Riyaziyyat nədir? | Hər kəs riyaziyyat öyrənə bilər? | Söhbətgah
Вставка
- Опубліковано 20 вер 2024
- 👨🏻🏫Bu dəfə @DjTural və @AliKhayyam #Riyaziyyat-dan danışdılar. Onların qonağı riyaziyyatçı Afərin Əkbərli oldu. Riyaziyyat nədir? Hərkəs riyaziyyatı öyrənə bilərmi? Bizdə riyaziyyat elmi məşğul olanlar kimlərdir? Bu kimi suallara cavab axtardılar.
Bəs siz riyaziyyatı necə bilirsiniz?
Podkastı bəyənin, fikirlərinizi yazın və bölüşməyi də unutmayın.
Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
🪴🌲 / cafebotanist
📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
🔔Hesab.az vasitəsilə bizə dəstək olun: sohbetgah.az/h...
👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
💡HƏYAT TƏRZİ İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
• 🧳Söhbətgah - Həyat tərzi
BƏS BİZ KİMİK?
sohbetgah.az
📬ƏMƏKDAŞLIQ ÜÇÜN
gel@sohbetgah.az
sohbatgah@gmail.com
Instagram: / sohbatgah
Facebook: / sohbatgah
Podkastı dinləmək üçün:
🔻Spotify: open.spotify.c...
🔻Apple Podcast: podcasts.apple...
🔻Yandex Podcast: music.yandex.r...
🔻Google Podcast: podcasts.googl...
🔻Spreaker: www.spreaker.c...
Afərin müəllimin danışdığı pedaqoji mövzular 2 semestr keçirilən pedaqogika dərsindən keyfiyyətlidir.
Razıyam
Afərin müəllimə təşəkkur edirəm.Adini çəkdiyi Sadıqov Tural mənim oğlumdur,onunla fəxr edirəm.Nyu yorkda idi,indi Kaliforniyadadir, riyaziyyatçılar çox sadə insan olurlar,Turalın atası da Həsənağa müəllim riyaziyyat müəllimi idi.Verilisə görə sağolun.
Allah qorusun övladinizi.
@@musa0247ol ol p😊l😊 pp😊😊p😊
@@musa0247ok l
L😊ll😊😊 😊
Ok ok
Çox sağ olun ki, bele bir övlad böyütmüsüz. Belə gənclərimizlə fəxr edirik
Dəyərli söhbət üçün Afərin müəllimə xüsusi təşəkkür edirik.Var olun,ustad.
“Riyaziyat Tanrının yer üzündəki dilidir”
Edip yüksel
Riyaziyyat həyatdı,nəfəsdi. Həyatımızın hər anıdır Riyaziyyat.🫶 Bizim Riyaziyyat otağında belə bir cümlə vardı. "Kimya Fizikanın sağ əli,Riyaziyyat isə onun gözləridir" ❤
Afərin müəllim həqiqətən də ölkəmizdə seçilən müəllimlərdəndir. Şagirdi başa düşmək, yeri gəldikdə dostluq etmək və digər bir çox müsbət cəhətlərdən.
Təşəkkür edirəm həm qonağa həm də təşkilatçılara. Baxib qurtaranda gece saat 1:40 idi. Dəyərli təhsil işçilərinə ehtiyacımız hədsizdir. Uğurlar...
Mən nə zaman yaddaşımda zəifləmə , ya da analitik düşüncəmdə zəiflik hiss edirəmsə riyaziyyata qayıdıram. Məsələlər həll edirəm , sözün əsl mənasında beynim açılır. Ona görə yeganə fəndir ki, həm beynim həm ruhum rahatlıq tapır. Və bunu mənə riyaziyyat müəlliməsi olan anam aşılayıb 🥹
Riyaziyyatla bağlı deyil, ancaq biologiya bağlı bir "travmam" var idi. Olimpiyadalarda respublika üzrə 2-ci yer tutmuşdum. Moskvaya dəvət etmişdilər. Pul söhbəti var idi deyə maddi durum buna icazə vermədi. Başqa biri pulla yerimi almışdı. Riyaziyyat ən sevdiyim sahədi, bəzi müəllimlərin katalitik münasibətləri hesabına 10-cu sinifə qədər çox yaxşı idim hesablamalarda. Ancaq bəzi psixoloji məsələlərə görə ümumilikdə təhsilimdə reqresiya yaşadım. Buna əsaslanaraq deyə bilərəm ki, əslində bir adamın özünü dərindən tanıya bilməməsi, uşaqlıq travmalarının daxilimizdə yaratdığı çaxnaşmalar səbəbindən sosial məsələlərdə geriləmə yaşanır.
