Ağ ciyərləri təmizləyən QİDALAR

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2022
  • Sənə Maraqlıdırsanın bütün videolarını UA-cam-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
    ☪ Musiqi: New Year - Bad Snacks
    ☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
    ☪ Bütün Hüquqlar Qorunur © ® ™
    Ağ ciyərləri təmizləyən QİDALAR
    Tənəffüs sisteminin ən mühüm hissəsi olan ağciyərlər hər nə qədər özlərini təmizləyən orqanlar olsalar da, ətraf mühitin yaratdığı toz, siqaret dumanı və toksinlərdən təsirlənməsi zaman getdikcə zəifləyir Siqaret çəkmək ağciyərin sağlamlığına ziyan vuran ən ciddi amildir. Siqaret tüstüsü nəfəsalma sisteminin selikli qişasını zədələyir, kiçik bronxlar tutulur, ağciyərdə selik yığılır, nəfəsalma çətinləşir, xroniki öskürək, təngənəfəslik əmələ gəlir.
    Statistika göstərir ki, 5 ildən çox siqaret çəkən insanların 80%-də xroniki bronxit inkişaf edir. Həmçinin bu pis vərdiş ağciyər xərçənginin əsas səbəbidir.
    . Dünyada baş verən ölümlərin böyük bir qismi ağciyər xərçəngi nəticəsində baş verir. Ağciyərin sağlam olması insan sağlamlılığının davamlılığı baxımından olduqca əhəmiyyətlidir.
    Xarici KİV-lar xəbər verir ki, koronavirus epidemiyası zamanı dünyada siqaretdən imtina edən insanların sayı xeyli artıb. Bunun səbəbi banal qorxudur. Müşahidələr göstərir ki, siqaret çəkən insanlar koronavirus infeksiyasını daha ağır keçirir və bu infeksiyadan daha tez-tez ölürlər.
    Siqaretdən imtina edən insan bilməlidir ki, zədələnmiş ağciyəri normal vəziyyətə qaytarmaq üçün çox vaxt tələb olunur. Bu prosesi müəyyən dərəcədə sürətləndirmək olar. Bunun üçün mütəxəssislərin bəzi tövsiyələrinə əməl etmək lazımdır:
    Təbii, heç bir kimyəvi tərkibi olmayan, çox ucuz başa gələn bitkilər və tərəvəzlərlə ağciyərinizi təmizləyə bilərsiniz .
    1. Şirin biyan kökü
    Şirinbiyan kökü sağlam həyat üçün ən çox istifadə edilən bitkilərdən biridir. Xüsusilə ənənəvi Çin tibbində geniş yer tutur. Ağciyərləri təmizləməyə və sinəni yumşaltmağa kömək edir. Bəlğəm atıcıdır, öskürəyi kəsər və nəfəs darlığına faydalıdır.
    Şirinbiyan kökü çayını sağlam adamlar gündə üç stəkana qədər içə bilər. Ancaq şirinbiyan kökünün çox miqdarda və uzun müddətli istifadəsi zamanı yüksək təzyiqə səbəb ola bilər. Hər hansı ciddi xəstəliyiniz varsa, istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməlisiniz.
    2. Üzüm tumu
    Tərkibindəki "resveratrol" komponenti sərbəst radikallara qarşı ağciyərə bir qalxan rolunu oynayır. Tərkibinin bədən tərəfindən tam həzmi üçün üzüm tumu çeynənərək yeyilməlidir.
