Verilişdə övladlarının sayını gizlədi - Ölümündən bir gün qabaq söz verdi ki...

Поділитися
Вставка
  • Опубліковано 3 жов 2024
  • Ölüm həmişə erkəndi. Elə adamlar da var ki, onların gülən simasına ölüm heç yaraşmır. Əzizləri, dostları isə bir ömür o təbəssümlü simanı ölümə təslim edə bilmirlər. Üstündən illər keçsə də, həmin adamlar haqqında ölən biri kimi danışmaq olmur. Biri var idi, gülə-gülə ölən Rüfət Mehdiyev...
    Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə daxil olub.
    Universiteti başa vurandan sonra isə musiqi ilə məşğul olmağa başlayıb. 1992-ci ildən müğənnilik edib. “Space” Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib. Eyni zamanda “Dünən qəfildən gəldi” filmində baş rolda oynayıb.
    Müğənni kimi “Darıxırdım”, “Druziya”, “Gedirəm”, “Getdin”, “İl keçdi”, “Yandırdı, yaxdı məni” mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.
    Rüfət Mehdiyev iki dəfə ailə həyatı qurub. 90-cı illərin əvvəllərində toylarda sintezator ifaçısı kimi çıxış edən müğənni həmin toyların birində gələcək həyat yoldaşı ilə tanış olub. Və onlar ailə qurublar. 1993-cü ildə onun Zemfira adlı bir qızı, sonra daha bir qızı dünyaya gəlib.
    İlk ailə həyatı uğurlu olmayan müğənni sonralar ikinci dəfə Fərqanə adlı xanımla evlənib. Bu evlilikdən isə onun Sabir adlı oğlu, Aynil adlı qızı olub. İkinci ailəsi ilə yanaşı müğənni ilk ailəsinə də baxır, qızları ilə hər gün əlaqə saxlayırmış.
    Ancaq qəribədir ki, verilişlərdə o, iki övladı olduğunu deyirdi.
    Rüfət bütün dostlarının xatirində güləriz, səmimi sədaqətli bir insan kimi qalacaq. Onun xatirəsinə çəilmiş filmlərdə dostları, yoldaşı mənfi xüsusiyyətlərini axtararkən saniyələrlə bir nöqtəyə zillənib fikirləşsələr də, Rüfətin həyatında, xasiyyətində mənfi çalar tapa bilmir, gülümsyir, yenidən xoş notlara köklənirlər.
    Rüfət Mehdiyev keyfiyyətli musiqilərə üstünlük verir, peşəkarlarla işləyirdi. Bir neçə mahnısını da görkəmli bəstəkarımız Eldar Mansurovla işləmişdi.
    Qızı Zemfiranın musiqiyə hədsiz həvəsi olsa da, atası buna mane olub. Tez-tez əlinə daraq alıb evdə müxtəlif musiqilər səsləndirən, özünü Aygün Kazımovaya bənzədən qızına bu fikirdən uzaq olmasını, yaxşı oxuyub ali məktəbə girməsini tövsiyə edib.
    Qızı Zemfira müsahibələrinin birində xatırlayır:
    “Bacım da eyni ilə mənim kimi müğənni olmaq istəyirdi. O, müğənniliyə məndən daha çox həvəs göstərib. Amma ikimiz də uşaq vaxtı xəyalını qurduğumuz peşələri seçmədik. Mən dizayner oldum, bacım isə tibb sahəsində çalışır. Amma təəssüf ki, atam bizim universitetə qəbul olmağımızı görə bilmədi. Mən 11-ci sinifdə oxuyanda o vəfat etdi”. Qızı müğənni olmasa da, atasının mahnısını hobbi kimi oxuyur:
    Qızı Zemfiranın sözlərinə görə 2018-ci ildə onun toy mərasimində atasının yaxın dostları olan sənət adamlarından Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, “Bu şəhərdə”nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski təmənnasız iştirak ediblər.
    Rüfət Mehdiyev həmkarı Elariz Məmmədovla çox yaxın dost olub. Elariz bəyin qızının toyuna dəvət olunan Rüfət toydan sonra pul götürməyib, hətta ona pul təklif etdiyinə görə Elarizdən inciyib.
    Müğənninin yaxınları onun çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olduğunu qeyd edirlər. Dostu Elnur Quliyev müsahibələrinin birində deyir:
    “Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, heç nə olmayıb deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı.”
    Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin, bu sözləri deyəndən bir neçə saat sonra Rüfət Mehdiyev 2011-ci il fevralın 11-də gecə saat 3-də rusların "Komedi Klab" verilişinə baxıb güldüyü yerdə qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. O, Nizami rayon qəbiristanlığında dəfn edilir.
    “Dostlar”, “Mən həyatı sevirəm”, “Gedirəm”... Bunlar Rüfətin mahnılarının adları idi. O, dostları ilə mahnı-mahnı, nəğmə-nəğmə vidalaşırdı. Sonuncu nəğməsini isə heç birimiz eşitmədik. Müğənninin həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb mətbəxə keçib bir şeir yazır və bu şeirə musiqi bəstələyir, lakin həmin bəstəni lentə almır. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, Rüfət musiqini əbədi özü ilə aparır.

