Bəzi bizneslər özlərini necə asılı vəziyyətə salır? ||

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • Bəzi bizneslər özlərini necə asılı vəziyyətə salır?Bir şirkət Təsəvvür edin və həmin şirkətin kifayət qədər gündəlik dövriyyəsi olduğunu düşünün . Şirkətin sövdələşməsi isə nəğdsiz qaydada , yəni bank üzərindən aparılır. Şirkət fəaliyyətə başlamazdan öncə idareətmə heyətinin qarşısında 2 seçim dayanır,birinci seçim yalnız bir Bankı ilə əməkdaşlıq edərək xərclərə qənaət etmək , ikinci seçim isə bir neçə bankla əməkdaşlıq etmək olur.Şirkət idarəçiliyi isə , ikinci seçimin daha xərcli olduğunu düşünərək, yalnız bir bankla işləməyi qərara alır .
    Qısa müddətdə hər şey qaydasında gedir və bir müddətdən sonra bu şirkətin əməkdaşlıq etdiyi bankda müflisləşmə halı baş verir. Nəticədə isə yalnız bu bankla işləyən şirkətin bütün satışları dayanır və şirkət bir neçə gün 10 minlərlə manata bərabər satışlarını itirir və ciddi zərərə gedir .
    Halbuki əgər həmin şirkət biraz xərclərinin çox olmasına baxmayaraq 2 bankda əməliyyatlarını aparsa idi , bu problem yaranmayacaqdı və minumum zərərlə bu şirkət vəziyyətdən çıxacaqdı. Başqa sözlə bir bankda əməliyyatların donmasına rəğmən ,şirkət öz əməliyyatlarını davam edəcəkdi.
    Bu videoda , biz Resursdan Asılılıq Nəzəriyyəsidən bəhs edəcəyik .Bu nəzəriyyə ilk dəfə 1970-ci illərdə Jeffrey P. və Gerald R. S tərəfindən irəli sürülüb.Onların fikrinə görə , əgər hər hansısa bir şirkətə vacib olan, istənilən resurs, digər başqa bir şirkətdən və ya insandan asılıdırsa , həmin şirkət artıq risk altındadır.
    Gəlin kiçik bir misal çəkək, bir market düşünün .Bu marketdə yalnız bir kassa var və yalnız bir işçi kassada satmağı bacarır ,yerdə qalan 3-4 işçi isə digər işləri görür.Bu teoriyə əsasən artıq bu market yalnız bir satıcıdan asılı olduğuna görə və kassa da market üçün zəruri nöqtə olduğuna nəzərə alsaq , həmin işçi xəstələnsə və ya işdən ayrılsa marketdə böyük problemlər yaranacaq.Ən pis ehtimalla isə market kassada satmağı bacaran işçi tapana qədər market bağlı saxlanacaq .
    Bu baxımdan , bu market misalında ,kassada durmağı bacaran ən azı 2 işçi öyrədilməlidir ki , bu nöqteyi nəzərdən hansısa bir risk və asılılıq olmasın .
    Təbii ki , şirkətin bəzi çox da vacib olmayan resurslardan ciddi asılılığının olması , hansısa bir risk daşımır.Tutaq ki , bir bank müqavilə ilə yalnız bir reklam şirkəti ilə çalışır və bir gün həmin reklam şirkəti bağlanır. Baxmayaraq ki , həmin bankın bu reklam şirkətindən asılılığı var idi amma reklam işinə 10 gün fasilə verilsə də , bank üçün hansısa bir itkiyə səbəb olmayacaq.Yəni işlər qaldığı yerdən davam edəcək.
    Çünki, reklam şirkəti Bank üçün, günlük iş prosesidə zəruri resurs deyil .Həmin alimlərin arqumentinə görə , şirkətlər daim onların fəaliyyəti üçün vacib olan resursları müəyyənləşdirməli və mümkün qədər asılılığı aradan qaldırmalıdır ki , gələcəkdə həm maddi zərər , həm də vaxt itkisinə səbəb olmasın.Məsələnin başqa tərəfi isə odur ki , əgər bir şirkət onun üçün çox vacib olan bir resursdan , yəni , başqa şirkətdən və ya insandan asılı olarsa , iş prosesində, qarşı tərəf şüurlu və ya şüuraltında , bu biznes prosesində dominant olduğunu biləcək .Bu da həmin şirkətin biznes prosesi üçün hansısa bir problem şəklində özünü burüzə verə bilər .
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV
    Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks
    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev
    Animasiya müəllifi : Ülkər Axundova

КОМЕНТАРІ • 6

  • @BusinessTalksAz
    @BusinessTalksAz  2 роки тому

    Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər.
    ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel)
    🌐Sayt: animators.az

  • @inaramamedova5084
    @inaramamedova5084 3 роки тому +1

    👏👏👏👍👍👍

  • @elgunkhalil
    @elgunkhalil 3 роки тому +1

    👏

  • @BusinessTalksAz
    @BusinessTalksAz  3 роки тому

    Animasiya ilə bağlı maraqlanan şəxslər videonun açıqlama bölməsində (videonun aşağısında) bu barədə məlumat əldə edə bilərlər.Təşəkkürlər.

  • @haqqyolu5369
    @haqqyolu5369 3 роки тому

    Səhmlərdən necə gəlir qazanmaq olar. Bu haqqda video carx hazırlaya bilərsiz.

    • @BusinessTalksAz
      @BusinessTalksAz  3 роки тому

      Əslində eyni olmasa da, bənzər bir mövzu haqda video hazırlamışıq: Səhm və istiqraz bazarı haqda.Linki bura yerləşdiririk : ua-cam.com/video/KaPh1ctIQSI/v-deo.html