Necə poliqlot olmaq olar? | 9 dil bilən Aslan Məmmədzadə | Söhbətgah

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 263

  • @anaragayev7848
    @anaragayev7848 2 роки тому +227

    Qonağın üz mimikası və səsi o qədər şirindir ki,verilişə həqiqətən rəng qatır.Su kimi saflıq yağır üzündən.Sadəlövhlük mənasında yox,təmiz ürəkli biri olaraq bütün sevincli anları haqq edir."Söhbətgah"a və qonağa Uğurlar və eşq olsun...

  • @tahminaeliyeva8298
    @tahminaeliyeva8298 11 місяців тому +8

    Aslani 4 ildur izleyirem bu zaman erzinde ozume meqsed kimi qoydugun 4 dili danisiq seviyyesinde oyrenmisem. Aslan tek tuk insanlardir haminin regbetini qazanir hec kes ona qiciqi olmur ve nifrət etmir

  • @servialekberova
    @servialekberova 2 роки тому +89

    Bütün dillər bir kənara, adamın necə gözəl və axıcı azərbaycancası var. Heç yorulmadan, rahatlıqla sonsuzadək dinləmək olar.

  • @Dark49238
    @Dark49238 2 роки тому +75

    Aslan Məmmədzadənin ilk növbədə diksiyası,enerjisi möhtəşəmdir,bir saniyə belə söhbətdən sıxılmadım,kaş daha da uzun bir podcast olardı.Hər güldüyünüz hissədə bizlərin də üzündə gülüş yaradırsınız ,sanki özümü orada imişəm kimi hiss edirəm,söhbətiniz o qədər səmimidir ki....
    Bu il məzun olan biri olaraq artıq ingilscə danışa bilmək istəyirəm,qrammatikanı əla bilirəm,söz bazam yaxşıdır,dinləmə də,speaking'im zəifdir,eyni problemi mən də yaşayıram.
    Bu podcast çox yararlı oldu,təşəkkürlər, bu gözəl podcast üçün💚

  • @Freqat
    @Freqat 2 роки тому +69

    Gözəl çıxış idi Aslan bey, adam lap motivasiya alır sizin çıxışlarınızdan. Uğurlar Sizə!👍

  • @Community132
    @Community132 2 роки тому +6

    Allah seni qorusun Asaln Rebbim menim oglanlarima senin kimi dunya gorusu versin,sizler qeder daga dogrusu

  • @Juhud
    @Juhud Рік тому +1

    Mende sevirem xarici dil oyrenmeyi ozum.ala babat bir birindrn cox fergli 4 dil oyrenirem.Sizin medeniyyetinize savadiniza dogma ana dilinizde danişiginiza heyran galdim.Azerbaycanin mohteşem bir gencliyi var Şukur Allahin birliyine 💚💙❤

  • @lalarasulzade5169
    @lalarasulzade5169 2 роки тому +45

    Sizi dinləmək həqiqətən çox xoşdur. Aslan bəyin enerjisi isə verlişə daha da rəng qatıb. :)
    Təşəkkür edirəm, uğurlar. 💙💚

  • @Шулик-м6л
    @Шулик-м6л 2 роки тому +4

    Allahim seni bed nezerlerden qorusun balam bizim vetenimizde senin kimi ne qeder savadli mutexesisler calissa veten basilmaz olar

  • @UzaqSahillerde
    @UzaqSahillerde 2 роки тому +99

    Əziz Tural və Xəyyam, ilk növbədə cəmiyyət üçün lazımlı və faydalı layihə görə təşəkkürlər! Aslan bəyə isə söz yoxdu, belə gözəl, axıcı və aydın izah ilə dillər mövzsunu dinləmək zövq verdi.

