Səməndər Rzayevin özünü binadan atan edən yeganə oğlu - RƏŞİD RZAYEV HAQQINDA MARAQLI FAKTLAR

Поділитися
Вставка
  • Опубліковано 20 сер 2024
  • Səməndər Rzayevin özünü binadan atan edən yeganə oğlu - RƏŞİD RZAYEV HAQQINDA MARAQLI FAKTLAR
    #kulis #semender #rzayev #resid #rzayev #rəşid #səməndər #ədəbiyyat #incəsənət #teatr #kulisaz #maraqlifaktlar #maraqlıfaktlar #gündəm #qeyriadi #rəşidrzayev #residrzayev #ozunuoldurenaktyor
    Rzayev Rəşid Səməndər oğlu 5 mart 1975-ci ildə Bakıda anadan olub. 1997-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirib. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb.
    İşlədiyi illər ərzində o, "Qisas qiyamətə qalmaz", "Özümüzü kəsən qılınc", "Şah Edip", "Hələ "sevirəm" deməmişdilər", "Brüsseldən məktublar", "Eloğlu" tamalarında müxtəlif rollar ifa edib.
    Rəşid Səməndər ömrünün sonuna qədər ailə həyatı qurmayıb. O, həm də böyük sənətkar Səməndər Rzayevin oğlu, teatrşünas, jurnalist Rübabə Səməndərin qardaşıdır. Rəşid 2006-cı ildə Əməkdar artisti fəxri adına layiq görülüb.
    ***
    2013-cü ildən başlayaraq aktyorun teatrdakı işləri qaydasında getməyib, onun adı teatrdakı qalmaqallarda hallanıb və Rəşid işdən uzaqlaşdırılıb. O, bununla bağlı mətbuata açıqlamasında deyib:
    “İşdən çıxarılmağımın dəqiq səbəbini bilmirəm, araşdırma aparmaqdan da bezmişəm. Bu teatrdakılar pul üçün, fəxri ad üçün hər şeyə gedən adamlardılar. Əsas gətirdilər ki, biz bu adamdan qorxuruq. Guya, mən idarə olunmazam, dəliyəm, hirslənirəm, söyüş söyürəm və daha nə bilim nələr. Daha sonra rəhbərlik bildirdi ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “g” bəndinə əsasən müqaviləmə son qoyurlar. Kimə də deyirəm, deyirlər, məcəllədə belə bir bənd yoxdur”.
    Mətbuatda yayılan xəbərlərə görə Rəşid Səməndər bir müddət ruhi dispanserdə yatıb. O, buna görə Akademik Milli Dram Teatrında olan işindən də çıxmaq məcburiyyətində qalıb.
    Rəşid sonradan Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına aktyor kimi fəaliyyət göstərmək üçün müraciət edib və işə düzəlib. Xalid Hüseyninin “Min möhtəşəm günəş” əsəri əsasında hazırlanan tamaşada Rəşid obrazını oynayıb.
    O, eyni zamanda AzTV-də “Bulaq" verilişinin aparıcısı olub, uzun illər bu verilişdə gedən mətnləri səsləndirib. Xatırladaq ki, onun atası Səməndər Rzayev də “Bulaq”ın ən tanınmış aparıcısı idi.
    Sonralar bir neçə dəfə yenidən Akademik Dram Teatrına bərpa olmaq istəyən aktyor buna nail ola bilməyib. Teatrın direktoru Azər Paşa Nemət onun səhhətində və psixikasında ciddi problemlər olmasını əsas gətirərək Rəşidi işə götürməyib. Rəşid bu barədə son müsahibələrinin birində deyir:
    “Teatrın baş rejissoru və bədii-rəhbəri Azər Paşa Nemətə müraciət etmişdim. Ondan xahiş etdim ki, mənə iş versin. O, teatrda boş yerin olmadığını dedi. Heç nə demədim, çıxıb getdim. Sonra eşitdim, deyib ki, Rəşid xəstədir, ona görə də işə götürə bilmərəm. Bir sözlə, məni teatra qəbul etmədilər”.
    Xalq artisti Ramiz Novruz mətbuata açıqlamasında Rəşid Səməndəri qoruya bilməməsi üçün özünü bağışlamayacağını deyir:
    "Rəşid Səməndər məşqlərin birində teatrın aktrisalarından biri ilə böyük dava salıb. Əsəbiləşib, aktrisaya ağzından çıxanı deyib. Küçə söyüşləri söyüb. Teatrda da bundan qorxdular. Dedilər, birdən onun əlindən xəta çıxar, nəsə edər. Onun teatrdan çıxarılması buna görə oldu. O, aktyor kimi çox talantlıdır. Nə Nurəddin Mehdixanlı, nə də mən onun oynadığı rolları oynayası deyilik, aramızda yaş fərqi var. O, mənə teatrın Fəzlullah Nəimisi deyirdi. Münasibətimiz də yaxşı idi. Çox təəssüf edirəm ki, mən onu qoruya bilmədim. Bəlkə də həmin vaxt orada olsaydım teatrdan çıxarılmasına mane olardım. Yenə deyirəm, Rəşid çox talantlı aktyordur".
    Bacısı Rübabə Səmndər qardaşı haqqında deyir:
    “Qardaşım faktura baxımından atama çox az oxşayır. Atama daha çox mən bənzəyirəm. Həm xasiyyətcə, həm də zahirən. Amma səsi onun səsinə çox bənzəyirdi. İstedadlı da insan idi. Onun həyatında müəyyən sarsıntılar oldu ki, görünür, bu onun sənət həyatına mane oldu. Həm də sənət mühiti çox çətin mühitdir. Orda hər adam baş çıxara bilmir. Bunun üçün gərək bir az möhkəm adam olasan. Təkcə istedad bəs eləmir”.
    Rəşid Səməndər 20 noyabr 2020-ci ildə Binəqədi rayonunda Mir Cəlal küçəsi, bina 123 ünvanında yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar edib.

