Ramiz Rövşən - Çığırtı - Kamran M. YuniS
Вставка
- Опубліковано 18 лис 2024
- #kamranmyunis #ramizrövşən #kamranyunis #poeziyateatrı
#eminsabitoğlu #şeirlər #şiirler #sevgişeirləri #poeziya
Ramiz Rövşən - Çığırtı
Bəstəkar - Emin Sabitoğlu - "Təhminə" film musiqisi
Öz səsindən alışıb
cavan-qoca çığırır.
Ağıllısı-dəlisi,
toxu-acı çığırır.
Qəbirlərin
ağzını yırta-yırta,
Ölülər çığırır torpağın altda, -
yoxsa torpaq çığırır?!
Çığırtımız gedib çatır Allaha,
yuxuda səksənib Allah çağırır.
...Sən niyə susursan, atam balası,
sən nəyi gözləyirsən?
Qulaqlar batıran bu çığırtıdan
səsini gizləyirsən.
Bəlkə qorxursan ki, səsin ilişər,
səsin düyün düşər
bu çığırtırda.
Birdən bu dolaşıq səs düyünündən
adam öz səsini ayıra bilməz.
Hərdən pıçıltıyla yara-yoldaşa
deyiləsi sözlər deyilə bilməz.
Demə, pıçıltıyla düşmən yıxılmaz,
Demə, pıçıltıyla qala alınmaz.
...Çığıra-çığıra dua oxunmaz,
Çığıra-çığıra layla çalınmaz...
Ay kimi, gün kimi batıram indi
susan dodaqların pıçıltısına.
Mən də öz səsimi qatıram indi
əsən yarpaqların xışıltısına.
Çöldə kin bilməyən, acıq bilməyən
quşların səsinə qatım səsimi.
Füzulıdən bəri üzü gülməyən
bu qərib səsimi, yetim səsimi.
Bir az əllərimlə üzümü örtüm,
Nəfəsim ovcumda isinsin bir az.
Bir son yarpaq kimi
dodaqlarımdan
Qopan pıçıltım da isinsin bir az...
Nə çoxdu danışan...
Susum bu axşam,
Qoy barı bir söz də sabaha qalsın.
Bu ocaq alova çıxmasın tamam,
Qoy barı bir köz də sabaha qalsın.
Hamı çığırmaqdan doyanda bir gün,
Batanda hamının səsi, ilahi,
Əlimi yan-yana gətirəcəyəm
Ovcumda o bircə sözü, ilahi.
Köz kimi közərən o pıçıltıdan
hamı öz səsini alışdıracaq.
Onda bir-birini dünyada bəlkə
hamı pıçıltıyla danışdıracaq.
O nə çığırtıydı, - deyəcək hamı, -
nə yaxşı, eşidib kar olmamışıq.
Nə yaxşı, dilimiz söz tutur, Allah,
çığırıb-çığırıb lal olmamışıq...
Möhtəşəm Ramiz Rövşən zirvəsi və o zirvəni bizlərə catdıran Kamran müəllim ,Əzizimiz Kamran müəllim. Var olasınız
Ramiz Rovsen
Kamran. M. Yunis
Tesekkurler! 🧡🧡
Hamı..Çığırmaqdan...Yorulub..Daha....❣👏🏻
Çığıra-çıgıra dua oxunmaz,
Çıgıra- çığıra layla çalınmaz.
Nə çoxdu danışan....
Susum bu axşam❤️🙏
Susub bu ifanı təkrar-təkrar dinləmək!!!❤️
MÖXTƏŞƏM! RAMIZ RÖVŞƏN .KƏMRANM YÜNIS ALLAH SIZI GORUSUN .VAR OLUN !
Nolar bir birimizin səsini eşidəy .Bir birimizin harayina çataq .Bir birimizi sevək Bir birimizi qoruyaq
Sevək .Bir birimizi sevək .dəyər verək
Görəsən çoxmu çətindi
Allah sizdən razi olsun Kamran bəy🙏🏼🇦🇿🇦🇿
Hərdən pıçıltıyla yara-yoldaşa,
deyiləsi sözlər deyilə bilməz.
Demə, pıçıltıyla düşmən yıxılmaz,
Demə, pıçıltıyla qala alınmaz.
Yenə Ramiz Rövşən qələmi,yenə Kamran M.Yunis səsi 👏👏👏👏👏Allah qorusun sizi!
İlahi bu səs, bu müsiqi ,bu şeirlər öldürəcək məni...