КОМЕНТАРІ • 276

  • @eldarguseiinov1580
    @eldarguseiinov1580 3 роки тому +40

    Halal olsun qardaş sənə Rüfət Mehdiyevi unutmadın cox gözəl sənətkar idi allah rəhmət eləsin bu arada Rüfət Mehdiyevi tanımıyanlara məsləhət görərdimki Darıxdım ifasına qulaq assınlar..

    • @leylimm5751
      @leylimm5751 3 роки тому +5

      Dünyanı vaxtsız tərk etsə də, həmişə yaşar işləri(bəstələri, ifası), övladları onu yaşadacaq...Allah rəhmət eləsin!

    • @heyatisgenderli4002
      @heyatisgenderli4002 3 роки тому +2

      Taniyanlar taniyir.

    • @tukezvanadigozelova4034
      @tukezvanadigozelova4034 3 роки тому +2

      vefa sefiyev

    • @eldarguseiinov1580
      @eldarguseiinov1580 3 роки тому

      @@heyatisgenderli4002 oldu

    • @feridehesenquliyeva3758
      @feridehesenquliyeva3758 3 роки тому +2

      Allah rehmet etsin qebri nurla dolsun çox üzülduk sevilen bir insan idixatirelerde daim yaşayacaq

  • @lezgin_lek2389
    @lezgin_lek2389 3 роки тому +27

    Öz övladlarını qəbul etməyən insana da nə deyəsən, ALLAH rəhmət eləsin, amma hörmətim var idisə də yox oldu

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +3

      Elbette dostlari ve ikinci ailesi ùçùn menfi ceheti olmaz. Amma birinci xanimi çox eziyyetle òvladlarini bòyùtdù. Aile de qurmadi.

  • @elmiraaliyeva7969
    @elmiraaliyeva7969 3 роки тому +56

    UŞAQLARIN NƏ GUNAHI VAR Kİ ? ÖVLADI DANMAQ OLMAZ ! HƏLƏ O ÖVLAD QIZ UŞAQI OLARSA ! QIZ ATAYA ƏMANƏTDİR ! ATANIN QEYRƏTİ , NAMUSUDUR ! ALLAH GUNAHLARINI BAQIŞLASIN ! AMİN !

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +7

      Ana onlara hem ana,hem de ata oldu,tezeden aile qurmadi. Çox namuslu,ismetli,terbiyeli,savadli qizlar bòyùtdù. Bu ailenin yarida qalmasininin sebebkari òzù de yarida qaldi.

    • @mikamika430
      @mikamika430 2 роки тому +1

      Qiz uşaği atanin cennetidir.

    • @44days53
      @44days53 Рік тому

      ​@@casaratibrahimli6131tanıyan insanlar tam əksini deyir

  • @Godstoocool
    @Godstoocool 3 роки тому +28

    Azərbaycan estradasının ən istedadlı ən mədəni müğənni lərin dən idi Rüfət bəy Allah Rəhmət eləsin sizə

  • @rahilamammadova2585
    @rahilamammadova2585 3 роки тому +20

    Göz yaşı üzərində xoşbəxtlik olmur

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +5

      Òmrùnùn sonunda basha dùshmùshdù,amma gec idi.... Cavan gelinin iki ushaqla tek qalmasina sebeb olan qadin òzù de cavan iken iki ushaqla tek qaldi...

  • @dina_rblx4796
    @dina_rblx4796 3 роки тому +49

    Çox hörmət etdiyim mügənni idi. Allah rəhmət eləsin. Lakin niyə övladlarının sayı gizlədirmiş? Düz deyil. O ,əvvəlki uşaqları üçün bu böyük zərbədi axı.

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +18

      Birinci xanim nece insan adamdisa ,qizlari ataya mehebbet hissi ile bòyùdùb. Atani balalardan ayirani ALLAH da tek qoydu ki, atasiz òvlad bòyùtmek nedi,gòrsun.

    • @samsungsamsaungg6191
      @samsungsamsaungg6191 3 роки тому +8

      gör indi ikincisi onu efirə necə dərs verib yola salıbmış ki hərif hərif təkrar edib...yumşag insan olub yagin...