КОМЕНТАРІ • 91

  • @saidaabdullayeva7994
    @saidaabdullayeva7994 Місяць тому +29

    Səməndər Rzayev böyük sənətkar idi. Allah qəni qəni rəhmət etsin.

  • @RufetMammadov-rp9im
    @RufetMammadov-rp9im Місяць тому +39

    Allah rəhmət eləsin.Cox vaxt insan sözün düzünün deyəndə adını dəli qoyurlar bu həmmişə belə olub.

  • @whitegreen3728
    @whitegreen3728 Місяць тому +21

    Allah rəhmət eyləsın.Ograş tərbiyəsizlere yer var amma Rəhmətlik Rəşid bəyə yox.Dagılasan a dunya.Kimler gəldi limler kecdi....

  • @behappydontworry4714
    @behappydontworry4714 Рік тому +42

    Onun ölümündə onu işdən uzaqlaşdıranların əməyi az olmuyub İnsanlara sağlığında dəyər verin
    ALLAH rəhmət eləsin. 🥀😔

  • @ilahhmdova1131
    @ilahhmdova1131 Місяць тому +39

    İnsan anada dəli doğulmur ,yaşadıqları pis hadisələr,alçaq insanların etdiyi vicdansızlıq kar insanları bu həddə çatdırır,əsəbi edir.

    • @bahruzaliyev6434
      @bahruzaliyev6434 Місяць тому +1

      ailede olan nazlanma, cemiyyetde bir insani goye qaldirmalar da daxildir.

  • @maqamaqa6617
    @maqamaqa6617 Місяць тому +21

    Allah rehmet elesin! Cox heyif, bezi agzigeyceklerin ucbatindan Rewid Semender kimi, Ceyhun Mirzeyev kimi ve s . fitri istedadlari itiririk! Cox, cox heyif!