    • @ulkerimanova7936
      @ulkerimanova7936 2 роки тому +2

      Sevimli Jale xanim.siz de bizim ucun cox faydalisiz☺️🤩☺️🤩

  • @samirmemmedzade7940
    @samirmemmedzade7940 2 роки тому +38

    Belə bir laihədə Aslan müəllimi görmək,onun təcrübəsindən və biliyindən yararlanmaq çox əla oldu.Bunun üçün Tural bəy,Əli bəy sizə təşəkkür edirəm ki, Aslan müəllimi dəvət etmisiz və Aslan müəllimədə təşəkkür edirəm ki, belə bir laihədə oldu və bizimlə dəyərli təcrübəsin bölüşdü.Yenidən Söhbətgah-da Aslan müəllimi görmək ümidiylə təşəkkürlər.

  • @mansuramm
    @mansuramm 2 роки тому +9

    9 dil bilir, lakin səlis danışır. Digər dillərdən söz gətirmir nitqinə. Amma adam var, rus dillində 2-3 söz bilir və ya rus dili bölməsini bitirib, bütün cümlələrdə istifadə edir, yaxud türkiyəyə gedir gəlir türkcə danışır. Halbu ki, qarşılığı elə eynidi bizim dildə)) afərin düşür Aslana sadəcə 👍 Söhbətgah, maraqlı podcasta görə də siz sağ olun. Bir dilçi kimi mənə də çox maraqlı oldu😇🥰

  • @aiulukhanova4279
    @aiulukhanova4279 Рік тому +4

    Aslan mellimin Ispan dili telebesi olaraq bildirmek isteyirem ki, 1 aydan sonra ispan dilinde danishmaq mohtewem bir hissdi, kursa gelmeyene geder buna inanmirdim, reyleri oxuyurdum ve yene de inanmagim gelmirdi ki bu mumkundur, amma dostlar mumkun imish! Bu cur metodika hec yerde yoxdur!! ❤ en gozel yatirim oldu 30 yashim erzinde etdiyim

    • @zibeydibrahimova3449
      @zibeydibrahimova3449 2 місяці тому

      @@aiulukhanova4279 salam sizin adınıza çox sevindim. Aslan mülləmlə əlaqə saxlamaqda mənə köməklik etsəniz çox sevinərəm. Əvvəlcədən təşəkkürlər.

  • @kamilseyidov7814
    @kamilseyidov7814 Рік тому +2

    Tural və Xəyyam bəy cox sağ olun,qonaginiza da təşəkkür edirəm.
    Bu söhbətdən çox zövq aldiq,bir daha minnətdarlığımı bildirirəm və istərdim ki bizim bütün kanallar bu tipli verlişlər versin, boş boş, lazımsız şeylərlə insanların vaxtını almasınlar.

  • @meyvelerlesohbet5372
    @meyvelerlesohbet5372 2 роки тому +3

    Qoca:Orqanik bir veriliş alınıb.Maşallah.Allah ömür versin.Qabiliyyətli bir millətik.

  • @sayavushhuseynli5680
    @sayavushhuseynli5680 2 роки тому +21

    Söhbətiniz maraqlı oldu. Aslan bəyi şəxsən tanıdığım üçün söhbət xüsusilə maraqlı gəldi. Mən Aslan bəydən polyak dilini danışıq səviyyəsində öyrənirəm və 2 ayın nəticəsi özümü də təəccübləndirə bilib. İngilis dilində 500 söz bildiyim halda 5 cümlə qura bilmirdim. Amma polyak dilində 5 sözlə 20 cümlə qura bilirəm. Bu qurulan metodun nəticəsidir. Dil öyrənəndə artıq sözləri qırağa atın, beyninizi zorlamayın və danışıq üçün lazım olanları yadda saxlayın. Yəni bütün meyvələrin adını, təbiət hadisələrini, istifadəsi lazım olmayan sözləri əzbərləmək vacib deyil.Hətta 3 feillə 3 zamanı rahat öyrənə bilərsiniz. Mən bunun şahidi oldum. Maraqlı və faydalı işinizdə sizə uğurlar olsun.

  • @agayevmeded3233
    @agayevmeded3233 Рік тому +1

    Nə gözəl bərnamə , axıra qədər baxdım doymadım . Aslan balaya uğurlar .

