🙏💯🤲❤🌹

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      İzlədiyiniz üçün təşəkkür edirik💗

  • @kemaleeliyeva1458
    @kemaleeliyeva1458 8 місяців тому +2

    ARDI GELSIN COX TEWEKKURLER

  • @ramalresid8504
    @ramalresid8504 23 дні тому

    Cox sag olun

  • @ilqaralisov5736
    @ilqaralisov5736 5 днів тому

    var

  • @hesenhesenli5766
    @hesenhesenli5766 8 місяців тому +6

    Ayri seyi bilmirem amma kekotu cayi icen kimi teziqim kelle carxa cixir yeni o deyqe qalxir

    • @AfətAqaliyeva
      @AfətAqaliyeva 7 місяців тому

      Kəklikotu iki cürdü biri təziqi qaldırir biri isə saır. Tünd nanə dadı olan təziqi salır

    • @songulkarl8005
      @songulkarl8005 6 місяців тому

      Məndədə qaldırır

    • @elnuraretro3886
      @elnuraretro3886 9 днів тому

      BUNLAR DEYEN HAMSI YALANDI

  • @nusabaabulgasanova6419
    @nusabaabulgasanova6419 8 місяців тому +2

    Cox sag olun

    • @bkbugyf
      @bkbugyf 8 місяців тому

      E bir itimizi baylra clxan kimi Bikeceri 203 n-li avtibus astanovkasl Al ve Oba marketin yanlnda oqlan uwaqlarl srxaskna sallb oqurkadl Halalllq vermirem,aparlb satdllar Xasqi idi.

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Siz sağ olun. Bizi haradan izləyirsiniz?

  • @birbaxkanal
    @birbaxkanal  8 місяців тому +3

    Suallarınızla bağlı yaza bilərsiniz

    • @kamalaabbasova7584
      @kamalaabbasova7584 8 місяців тому +2

      Təşəkkür edirəm ki bizi təmənnasız məlumatladırsız🪻🪻🪻

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому +1

      @@kamalaabbasova7584Mən təşəkkür edirəm

  • @arifsalimov7
    @arifsalimov7 2 місяці тому

    MƏN BU DEDİKLERİNİZLE İNANİN Kİ SAGALDİM

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Çox sağ olun. Sağlam və gümrah olun.

  • @sahideezizli
    @sahideezizli 6 місяців тому

    30 yawim teziqden ezyet cekirem hergun qalxir

  • @ilqarmemmedov2158
    @ilqarmemmedov2158 8 місяців тому

    SALAM AMMA MEN LIMON YESEM TEZYIQI COXALIR

  • @sevinckerimli3709
    @sevinckerimli3709 6 місяців тому

    Salam. Men nanenin iyisinden teziqim qalxir hetda urekbulanma bele verir mene

  • @nazilefeyzullayeva1097
    @nazilefeyzullayeva1097 6 місяців тому

    Tezyiq xestesiuem kofe icmek olarmu

  • @xdicshla5318
    @xdicshla5318 8 місяців тому +1

    Çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?

  • @Xanmqdirova7816
    @Xanmqdirova7816 8 місяців тому +1

    ❤❤Cox caq olun..

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?

  • @SelimSelimKadir
    @SelimSelimKadir 8 місяців тому

    Super. Sağ olun.👍👍👍♥️♥️♥️🇦🇿🇦🇿🇦🇿

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?

  • @songulkarl8005
    @songulkarl8005 6 місяців тому

    Bəs deyirlər banan qanı laxtalandırır

  • @zahraseven701
    @zahraseven701 5 місяців тому

    ALLAH sizdən razı olsun dəyərli məlumatlara görə 🌹

    • @birbaxkanal
      @birbaxkanal  5 місяців тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @safiyamehdiyeva6776
    @safiyamehdiyeva6776 7 місяців тому

    😅Sag ol məsləhətə ğörə amma kəklik otu təzyiqi qaldırır

    • @birbaxkanal
      @birbaxkanal  7 місяців тому

      Əslində hər orqanizmdə fərqli reaksiyalar verə bilir bitkilər.

  • @ZemileMehdiyeva
    @ZemileMehdiyeva 6 місяців тому

    😊00

  • @EhedHaslov
    @EhedHaslov 8 місяців тому

    Təşəkkür edirəm çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?

  • @GulsenemHerayeva
    @GulsenemHerayeva 6 місяців тому

    ❤😊

    • @birbaxkanal
      @birbaxkanal  5 місяців тому

      İzlədiyiniz üçün çox sağ olun🌹

  • @violetline1460
    @violetline1460 8 місяців тому

    Tewekkurler

    • @birbaxkanal
      @birbaxkanal  8 місяців тому

      Təşəkkür edirik. Bizi haradan izləyirsiniz?