  • @gulya2212
    @gulya2212 29 днів тому +3

    İncəsənət adamlarının rol oynamaqdan başqa bir işləri olmaz. Bu insanları işlərindən uzaqlaşdırmaq onların ac, səfalət içində yaşamaqları deməkdir. Kiçik bir rolu da çox görüb ona Azər bəy.Nə qədər acınacaqlı həyatı olduğunu və sonunda özünə qəsd etdiyini eşidəndə görəsən nə düşünüblər baislər. Çox təəssüf ki Səməndər Rzayev kimi korifey sənətkarımızın Rəşidini qorumaq mümkün olmayıb. Ürəyində mərhəmət hissi olmayan müdiriyyətlər bir çox sənət adamlarının vaxtsız, xəstə, səfil vəziyyətdə həyatdan köçməklərinə bais olurlar.
    Allah rəhmət eləsin Rəşid Səməndər oğlu 😭

  • @user-gw6vw8ib3b
    @user-gw6vw8ib3b Місяць тому +11

    A mən bunu indi bilirəm .onunla orta məktıbdə (144) paralel oxumuşam cox savadlı oğlan idi əlacıydı olipiyad 1-ci yet tuturdu.heyif məkanın cənnət olsun qardaşım .😢😢😢😢

  • @SolmazBagrova-py1hq
    @SolmazBagrova-py1hq Місяць тому +24

    Allah rəhmət eləsin. O cür korifey sənətkarlarımızın qoyub getdiyi yadigarı baş üstə saxlanılmalı idi daha gözümçıxdıya salaraq dəli adını yapışdırmamalı idilər. Öləndən sonra kaşlar meydana gələnıcən sağlığında qiymət vermək lazımdır.

  • @user-dr8qf7vl3f
    @user-dr8qf7vl3f Рік тому +25

    Aktyorun ölumu nə səbəb, onu sevdiyi işindən uzaqlaşdıranlardır

  • @nurcahan6353
    @nurcahan6353 Місяць тому +6

    Allah rəhmət eləsin nur içində yatsın 🌹🌹

  • @saadatalmuradova4984
    @saadatalmuradova4984 Місяць тому +5

    Ümumiyyətlə iş yeri ailədən artıq olur.O mənada ki, günün çox hissəsini iş yerində keçirirsən.Mehribançılıq,qarşılıqlı hörmət,ləyaqət kollektivdə hər şeydən önəmlidir. Olduqca pis hadisə baş verib. Kollektivə bacarıqlı, səriştəli şəxsləri rəhbər təyin etmək lazımdır. Mən rəhbərəm, nə istəsəm edərəm əqidəsi ilə işləməyin nəticəsi belə olur. Niyə biz bir birimizi sevmirik? Paxıllıq hissinizə qalib gəlin,xəbərçilik,ara vurma əməllərinizə son qoyun.Bir birinizə sevgi ilə yanaşın. Başqalarının həyatında,taleyində,ailəsində faciəyə səbəb olmayın.O gündən sizin üçün də olar.

  • @user-gn1xi8jy7c
    @user-gn1xi8jy7c Місяць тому +12

    Allah rəhmət eləsin

  • @MMM-sm8rl
    @MMM-sm8rl Рік тому +22

    Allah rəhmət eləsin yeri behişt olsun allah özünə qəsd etduyu üçün onu bağışlasın, heyif istedadlı aktyorumuzdan allah şeytana lənət eləsin Allah görkəmli aktyorumuz Səməndər Rzayevə də rəhmət eləsin

  • @seyidelihaciyev8339
    @seyidelihaciyev8339 Місяць тому +8

    Allah rəhmət eyləsin 90 c 91 ı ilərdə dərnəyə gəlirdi orda görürdüm çox yaraşıglı oglan idi

  • @gulcohreabdullayeva663
    @gulcohreabdullayeva663 Місяць тому +9

    Çox yaxşı oğlan idi.səmimi...istedadlı olması görünür narahat edib bəzilərini. Onu qorumalı idilər.çünki Səməndərin kopyası idi..Adamı əsəbləşdirib adını dəli qoyurlar Vicdanları slzlamadı onu ölüm həddinə çatdıranların

  • @UlviyyaHasanova-xe4ig
    @UlviyyaHasanova-xe4ig Місяць тому +11

    .kovid vaxtina tesaduf edb,yeqin o vaxtki mehdudiyyetler,maddi cetinlikler ve s. tesirsiz ötusmeyib