  • @CINGIZAGAYEV-c3n
    @CINGIZAGAYEV-c3n 9 місяців тому +1

    Bu zaman qeder izlediyim super video

  • @asankimyaeh
    @asankimyaeh 2 роки тому +7

    Halal olsun Aslan bəy,bu qeder bacarıqlı və bu qədər təvazökarlığı bir arada tutduğunuz üçün size eşq olsun

  • @maharrampashayev714
    @maharrampashayev714 2 роки тому +10

    Bitməyini istəmədiyim verlişlərdən biri.
    Zəhməti keçən hər kəsə təşəkkür edirəm.
    Mövzu o qədər maraqlı mövzudur ki,sualları bitməz heç vaxt və mən inanıram ki,Aslan kimi insan,bir mütəxəssis də bu sualları sevərək cavablandırar....
    Buraxlışın mükəmməlliyini necə ifadə edim bilmirəm))

  • @arzualiyeva6635
    @arzualiyeva6635 2 роки тому +16

    Aslan bəyin qonaq olacağı günü çox arzulayırdım,çox sağ olun!

  • @ceyranhasanli8616
    @ceyranhasanli8616 Рік тому +1

    Alqışlayırıq👍👍👍

  • @ОкимаНагиева
    @ОкимаНагиева Рік тому +2

    Çox xoş oldu bizə də. Dil öyrənməyə başladığım anda qabağıma çıxdı və motivasiya oldu. Təşəkkür edirəm ❤ Aslana da Heyran qaldım sadəcə

  • @НиколайДемарин-о2з
    @НиколайДемарин-о2з 2 роки тому +6

    Отличная передача.Спасибо ведущим и гостю за очень интересную тему

  • @가팔르아이수
    @가팔르아이수 2 роки тому +13

    Əvvəldən tanıdığım əla bir insan və tanış mövzu olsa da,bir dəfə tam bitirdim videonu.Çox maraqlı idi.Təşkilatçılara minnətdarlığımı bildirmək istərdim.Keep it up please!

  • @vahidvahidli4683
    @vahidvahidli4683 3 місяці тому +1

    Əla.Təşəkkür edirəm hamınıza !

  • @elchinmamedov761
    @elchinmamedov761 2 роки тому +12

    Çoxdan gözlənilən mövzu idi həmçinin cəmiyyətin yaralı yeridi bu movzu. Təşəkkurlər

  • @윤기민-u8d
    @윤기민-u8d 2 роки тому +6

    O qədər gözəl canlı yayımlar edirsiniz ki çox böyük zövqlə sizi dinləyirəm.Zarafatlarınız,güldüyünüz zaman sanki ordaymışam kimi hiss edirəm.Fərqindəlik yaradan bir fikri sizdən aldığım zaman sanki aydınlanma yaşayıram.Sizi Orxan Şahbazın səhifəsi sayəsində kəşf etdim.Öz ana dilimizdə belə şirin,səmimi,faydalı yayımların olması sadəcə olaraq əvəzolunmazdır. Nə yaxşı ki varsınız,və nə yaxşı ki sizi kəşf etmişəm🌹🌹Aslan müəllimi Instagramdan uzun zamandır izləyirəm.Düşuncə tərzinə,savadına çox hörmət etdiyim insandır.Yayımlarınızın birində yenidən Aslan müəllimi görmək çox xoş olardı.Sevgilər əziz insanlar♥️♥️♥️♥️♥️

  • @elnareislam433
    @elnareislam433 2 роки тому +11

    Azərbaycan dilinin bu qədər axıcı gözəl olduğunu bu gənc oğlannan duydum demək olar ki doğrudan da biz öz dilimizdən məişət dili kimi istifadə edirik.Uğurlar sizə.

  • @khadijabaghirova6096
    @khadijabaghirova6096 Рік тому +4

    Cox mukemmel.Axiracan cox zovqle dinledim. Mashallah bu yashda 9 dili serbest oyrenmeye nail olub. En esasi da odur ki oz dilimizi cox dilcilerden gozel ifade edir. Allah yolunu aciq elesin.