    • @refiqeabbasova5366
      @refiqeabbasova5366 3 роки тому +8

      İkinci xanımı icazə vermirmiş yeqin.Allah bilən məsləhətdi .Ama Allah onunda balalarını atasız qoydu.Yenə sağolsun birinci xanım uşaqları atadan soyutmayıb.Yenə biz Rufetin qızlarını tanıyırıq

  • @Sumqayitt
    @Sumqayitt 3 роки тому +63

    Allah rəhmət eləsin. Bir sözlə razı deyiləm. Necə yəni dostları mənfi bir çalar tapa bilmirlər . Məyər ata belindən canından qanından gələn evladını danırsa bu özü mənfilik deyilmi ?. Mənfilik qalsın bir yana hətta günahın böyüyü sayılır. Mən bunu belə başa düşürəm

    • @Panda-hc8wb
      @Panda-hc8wb 3 роки тому +1

      AY YAŞA DÜZ DEYİRSİZ.

  • @SamsungGalaxy-ix9zg
    @SamsungGalaxy-ix9zg 3 роки тому +17

    Həqiqətən, ölümündən illər keçsə də , hələ də müasir musiqinin öndə gedənləri sırasındadır , Rüfət Mehdiyev!Ancaq , uşaqları barəsində olan düşüncəsi onu sevən bir dinləyici olaraq , məni də dərindən təəssüfləndirdi.....

  • @resadresad5679
    @resadresad5679 3 роки тому +11

    Allah günahların bağışlasın.Ancaq ən böyük səhvini edib uşaqların sayını danıb.Mənfi cəhəti yoxdur deyib dostları.Bəs uşaqların haqqına girmək ...😕🙇🙇

  • @zumrudceferova7695
    @zumrudceferova7695 Рік тому +2

    Əbəs yerə deməyiblər,aglayanın bir dərdi,gülənin 1000-dərdi var,Allah rəhmət eləsin sənətkarımıza🤲

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 3 роки тому +3

    Heyif gülərüzlü,qəlbi məzəli əhvalatlarla dolu,mehriban Rüfətimizdən!Onun yumor hissi çox güclü idi.Yəqin ki,gülə--gülə gözlərini həyata yumub.Allah səndən rəhmət nurunu əskik etməsin!Amin!!!

  • @zoyazeynalova8320
    @zoyazeynalova8320 3 роки тому +15

    Allah rəhmət eləsin.Məkanı cənnət olsun

  • @almasnasibova9928
    @almasnasibova9928 2 роки тому +2

    Allah rəhmət etsin.
    Övladları xoşbəxt olsun!

  • @lalmmmdova9473
    @lalmmmdova9473 3 роки тому +22

    Nə qədər istedadlı olsa da şəxsiyyət kimi formalaşmıyıb Ayrı seçkilik etdiyi balalarının da mürvəti də qismət olmuyub

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +1

      Rùfet Mehdiyevin bacanagi artistdir. O danishirdi ki, Rùfet senetin zirvesinde idi,pullu idi. Neçe defe ona dedim ki, ehtiyatli ol, bezen bu uģur,bu pul bash gicellenmeye sebeb olur. Eshitmedi,axirda gùl kimi ailesini de atdi. Òmrùnùn sonuna yaxin,her sheyi basha dùshùbmùsh.Amma gec idi....

    • @lalmmmdova9473
      @lalmmmdova9473 3 роки тому +4

      @@casaratibrahimli6131 Həyatda əsl dövlət övladdı hansı səbəbdən olsa da onların varlıgın inkar etmək bu Allaha da xoş getməz Qızlarının günahı nə idi ki dogma ata belə dönük olsun

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +3

      @@lalmmmdova9473 Qizlarin heç bir gùnahi yox idi. Gùnah atada idi....

  • @miribesirli7105
    @miribesirli7105 3 роки тому +37

    Məndə bu müğənnini çox sevirdim. Ancaq indi bu cür ilk balalarını saymadığını eçitdikdən sonra gözümdən düşdü. Yenədə Allah rəhmət eləsin. Bəlkədə tez ölməyinə səbəb 2 yerə bölünməyi səbəb olub.

    • @misecumbulu1612
      @misecumbulu1612 3 роки тому +2

      BİLİRDİM MEN YALANDİ 1 AİLESİNİ SAYMİRDİ.

    • @lezgin_lek2389
      @lezgin_lek2389 3 роки тому +1

      Eynən

    • @Милана-ч9р9ц
      @Милана-ч9р9ц 3 роки тому +3

      @@misecumbulu1612 Salam Fikirlerinizi tam anlamadım.Mən belə bilirəm.Birinci qadın.ayrılıb.İki qızı olub.
      Həmişə oğlan övladı arzusunda olub.Açıq,aşkar söyləyib
      Birinci ailəsi ilə dostluq münasibətində qala bilməyib.Qəlblərin sındırıb.Amma sonra qızlar böyüyəndən sonra ikinci qadından olan övladlar ilə isti münasibət qurmağa çallşıblar.Ən böyük qızı. efirdə belə danışdı ..