  • @user-vy8yn5od2o
    @user-vy8yn5od2o Рік тому +18

    Allah rəhmət eləsin😪

  • @user-ky9pi1yx7e
    @user-ky9pi1yx7e Рік тому +13

    Semendet Rzayevin üeyri adi sese malik olan gözel aktyor olub.ogluda cox gümanki haqslzllga tab getirmeyib

  • @cemilesuleymanova8691
    @cemilesuleymanova8691 Рік тому +14

    Allah rehmet elesin,gunahlarin bagislasin

  • @natiqpoladov6699
    @natiqpoladov6699 11 місяців тому +12

    Allah rəhmət eləsin. Allah günahlarını bağışlasın

  • @purehaggard
    @purehaggard Місяць тому +7

    "özünü binadan atan edən" yox, "özünü binadan atmış" yazılmalı və deyilməlidir. Axı bu adam artıq yoxdur.

  • @iraderesidova3919
    @iraderesidova3919 28 днів тому +1

    Mənim əziz qrup yoldaşım Allah rəhmət eləsin sene senin sonun belə olmamalıydı heyif senden ay Rəşid

  • @user-wq7hm5fi4o
    @user-wq7hm5fi4o Місяць тому +4

    Ялтаг ишверен олсайди халг артисти оларди.бези кимилери терифлесейди ,шерефлерине шер охусайди инди хорметли адам оларди.

  • @rsadbagrzad9854
    @rsadbagrzad9854 Рік тому +9

    Allah rehmet elesin.Cox savadli insan idi

  • @YeganYegan-su4cg
    @YeganYegan-su4cg Місяць тому +5

    Ylxllanln ağaca balta caliblar. Ona destek olmaq lazım idi. Heç kim yasatdlglnl yaşamayana qeder olmuyecek. Günah işlətməkdən qorxun

  • @katykaty8447
    @katykaty8447 Місяць тому +1

    Çox gözəl ailə idi. Səməndər m. xanımı, gözəl qızları Rübabə x. Dəyərli insanlar idi. Allah Rübabə x. can sağlığı versin . Çox istedadlı xanımdır.
    Belə ailədə ayrı cür ola da bilməz.

  • @kemaleeliyeva8263
    @kemaleeliyeva8263 Місяць тому +9

    Başlığı redaktə edin, bu nə cümlədi?

  • @afaqqasimova021
    @afaqqasimova021 Рік тому +38

    Çox heyf . Insani o dereceye çatdirmaq olmaz . O bu ince ruhlu Senetkardi . Niye Insana qarşi bu qeder qeddarliq edirsiz ? Normal adama deli adi qoyub affekt veziyete salirsiz

  • @NargizRahmatova
    @NargizRahmatova Місяць тому +2

    Valideyn nə qədər bacarıqlı və məşhursa, övlad üçün bir o qədər çətin olar, məncə. Anlayan hər kəs məhz öz həyatını yaşamaq istər. İncənət adamlarına xüsusi qayğı və diqqət göstərilməlidir, onlar adi adamlar deyillər çünki. Sadəcə bacarıqsızları yaxın buraxmaq olmaz. Bacarıqlıları isə qorumaq lazımdır!

  • @aideibrahimova5988
    @aideibrahimova5988 Місяць тому +4

    Adına uyğun olarag bu teatr həmişə cox istetadlı aktyorların həyatında drama oynamağa səbəb olub Fuad Poladov ruhi xəstə deyildi oraya rəhbərlik eliyən özü ruhi xəstədir

  • @aytnmv4882
    @aytnmv4882 Місяць тому +1

    Səməndər Rzayev güclü,gözəl aktyor idi ❤

  • @Carait
    @Carait Місяць тому +2

    COOXX SAVADSIZ TƏRZDƏ BİR BAŞLIQ YAZILIB.MARAQLIDIR SONRA NƏ VƏ NECƏ YAZDIQLARINI OXUYURLARMI...???