Hətda əminliklə deyə bilərəm ki, bəzən çox yaxşı oxumaq özü belə travmadan qaynaqlana bilər, sonrada özünü tanımağa, düzəlməyə başladığında, dinamik olaraq məşğuliyyətlər həmişəki kimi pozitiv nəticə vermir.
46:19
9 cu sinifdə oxuyanda şahmat məktəbinə gedirdim. Müəllim bir tapşırıq vermişdi, həllini tapmalı idim. Neçəsə gedişə mat tapmalı idim. Bütün günümü xərclədim tapa bilmədim. Axşam yatdım. Gecənin bir aləmi yuxuda məsələnin həllini tapdım, ya etdim hər necə oldusa, yataqdan qalxıb. Şahmatı qurdum. Və həll etdim, yuxuda gördüyüm versiya ilə😅
Salamun Əleyküm !
Riyaziyyat - sözünun əsil mənası Razı Qalmağ Deməydi ! Çünkü Riyaziyyat sözünün kökündə Razı sözü var .
Buda o deməydi ki , əgər sən bu dünyadan Razı qalmağ istəyirsənsə , onda Riyaziyyatı bilməlisən .
Allah Qurani - Kərimdə deyir ki : And olsun Cüt və Tək rəqəmlərə
Başka bir ayədə deyir ki : Allah hər şeyi yaratdı və ölçüsün qoydu
Ölçü sözünün mənası - Ölməməkən üçün həddi bilmək deməydi
Yalnız Ölçünü bilməmək və həddi aşmağ insaniyyəti uçruma aparır
Riyaziyyatın hesablamasında İşarələr var : Vurma , Bölmə , Üstəgəlmə , Çıxma və ən axırda isə Bərabərlik işarəsi qoyulur .
Buda o deməydi ki : Əgər bir cəmiyyəti Razı qoymağ istəyirsənsə , orda mütləq Bərabərlik olmalıdı , azda olsa
Afərin müəllimə təşəkkürlər. Söhbətgah komandasına isə afərin...
Burda qeyd olundu ki, millət olaraq riyaziyyatı sevmirik. Səbəb odur ki, bizim orta məktəblərdə müəllimlər keçdiyi mövzunun həyatda praktik tətbiqi tərəflərini izah edə bilmirlər. Mənə bir mühafizədə işləyən orta yaşlı biri bur dəfə sual verdi. "Pi"nin qiyməti neçədir? Dedim 3.14. Dedi harda işlədərsən bunu? Dedim bilmirəm. Dedi 3.14 sm uzununa, 3,14 sm eninə dəmir götür onu bük 1 ton su tutur. Gələcəkdə özünə bak düzəldə bilərsən😄 Bax budur həyatda real riyazi tətbiq. Budur əsl elm, əsl izah. Belə yanaşılıb izah olunsa sevməyən olarmı?😊 Təşəkkürlər🙏
Həqiqətən də artıq DİM və Təhsil Nazirliyi bir araya gəlməlidir. Onların özbaşınalıqlarına görə şagirdlərimiz çox əziyyət çəkir. Qəbul suallarının bəlkədə sadecə 20%-i məktəbdə keçirilən mövzularla əlaqəli olur. Şagird yaxşı universitetə düşmək üçün mütləq əlavə müəllim yanına getməlidir. Axı hər kəsin buna imkanı çatmır. Bir az vicdanlı olmaq lazımdır
Çox böyük zövq ilə izlədim. Hər zaman belə dəyərli insanları dəvət edin ki, biz də yol xəritəmizi cızaq. Təşəkkür edirəm.
