Ramiz Rövşən - Lal - Kamran M. YuniS

Поділитися
Вставка
  • Опубліковано 1 жов 2024
  • #kamranyunis #kamranmyunis #poeziyateatrı #şiirler
    #şeirlər #sevgişeirləri #ramizrövşən #xəyyammirzəzadə
    Ramiz Rövşən - Lal
    Bəstəkar - Xəyyam Mirzəzadə - Bağ mövsümü
    Lap yuxudan duran kimi
    yoruluram, ilahi.
    Tüstü kimi duman kimi,
    lal oluram, ilahi.
    İyrənirəm
    hər sözdən, hər kəlmədən,
    lap balamın oxuduğu nəğmədən.
    Bir sözə də
    daha dil bulamaq istəmirəm,
    Yalquzağa dönsəm də,
    ulamaq istəmirəm,
    Dadı qaçıb şerin-sözün,
    Daha məni dinləndirən sözüm yox ,
    Adamlarla danışmağa həvəsim,
    ALLAHla da danışmaqa üzüm yox.
    Ah çəkirəm, gülür ahım,
    bu "ah" mənə inanmır
    Deyəsən, çoxdu günahım,
    Allah mənə inanmır.
    Kim kimə inanır axı?!..
    Adam dərddən ölsə də,
    Ağlar gözdən öpən çətin tapıla.
    Lap mələklər
    göydən üçüb gəlsə də,
    Bir ovuc dən səpən çətin tapıla.
    Mənim də bəxtimə bu vətən düşüb;
    Havayı açılmır çiçəkləri də
    Allahı yorulub, taqətdən düşüb,
    Bir az şorgözləşib mələkləri də.
    Susmuşam, tərpənməz bu dil, bu dodaq,
    Mən daha lalam, lal- bu yer üzündə.
    Məni korlar görər dünyada ancaq,
    Məni karlar qanar bu yer üzündə.
    Məni səndən özgə kim dindirər, kim?! -
    İlahi, özümdən sənəcən lalam.
    Bir quş qanadında göndərəcəyin
    Bir təzə məzhəbə, dinəcən lalam
    Mənə torpaq dili, daş dili öyrət,
    Bəlkə öz qəbrimdə dillənə billəm
    İlahi, sən mənə quş dili öyrət,
    Uçmağı özüm də öyrənə billəm.

КОМЕНТАРІ • 53

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 роки тому +8

    5👍,5-çi şərh məndə
    n👏👏

  • @abdulsafi3382
    @abdulsafi3382 4 роки тому +7

    NƏ YAXŞI Kİ BİZİ ADAM YERİNƏ QOYAN BİZİ DİNLƏYİB BİZƏ YAR OLAN BİR ALLAHIMIZ VAR YOXSA ANLAMAYAN RUHSUZ İNSANLAR ÇOXDAN ÖLDÜRƏRDİ BİZİ

  • @userzemfira8022
    @userzemfira8022 4 роки тому +6

    👍👐

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 роки тому +5

    caneey dostların bəyənməsi,şərhi ardıcıl gəlir👍👍👍👍👍👏👏👏👏👏

  • @hemidhemid8677
    @hemidhemid8677 3 роки тому +2

    Deyəsən, çoxdu günahım....
    Adam dərddən ölsə də
    Ağlar gözdən öpən çətin tapıla

  • @esmirakrimova1315
    @esmirakrimova1315 4 роки тому +6

    2👍👍.menen

  • @reyhansgrova9513
    @reyhansgrova9513 4 роки тому +4

    Dogurdanda adam lal olur ne deyeceyini bilmir..Aciz qoyursunuz bizi cox aciz..

  • @delyasukurova3244
    @delyasukurova3244 4 роки тому +5

    Seher seher ruhumuza qidasìz👏🌹❤Var olasiz deyerli senetkarlar🤲🤲Allah sizi bize cox gòrmesin🤲🤲

  • @aygunaygun8263
    @aygunaygun8263 4 роки тому +5

    Kamran bəy .İndi biz onsuzda qulağı eşidən gözü görən dili danişan lal olmuşuq Sadəcə elə bil tamaşa gedir biz seyr edirik
    Çox sağ olun Var olun .Bir də belə şey arzulamıyın Siz danışın bütün dünya sussun🙏🏼🙏🏼🇦🇿