  • @iradaurshanova9799
    @iradaurshanova9799 Місяць тому +2

    Hec olmasa atasinin xetrine ona gerek destek cixaydilar🙏

  • @vuqarbabayev4793
    @vuqarbabayev4793 Місяць тому +1

    Allah rəhmət eləsin.

  • @Rozi-vi7dw
    @Rozi-vi7dw Місяць тому +5

    Yazarkən diqqətli olun, cümlənin quruluşu düzgün deyil.

  • @ceyhunagayev3807
    @ceyhunagayev3807 Місяць тому +1

    Gör adamı hansi həddə gətriblər bu adam diriykən öžünun həyatina qəst edib ! Səməndər Rzayevə gorə gərək onun balasina bu dövlət sahib cıxardı !
    İşlə hec olmasa bu həddə gətirməzdilər insana !

  • @viv9239
    @viv9239 Місяць тому +1

    Allah rehmet elesin😢

  • @muradgurbanov4532
    @muradgurbanov4532 Рік тому +7

    Talantli yox istedadli!

  • @sonazeynalova772
    @sonazeynalova772 26 днів тому

    Аллах рехмет елесин

  • @HqiqtSukurova
    @HqiqtSukurova Місяць тому +5

    Atan edən nədir

  • @mikromikro9075
    @mikromikro9075 24 дні тому +1

    Azər paşayla o dünyada yəqinki haqq hesabı çürüdüb, bu dünyada normal insanı dəliliy dərəcəsinə çatdırırlar.

  • @xanmabbasova8003
    @xanmabbasova8003 Місяць тому +1

    Ruhu. şad olsun

  • @azerellia6950
    @azerellia6950 Місяць тому +5

    " atan eden " ne demekdi ?)))

  • @seadet447
    @seadet447 Місяць тому

    Resid mektebde bizimle bir oxuyub.Cox aqilli seviyyeli usaq idi.Cox heyif😢

  • @panter5681
    @panter5681 Місяць тому +2

    Evlənsəydi bəlkə hər şey yaxşı olardi

  • @sefiqeqasimova6955
    @sefiqeqasimova6955 Місяць тому

    😢😢😢

  • @user-xq7dg6bh2x
    @user-xq7dg6bh2x 14 днів тому

    Heç olmasa başdaşındakı yazını oxuyunda. Burda deyilir doğum günü 5- mart- amma başdaşında 10-sentyabr yazılıb. Bu necə olur -tupoy ararıcı.

  • @dolanqurduuuu
    @dolanqurduuuu 15 днів тому

    Bizim qonşumuz idi

  • @selmankoc2448
    @selmankoc2448 Місяць тому +3

    Bu başlig erməni budag cümləsidi

  • @sanubar1968
    @sanubar1968 Місяць тому +2

    Niye dovlet isdedatli insanlari qoruya bilmir.

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@sanubar1968 insan özu-ozünü qorumasa heç nə nəyin xeyri yoxdur.

  • @user-rv3yh4pi9j
    @user-rv3yh4pi9j Місяць тому

    Elbetteki oda tetrda ise alınmayınca careni özünü öldurmekde görüb yazıg kim olsa elbette pis tesir ederde o geder istedadlı bir aktyor işsiz galmış Allah rehmet elesin 😢

  • @zarifamahmudova1439
    @zarifamahmudova1439 Рік тому +9

    Bəs sən bacı olaraq qardaşıvı qorumaq üçün nə etdin?! Axı o sənin tək yeganə qardaşın,ata,anavın sənə əmanəti idi.

    • @xatirerzayeva3751
      @xatirerzayeva3751 Місяць тому +7

      Ne ede bilerdi ki,arxasi olsaydi ele Resid ozu bas cixardardi Bu tulkulerle tekbasina mubarize aparmaq cox cetindir

    • @vusal960
      @vusal960 Місяць тому +2

      Bacı artıq böyük kişi olan qardaşını hər yerdə güdə bilməzdi ki, yəqin , Rəşidin xarakteri də çox rahat olmayıb.Həyat çox çətindir , hər kəs bu dünyanın çətinliklərinə sinə gərə bilmir, aktyor isə incə ruhlu insanlardır, daha həssas olurlar.Allah Səməndər və Rəşid Rzayevlərə rəhmət eləsin.