Qeyd: qonağı kamerasında kamerada fokus pozulub. Zəhmət olmasa fokusu da düzəldərsiniz. 😊
Azərbaycan təhsilində imzası var, Afərin müəllimin! Sizə uğurlar!
Uşaqlar müəllim olmaq istəmir fikrinə münasibət bildirmək istəyirəm.Mən 9-cu sinifi bitirəndə konkret qərar verdim ki, riyaziyyatçı olacam.Evdə gəldim dedim ki, ay ata mən riyazyat müəllimi olmaq istiyirəm çünki sevirəm riyazyatı+ kiməsə nəyisə öyrətməyi.Atam mənə hansısa bir dilənçiyə baxarmış kimi baxdı müəllimliyi elə alçaltdı ki, pislədi ki mən ona başa sala bilmədim ki mən 1 ci qrupa verməliyəm.O sırf hansısa doatunun oğlu gömrük akademiyasında oxuyur deyə özündə belə bir haqq bilib məni də o sahəyə yönəldi (zorla) dedi ki 2 ci qtupa verəcəksən.Mən çox mübarizə apardım vəzyət elə bir həddə gəldi ki mənə qayıdıb dedi ki ya 2 ci qrupda oxuyursan ya da 1 ci qrupa özün hazırlaşcan.Gəlin etiraf esək ki adi dövlət məktəbinin təhsili ilə mən uniyə girə bilməzdim.Məvbur oldun 2 ci qrupda tarix və coğrafiyay məruz qalmağa.Onsuz da sevmirdim o fənləri daha da nifrət elədim.Günü bu gün mən 15 ixtisas seçimi etmişəm əslində mən ixtisas seçnəmişəm, universitet seçmişəm.Mən nə olursa olsun riyazyatçı olacam 95 yaşımda olsam belə.Sözüm odu ki hər şeydən qabaq bu "xəstə düşüncə tərzini" aradan qakdırmaq lazımdı.Valideynlərə səslənirəm ki, övladıvıza ixtisas seçniyin!! Onun yanında olun!! Ona dəstək olun!! Məcburiyyət deyə bir şey olmamalıdı.Heyif ki səsimi heç kəs eşitmədi , heç kıs görmədi.Bu təhsik sisteminin günahl bu idi."Görməmək" "Eşitməmək".
Həyatında uğurlar,Kənan
Ax ironiya. Mən də vaxtında çox yüksək balla Riyaziyyatı seçməli olduğum halda öz-özümə " bu balla riyaziyyat oxuyub məllim olum? yox bir" deyib əlaqəsiz bir fakültə seçdim bələdçilik olmadan və bədəlini hələ də ödüyürəm. Nəyin pis/yaxşı olduğunu ancax hər şey yekunlaşanda bilməy olur, odur ki indiki halınızla o marağı necə mənfəətə çevirə bilərsiniz, ona baxın.
@@Cahangirməndə riyaziyyatı sevib seçmişəm indi universitetdə oxuyuram riyaziyyat üzrə, məndə tək riyaziyyatdı deyə məktəbdə müəllim kimi işliyə bilmərəm🥲 , bəzən alınmıyanda alınmır...
@@mr.orkhan399 Hələ nə yaşınız var ki, universiteti çox da ciddiyə almayın. Riyaziyyatla əlaqəli o qədər yön var ki perspektivli- tapın birini, vakansiyalarda tələbləri analiz edin, ona uyğun yol çizin. Ya da imkanınız varsa bootcamp-ləri və müvafiq sertifikatları əldə edə biləcəyiniz tez/qısamüddətli kursları araşdırın. Heç bir şey də yoxdursa, xaricdə təqaüdlü magistrla maraqlanın indidən.
Salam Kənan, sənin dediyin o problem bizim evdə də yaşandı təxminən 4 il bundan əvvəl.Axır ki, oğlum atasına " qalib" gələrək riyaziyyatı seçdi.İndi Türkiyənin Bursa şəhərində Ali Riyaziyyat üzrə təhsil alır.Əvvəllər onun seçimini bəyənməyən atası indi onunla qürur duyur.Atası onunla tel. əlaqəsi quranda gözləri yaşarır.
