Dünyaya gəlmiş ən yaxşı 10 şahmatçıdan biri - Vüqar Həşimov yığma komandaya niyə çağrılmamışdı?

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #1000production #trend #birivaridi
    Videoda Asan Radio yutub kanalındakı videomaterillardan ( • Dünyanın ən güclü 6 şa... ) istifadə edilmişdir.
    Videoda AzadliqRadiosu yutub kanalındakı videomateriallardan ( • Vüqar Həşimov dəfn edilib ) istifadə edilmişdir.
    Videoda Tofiq Teymuroğlu yutub kanalındakı səsdən ( • ALIM QASIMOV Menimle b... ) istifadə edilmişdir.
    O, ümumdünya şahmat tarixində ilk dəfə keçirilən Bakı Qran-prisi-2008-də, 1-ci mərhələdəki möhtəşəm qələbədən sonra gülümsəyərək deyir: "Mən qələbə qazanmaq üçün qayıtdım". Bu böyük, həqiqi sevinc yalnız şahmatdakı heyrətamiz qalibiyyətlə yox, həm də xəstəlik üzərində qələbəylə bağlı idi. Axı hələ uşaqlığında ona tibbi diaqnoz qoyulmuş və rəy verilmişdi: heç bir ciddi zehni gərginlikdən və şahmat mübarizəsindən söhbət gedə bilməzdi. O isə qərarını vermişdi: Mən həyatımı şahmatsız təsəvvür edə bilmərəm.
    Biri var idi, şahmatı onsuz təsəvvür edə bilmədiyimiz Vüqar Həşimov
    Vüqar Qasım oğlu Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 6 yaşında atasının köməyilə şahmatın sirlərinə yiyələnir.
    Yeniyetmə yaşlarından ona gərgin zehni işlə məşğul olmaq qadağan olunur.
    2005-ci ildə qayıdışı zəfərlə oldu. O, Afinada iştirakçı heyyətinə görə güclü olan Akropol Openi məğlub etdi. 2006-cı ildə Əbu-Dabidə 19 qrossmeqysteri geridə qoyaraq, özünün məşhur heyyətiylə qalib gəldi.
    2008-ci ilin ilin aprelində Bakıda şahmat tarixində ilk FİDE Qran-prisinin həmin 1-ci mərhələsi təşkil olunur. Vüqar Karlsen və Van Xaonu əlavə göstəricilər üzrə qabaqlayaraq qələbələr qazanır. Tezliklə Vüqar Həşimovun reytinqi 2750 göstəricisini keçir və o, dərəcə cədvəlində 6-cı sıranı tutmaqla, şahmat elitasının 10-luğuna daxil olur.
    Vüqar şahmatdan başqa məharətlə pianinoda da ifa edirdi. Poeziyanı sevir. Şeir yazır... Boş vaxtlarında Futbol və böyük tennislə məşğul olurdu. Vüqar Həşimov fenomen yaddaşı ilə dünya tarixini, coğrafiyasını, musiqisini, idmanını və 7-dən çox xarici dili mükəmməl bilib.
    27 dəfə Azərbaycan bayrağını dünya və avropa şahmat arenalarında yüksəkliklərdə dalğalandırmışdır.
    Azərbaycan Şahmat Federasiyası ilə arasında yaranmış münaqişəyə görə 2010-cu il şahmat olimpiadasında yığma komandanın heyətinə dəvət edilmir. Bu hadisə ilə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri Vüqar Həşimovun özünün yarışdan imtina etdiyi deyilir. İmtina səbəbini isə daha yükəsək səbəblərlə əlaqələndirirlər.
    2011-ci ildə Yunanıstanın Porto Karras şəhərində keçirilən Avropa çempionatında səhhətində problemlər yenidən özünü göstərir. Fransa ilə görüş zamanı qəfil ürəyi gedən şahmatçıya komanda yoldaşları köməyə gəlir. Fransa ilə oyun yaddan çıxır, hamı Vüqar üçün həkim axtarmağa başlayır. Həmin görüşdə Fransa yığmasının üzvləri hörmət əlaməti olaraq bütün lövhələrdə şahmatçılarımıza heç-heçə təklif etdilər. Əlbəttə ki, şahmatçılarımız da heç-heçəni qəbul edir.
    2009-cu ildə Avropa çempionu olandan sonra ATV-yə canlı bağlantı zamanı “Azərbaycan səni çox sevirəm”.
    Vüqarın nişanlısı Elizabet onun haqqında xatirələrini bölüşərkən deyir:
    “Mən şahmatdan baş çıxarmadığım üçün Vüqarın digər müsbət cəhətlərinə diqqət yetirirdim və deyim ki, onun həmin cəhətləri oyuna olan istedadından da çox idi. Vüqar sakit insan idi, özündən daha çox başqalarının qayğısına qalırdı. O, gözəl, yumşaq yumor hissinə malik, xeyirxah insan idi. Hesab edirdi ki, yalnız təbəssüm insanları xoşbəxt edə bilər. Vüqar geniş maraqlar dairəsinə malik bir şəxs idi: o, şeir yazır, həyat haqqında fəlsəfi fikirlər yürütməyi xoşlayır, saatlarla musiqi dinləyir, mahnıların mətnlərini tərcümə edir, lətifələr danışır və hətta öz kompüterində tennis və futbol oynayırdı. Residiv diaqnozunun qoyulması və baş beyində bədxassəli şişin aşkarlanmasından bir neçə həftə əvvəl o, çoxdankı arzusunu yerinə yetirdi - fortepianoda ifa etməyi öyrəndi. Həmin vaxtdan bir neçə dəfə mənim üçün “River flows in you” musiqisini ifa etmişdi. Sevdiyim şəxsin təhlükəli diaqnozu barədə öyrənəndən sonra sevincim kədərə çevrildi. Yalnız onun döyüş ruhu və nikbinliyi mənə dəstək olurdu. Hətta Vüqar üçün mənəvi və fiziki baxımdan daha çətin olanda belə, o, söykənməyim üçün çiynini mənə verirdi.
    Mən, Almaniyadakı xəstəxanaya getməli olduğumuz günü yaxşı xatırlayıram - Vüqar gülümsəyirdi. Bir neçə gün intensiv terapiyadan sonra palataya qayıtdıqda, Vüqar yenə də gülümsəyirdi. Vüqarın bir insan kimi mahiyyətini məhz belə təsəvvür etmək olar: yumor, həyat gücü, açıqlıq. Bütün bunlar daim yaddaşımda qalacaq”.
    2014-cü ilin aprel ayında, Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib.
    Növbəti illərdə də bu turnir ənənəvi olaraq keçirilməyə davam edir..
    Müsahibələrinin birində ən sevdiyi gedişinin “Karol E6” olduğunu demişdi. Çünki o, bu gedişlə Azərbaycanı Avropa çempionu etmişdi. Ən ağır gedişini isə 2014-cü il yanvarın 11-də etdi. Bəli o, 27 yaşında, soyuq bir qış günündə bizdən birdəfəlik getdi...