    • @ilaheqasimova8167
      @ilaheqasimova8167 Місяць тому +1

      Bu Rübabə facebookda dostluğumda idi.Mən talışam,o da başladı talışlara dil uzatmağa. Blok elədim getdi. Diqqətini qardaşına versəydi,bəlkə oğlan ölməzdi

    • @saadatalmuradova4984
      @saadatalmuradova4984 Місяць тому

      ​@@ilaheqasimova8167 dil uzadıb nə dedi?

    • @ilaheqasimova8167
      @ilaheqasimova8167 21 день тому

      @@saadatalmuradova4984 düzü yadımda qalmayıb.Amma yaxşı söz demədi. Ona görə blok elədim.

  • @shahlaisrafilova1720
    @shahlaisrafilova1720 Місяць тому

    Atasına oxşayır. Çox heyf.

  • @ceyhunmustafayev6807
    @ceyhunmustafayev6807 Місяць тому

    Başlıqı yazan admin orta məktəbi hansı dildə oxuyub ?

  • @riririririri1761
    @riririririri1761 Місяць тому +1

    Hər hadisənin görunən və görünməyən tərəfləri var. Nəticə görünən tərəfdir, səbəb isə görünməyən. Mən eşitdiyim məlumata əsasən fikir bildirirəm. Səbəbin səhv yaxud doğru olması isə məlumatı çatdıran insanların boynundadır. Yəni demək istəyirəm ki, sizin iradinızın ünvanı səhvdir. Siz iradınızi bu xəbəri ictimailəşdirən şəxslərə bildirməlisiniz. Yox, əgər məlumat doğrudursa, heç bir səbəb, heç kimə əsas vermir yaxud haqq qazandırmır ki, qadını, hələ öz kolleqasını üstəlik də teatrda küçə söyüşləri ilə söysün.

    • @VMmdv
      @VMmdv Місяць тому +2

      SİZ SÖYƏNƏ YOX,SÖYÜLƏNƏ BAXIN.BƏLKƏ ELƏ BİR SƏHVİ OLUB Kİ,ONU ÖLDURƏ DƏ BİLƏRDİ.ALLAHINA ŞÜKR ETSİN SÖYÜLMƏKLƏ QURTARIB.GORƏSƏN SİZİ NİYƏ SÖYMÜRLƏR?MƏNİ NİYƏ SÖYMÜRLƏR?BƏLKƏ MƏHZ RƏŞİDİ O HƏDDƏ ÇATDİRMAQÇUN ÖYRƏDİLİB?NƏ DƏ OLSA ARTİSTİRLƏR.

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@VMmdv elə ona görə də insan ağilla hərəkət etməlidir və istənilən halda özunu cilovlamağı bacarmalıdır. Əgər siz dediyiniz kimi də olsa cavab verməyin təhəri var. Deyək ki, provokasiya getdi, söydü, teatrdan qovuldu, depressiyaya düşdü sonda da ozunü öldürdü. Bu tip insanlar nəticədə ya kimisə oldurürlər ya da öz canlarına qıyırlar, hansı ki, heç biri doğru deyil. Doğru olan ağılla hərəkət etməkdir.

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@VMmdv əgər siz dediyiniz kimi provokasiya olsa belə o zaman qadını deyil onu bu oyuna çəkəni söyməli idi. Teatr elə bir yerdi ki, orada kimin bostanına haradan daş atildığını hamı bilir.

    • @VMmdv
      @VMmdv Місяць тому

      @@riririririri1761 MƏN RAZI.YƏNİ HƏRSEYİN BİR BASLANGICİ OLUR

  • @user-wq7hm5fi4o
    @user-wq7hm5fi4o Місяць тому +1

    Ишсиз галмаг чох четиндир

  • @nesimisalamli7259
    @nesimisalamli7259 Місяць тому +1

    '''atan eden '''' ne demekdir.????

