Bülbül /Vaqif Mirzəyev/ AZ TV konsert

Поділитися
Вставка
  • Опубліковано 28 лип 2024
  • Əlaqə: (050)325 07 97
    Vaqif Mirzəyev 5 yanvar 1953-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1970-ci ildə Moskva qurultaylar sarayında Ümumittifaq festivalın iştirakçısı olmuş və festivalın laureatı adına layiq görülmüşdür. Bundan sonra isə Böyük Oktyabr İnqilabının 70 illiyi münasibəti ilə yenə də Moskva şəhərində keçirilən II Ümumittifaq festivalında birinci yeri tutaraq laureat olmuşdur. Uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında "Humayun" xalq çalğı alətləri ansamblında işləmişdir. 1990-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "solist" adına layiq görüldükldən sonra, özünün "Azərbaycan təranələri" ansamblını yaratmış və uzun müddət Musiqi Ansamblları Birliyində çalışmışdır. Eyni zamanda 1990-cı ildə Türkiyədə keçirilən Ümumdünya festivalında birinci yeri tutaraq festivalın medalını almış, 1992-ci ildə ilk dəfə olaraq Azərbaycandan İrana gedən 10 nəfər xüsusi seçilmiş sənətkarlar arasında klarnet ustası kimi iştirak etmişdir. 1994-cü ildə isə Suriya, İordaniya və İraqda Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ etdiyinə görə diploma layiq görülüb. Azərbaycan radiosu ifasında 50-yə yaxın musiqi lentə almışdır. Moskvanın "Melodiya" firması tərəfindən bir neçə disk valları buraxılıb.
    Xalqımızın ağır günlərində də geridə qalmamış, cəbhələrdə, hərbi hissələrdə, qaçqın şəhərciklərində çıxışlar etmiş və sənət yoluyla əldə etdiklərindən bir sıra xeyriyyəçilik işləri ilə də məşğul olmuşdur. "Azərbaycantelefilm" tərəfindən "Sənətinin Vaqifi" adlı sənədli film çəkilmişdir. 2008-ci ildə 40 illik fəaliyyəti ilə əlaqədar olaraq haqqında "Bahar nəfəsli sənətkar" adlı sənədli film ekranlaşdırılmışdır.
    Vaqif Mirzəyev Azərbaycan prezidentinin sərəncamı ilə "əməkdar artist" fəxri adına layiq görülüb. Bunlardan başqa kinorejissorlarımız tərəfindən bir sıra bədii filmlərə musiqiçi kimi dəvət olunmuşdur.Vaqif Mirzəyev peşəkar klarnet ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti.
    #VaqifMirzəyev #əməkdarartist #AZTV

КОМЕНТАРІ • 7