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +5

      @@Милана-ч9р9ц Ogul òvladi birinci nigahdan da ola bilerdi....29-30 yaşinda òzu atib birinci ailesini.... Belke de evde dava-dalash olmasin deye verlişde dòrd òvlad evezine iki òvladim var deyib..... Bòyùk qizlar çox gòzel, terbiyeli,savadli qizlardi....

  • @metihasanov5561
    @metihasanov5561 3 роки тому +4

    Gözəl müğənni idi ,məkanı cənnət osun,çox xoşum gəlirdi mahnılarından,ifaları çox həzin idi 😔🤲

  • @teraneemirova7015
    @teraneemirova7015 3 роки тому +47

    Məni övladlari siyahisinda saymayan atani hec xatirlamaram

    • @lllll617
      @lllll617 3 роки тому +5

      Çox sehv etdi .4 uşağının olduğunu gərək deyərdi.

  • @nermanagayev1637
    @nermanagayev1637 3 роки тому +2

    Allah rəhmət eləsin. Yeri behiş olsun . Sadə insan idi. İfaları adamı yormurdu. Mülayim səsi varidi.

  • @zohrasemedova6416
    @zohrasemedova6416 3 роки тому +3

    Yaxşı insan təsiri bsğışlayırdı hər zaman. Allah rəhmət eləsin🤲

  • @celalhuseynov5783
    @celalhuseynov5783 3 роки тому +8

    Allah Rehmet Elesin

  • @elcinhuseynov8153
    @elcinhuseynov8153 3 роки тому +8

    Allah rehmet elesin ruhuhu sad olsun

  • @qoncaaliyeva5770
    @qoncaaliyeva5770 3 роки тому +2

    Rüfət bəyin oxumaqıda, aktyorluğuda cox gözəl alınırdı. Allah qəni,qəni rəhmət eləsin.

  • @СевинджГараева
    @СевинджГараева 3 роки тому +5

    ALLAH RAHMAT EYLASIN 🤲🤲🤲

  • @vegeterian7772
    @vegeterian7772 3 роки тому +18

    yuva yixanin yubasi olmaz.

  • @sukufeheyderi4266
    @sukufeheyderi4266 3 роки тому +44

    Ev yixânin evi olmaz ona göre 1ci ailesinden olan 2 qizini atasiz qoyan öz usaqlarida atasiz qaldı

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +13

      Rùfet boshananda bòyùk qizinin yeddi yashi varmish. Rehmete gedende ikinci nigahdan olan qizinin da yeddi yashi vardi....Ev yixan cavan gelini ersiz,ushaqlari atasiz qoydu....òzù de ersiz,òvladlari atasiz qaldi....Mence,er òzù ailesine sahib çixmalidi,onda heç bir ev yixan aile daģida bilmez...

  • @matanatabdullayeva4769
    @matanatabdullayeva4769 3 роки тому +6

    Allah rəhmət eləsin amma balaların ahı tutub cəhənnəmə getməsə sükür atada övladını unudursa cəhənnəmə getsə yaxşıdı😭😭😭
    Əclaffffff get yat

  • @qddabdullayeva815
    @qddabdullayeva815 3 роки тому +6

    Allah rəhmət eləsin 🤲

  • @ArzuAlieva-sy9ne
    @ArzuAlieva-sy9ne 2 роки тому +2

    Deyəsən içməkdən vəfat edib,ürəyində problem olan adama qəti içki olmaz..Bunu bir həkim kimi deyirəm.Heyf 41 yaş nədir ki,....Allah rəhmət etsin🙏😪

  • @toastranger7379
    @toastranger7379 3 роки тому +5

    Allah Rəhmət eləsin Rüfət Mehdiyev ə
    Əsl İstedadlı müğənni və Mədəni İnsan idi
    Hər gün Onun
    "Druzya " " İl Keçdi " " Həyatı Sevirəm" Mahnılarını dinləyirəm

  • @teraneamrahova9157
    @teraneamrahova9157 3 роки тому +15

    İki uşaqi yox sayir deyirsenki menfi xüsüsiuyetini tapmaq olmur AllAH günahlarini baqişlasin

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +1

      ALLAH rehmet elesin. Birinci xaniminin qonşusu bir defe demişdi ki, Rùfet bunlari atib getdi. Qadin çox eziyyetle iki qizini bòyùtdù. Rùfet boşananda bòyùk qizinin yeddi yaşi vardi. Rehmete gedende ikinci nigahdan olan qizinin da yeddi yaşi vardi. Çoxlu borcu varmiş,fikir edirmiş. Bezen insan dùşùnùr ki,ikinci defe evlenmeye deyermiydi ? ...