  • @riririririri1761
    @riririririri1761 Місяць тому +3

    Qadını küçə söyüşləri ilə söymək nə deməkdir? Hələ də öz kolleqasını... Əsəbləşib nələrisə demək olar ancaq qadına qarşı küçə söyüşlərini işlətmək, bu kişıyə yaraşan hərəkət deyil. Olmaz!

    • @ugurburjal7287
      @ugurburjal7287 Місяць тому

      Ordaydiniz ? Hec vaxt, bir terefli melumatlara inanmayin. Hec bir shey sebebsiz olmur, sebebden de. Natica toreyir !
      Sebeb ve netice anlayishi

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@ugurburjal7287 hər hadisənin görunən və görunməyən tərəfləri var. Nəticə görünən tərəfdi, səbəb isə görünməyən. Mən nəticəni eşidirəm və ona əsaslanaraq da fikir söyləyirəm, səbəbin isə doğru və yaxud səhv olması artıq onu söyləyənin boynundadır. Yəni demək istəyirəm ki, sizin iradınızın ünvanı mən deyiləm. Yox, əgər deyilənlər doğrudursa, heç bir səbəb heç kimə qadını hələ öz kolleqası ola, üstəlik də teatrda məşq zamanı kücə söyüşləri ilə söyməyə əsas vermir və haqq qazandırmır!

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@ugurburjal7287 hər hadisənin görünən və görunməyən tərəfləri var. Nəticə görunən tərəfdir, səbəb isə görünməyən. Mən eşitdiyim məlumata əsaslanaraq fikir söyləyirəm. Səbəbin isə səhv yaxud doğru olması artıq mənim deyil, məlumatı çatdıranın boynundadır. Yəni demək istəyirəm ki, sizin iradınızın ünvanı səhvdir. Yox, əgər deyilənlər doğrudursa, heç bir səbəb, heç kimə əsas vermr yaxud haqq qazandırmır ki, qadını, hələ öz kolleqası ola, üstəlik də teatrda məşq zamanı küçə söyüşləri ilə söysün!

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@ugurburjal7287 sizin mənə yazdığınız "Nəticə və səbəb anlayışı" şərhinizə mən iki dəfə cavab yazmışam ancaq nədənsə cavablarımın hər ikisi də silinib. Məcbur olaraq cavabımı videonun şərh bölumündə yerləşdirmişəm. Maraqlı gəlsə oxuya bilərsiniz.
      (ririririri 1761).

    • @riririririri1761
      @riririririri1761 Місяць тому

      @@ugurburjal7287 mən sizə cavab yazıram ancaq nədənsə silinir. Cavabımı videonun şərh bölümundə yerləşdirmisəm. Maraqlı gəlsə oxuyun. (ririririri 1761).

  • @user-jd7ub6vx9c
    @user-jd7ub6vx9c Місяць тому +2

    Goruna isèyim, dèli idi

    • @TunzaleIbrahimova-tc6mf
      @TunzaleIbrahimova-tc6mf Місяць тому +7

      Tərbiyən olsun ölünün arxasınca söymə sənədə söyərlər

    • @user-hj7gc8kl7g
      @user-hj7gc8kl7g Місяць тому +3

      Bu kommentlə göstərdin ki , ailə tərbiyyəsindən yzaq bir məxluqsan.

  • @sadmoeoov75
    @sadmoeoov75 Місяць тому

    İki oğlu olub

  • @nuranequrban590
    @nuranequrban590 29 днів тому

    Teatr en ufunet yerdir aktyor ve aktrisalar da en murdar ,bir birinin quyusunu qazan ,bir biri ile rol ustunde qirgina cixan adamlardir ,onlarin gorunus ve danidiqlarina baxib aldanmayin

  • @Jdkdsobeix
    @Jdkdsobeix Місяць тому +5

    Allah rəhmət eləsin

  • @user-px1ui5bv3p
    @user-px1ui5bv3p Місяць тому +1

    Allah rəhmət eləsin