    3.Kərəviz
    C vitamini ilə zəngindir, antioksidant xüsusiyyətləri var.
    C vitamini iltihab əleyhinə təsiri ilə ağciyərin sərbəst radikal zədələnməsinin qarşısını alır. Eyni zamanda, tərkibindəki "kumarin" adlanan birləşmələr immun hüceyrələrinin işini dəstəkləyir və sərbəst radikalların böyüməsinin qarşısını alır.
    4.Zəncəfil və sarıkök
    Həm zəncəfil, həm də sarıkök güclü antivirus təsirlərə malikdir. Zəncəfilin tərkib hissəsi olan "Gingerol" və sarıkökün tərkib hissəsi olan "Curcumin" ağciyəri virus infeksiyalarından qoruyur. Zəncəfili çay kimi dəmləyib içə bilərsiniz. Sarıkökü 1 desert qaşığı ilə yarım stəkan suya əlavə edib, qarışdırıb içə bilərsiniz.
    Eyni zamanda, zəncəfil və sarıkökün tərkibində olan maddələrin koronavirusun çoxalması və gen ötürülməsində vasitəçi olan "Mpro" fermentinə maneə törətdiyini göstərən araşdırmalar var.
    5.Keçibuynuzu
    Keçibuynuzu ciyərləri təmizləmək üçün vacib bir funksiyaya malikdir. Keçibuynuzu, vitamin K, vitamin E və vitamin B2 (Riboflavin) kimi vitaminlərlə və xüsusilə sink, kalsium, fosfor və kalium kimi minerallarla zəngindir, güclü bir antioksidant xüsusiyyəti var. Şiddətli öskürəkdən xilas edir, astma tutmalarının azalmasına səbəb olur və infeksiyanın qarşısını alır.
    6. Dəvədabanı
    Adi dəvədabanı otu hindular tərəfindən minlərlə il əvvəl ağciyərləri gücləndirmək üçün istifadə edilmiş bitkidir. C vitamini anbarı olan adi dəvədabanı otu bəlğəm gətirən xüsusiyyətə malikdir. Aparılan araşdırmalarda astma, bronxit, öskürək və digər bir çox ağciyər problemlərinə yaxşı təsir etdiyi təsdiq olunub. Adi dəvədabanı otunu çay kimi içmək üçün qurudulmuş formada apteklərdən tapa bilərsiniz.
    7. Evkalipt
    Evkalipt yarpaqlarında olan təbii antibiotik deyilən uçucu yağ ağciyər infeksiyalarına qarşı vuruşur və tıxanıqlığı təmizləyir. Astma və nəfəs darlığı xəstəliklərində haradasa ağıla ilk gələn təbii müalicə üsuludur. Öskürək və boğaz qıcıqlanmasında istifadə etdiyimiz siroplar, buxar vannaları üçün olan məhsullar əsasən, evkaliptdən hazırlanır.
    Dəyərli izləyicilər bunlarla yanaşı tanimış professor İbrahim Saracoğlunun ağ ciyərləri təmizləmək üçün mükəmməl bir vəzəri ilə hazirlanan resepti vardir ki buda bizim kanal vasitəsilə sizlərə təqdim edilmişdir.
    Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər
    Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni, xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH
    #ağciyər #ağciyərlər