Mən də öz səsimi qatıram indi əsən yarpaqların xışıltısına. ❤️Günümüzün ikinci Möhtəşəm şeiri, ifası, musiqisi❤️ Təşəkkürlər Ustad!
Ramiz Rövşən bir dünyadı! Hər sətrin, misranın altında bir məna, bir mesaj var. Səsinizə, ürəyinizə sağlıq belə gözəl çatdırdığınıza görə! 😘
Nə yaxşı dilimiz söz tutur Allah,
Çıgırıb-çıgırıb, lal olmamışıq.
Köz kimi közeren o piciltidan hami öz səsini alişdiracaq.....Mükemmel ikili 👍👍👍var olasiz
Nə çoxdu danışan....
Susum bu axşam....
Nə yaxşı dilimiz söz tutur Allah, çığırıb-çığırıb lal olmamışıq....🙏💐
" Cigirtimiz gedib catib Allaha
Yuxuda seksenib Allah cigirir ..." var olun Ramiz Bey _Kamran Bey 👍🙏📝🎼
Sizi dinledikden sonra lal oluruq biz.Vallah.
Kamran müəllim Azərbaycanmızın yüksək incəsənətini belə gözəl təbliğ etdiyiniz üçün Sizə təşəkkür edirəm!!! Çox gözəl ifa!!!
Bu musiqi meni menden alib aparir hele ustelik sizin seslendirmenizle bir basqa 😔
Çok güzel ifa👏👏👏
Bir gun oz səsimi eşitmək,özümü dinləmək istərdim.Bircə gun bari...
Yunis Var ol. Səsinə qüvvət!
Her kedere ucunanda sizin ifanlzda olan serler aqladlr icimizden.Ele yanlqll soyleyiesiniz ki.Icimizin yaralarl az qalir qopsun.Tesekkurler,istedad basqa sey.
Qoy haqqı deyəndə çığırtımız kəsilməsin
Cox sagolun K.M.Y.
Çöldə kin bilməyən, aciq bilməyən, quşların səsinə qatım səsimi.......hər setirde duygulanib qaldım, Kamran qardaw. Bu havada neynediz....👏🍁☔ Allah sizi var elesin👐
Müqəddəsliyə səsliyən hər bir sözə, hər nəfəsə eşq olsun Ramiz Rövşən, Kamran M. Yunis Var Olun!
Allah her ikinize can sagllgl versin.Ramiz Rovsen ve Kamran .M.Yunis.
Ramiz Emin Kamran trinitisi. Müqəddəs üçlük. Nə qədər səsiniz var, bizlər də varıq. Bu barədə ədəbi superlatizm ruhunda, məfailun rədifində bir esse yazacağam. Söz
Cigira -cigira dua oxunmaz,
Cigira - cigira layla oxunmaz
Agillisi,delisi çıgırır! Mükemmel şer,mükemmel ifa! Çox sagolun Kamran muellim bele derin menalı şerleri seslendirdiyiniz üçün!
Bu, çox sevdlyım musıgı .və
bu şeır .neçədə .tamamlanfı ...MINƏTTARAM .VAR OLUN .ÇOOOOOOOX XOŞUMA GƏLDI ..ALLAX SIZI GORUSUN .KƏMRAN BƏY.AMIN!
Bu ifanızdan çox kövrəldim😔
Salamlar!Dunyanin ən xosəxt insanlarıyiq!Əllerimiz,ayaqlarimiz sagdir,qulaqimiz kar deyil , dilimiz də lal deyil!Cox şükürlər olsun!Ozumuzə deyər verək!Nə yaxşı sikəst deyilik!Cavanliqda üzümüzə bir sizanaq cixanda ozumuzu dunyanin bədbəxti hesab edirdik!Əlimizdə olanin qədrini bilmirik,itirəndən sonra heyfslenirik!Cox ibratamiz seirdir!Anlayana!Allah Vətən ugrundaoz əziz canından kecən şəhidlərimizə rəhmət eləsin!Qazilerimizs isə can sagligi versin!Onlar cavan ikən şikəst,əlil ,lal ,kar oldular! Gözəl _ gözəl oğlanlar!Muharibe salani Allah zəlil eləsin!Bax,onlar baxanda cox utanıram!Bəs onlarin yaşadığı dəhşətlər!Yanlarinda olən igid,cəngavər oglanlar! Yaraşıqlı, boylu _ buxunlu Pəncəli,Mubariz,Mehrab,Xudayar ,Cəbrayil...Allah rəhmət eləsin! Çağırmaq yox,susmaqla yad eləmək gərəkdir! Təşəkkürlər!Kamran bəy ! Çox gözəl ifa etdiniz!🙏🌹
Var olun.