Sən də pəs etmə, əzmkar ol! Bir gün atan səni başa düşər.
Afərin müəllimi söhbətgahda görmək necə də xoşdur ❤ Əminəm ki, əla söhbət olacaq!
Şəxsən bir tələbəsi olaraq,axıra qeder diqqətlə dinlədim var olun müəllim siz həmişə var olun…
Bele qonaga gore cox sag olun, Muellim bir dunya sohbet eledi, riyaziyyati yaxsi oxumus insanlar bu dunyada ferqli kodlarda yasayan insanlardi sanki, tebii ki , yaxsi menada. Analitik dusunce bizde cox zeif inkisaf edib, riyaziyyati yaxsi bilmek gelecekde riyaziyyatci olmaq demek deyil, bu senin beyninin guclenmesidir, gelecekde istenilen veziyyetde beynin yaxsi isleyib hadiselerin kombinasiyasini duzgun quracaq ve sen yaranmis veziyyetde dogru olani edib , faydali olacaqsan
1:19:28 Dəyərli müəllimlərə Doğan Cüceloglu "Ogretmenim bakarmisin" kitabını oxumağı tövsiyə edərdim))
Söhbətin əvəllindən sona çatanda artıq kövrəldim. Heyif yaxşı müəllimlərdən. Çox sağolun maraqlı alınıb👍🏻
Usta adam,dəyərli dostumuz Afərin bəy
Təhsilimizin bu dövrlərində ən incə məramlara toxunub onu işıqlandıran Afərin müəllimə təşəkkür edirəm.
Cəmiyyətimizin sizin kimi dəyərli müəllimlərə çox ehtiyacı var.
Afərin bəy, Tural bəy, Əli bəy hər üçünüzə çox sağ olun demək istəyirəm. Böyük işlər görürsüz.
son illərdə baxdığım mükəmməl proqram idi…Hoppulub düşənlərdənsə belə dəyərli insanları dəvət edib söhbət edin millətdə mariflənsin..Əməyi keçənlərə Təşəkkür edirik.
Mən heç Afərin müəllimin özünü belə tanımırdım, çox heyif, ölkəmizdə möhtəşəm insanlara yetəri qədər dəyər verilmir və hərkəs müəllimlikdən qaçır, fizika üzrə bu mövzuda Neftçala rayonu Xıllı qəsəbəsindən olan, hal hazırda özəl məktəblərdən birində dərs keçən Seyran Səfərovla da söhbətiniz möhtəşəm olar, Seyran müəllim axşam saatlarına qədər, rayonda işıq sönəndə lampa işığında olimpiadaya uşaq hazırlayan müəllim olub, yaddaşımda möhtəşəm qaldığı üçün ona ayrı, hər belə gözəl insanlar tanıtdırdığınız üçün sizlərə ayrı təşəkkür edirəm.
İnanın ki, olimpiyada haqqında danışılan da Seyran müəllim yada düşdü. Mən buna həqiqətən şahidəm ki illərdir insan öz peşəsi layiqincə yerinə yetirir. Belə müəllimlərə hər zaman dəstək olunmalıdır!
Belə maraqlı söhbət üçün təşəkkür hər birinizə. Afərin bəyin optimist ümid və arzularına AMİN deyirəm. Buna çox ehtiyacımız var.
Dinləyib bitirdim. Sağ olun, var olun! Afərin müəllimə də, sizə də AFƏRİN!
