Reklam əyləncəli formada necə çatdırılmalıdır? || “Advertainment”

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Reklam əyləncəli formada necə çatdırılmalıdır? Dünyaca məşhur müğənni Şakiranı yəqin ki, hər biriniz tanıyırsınız. Şakiranın ən çox izlənilən videolarından biri və ən çox paylaşılan klipi 2014-cü ildə "Activia" şirkətinin sponsorluğu ilə çəkilmiş "La la la" klipi olmuşdur. Bu klipi digərlərindən fərqləndirən əsas cəhət onun özündə musiqi və məhsul reklamını birləşdirməsi idi. Klipdə Barselona futbol klubunun üzvləri də iştirak etmiş və izləyicilərə əyləncəli bir şəkildə Aktivia şirkətini tanıtmışdılar. Nəticədə, video sadəcə Facebook sosial mediasında 100 milyondan çox bəyəni toplamış, 5 milyon dəfədən çox paylaşılmış və beləliklə indiyə qədər ən çox paylaşılan reklam videosu olmuşdur. Verilmiş bu nümunə və nümunədə istifadə olunmuş məhsul təqdimatı "Advertainment" marketinq strategiyası adlanır.
    Bəs "Advertainment" strategiyası nədir və biznesdə necə istifadə olunur? Onu digər reklam strategiyalarından fərqləndirən cəhətlər nələrdir?
    Loru dildə desək, "Advertainment" əyləncə və məhsul təqdimatını özündə birləşdirən bir marketinq strategiyasıdır. Biz bu marketinq metoduna daha çox televiziya verilişlərində, mahnılarda və filmlərdə rast gələ bilərik.
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    - Əlaqə: / businestalks...​
    - Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Kontent Müəllifi: Gülər Hüseynova
    Səsləndirmə müəllifi : Tural Vəliyev
    Animasiya müəllifi : Ülkər Axundova
    Layihə Meneceri : Tural Vəliyev və Kamran Tağıyev

КОМЕНТАРІ • 13