  • @fuadhamishayev2096
    @fuadhamishayev2096 Рік тому

    Allah sənə rəhmət eləsin , Rüfət .

  • @elxanmemmedov64
    @elxanmemmedov64 Рік тому +1

    Eşitmişdim ilk usaql.danır.öz dilindən eşidib lap pis oldum.günahdı.Allah rəhmət etsin....

  • @mustafayevorxan1558
    @mustafayevorxan1558 3 роки тому +4

    Allah rehmet elesin

  • @elmarsayyadi8393
    @elmarsayyadi8393 11 місяців тому

    ALLAH rəhmət eləsin Amin

  • @sedaqetmirzayeva7783
    @sedaqetmirzayeva7783 3 роки тому +1

    Mənim yaddaşımda elə gülərüz zarafatcıl qaldı Rüfət bəy. Allah rəhmət eləsin 😭.

  • @namikbabayev7338
    @namikbabayev7338 3 роки тому +2

    ALLAH REHMET ELESIN,MEKANI CENNET OLSUN-AMIN

  • @АгавердиАгакешиев

    ALLAH реhмет елесин!!!

  • @xuramanabdullayeva8901
    @xuramanabdullayeva8901 3 роки тому +2

    Allah rəhmət eləsin Amin Məkanı cənnət olsun

  • @НурайАлизаде-ю9з

    Övladlarını inkar edən insan keyfiyyətli ata deyil! ALLAH rəhmət eləsin.

  • @seferquliyev7070
    @seferquliyev7070 3 роки тому +2

    Allah rehmet elesin. Gözel insan idi.

  • @lili...520
    @lili...520 3 роки тому +9

    Ölməsəydi nəsə deyərdim. Adam halal övladını danmaz.

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +3

      Danmaģa mecbur eden òzù de iki ushaqla tekbashina qaldi.... Rùfet dansa da,birinci xanimi qizlari ataya sevgi hissi ile bòyùtdù. Halal olsun bele qeyretli qadina....

  • @afaqqasimova021
    @afaqqasimova021 3 роки тому +2

    Allah rehmet elesin . Aile sirli mekandi

  • @mtantmmmdova4175
    @mtantmmmdova4175 3 роки тому +1

    Allah rəhmət eləsin gözəl sənətkarlarımıza məkanı cənnət olsun Allah sizin kimi yaşadan unudulmağa qoymayan insanları var eləsin 🙏yaxşı ki varsız💕💓❤️

  • @vusal960
    @vusal960 3 роки тому +4

    Allah rəhmət eləsin

  • @qarateleyvazova913
    @qarateleyvazova913 3 роки тому +1

    Allah rəhmət eləsin məkanı cənnət olsun 😪😪😪😪

  • @turalrzayev4875
    @turalrzayev4875 3 роки тому +6

    Ailə sirri insan özün dən başqa heç kəs bilmir. Heç kəsi qınamayın. Həyatın bizə nələr saxladığını bilmerik

  • @sahvazkazimli3669
    @sahvazkazimli3669 3 роки тому +4

    Allah rəhmət eləsin

  • @lalamamedova6190
    @lalamamedova6190 2 роки тому +3

    Hə ürəyi yumuşaq olduğu üçün ürəyini oğurlatdırdı........

  • @sudabeamirova689
    @sudabeamirova689 3 роки тому +40

    Gozəl mugənni ola bilər,amma yaxsi ata ola bilməyib,iki usagini danan ata necə yaxsi ata ola bilər

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +6

      Ikinciden olanlara yaxshi ata imish,amma ecel aman vermeyib. Medeni adam olub,bezen medeni adamlar ele bòyùk sehv edirler ki....Birinci xanimi qizlari ataya sevgi hissi ile bòyùdùb. Melek kimi qadindi.

    • @ruslanliyev1223
      @ruslanliyev1223 Рік тому +3

      @@casaratibrahimli6131 Bəzən kənardan mədəni görsənən adamın evinin icində mədəniyyəti o qədər aşagı səviyyədə olur ki, inanılmaz dərəcədə.

  • @hesenhumbetzade79
    @hesenhumbetzade79 3 роки тому +5

    Məkanı cənnət olsun

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 3 роки тому +3

    Allah rəhmət eləsin amma balalarını danmamalı idi

  • @tariyelshirinli
    @tariyelshirinli 3 роки тому +2

    ALLAH RƏHMƏT ELƏSİN.