Riyaziyyat bütün fənlərin şahıdı bu həqiqətən belədir... Uşaqlıqdan 9 cu sinifə kimi deyirdim riyaziyyatçı olacam o dərəcə həvəslə oxuyurdum 100 test verəndə müəllim 300 yazıb gedirdim məsələləri işlədikcə zövq alırdım. 10-11 de ise riyaziyyat müəlliməmi dəyişdim düzdü çox savadlı idi amma fənnə qarşı məndə nifrət yarattı. Çünki 1 dəfən başa salırdı başa düşdün düşdün düşmədin heçnə soruşmaq olmurdu.Düşündüm ki çətinlik çəkirəm zəif olacam verdim fizikaya amma indi görürem kihəqiqətən müəllim insan həyatında böyük rol oynayır ( Fizikaya verdim fizika müəllimim dəfələrlə dedi ver riyaziyyata həm saatı çoxdu həm üatünlük baxımından yaxşıdı. 2 ildi universiteti bitirmişəm həm tələbəlik illərində həmdə indi uşaqlarla riyaziyyat hazırlığı keçirəm fizikanı sevirəm amma riyaziyyat sırf uşaqlıqdan gələn bir şeydi. Həmişə arzularınızın arxasınca gedin pes eləməyin ümidsiz olmayın. Bir neçə ilə ixtisas artırma olsa mütləq ki riyaziyyat müəlliməliyini oxuyacam. İndi isə üzərində işləyirəm incəliklərini öyrənirəm.
Müəllimə və bu çəkilişin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkürlər!Möhtəşəm idi👏❤️
Təşəkkür edirik.Cox şey aydın oldu bizə.Minnətdarıq sizə.❤
Natiq Vahidovu da sohbetgahda görmək çox xoş olardı. Gəlsin dilimizdən danışsin😊
Riyaziyyat elmləri öyrənmək dilidir.Xoş seyrlər💙💚
Deyerli müellime deyerli ve maraqli fikirlerine göre teşekkürler. Çox möhteşem podcast olub.
təhsil nazirliyi təəssüf ki marağlı deyil , təhsilimizin daha parlaq olmasına...
Televiziyalardan da bu çox gözəl bilinir...
Yəqin ki bu da dövlət siyasətidir...
Biz Azərbaycanın dünyada tanımış insanlarımızı təbliğ etməliyik. Onların həyatlarınə övladlarımıza izah etməliyik.
Dəyərli fikirləriniz üçün minnətdaram Afərin müəllim və Söhbətgah kollektivi❤
Bu müəllim təhsil naziri olmalıdır.Belke onda təhsilimizin yüksəlişi ola.
Afərin müəllimə afərin! 💙❤️💚
Mən də baxdım yayıma.Düzdü müəllim doğru fikirlər söyləyir, lakin ünvanlanan bəzi suallara daha geniş cavab vermək olardı və müəllimin bir fikri ilə razı deyiləm ki,hər kəsə riyaziyyatı öyrətmək olar.Dünyada elə insanlar var ki, həqiqətən riyaziyyatı öyrənə bilmirlər.Düzdü belə insanların sayı çox azdı.
Riyaziyyatı sevmək üçün çox səbəb var bunlardan 1-2 sin deyim.
1) Müəllim yaxşı olanda dərsə sevgidə artır
2) Həyatını dəyişdirənlərin çoxusu Riyaziyyatı yaxşı bilir çünkü, riyaziyyatda məsələnin gedişatını düşündüyümüz kimi, həyatda da bunu düşünürük yəni sonraki addımları düşünürük
Mən riyaziyyat sinfini bitirmişəm. Riyaziyyatçı olmaq isrəmişəm, amma, elmə, elmi işcilərə dəyər verilmədiyi üçün başqa ixtisasa yönəlmişəm. Kaş ki həqiqətən elmi işcilərə, elm sahələrinin öyrənilməsinə, araşdırılmasına daha çox yatırım edilsə idi. Necə ki həmişə düşünürük ki nə üçün bizdə hansısa sənaye sahəsi, zavodların tikilməsinə deyil, şadlıq evlərinin , restoranların açılmasına səy göstərilir. Səbəb daha asan və qısa vədəli yoldan pul qazanmaqdır. Təəssüf.
Bizimkilər ən çox gic gic artistləri, düşük verilişləri göstərirlər ,alimləri neynirlər göstərib
Salam, çox gözəl söhbətdir. Təşəkkür edirəm.
Lakin mənimdə əlavələrin var.
