Yusif Mustafayev - Qorxuram / Yeni həzin mahnı 2024

Поділитися
Вставка
  • Опубліковано 29 сер 2024
  • Qorxuram - Yusif Mustafayev.
    Söz: Təbrizə Pünhan,
    Musiqi: Elmir Mədətoğlu,
    Arenjiman: Musa Bağırsoy,
    Klarnet: Samir Nadiroğlu,
    Gitara: Mehdi Mamedov,
    Səs rejissoru: Elnur Cəbiyev.
    Mahnı mətni:
    1 - ci bənd:
    Ürəyimdə sevinc qətrə, qəm ağır,
    Qəmə batıb boğulmağa qorxuram.
    Gözlərimdən ürəyimə nəm yağır,
    Nəm içində qovrulmağa qorxuram.
    Nəqarət:
    Həyat məni ələyində ələyib,
    Neçə dəfə kəfəninə bələyib,
    Allahımdan yenə imdad diləyib,
    Ölüb təkrar doğulmağa qorxuram.
    2 - ci bənd:
    Başım yerdə, fikrim - zikrim göydədir,
    İçim məni, çölüm özgə göynədir,
    Görən məni belə incitmək nədir?
    Allahıma ağ olmağa qorxuram.
    Nəqarət:
    Həyat məni ələyində ələyib,
    Neçə dəfə kəfəninə bələyib,
    Allahımdan yenə imdad diləyib,
    Ölüb təkrar doğulmağa qorxuram.
    #elmirmedetoglu #yusif #mustafayev #qorxuram
    #hezin #music #hitmusic #azerimusic

КОМЕНТАРІ • 9

  • @elmir_medetoglu_bestekar
    @elmir_medetoglu_bestekar  5 місяців тому +1

    Əziz izləyicilər !
    UA-cam səhifəmə xoş gəldiniz,
    abunə olmağı, bəyənməyi və rəy yazmağı unutmayın, xoş dinləmələr !!!

  • @user-ni3xu2oe7x
    @user-ni3xu2oe7x 5 місяців тому +1

    👏👏👏🤔👍👍👍

  • @hicransalayeva
    @hicransalayeva 5 місяців тому +1

    Çox gözəl mahnıdır həm sözləri həm musiqisi

  • @shohretbagirov4978
    @shohretbagirov4978 3 місяці тому

    Xeyirli uğurlu olsun qârdaş

  • @mlkliqz6854
    @mlkliqz6854 5 місяців тому +1

    Gözəl bəstəkarımız..Yenə də həmişəki kimi gözəl mahnınızı dinlədik...Ugurlarınız bol olsun🙏🙏

  • @pervane_zalamli_sair
    @pervane_zalamli_sair 5 місяців тому +2

    "Qorxuram"
    Gözəl mövzudu,şair!Şeir də musiqi də mükəmməldi. Çoxu qorxu hissini utanc bir hiss olduğunu sanır. Mənim üçün isə əksinə. Hər bir hissi, duyğusu olan, insan kimi insan olan hər kəs qorxmalıdı. Şeirin hər sətri bir dərin məna kəsb edir.Təbrizə müəllimə ürəyinizə sağlıq.Mahnının musiqisi şeirin sözündə harmoniya yaradaraq vəhdət təşkil edir. Şeiri tamamlayaraq qol-qanad verir. Elmir Mədətoğlu musiqiləri şeirlərə bir həyat, ruha can verir. Yazın, yaradın. Dəyərli insanlar. Axarlı olsun.

  • @zivuszibeyde3478
    @zivuszibeyde3478 4 місяці тому

    Uğurlarınız bolll olsun dəyərli qardaşım

  • @King_Pro10
    @King_Pro10 4 місяці тому

    Söz musiqi çox gözəldir ❤

  • @samirceferov9285
    @samirceferov9285 5 місяців тому +2

    ILK BEYENME YERLIME MENEN GELSIN😊😊