  • @mesimovelcin2134
    @mesimovelcin2134 3 роки тому +2

    Allah rəhmət etsin. Amin

  • @vasila.iskenderova5304
    @vasila.iskenderova5304 3 роки тому +1

    RUFET MEHDIYEM ALLAH REHMET ELESUN.COX GOZEL SESI VARDI HEQIQI MUSIQICI IDI.DARIXDIM MAHNISINI 18 20 MAHNISIDI HELEDE HEVESLE DINLEYIREM.VEFAT EDENDE COX PIS OLMUWDUM.HEM CAVAN IDI HEMDE ESLI SEHNE SENET ADAMINI AZERBAYCANIN ITIRMEYI XOW DEYIL.

  • @nurcahan6353
    @nurcahan6353 3 роки тому +2

    Allah Rəhmət eləsin, bilirmiş ki, 40-yaşina qədər Rəhmətə gedəcək, irsi ürək 💓❤️ çatışmazlığından əziyyət çəkirmiş,

  • @azerresulov3424
    @azerresulov3424 2 роки тому

    Allah rəhmət eləsin

  • @sudabaahmedova441
    @sudabaahmedova441 3 роки тому +14

    Kişiləri belə gördüm, özlərini təmiz göstərmək istəyirlər

    • @xalidhuseynova8069
      @xalidhuseynova8069 3 роки тому

      Salam xanım sizə iş təklifim vardı ıcazənizlə marağlıdırsa məlumat verim

  • @nurcahan6353
    @nurcahan6353 3 роки тому +2

    Dostlarinin 💒 Toy məclərində təmənnasız ifa etdiyi üçün, onlarda əvəzin qaytardılar, Allah köməyləri olsun 🌹

  • @ehmedmemmedli7789
    @ehmedmemmedli7789 3 роки тому +14

    Cehennem odunda yan In şe Allah.Evladi silen alçaq.Menimde atam hemişe iki uşaģinin canina and içerdi.Meni evlad saymirdi😢O qeder qelbim sinardikiiii.Heç cūr baģişlaya bilmirem.Ama xeste yatanda o iki uşaģi yox,men baxdim ona.😢

    • @kifaytabdullayeva3019
      @kifaytabdullayeva3019 3 роки тому +4

      ALLAH SƏNNƏN RAZI OLSUN 🤲

    • @nurcahan6353
      @nurcahan6353 3 роки тому +3

      Allah köməyiniz Olsun 😘 Allah sizə Sağlam ömür versin AMİN.

    • @teranememmedova7163
      @teranememmedova7163 3 роки тому +2

      Gerek ele atalari adam yerine qoymayasan

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +4

      Cennetlik adamsan. 100 yasha.

    • @ehmedmemmedli7789
      @ehmedmemmedli7789 3 роки тому

      @@casaratibrahimli6131 In şe Allah.UCA ALLAH cūmle mūselmanlara cennet nesib eder In şe Allah.Amiinnn.👐

  • @xatireceferova1598
    @xatireceferova1598 3 роки тому +22

    Salam 2 uşağin niyə saymir ki
    MƏN HEÇNƏ ANAMADİM
    BİR UŞAĞİNİ SEVMƏYƏN ATA NECƏ YAXŞİ OLA BİLƏR

    • @azerbaycan1443
      @azerbaycan1443 3 роки тому +1

      Bu adamın necə insan olduğunu bilmirəm Amma kişilərin əksəriyyəti evləndiyi qadınla sənədsiz yaşayır ozaman uşaqlarını danırlarlar guya subaydılar

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому

      @@azerbaycan1443 Birinci ailesi ile nigahda olub,iki qizi vardi,boshanib,ikinci defe yene nigaha girib,bu defe bir oglu,bir qizi olub. Verlishlerin birinde danib,resmi shekilde yox . Yeqin ikinciden çekinib....

    • @melahetyusifova6815
      @melahetyusifova6815 2 роки тому +1

      Gəlin narahat bir ruhun incidilməsinə can atmayaq!!!Rəhmətlik hamının sevdiyi bir müğənni olub.Heç kimin də haqqına girmək.Ola bilsin ki,rəhmətlik iki uşağı olduğunu deyib və səhvini gec anlayıb....Axı o kadrlara diqqət yetirsək,açıq aşkar rəhmətliyin nəsə bir yanlışlığa yol verdiyini,narahatçılığını hiss etməmiş olmaya bilmərik....Hər kəs səhv edə bilər.Lakin kiminsə haqqına girmək,bu ənnn böyük günahdır!!!

  • @raduqaraduqa7002
    @raduqaraduqa7002 3 роки тому +1

    Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

  • @mirrzarzayev2798
    @mirrzarzayev2798 3 роки тому +2

    ALLAH REHMET ELESIN

  • @leylaabdullayeva5160
    @leylaabdullayeva5160 3 роки тому +1

    Allah rəhmət eləsin

  • @arzuliyeva4295
    @arzuliyeva4295 3 роки тому +10

    Əvvəlki üvlilikdən 2 qızı vardl deyirsiz,amma özü danır.Belə atalıq olur?

