Komandolarımız Xankəndiyə girmək üzrə - silahlı separatçıların müttəfiqi qalmadı

Поділитися
Вставка
  • Опубліковано 31 тра 2023
  • copyright © News Press
    Sayt: newspress.az/​​​​​​​​​​​​​​​​​..
    .Facebook: www.faceb
    ook.com/NewsPressAz@
    #qarabağ #müdafiənazirliyi #ilhamaliyev
    Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçından Qarabağdakı oyuncaq rejimə faktiki ultimatum göndərdi, son xəbərdarlığını elədi. Dövlət başlısı net şəkildə qeyd elədi ki, Qarabağdakı qanunsuz silahlı dəstələrin qalıqları çıxarılmalı, qondarma qurumun bütün saxta dövlət atributları ləğv olunmalı, o sırada saxta “parlament” buraxılmalı, “deputat” və “nazirlər” öz “vəzifələrindən çəkilməli, ”özünü “prezident” sayan ünsür təslim olmalıdır.
    Dövlət başçısı habelə “miatsum” və “separatçılıq” kitablarının bağlandığını, heç bir statusun olmayacağını, ərazimizdə yaşayan erməni əhalinin isə Azərbaycan Konstitusiyasına əməl edən loyal vətəndaşlara çevrilməli olduğunu vurğuladı. Artıq ultimatuma separatçı-təlxək yığnağının, oyuncaq rejimin reaksiyası məlumdur. Onlar yenə qanlı konfrontasiya yolunu seçdilər. Deməli, cavab adekvat olacaq.
    Bu arada “Şeytan yuvası”nda həm də daxili didişmə və çəkişmələr güclənib. Əlbəttə ki, Azərbaycanla inteqrasiya məsələsi üstündə yox, “hakimiyyət” uğrunda. Gələn xəbərlərə əsasən, Qarabağ separatçılarının qondarma “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Samvel Babayan Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə iğtişaşlar salmağa hazırlaşır.
    Bu haqda “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Babayan Xankəndidə “dövlət idarələrinin binalarına” girişləri bağlamağı planlaşdırır: “Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyanın "fərmanları" da məhz Babayanın planlarının qarşısını almaq üçün verilib. Ötən cümə günü Arutyunyanın “hərbi vəziyyətlə bağlı tətbiq edilən əlavə məhdudiyyətləri, bütün növ görüşlərin qadağan edilməsi, həmçinin bayram və anım günlərində, informasiya sahəsində bəzi məhdudiyyətlər” də məhz bununla bağlıdır. Bizdən ötrü isə qəti fərq eləməz, orada bir-birini qıran separatçılar kimlərdir. “İlanın ağına da lənət, qarasına da”. Odur ki, komandolarımızın işə qarışması an məsələsi ola bilər. Nə barədə ki, mayın 28-də İlham Əliyev separatçı ünsürlərə Laçından son dəfə xəbərdarlıq mesajı göndərib. Yaxşı olar, araikli-samvelli quldurlar komandoslar gəlməmiş canlarının hayına qalsınlar. Könüllü təslim olsalar, cəzaları qismən yumşaldıla da bilər...

КОМЕНТАРІ •