1. Vəsaitlər yararsızdır. Material yükü çoxdur.
2. Yaxşı müəllimlər azdır. 90% qadınlardan təşkil olunmuş təhsil sistemi çöküb. Hətta yalnız qadın tərbiyyəsi alan şagirdlərimiz üçün vətənpərvərlik də riyaziyyat kimi problemə çevriləcək.
3. Telekanallar və internet insanların beynini yeyib. Maraq istiqamətini dəyişdirib.
Təşəkkürlər
Tesekkurler🙏 AMEA nin Riyaziyyat ve Mexanika Institutunun emekdaslarinin ekseriyyeti istedadlidir.
maariflənmək gözəldir, təşəkkür
Nə gozel etikali savadli sohbet gedir,çox xoş gelir insana ,belkede ehtiyac coxdur bele danisiga yaniki savadli danismaq insani celb edir🎉
Proqramınıza və Afərin müəllimə uğurlar😊
Əziz Söhbətgah bizi bela bir dayarli insanları tanımaq şəraiti yaratdığınız üçün size sonsuz təşəkkürlər ❤❤❤
Allahım,kaş bu veriliş canlı olardı və mən qoşula bilərdim,valideyn kimi dərdimi deyə bilərdim.
Təhsilimiz bərbaddır !!!!!!!!
Əli öpüləcək şərəfli müəllimlərin haqqına girmirəm.Yerdə qalanları da qınamıram,amma,hamısı zəmanənin köləsi olub.Maaş elə yüksək deyil ki,yaşamağın dərdini çəkməyib sırf dərsinə fikrini və ən əsası sevgisini yönəldə.Amma,belə uzun getməyəcək.Təhsildə reforma ehtiyyac var
Bizim kanallarda rast gəldiyim ən Yüksək Elmi pedaqoji səviyyədə diskussiya! Çox sağ olun!
Çox az oldu, doymadıq. "Afərin müəllim Söhbətgah 2 ci seriya" gəlsin
Afərin Əkbərli . Ilk kəs taniş oldum və qüurlandım. Papaq altda yatan intellektli vətəndaşlarımız çoxdur, sadəcə düşmənə xidmət edən bayağı veriliş kanalizasiyalarını bağlayıb belə düşünən beyinləri çəkmək lazımdır önə
Bir müəllim kimi fikirlərinizlə razıyam.Hərdən olur ki,mən yol getdiyim zaman belə filan şagird bunu yaxşı anlamadı deyə düşünürəm. Necə izah edim ki oda anlasın deyə yemək bişirdiyimdə belə düşündüyüm olur.Məncə müəllimin içində öyrətmək sevdası olmalıdır.Nə öyrədirəm yox necə öyrədirəm sualını özünə verməlidir.
Afərin müəllimə həm də aparıcılara bu gözəl söhbət üçün böyük təşəkkür edirəm.Afərin müəllimin danışıq səs tonu adamı sakitləşdirir.Var olun👍👍👍
Podkastlarınız çox maraqlıdır. Çox faydalı məlumatlar verirsiz hansını ki , hərdəfə düşünürəm ki yadımda saxlıyım sabahsı gün hardasa danışım. Təəssüf ki , hamısı yadımnan çıxır lazım olanda. Bir YADDAŞ la bağlı danışan qonağda çağırsaydız ona qulağ asıb əvvəl yadda saxlamağı öyrənərdik )
Afərin müəllimi və dediklərini bəyənməyən o 130 nəfər nə düşünür o çox maraqlıdır? Afərin müəllim təşəkkür edirəm😊
Mənim üçün söhbətgahın ən maraqlı və faydalı söhbətlərindən oldu. Təşəkkür edirəm!
Bu söhbət üçün sizə dərin minnətdarlığımı bildirirəm... Riyaziyyatı o qədər çox sevdiyindən 1saatdan çox olan söhbətə necə dinlədiksa zaman dayanmışdı sanki...
Riyaziyyat həyatdır...
Universitetin son illərində Norveç dövlətinin xaricdə təhsil programı ilə Bioinformatics ixtisası üzrə magistr proqramı olduğunu öyrəndim.Elan isə riyaziyyat, kompüter elmləri fakültəsi yerinə Biologiya və kimya fakültələrinə elan lövhəsinə yerləşdirilmişdi.