КОМЕНТАРІ • 28

  • @sevdarahmanova9169
    @sevdarahmanova9169 2 роки тому +15

    Allah rəhmət eləsin Vuqar Həşimov evden yox, eldən getdi.Şahmat tarixinə qızıl hərflərlə yazdı adını.Ruhu şad olsun.

  • @ilhammursalov8179
    @ilhammursalov8179 2 роки тому +10

    AZƏRBAYCAN QİZİL ŞAHMAT NƏSLİNDƏN BİR YARPAQDA SOLDU.

  • @user88815
    @user88815 2 роки тому +6

    Allah rehmet elesın Ruhu wad olsun Amın 🇦🇿 🇹🇷 Sen fanisen İNSAN.. Bunu duwun ve derk et...

  • @zahramammadova6487
    @zahramammadova6487 2 роки тому +5

    Allah rəhmət eləsin! Amin! 🤲 Təəsüf ki, qısa ömür yaşadı! Amma xatirəsi qəlblərdə əbədi yaşayacaq bir iz qoydu! Yaşasaydı, daha nələr,nələr edərdi!? 🥀😔😢

  • @sevdarahmanova9169
    @sevdarahmanova9169 2 роки тому +7

    Vuqar Həşimovun ata ve anası da çox gözəl insanlardı.Ot köku ustde bitər.