КОМЕНТАРІ • 34

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  2 роки тому +19

    *Dəyərli izləyicilər, mümkünsə videonu bəyənib WhatsAppda, Facebookda paylaşın👍 Öncədən təşəkkürlər*

  • @yeganmecidova199
    @yeganmecidova199 2 роки тому +10

    Allah razı olsun.kaş siqaret kimi zehrli made hec olmasaaydı.

  • @senemaraqlidirsa
    @senemaraqlidirsa  2 роки тому +10

    *Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*

  • @sexavetagabeyov5496
    @sexavetagabeyov5496 2 роки тому +12

    Faydalı məlumatlar üçün Təşəkkürlər 👍👍👍👍👍👍👍

  • @saidr1124
    @saidr1124 2 роки тому +9

    Əlaa məlumat təşəkkür🙏👍🙏🙏🙏

  • @ebulfezebulfez1603
    @ebulfezebulfez1603 2 роки тому +5

    Çox bəyəndim belə məlumatlardan faydalanmalıyıq çox sağ olun

  • @huaweipsmart275
    @huaweipsmart275 2 роки тому +19

    Çox sağ olun Karona camaatda sağlam ağ çiyər qoymayıb 🙏👍👍👍

  • @firuzeniziqocayev2437
    @firuzeniziqocayev2437 2 роки тому +6

    Cox saq olun.Kecibuynuzu bəhməzi alaçam,yoldawim öskurur

    • @266MaximuS
      @266MaximuS 2 місяці тому

      Balqabaq tumu yaği ilə qatib içsin

  • @user-gb6wi6bp1t
    @user-gb6wi6bp1t 17 днів тому

    ALLAH CÖMEYİNİZ OLSUN VAR OLUN MELUMAT VERDİYİNİZ ÜCÜN ALLAH SİZE CAN SALİQİ, UZUN ÖMÜR VERSİN ❤❤❤❤❤❤

  • @sultanleyla3266
    @sultanleyla3266 2 роки тому +3

    Cox sağ olun Allah razı olsun sizden menim oğlum gunde iki dene cekir

  • @huaweipsmart275
    @huaweipsmart275 2 роки тому +8

    Super məlumat

  • @evgenijpigarev5292
    @evgenijpigarev5292 2 роки тому +5

    Спасибо большое.

  • @kifayethaciyeva4053
    @kifayethaciyeva4053 2 роки тому +3

    Tewekkurler.

  • @nurikmemmedli3601
    @nurikmemmedli3601 2 роки тому +4

    Alimlər Ziyansız siqaret düzətlmişdilər🤔👍 amma onların satılmasına icazə yoxdu 🥺😢çünki xəstəliklər azalar həkimlər pulsuz qalar

  • @djjffghfjjfh2510
    @djjffghfjjfh2510 2 роки тому +7

    Insanin cani agrimasin

  • @hrseyazrbaycanucun4327
    @hrseyazrbaycanucun4327 2 роки тому +6

    siqaret heçnə demədi bu Azərbaycan Xalqin aclıq kasıbçılıq fikir dert sər haqsızlıq ədalətsizlik yıxdı evin bu korona məhv etdi

  • @user-mb7ng2dy1w
    @user-mb7ng2dy1w 2 роки тому

    COX SAQOLUM

  • @daglaroglu8141
    @daglaroglu8141 2 роки тому +6

    siqaret çəkəni karona tutan görmədik. bunu görən varsa yazsın

    • @abusbesirov2434
      @abusbesirov2434 2 роки тому

      Mən tanıdığım onlarla insan karonaya yoluxub dünyasın dəyişənlərdə olub, hec biri siqaret çəkmirdi.

    • @orxanbakl.8758
      @orxanbakl.8758 2 роки тому

      Çox maraqlı fikirdi. Heç fikir verməmişdim. Görün necə gözəl Allahımız var. Hərəyə çəkə biləcəyi qədər yük verir.

  • @ehedhasilov438
    @ehedhasilov438 2 роки тому +5

    Beyndim

  • @yusifeliyev
    @yusifeliyev 8 місяців тому

    Danisan qardas cənub zonasindandir.

  • @user-rx4no5nk3w
    @user-rx4no5nk3w Місяць тому

    Ala

  • @KUKLA113
    @KUKLA113 5 місяців тому

    Qadınlar edə bilər buları?Siqaret çəkməsə belə irağ

  • @user-dh9fh3vm9x
    @user-dh9fh3vm9x 2 місяці тому

    Ağ ciyərə su gelibse bes ne xeyirlidir ağ ciyərə ki onun ciyərini temizlesin

  • @Zikosh292
    @Zikosh292 2 роки тому +1

  • @rasimmemmedov1211
    @rasimmemmedov1211 2 роки тому +4

    Güne 2 paçka siqaret cəkirem

    • @lalepashayeva1688
      @lalepashayeva1688 10 місяців тому

      SIQARETI TERGIT. TECILI. SIQARET XERÇENG YARADIR. ÇEKME.

  • @iradanamazova9559
    @iradanamazova9559 2 роки тому +2

    Qelyan ziyandu?

  • @yeganmecidova199
    @yeganmecidova199 2 роки тому +2

    Allah razı olsun.kaş siqaret kimi zehrli made hec olmasaaydı.