👍👍👍 mövzuya toxunulub. Təhsil naziri də baxsa əla olardı ...
Riyaziyyat ən aşkar olanı ən az aşkar yolla sübut etmə işidir.
Corc Poyla
Yeganə kanaldır ki, dinləyəndə dincəlirəm 🤍 sizi tanımağıma çox sevinirəm
Riyaziyyat və Sizin təqdimatda ❤
İnsan saatlarla dinləməkdən yorulmaz bele her terefli savadli insana
Təşəkkürlər🙌🏼.Taleh Məmmədi görmək xoş olar
Bu çəkilişə görə xüsusilə təşəkkür edirəm sizə. Riyaziyyat = sevgi.
Bu bölüm sadəcə mükəmməl idi.Təşəkkürlər.❤
Qonağınız nə gözəl insandır❤
Afərin bəy təşəkkürlər. Bizim də oğlumuz riyaziyyatı çox sevir və bürünc medalçıdır. Tural bəyə isə demək istəyirəm ki, millətimizi öz ətrafında olanlarla müqayisə etməsin. Əvvəlcə ölkəmizdə uğur, medal qazanan riyaziyyatçı balalarımızı araşdırsın, onun işi bu olmalıdır😊
Həqiqətən cox maraqlı söhbət oldu hər kəsə təşğkkür edirəm
Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanına baxın. Özlərinin də düzgün izah edə bilmədiyi suallar var. Universitetdə keçirilənlər və imtahanda düşənlər üst-üstə düşmür. Bir nəfər kimi müəllimlər universiteti bitirib sonra da kursda hazırlaşır. Niyə? Lazımsız dərslər keçirilir. Praktika yoxdur. Nə öyrədirlər ki, nə də tələb edirlər. Sinifdə 25-40 şagird. Sonra da fərdi yanaşma tələb olunur 🤔
Çox gözəl produktiv bir söhbət alındı,yeri gəlmişken cənabın pozitivliyi müzakirəyə xüsusi ab-hava bəxş etdi.
Söhbətgah var olsun,cəmiyyətin maarifləndirilməsində bir nömrə işlər görürlər biz də hər zaman dəstəyik.🍀💚
Məsələlərin həllini insanların zehniyyətinin dəyişilməsində təsəlli tapmağa ümid edək.
Əli bəyin son saniyələrdə dediyi kəlmələr möhtəşəm idi,sanki ürəyimdən tikan çıxdı.
M.Şəhriyar bu yerdə deyir:
Tfu,pis üzünə ey çərxi-fələk
Sən ikiüzlüsən gecə-gündüz tək
Hünərsiz insanlar səndə kam alır
Hünər sahibləri kənarda qalır.
Seviyyeli verlişleriniZe göre çox minnetdaram✅
təşəkkür edirəm yoldaşlar, maraqlı buraxılış üçün, dəyərli fikirlər üçün!! Var olun!!
Gözəl söhbətə görə təşəkkürlər, müəllim. Doğrudur, ədəbiyyatı sevirəm, həndəsəm də məktəbdə cəbrdən üstün olub.
Möhtəşəmsiniz❤️ Çox təşəkkür edirəm
Bir Riyaziyyat müəllimi olaraq həvəslə izlədim və dinlədim bu buraxılışı,təşəkkür edirəm.Bir də müəllim yaxşı qeyd etfi ki,öyrənməyi öyrətməliyik uşaqlara çox olur xüsusilə də 7,8-ci sinif şagirdlərimə hansısa mövzunu dərsdən əvvəl araşdırıb öyrənməyə verəndə və bir də mən yarım qalan hissələri uşaq üçün tamamlayanda o dərs daha maraqlı olur ,amma təəssüf ki bunu sinfin az faizi bacarır və ya çox vaxt da valideyn normal yanaşmır bu fikrə .
Çox dəyərli müzakirədir. Belə mövzular çox olsun. Təşəkkürlər
Aferin bəyə biriniz deyin ki, valideyinidə bu sistem yetişdirib. Əgər valideyindən çox şey asılıdırsa və valideyin bunu bilmirsə demək ki məktəbdə uşaqlara valideyin olduqda necə davranmaq lazım olduğunu da öyrətmək lazımdır. Sistem çox önəmlidir.