  • @Канал-я3ж
    @Канал-я3ж 2 роки тому +2

    Ramiz Rovsen
    Kamran. M. Yunis
    Tesekkurler! 🧡🧡

  • @behbudovamanzar
    @behbudovamanzar 5 місяців тому +1

    Salamlar! Ramiz müəllim bu şeiri elə _ belə yazib!Siz elə dediniz ki...lap adamın ağlamağı gəldi!Elə gozəl ah!_ cəkdiniz ki...adama o ah da xoş gəldi!Gunaha gəldikdə?Ən çox günahkar olanlar şairlər dir!Hər gorduyunə baxub,seir yazib!Burda da ilham pərisi olmadigi ucun" hər seydən kusub şair!Lal olmaq?Adamin ürəyi partlayar!Biz deyirik ki,yaxsi ki danışırıq!Əgər o lal lar eşitsə, cavab verə bilməsə,necə olar? Qonşumuz da kənddə bir lal usaq var idi!Cox hissiyatlı!O hec kimi bəyənmirdi!Elə əlinə ufururdu,yəni agli yoxdur,o göstərdiyimiz in!Sonra bir danisan qiz aldı və.. öz qizi da danisir!Məni şəhərdə gorəndə tutub öpür!Hec yaddan cixarmayib hec demə!Bizim onu sevdiyimizi bilirdi!Amma?Cavab verənde mən basa dusmurdum!Burda da qonsumuz un qızınin biri laldir!Hami onu başa düşür,məndən basqa!Mənim onunla sohbət etmeyə vaxtim olmayib,ona görə!Sonra onu da bir lal oglanla evləndirdilər! Anası deyir ki,indi 1 idi,oldu 2! Başımı xarab eləyirlər!Usaqi olanda anası özü baxdi!Deyir ki,yatar,usaq aglayar ölər, axı eşitmir!Nə isə! Bir Mələk adlı qızı var,İslam adlı oglu!Usaqin ikisə də danışır,həm de lal dili bilir!İndi məktəbdən gəlirem,Məlek məhəllənin butun usaqlarini başına yigib həm mahni oxudurlar,həm de oynayirlar!Əvvəl dinmirəm,deyirəm ki,usaqlar oynamalıdırlar!Amma?Səs başıma düşür!Deyirəm ki: Melek!Sən oynamalisan e.e,bilierəm!Bax indi mənim basim ağrıyır,nə olar ,sən get,o uşaqların mehləsində oyna! Oradakilar oz uşaqları oldugu ugun oyrəniblər səs_ küyə!Bizdə hami elm adamı dir!Usaqlar da mədəniyyət li,oxumus!Kime deyirsən?Məlek deyir:Bura bizim məhlədir!🤣 Axır da o biri usaqlara deyirəm və ..dəstəni goturub gedirlər!Ya da ...gəlib indi valideynlerinizə deyəcəm!"Müəlliməm e.e.Basim getdi!"😞İndi Mələk o qədər mədəni,agir qizdir kı,mən cagiranda belə qıpqırmızı olur!Nə isə!Xatirələrə getdim,bir anlıq!Və?Allah gunahlarimizi bağışlasın!Nə deyim?Bele də düşünmək duz deyil!Allahin məlekləri"Şor göz??? Quş dili ni yalniz Süleyman peyğəmbər (ə) bilib!Ancaq...bizim qumru quşları cox ağıllıdırlar!Sanki adami başa düşürlər!31 ildir ki,bizimlə yaşayırlar!Bizi cox sevirlər! Çünki yaxsi insan oldugumuzu bilirlər!Sizə də təşəkkürlər!Ele gozəl dediniz ki ...soz tapmadim...👍🌹

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 роки тому +4

    mənim bəxtimədə bu ölkə düşüb😔

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 роки тому +6

    ❤️3❤️🙏

    • @esmirakrimova1315
      @esmirakrimova1315 4 роки тому +2

      Tebrikler Yegane xanim😘

    • @yeganequliyeva664
      @yeganequliyeva664 4 роки тому +1

      @@esmirakrimova1315 Çooxx sağ olun.🌹 Bu xoşbəxtliyi mənə yaşadan Xanıma təşəkkürlər❤️🌹

  • @sabinaidayatova2130
    @sabinaidayatova2130 4 роки тому +4

    Geceniz xeyir, Boyuk Senetkar! Allah sizi qorusun.
    P.S bu musiqinin adi necedir?

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 2 роки тому +1

    Guş kimi çırpınır gəlbim narahat..
    Sanki agır döyüş gözləyir məni.
    Dur ey gəlbim sakit ol,sən faragat
    Ganlı gadalı gün özləyir məni.

  • @menm1803
    @menm1803 4 роки тому +3

    Gunahi olanlar bar bar baqirirken biz gunahsizlar laliq ve qaliba baqirmaq fikrimuz de yox kimi

  • @gulshanhuseynova138
    @gulshanhuseynova138 4 роки тому +7

    Mənə torpaq dili, daş dili öyrət, İlahi, sən mənə quş dili öyrət

  • @nigarquliyeva8897
    @nigarquliyeva8897 4 роки тому +5

    Sən necə də gözəl şeirsən belə?!

  • @hemidhemid8677
    @hemidhemid8677 3 роки тому +2

    Lap yuxudan duran kimi
    Yoruluram İlahi....

  • @АкифГумматов
    @АкифГумматов 3 роки тому +2

    Хошбяхтям ки Рамизи дири геренлярденем.

  • @eserrasulovaazrbaycandilin939
    @eserrasulovaazrbaycandilin939 3 роки тому +2

    Nə yaxşı, Kamran müəllim mən sizin ifalarınızdan xəbər tutdum. Necə möhtəşəm əsər, necə möhtəşəm ifadı. Vaxt tapdıqca sizin əvvəlki ifalarınızı da dinləyirəm. Hansılar ki mən sizin ifalarınızı kəşf etmədiyim zamanlarda səsləndirmisiniz. İndi mən o ifaları dinləyirəm.

