Gənc rejissora görə həbsxanaya getdi - Erotik rola çəkildi

Поділитися
Вставка
  • Опубліковано 27 вер 2024
  • O Azərbaycan incəsənətinin ən cazibədar simalarından biri idi. Sənətiylə ürəklərə taxt salmağı bcarıb. Biri var idi. Xalq artisti Amaliya Pənahova
    Amaliya Əliş qızı Pənahova 1945-ci ildə Gəncədə dünyaya gəlib. Ailədə üç uşaq olublar. Amaliyanın on yaşı olanda ailəsi ilə birgə Bakıya köçüblər. 1966-cı ildə on yeddi yaşı olanda Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Elə həmin il də gələcək həyat yoldaşı Yusiflə tanış olub ailə qurublar. Onların bir oğlu, bir qızı dünyaya gəlib. Yusif bəy Amaliya xanımın əlindən tutub teatra gətirən insan olub.
    Aktrisa həmçinin rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
    O 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib. Onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün lazımi şərait yaradıb. Sonea Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professoru olub. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışıblar.
    Amaliya Pənahova prezident təqaüdçüsü olub. 2000-2005-ci illərdə millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.
    2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb.
    Amaliya Pənahova ömrünün son illərində plastik əməliyyatlar etməsi ilə daha çox gündəmdə olub. aktrisanın simasını o qədər də xoş əks etdirməyən fotoların yayılması ona çox pis təsir edib. İnsanların onu o cür görməsini istəmədiyini açıqlayıb. Və həmin fotonu yayan insandan incikliyini dilə gətirib.
    Azdramada “Təhminə və Zaur” hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq alib. Lakin hər iki aktyor bir-biri ilə küsülü olublar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, barışıb və rollarını ifa ediblər. “Təhminə və Zaur” tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilib.
    “Təhminə” filmi çəkilən zaman aktrisa güman edir ki, filmin rejissoru Rasim Ocaqov onu Təhminə roluna dəvət edəcək. Lakin Təhminə roluna türkiyəli aktrisa Meral Konrat dəvət olunub. Türkiyədə festivalda olan zaman Rasim Ocaqov Amaliya xanımı böyük sənətkar kimi təqdim edib tərifləyərkən Amaliya xanım etiraz edib. Müsahibələrinin birində o xanım deyib:
    “Çıxışını bitirəndən sonra Rasim müəllimə dedim ki, düz demirsiniz, gözünüzdə böyük olsaydım, heç olmasa “Təhminə”də məni sınaq çəkilişlərinə dəvət edərdiniz. Yoldaşım da yanımdaydı. Dedi, səni necə çəkəydim, yoldaşından qorxdum, açıq-saçıq səhnələr vardı.
    Amma o, səhnələrdə nə vardı axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin”.
    Babək filminin çəkilişləri zamanı Amaliya xanım Pərvin roluna çəkilən, Qazaxıstandan dəvət olunan aktrisa Tamara Yandiyevanın bu rola çəkilməsini istəməyib. Ona görə də çəkilişlər zamanı aktrisaların münasibətləri yaxşı olmayıb.
    “Bəbək” filmində çəkildiyi Zərnisə obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.
    Aktrisanın tanınmış rejissor Aqil M.Quliyevlə çox yaxın dostluq əlaqələri olub. Pənahovanın ölümündən sonra rejissor onunla olan münasibətlərinə aydınlıq gətirərək deyib
    "Amaliya xanımdan sonra onun yerini tutan təbii ki, olmadı. Son bir ildə Amaliya xanımla ünsiyyətimiz yox idi. Son vaxtlar özünə, ailəsinə qapanmışdı. Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub. O vəziyyətdən necə çıxıb. Onunla ölümündən əvvəl telefon vasitəsi ilə danışdıq, halallaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona çox sağ ol demişəm. Mərd xanım idi. İnsanlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq haqda müzakirə apardıq. Dedim, Amaliya xanım, daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir. 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə".
    Amaliya xanım 2018-ci il noyabrın 8-də 73 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişin. Qurd qapı məzarlığında dəfn edilib. Beləcə, Azərbaycan incəsənəti daha bir simasını itieib)

КОМЕНТАРІ • 18

  • @samirramil7777
    @samirramil7777 5 місяців тому +9

    Qozal xanim qozal sanatkarimiz Allah rehmet elesin makani cannat olsun. Cox sevdiyim bir senatkar olub.

  • @dilsuz1338
    @dilsuz1338 5 місяців тому +10

    Allah rəhmət eyləsin

  • @Xabarman123
    @Xabarman123 5 місяців тому +10

    Ümumən, keçmişdə yaxşı aktrisalarımız çox olub

  • @xanmhuseynzade5489
    @xanmhuseynzade5489 5 місяців тому +14

    1945də anadan olubsa 1966-cı ildə 17 yox 21 yaş edir axı

  • @faiqsixbabayev6716
    @faiqsixbabayev6716 5 місяців тому +9

    Rejissorun gözel addımı olub xanım rol cekilişinde

  • @Xabarman123
    @Xabarman123 5 місяців тому +8

    Məkanı cənnət olsun

  • @rovsenrustemov106
    @rovsenrustemov106 5 місяців тому +9

    Xanim dahi idi

  • @ilahhmdova6106
    @ilahhmdova6106 5 місяців тому +7

    Gozel istedadlı aktrisa idi

  • @qarabagazrbaycandr3185
    @qarabagazrbaycandr3185 5 місяців тому +5

    Gözəl siması var isi

  • @userw6
    @userw6 5 місяців тому +2

    MawAllah ne qeder titullari varmiw, nolardi, Azerbaycanda xeyriyeci kimi taninardi.Xalq aktrisa kimi tanidi

  • @XAN8118
    @XAN8118 5 місяців тому +6

    Депутат кими биз несе хансы быр дестек гормедик !!!

  • @faiqsixbabayev6716
    @faiqsixbabayev6716 5 місяців тому +9

    Amaliya xanım bóyük senatkardı

  • @films4766
    @films4766 5 місяців тому +5

    Allah rəhmət eləsin bəzi aktrisalara baxanda o çox yaxşı yaşayıb

  • @Азеррагимов-в9ь
    @Азеррагимов-в9ь 5 місяців тому +1

    Allah rehmet elesin.

  • @elzamamedova7757
    @elzamamedova7757 5 місяців тому +2

    Bu nə reklamdır verirsiniz.
    Qaynana,.məni zəhərləmək istəyirsən????? Ta bilmirsiz necə rəklam edib özünüzu gözə soxasınız.

  • @CeyhunElizade-q2u
    @CeyhunElizade-q2u 5 місяців тому +1

    Amalya xanıma Allah rəhmət etsin. Dahi sənətkar idi. Amma sənin hazıradığın verilişə tüpürüm, faktlar düz deyil. Birdəki kolbasanı reklam etmək üçün gedib başqa şey çəkərdin. Qrumsağsan

  • @faiqsixbabayev6716
    @faiqsixbabayev6716 5 місяців тому +9

    Tùrkan Şoray böyük atirasa idi çox qabarıq istedi

  • @alikmamedov1562
    @alikmamedov1562 5 місяців тому +5

    O reklamdaki qaynananin yeri var idi 😂😂😂😂