Nə çoxdu danışan,susum bu axşam..
hemiweki kimi ela
👏👏👏👏👏👏çox gözəldir həm şer, həm fondakı musiqi , həm də şeiri o qədər gözəl söyləmisiz ki təkrar təkrar dinlədim
Aydaa ne gözəl sözlər ne gozel ifa fon musiqi her şey gozel Allah cansağlığı versin size kamran bey
KAMRAN BƏY
Cigiranda sesinizi bir duyaniniz olsun insallah..var olun bey mohtesemsiniz.
03/01/2021/170👍-Nə çoxdu danışan...,İLAHİ!💝👏🙏😷💔
Gunun ikinci seyiri.her iki seir ela.var olun Kamran muellim.
Bu cigirtili omurden menim taleyime dusub.(indide o gunler yadima dusende yenede o hissleri cigirmag isteyirem)Arxaya baxmaddan qaca-qaca cigirmag, yuksek tepeye qalxib cigirmag istemisem.
Indi baxiram seirlere.Hemiweki kimi supper.Var olun,Kamran bey🙇
" OZ SESINDEN ALIWIB,CAVAN- QOCA CIQIRIR" Qorxuram,sesimi,piciltimi dost ,taniw,ovlaslarim ewider ,USTAD!,Onun ucun ciqirmaqi yox picildayib,ovcumda qalan birce kelmeni demek ucun," Mensiz o dunyada darixmadinmi,bawimin taci,men darixdiqim kimi?" picildamaq isteyirem!
Istad,defelerle bele dolanda bu kimi weirler ifalariniz ile kuknar aqacinin yarpaqlarinin usyani kimi ( o yarpaqlar da picilti ile daniwirlar) olan konlumu ovudiram! Saq olun ve Allah sizi qorusin! Amin!
Mohtewem 👏🏼👏🏼👏🏼👏🏼👏🏼👍🏾👍🏾👍🏾👍🏾
İlahi...
Sən niyə susursan atam balası
Bir az əllərimlə üzümü örtüm,
Nəfəsim ovcumda isinsin bir az...
❤️❤️💕💐
@@yeganequliyeva664 ❤❤❤
@@aruhumunmlyi4361 Ürəyimiz birdi görürsüz eyni zamanda birlikdə! 💕
@@yeganequliyeva664 Elədir əzizim.Bu çox gözəl hissdir.❤❤❤
Sesin dùyùn duwer bu cìqirtida..👍👍👍.🌹❤
8👍👍👍👍👍👍👍👍menen
Çıgırsan da ,bagırsan da taleyinle barış gülüm.
Taleyini yazan Allah gismətine böyle yazıb.
Gaçagaç dünyamızda bir gün sene yetər ölüm.
Üsyan etmə deyəcəklər Ceyhun yenə yolun azıb.
15👍👍👍
Eşq olsun!
❤
169👍🏻hamı çığırmağdan doyanda1gün...🙏🏼🙄02/01/2021.
Келин гелбимизден кин кудрети атахын бир биримизе комек елимизи узадахын беле оларса басылмаз ветен
👏👏👏👏👏
Bəzən şirin yuxular
Bir ömürlük həyatı
Bir gecədə əvəz edir.
Bəzən şirin yuxular
Büsbütün kainatı
Dolanaraq hər yanı
Heyran edir insanı....
Müəllif Babək Rəcəbli
Yutubda şirin yuxular Babək Rəcəbli yazıb şeiri dinləyə bilərsiniz
"Bu gerib sesimi bu yetim sesimi" bu soz menimcun deyildi sanki....
❤️11❤️
Sag olun siz varsiz amma bir sey pisdi ki hamisini eyni saslla oxuyursuz eyni ahangla
Siz hər dəəfə basqa səslə danısırsız möhtərəm dinləyici?
İnsan zəhmət cəkib seiri secir, oxuyur, cəkir. Nə olar dəyər verməyi bacaraq.
Lütfən bu qədər olmaz axı.
Ramiz Rovwenin weirkeruni sevmirdim, onun weirlerini mene KAMRAN YUNISIN IFASI SEVDIRDI. BIR AZ ARADA MUREKKEB YAZIR.MENASI DERIN OLSA DA.BU WEIR DE NE ISE ANCAQ SESINIZIN QUDRETI ILE GOZELLEWDIRIR.ALLAH DA QIWQIRARMIW?VE NIYE HER KES ANCAQ QIWQIRIR? CATMADI MENE.
💞