  • @ismetsadayev2760
    @ismetsadayev2760 3 роки тому +1

    NİYE BELE TEZ GEDİN COX CAVAN İDİN ALLAH REHMET ETSİN

  • @qmrxanimalisanova3566
    @qmrxanimalisanova3566 3 роки тому +5

    Rufet Mexdiyevden nosun xosum gelmirdi cunki o biri ailesini atmisdi Birincisi sevmediyin insanla evlenme evlenmisense zehmet cek saxla kisi kimi Kisi ailesini atmaz adam kisi olar kisi

    • @casaratibrahimli6131
      @casaratibrahimli6131 3 роки тому +3

      👏👏 Sevib aile qurub,kasibçiliqda birinci xanimla olub,pullanan kimi yuva yixanlar peyda olub, bu da aileni atib, uzaqdan parildayanin yanina gedib....Yaxinlashanda adice şùşe olduģunu gòrùb,amma gec olub. Qiymetli qaş ele birinci xanimi olub,çùnki balalari ataya sevģi ruhunda bòyùyùb....👏👏👏

    • @qmrxanimalisanova3566
      @qmrxanimalisanova3566 3 роки тому +2

      @@casaratibrahimli6131 👍👍👍👍👍👍👍👍👍👍👍

  • @frahimqasmov3260
    @frahimqasmov3260 3 роки тому +2

    Allah rəhmət eləsin

  • @ramilimanov6770
    @ramilimanov6770 3 роки тому +3

    Allah Rüfət Mehdiyevə qəni-qəni rəhmət eləsin, çox gözəl insan bə müğənni idi. Heyf.....

  • @azerhuseynov4368
    @azerhuseynov4368 3 роки тому +2

    Mənim bu şərhimi bir vicdanlı jurnalist oxusa çox sevinərdim.
    Baba Vəziroğlu da əvvəlki ailəsindən iki qız evladı var və o barədə heç bir jurnalist danışmır. Bilmirəm jurnalistlərə nə vəəd eliyib ki, şair Vəziroğlunun birinci ailəsindən danışılmır. Həm də bu şair özü də iki qızını heç vaxt dilə gətirmiyib. Adam məətəl qalır, necə vicdan sahibi olasan ki, evladuvu gizli saxlıyasan. Şərt deyil onlara baxasan, təmin edəsən, onların varlığını gizliyən atalar mənim gözümdə hörmətsizdi. Onların əbədiyyətdə cəzası çox ağırdı. Allah günahların bağışlasın

  • @ilkinmustafayev3899
    @ilkinmustafayev3899 3 роки тому +3

    Ruhu şad olsun

  • @yaqutbehbudova5780
    @yaqutbehbudova5780 3 роки тому +1

    Allah rəhmət eləsin məkanı cənnət olsun

  • @bextiyareliyev4233
    @bextiyareliyev4233 3 роки тому +1

    Allah rehmet etsin mekani cenet olsun

  • @haqyolu9499
    @haqyolu9499 3 роки тому +1

    Allah rəhmət etsin 🥀😓 Nur içində yatsın 😓😓 Çox pis oldum

  • @ilhamaliyev246
    @ilhamaliyev246 3 роки тому +1

    Allah rəhmət eləsin ruhu şad olsun

  • @_alliswell_1376
    @_alliswell_1376 3 роки тому +1

    Həyat ı sevirəm mahnısı ilə imza atdı getdi
    Elə bil ürəyinə damıb ki, tez dünyadan köçəcək
    Allah rəhmət eləsin Rüfət bəy anası ilə eyni yaşda və eyni xəstəlikdən dünyasını dəyişib deyənlər də oldu

  • @mamedzadeulviyye8268
    @mamedzadeulviyye8268 3 роки тому +1

    ALLAH QENI QENI REHMET ELESIN RUFET BEYE GOZEL INSAN

  • @hecermustafayeva2839
    @hecermustafayeva2839 3 роки тому +1

    Ruhun şad olsun!!!

  • @икатюрк
    @икатюрк 3 роки тому +2

    Хачан рехмете гедиб ки?Хэиф.Аллах рехмет эйлесин.✋

  • @afa..1509
    @afa..1509 3 роки тому +2

    Allah günahlarını bağışlasın

  • @azerazer4537
    @azerazer4537 3 роки тому +1

    Ruhun wad olsun qardawim her defe senin haqqi daniwilanda ele bilirem dunen rehmet qetmisen her defe aqlayiram ne tez terk etdin bu zavalli dunyani😥

  • @АронФеллер-о8э
    @АронФеллер-о8э 3 роки тому +1

    Təziqi dūşmūşdūr Rūfətin, onçu rəhmətə getdi.