    • @kamranmyunis
      @kamranmyunis  3 роки тому +2

      Var olun verdiyiniz dəyərə görə!!!

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 4 роки тому +4

    ❤️22❤️

  • @Пунхангасанов-д2ч
    @Пунхангасанов-д2ч 4 роки тому +3

    Сусмуш урейими парцалама илахи

  • @sebrsebr9683
    @sebrsebr9683 3 роки тому +2

    Allah cansağlığı versin kamran bəy siZe

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 роки тому +2

    Uçmağı..Özümdə..Öyrənə..Billəm...

  • @lolaazeri3917
    @lolaazeri3917 4 роки тому +2

    Mənim də bəxtimə bu vətən düşüb...

  • @anarnamaz
    @anarnamaz 4 роки тому +3

    Elə bu yağışlı havada isidir adamı bu şeir ilahi...

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 4 роки тому +6

    Eslinde şeiri qışqıra - qışqıra, sözleri uzadaraq, pafoslu demekle, sadece ince, düz, sakit, pıçıltıyla demek arasındaki ferqı sesinizde, sözü yaşamağınızda anladım evezsiz ustad.
    Ruhumuza pıçıldayırsız söz - söz misra - misra
    Pıçıltı..
    Ne gözel seslenir.
    Men çox dil bilen biri deyilem amma inanmıram ki, yer üzünde bu söz başqa dilde bu qədər ecazkar seslene.
    Tanrı sizi qorusun.

  • @reshadyaqubov9875
    @reshadyaqubov9875 4 роки тому +3

    Masinda qulaq asdim superrrr

  • @shehriyarhesenli5824
    @shehriyarhesenli5824 4 роки тому +5

    İlahi, sen mənə quw dili öyrət. Uçmağı özüm də öyrənə bilmem. ........səsinize sagliq, emeyinize sagliq, Kamran qardaw 🍁 ❤👏 bu havada yerinə duwdu.......

  • @xalidequliyeva9449
    @xalidequliyeva9449 3 роки тому +2

    😔

  • @esmirakrimova1315
    @esmirakrimova1315 4 роки тому +6

    RAMIZ ROVSEN VE KAMRAN M YUNIS.VAR OLUN.

  • @metanetnurmemmedova7900
    @metanetnurmemmedova7900 4 роки тому +2

    💞

  • @kemrankerimov4197
    @kemrankerimov4197 4 роки тому +2

    Камран.сенирли.сес..

  • @shefaehedova9211
    @shefaehedova9211 4 роки тому +2

    Daha məni dinləndiren sozum yox👍👍👍

  • @renaagabekova1741
    @renaagabekova1741 4 роки тому +2

    RAMIZ RÖVŞƏN .KƏMRAN BƏY
    VAR OLUN .ALLAh SIZLƏRI GORUSUN .ŞEYIR .ÇOX XOŞUMA GƏLDI.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 роки тому +6

    Dadı qaçıb şeirin-sözün... Bu şeiriyyatda, sözdə sizin nəfəsiniz, səsiniz varsa, demək ki, hər sətir, hər söz qiymətlidir!❤️Təşəkkürlər! Ustad❤️

    • @renababanli3490
      @renababanli3490 4 роки тому +1

      DOQRUDAN DA WEIRI KIMIN NECE DENEYINDEB COX WEY ASIlidir. MENE RAMIZ ROVWENIN WEIRKERI I MEHZ KAMRAN YUNIS SEVDIRDI OZ IFASI ILE ALLAH QORUSUN SENI OQLUM

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 2 роки тому +1

    Allah var eləsin sizləri

  • @zeynomery8512
    @zeynomery8512 4 роки тому +2

    Lap yuxudan duran kimi,
    Yoruluram ilahi....

  • @lolaazeri3917
    @lolaazeri3917 4 роки тому +7

    İlahi özümdən sənəcən lalam.

    • @renababanli3490
      @renababanli3490 4 роки тому +2

      Meni senden bawqa kim dindirer .....allah her kesin arzu dolu isteklerine dualarina cavab versin inwaallah amin

    • @lolaazeri3917
      @lolaazeri3917 4 роки тому +2

      @@renababanli3490 Amin inşallah.Allah hər kəsi dilədiyi dualarına yetirsin.

    • @renababanli3490
      @renababanli3490 4 роки тому +2

      @@lolaazeri3917 AMIN , QIZIM, AMIN!

  • @rasimsultanzadeh7381
    @rasimsultanzadeh7381 3 роки тому +1

    Ağzınıza sağlıq.

  • @gulyakocharli164
    @gulyakocharli164 4 роки тому +1

    😥❤🙏

  • @РуфатАгамалыев
    @РуфатАгамалыев 4 роки тому +2

    💐💐💐💐💐💐

  • @yeganem166
    @yeganem166 4 роки тому +2

    Havayı açılmır çiçəkləri də😊

  • @maqsudehuseynova4480
    @maqsudehuseynova4480 4 роки тому +3

    Soz deye bilmeyeceyim qeder mohtesemdi.👍👍👍.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Tanrı qorusun sizi Ustad!🙏