    • @surayyaabbasova3370
      @surayyaabbasova3370 2 роки тому +2

      Bacısı Samirə də əla qızdı.mehriban gülər üz dəniz gözlüm Samirəm💜

  • @ilkinmustafa4796
    @ilkinmustafa4796 2 роки тому +11

    Ruhu şad olsun, Vüqar ayrı oğul idi

  • @crazyanyone1932
    @crazyanyone1932 2 роки тому +7

    Allah rəhmət eləsin

  • @gunayseferova5741
    @gunayseferova5741 2 роки тому +4

    Nəyə görə Azərbaycanda isdedadlı insanlar nədənsə tez ölür və ən coxda xərcəngə tutulurlar ,məncə burda nəsə var

  • @xan2006
    @xan2006 2 роки тому +6

    Allah rehmet elesin

  • @СеваСева-ш9б
    @СеваСева-ш9б 2 роки тому +6

    ALLAH rehmet elesin

  • @AgamusaAbdullayev-q6i
    @AgamusaAbdullayev-q6i 3 місяці тому +2

    Əziz və gözəl Vüqar bala mənim oğlumdan üç gün əvvəl doğulmuşdu.Oğluma həmişə onun dözümlülüyünü fədakarlığını misal çəkmişəm. O dünya çempionu olacaqdı.Təəssüf ki həmişə qələbələr qazanan Vüqar mənfur ölüm qarşısında aciz qaldı.Ruhu şad olsun.AMİN.

  • @ismayleliyev733
    @ismayleliyev733 2 роки тому +5

    🤲🥀🤲

  • @elnurquluyev4846
    @elnurquluyev4846 2 роки тому +4

    Allah rəhmət eləsin

  • @mhakl6165
    @mhakl6165 2 роки тому +3

    Çox sağ olun ki,belə dəyərli insanları yada salırsız

  • @ismayilismayilov-yp4pk
    @ismayilismayilov-yp4pk 2 роки тому +4

    Allah rehmet elesin

  • @leylamohubbetqizi8166
    @leylamohubbetqizi8166 2 роки тому +4

    FEXRIMIZ IDI ! RUHU WAD OLSUN.

  • @mhakl6165
    @mhakl6165 2 роки тому +2

    Çox heyif belə oğullarımızı tez itirirk😔😔

  • @qumruamirova5052
    @qumruamirova5052 Рік тому +1

    Çox sağ olun. Sizin videolara belə ad verərdim,, Unutmayaq, unudulmağa qoymaq,,

  • @seltenetrzayeva8259
    @seltenetrzayeva8259 Рік тому +2

    CANNN TOYU QİYAMƏTƏ QALAN OĞLAN NUR İÇİNDƏ YAT OĞUL .

  • @vusalkazimov5725
    @vusalkazimov5725 2 роки тому +3

    Dəyərli süjetiniz üçün çox sağ olun. Bunu biz sizdən xahiş etmişdik, sözümüzü yerə salmadığınız üçün təşəkkür edirik.Vüqar Həşimovun əziz xatirəsi bütün Azərbaycan xalqının, xüsusən də ona doğma olan Goranboyluların qəlbində daim yaşayacaq.

    • @surayyaabbasova3370
      @surayyaabbasova3370 2 роки тому

      Bütün Azərbaycanın qəlbində yaşıyacaq.yeri behiş olsun.bacısı Samirə itv.də iş yoldaşım olub çox yaxşı,canlara dəyən qızdı.Allah ailəsinə,doğmalarına səbr versin.heyif ki,mən həmin vaxt Samirənin yanında ola bilməmişdim.çünki ikimiz də tv.dən ayrılmışdıq,mən işsiz olduğum üçün həmin ərəfələrdə rayona qayıtmışdım((Vüqarı tanımırdım amma nə yaxşı ki,Samirəni tanımışam((

    • @vusalkazimov5725
      @vusalkazimov5725 2 роки тому

      @@surayyaabbasova3370 Çox sağ olun, əzizlərinizə rəhmət.Bizə də qohum düşürlər.

  • @ULDUZ999
    @ULDUZ999 Рік тому +1

    ALLAH rəhmət etsin.

  • @SerdArt
    @SerdArt 2 роки тому +2

    *******

  • @ramilimanov6770
    @ramilimanov6770 Рік тому

    Ən çox sevdiyim şahmatçı, dəyərli Vüqar Həşimovdur. Allah Vüqar Həşimova qəni - qəni rəhmət eləsin. Ruhu şad olsun. Azərbaycan milləti Vüqar Həşimovu heç vaxt unutmayacaq! Unudulmaz Vüqar Həşimov !

  • @Bayramova-qy8hj
    @Bayramova-qy8hj Рік тому

    Allah rəhmət eləsin, ruhu şad olsun İnşallah