  • @НаиляГасанова-ф3о
    @НаиляГасанова-ф3о 3 роки тому +1

    Аллах Гани Ган и рехмет етсин,гезял сянятчи иди

  • @natavanjafarova8900
    @natavanjafarova8900 3 роки тому +1

    Allah rəhmət eləsin. Ən sevdiyim müğənnidi.

  • @xedicemehyeddinova9452
    @xedicemehyeddinova9452 3 роки тому +2

    Bəlkə deyək ki birinçi qadını pis olub burda yşaqlarının nə günahı var deyeydi dörd övladım var onu asıb kəsəsi idilər o biri iki övlad onu sevə sevə xatırlayardılar allaha da xoş gedərdi yenə də allah rəhmət eləsin heyf cavan köcdü həyatdan onu da bir ana gətirib dünyaya gözü yaşlı qalmayaydı əzizləri

  • @safayaqubali68
    @safayaqubali68 3 роки тому +1

    Allah rəhmət eləsin.

  • @dalt1303
    @dalt1303 3 роки тому +1

    Allah rəhmət eləsin.

  • @АронФеллер-о8э
    @АронФеллер-о8э 3 роки тому +1

    Allah rəhmət eləsin

  • @leylaaliyeva7545
    @leylaaliyeva7545 3 роки тому +1

    Allah rəhmət eləsin

  • @qarabagazrbaycandr451
    @qarabagazrbaycandr451 3 роки тому +4

    Allah rehmet elesin ancaq ovladlarini danmasi cox bagislanilmazdi burda deyerler qilinc yarasi saxalsada ,soz yarasi saxalmaz

  • @resadagayev5148
    @resadagayev5148 3 роки тому +4

    Allah rehmet elesin gözel insan istedadli müģenni..kommetleri oxuyuram - duzdu ekranda giz uşaglarini danmasi yaxsi hal deyil . Ama nece deyerler aile gapali gutudu icinde ne var belli deyil. Kenardan mühakime etmek asandir

  • @sevinjmammadova1012
    @sevinjmammadova1012 3 роки тому +1

    Allah rəhmət eləsin🤲

  • @Милана-ч9р9ц
    @Милана-ч9р9ц 3 роки тому +3

    Bu kadrlar, həmişə birinci qadından olan övladlar üçün bağışlanmaz bir səhv,ağrı olacaq..

  • @nurayaabdullayeva9141
    @nurayaabdullayeva9141 3 роки тому +1

    AZ MAHNILARI OLSADA GOZEL MUGENNI IDI ALLAH REHMET ELASIN🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sbahtvliyeva1714
    @sbahtvliyeva1714 2 роки тому

    ALLAH RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN AMİN AMİN AMİN 🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻😪😔

  • @toca_boca.7742
    @toca_boca.7742 3 роки тому +1

    Allah rehmet elesin

  • @mehribansadigova2146
    @mehribansadigova2146 3 роки тому +17

    Oz uwaqlarini saya salmiyan adam neca yaxwi adlandirila bilet? Diger 2 uwagi ??????

    • @xalidhuseynova8069
      @xalidhuseynova8069 3 роки тому +1

      Salam xanım sizə iş təklifim vardı ıcazənizlə marağlıdırsa məlumat verim

    • @mehribansadigova2146
      @mehribansadigova2146 3 роки тому

      @@xalidhuseynova8069 salam meni maraqlandirir amma ne iwdi ki?

    • @xalidhuseynova8069
      @xalidhuseynova8069 3 роки тому

      @@mehribansadigova2146 salam xanım. Yəqinki onlayn iş haqqında eşitmisiniz. Evdən calışırıq

    • @xalidhuseynova8069
      @xalidhuseynova8069 3 роки тому

      Əgər geniş məlumat istəsəniz vaccab nömrəmi yazım əlaqə saxlayın

    • @Милана-ч9р9ц
      @Милана-ч9р9ц 3 роки тому +1

      Allah böyükdür ,İnşAllah qızlar həyatda öz layiqli yerlərini taparlar🤲

  • @smsunggalaxay3296
    @smsunggalaxay3296 Рік тому

    Allah günahların bağışlasın

  • @nezicelilova143
    @nezicelilova143 3 роки тому +1

    Allah rehmet elesin

  • @mogazi3871
    @mogazi3871 3 роки тому +5

    ASLANİN ERKƏYİ DİŞİSİ OLMAZ BELƏ BİR MƏSƏL KİMİ EVLADİNDA ERKƏYİ DİŞİSİ OLLMAZ QİZ ÖVIADİDA OĞLLAN ÖVLADİDA HƏR İKSİ ALLAHİN BƏNDƏSİNƏ VERDİYİ ƏZİZ PAYDİ

  • @baharqumbarova3262
    @baharqumbarova3262 3 роки тому +1

    Allah rehmet elesin