“Valideyn” sözünü və “də”ni ayrı yazmağı öyrənin ilk öncə.
Mukemmelsiz. Bu cur elmi podcastlarin sayini cox elesez minnetdar olariq
İnşallah bu videodan sonra riyaziyyatı Daha yaxşı mənimsəyərəm❤🤲🏻🤲🏻
Sizə təşəkkürlər .Efirdə belə verlişlər çox olsa daha yaxşı olar. Verilişdən zövq aldım çox sağ olun
Çooox maraqlı söhbət oldu.Var olun👍.Afərin müəllim çox doğru vurğuladı öyrənmək zəhmət tələb edir və bu zəhmətə uşaqları alışdırmaq lazımdır.Valideyn mütləq uşaqla işləməlidir.Həqiqətən nəticəsi olur."Tupoy" uşaq yoxdur.Çox çalışmayan uşaq var.99% əmək, 1% istedad
Afərin m. çox təcrübəli müəll.
Turqutun, Nərgizin, Muradın sevimli m.
2ci seriya gəlsin, Afərin muəllim ve bu verilişin komandası cox təşəkkür edirəm ❤
Dəyərli müəllimim həmçinin psixoloqum uğurlar🥳
Çox maraqlı müzakirə idi. Davamlı olsun ❤
Ingilis dili ilə də bağlı olsun
28-ci dəqiqədəki fikirlə tam razıyam, çünki praktik qaydaya indi çox önəm verilir, analetik qaydaya isə yox. Cəldlik çox vaxt tələb olunur. Biz uşsq olanda 1 misal yaxud məsələ həll edə bilməyəndə gecə də o məsələnin həllini fikirləşirdik və çox vaxt tapırdıq. Demək ki, dərhal həll edə bilməməyimiz hələ bilməmək deyildi
Öncəlikıə bu gözəl video üçün sizə və qonağınıza təşəkkür edirəm. Sadəcə bunu bildirmək istəyirəm ki riyaziyyat elm deyildir o elm üçün bir vasitədir.
❤2️⃣5️⃣6️⃣👍.. Supersiniz Dostlar 🤝
Çox təşəkkürlər, belə verilişlərinizin sayı çox olsun. Olduqca informativ və üfüq açan podcast idi.
Afərin müəllim "Kvant Academy" -də dərs deyir. Bizim mūəllimimizdir.
Hər kəs məni bağışlasın. Riyaziyyat mənim üçün beşikdən qəbr evinə qədər insanı idarə edən elmdir. Riyaziyyatı bilməyən kəs unitaza belə düz otura bilməz. Çün ki orda da hesablama var
cox cox maraqlı podcast idi. əlacım olsa hamını məcbur edərəm izləsin
Adamın belə ağsaqqalı ola 😍
Riyaziyyatçıları,ümumiyyətlə savadlı kadrları niyə tanıtdırsınlar ki,kimə pul gətirir ki,bizdə ancaq səviyyəsiz tik tokerləri,müğənniləri tanıdırlar.xalq olaraq ölmüşük,basdıran yoxdu😢
Allahım T.Təala Sizə sağlam ömür can sağlığı versin. Sizin davamçılarınız çox olsun. Necə də sadə danışırsız. Ölürəm də belə savadlı, bilikli insanlar üçün. Allahım T.T.qorusun Sizi. 🙌👏🖐
Cox gozel ve deyerli fikirler paylasdi Aferin muellim. Bele verlislerin sayi cox olsa,gozel olar
Möhtəşəmsiniz! Yaşatdığınız hər aydınlanmaya görə təşəkkür edirəm ❤
Müəllimin söhbəti çox gözəldir və doğrudur. Orta məktəbdə riyaziyyatı hazırlıqda öyrəndim. Universitetde ancaq teorem ezberletdiler. Miq də isə dahi olmağımızi isteyir. Ona görə qa lmisam küçələrdə