  • @arzumammadovansk
    @arzumammadovansk 2 роки тому +4

    Nece gozel insandi. Tesekkurler bele genclerle bizi taniw etdiyiniz ucun. Dinlerken hec yorulmur insan💙💚

  • @aqilallahvernli3517
    @aqilallahvernli3517 2 роки тому +6

    Növbəti möhtəşəm buraxılış.. Sayənizdə Aslan bəyi daha da yaxından tanıyıb rəğbət bəslədik. Təşəkkür edirik və Uğurlar!

  • @babushkadedushka7575
    @babushkadedushka7575 2 роки тому +6

    Əla izahladınız, doğurdan biz dilləri belə öyrənirik. Verdiyiniz məsləhətlər də çox məqsədəuyğundur

  • @masimfati
    @masimfati 2 роки тому +5

    Aslan Məmmədzadə mənim idealımdır💯

  • @Шоколадка2018-т3т
    @Шоколадка2018-т3т 2 роки тому +4

    Машаллах,аллах горусун бу огланы👌👏👏фехр еледим🇦🇿

  • @leylasahquliyeva4311
    @leylasahquliyeva4311 2 роки тому +7

    O qeder maraqlı bir sohbet olub ki, maraq ve diqqetle ızledım, tesekkurler size✨

  • @kamilqasimov9066
    @kamilqasimov9066 2 роки тому +5

    Bu müsahibəyə baxdıqdan sonra , nəinki xarici dilləri öyrənməyə maraq artdı,hətta Azərbaycan dili biliklərimə yenidən baxmaq həvəsi yarandı.Təbii, axıcı ünsiyyət müzakirəni çox zövqverici və faydalı edir.Həm aparıcılara ,həm də qonağa təşəkkür.

  • @UlkerBayramova-p8s
    @UlkerBayramova-p8s 11 місяців тому +1

    Əhsən maşallah belə gənclərə Allah sizi qorusun

  • @rovsanaliyev4372
    @rovsanaliyev4372 Рік тому +1

    eshg olsun

  • @F.Feyziyeva
    @F.Feyziyeva 2 роки тому +2

    "Səhər yeməyini"fransızca praktika etmək,,,və s. Çox maraqlı oldu,çox təşəkkürlər 👍

  • @Firdovsi_Tahirov
    @Firdovsi_Tahirov 2 роки тому +6

    Her birinize teşekkür edirəm. Var olun əziz insanlar 🙏🙏🙏

  • @sonaaliyeva2996
    @sonaaliyeva2996 Рік тому +2

    Bele bir maraqli, werliwe ve movzuya,coxdandir ki,rast gelmirdim.Aparicilara ve qonaga tewekkurlet...

  • @samirfrzliyev8948
    @samirfrzliyev8948 2 роки тому +4

    Əhsən qardaşlar sizə belə qonagi dəvət eləmisiniz Aslan müəllimi necə tapa bilərik cox sagolun ugurlar sizə👏👏👏

  • @tebessumelizade5842
    @tebessumelizade5842 2 роки тому +9

    yaxşı ki axşam baxmayib ,səhərə saxladım. necə pozitiv yüklendim, sizin güldüyünüz yerlərdə əməlli - başlı səsli gülürdüm. həyat gözümə rəngli görünməyə başladı bu səhər))
    qonağa isə heyran qaldım. bütün suallara dolu dolu və effektiv cavablar verdi. təşəkkürlər " Söhbətgah"☺️

  • @aboutenglishinenglish1739
    @aboutenglishinenglish1739 2 роки тому +2

    Salam, bu kanalı yeni kəşf etdim, niyə bu qədər gec deyə təəssüfləmdim. Xəyyam bəy və Tural bəy ilk öncə bu layihə üçün sizə böyük təşəkkür düşür. Bu platformada belə forrmatda kanalların olması çoxx müsbətdir, və təqdirəlaiqdir. Aslan bəyi dəvət etdiyiniz üçün ayrıca təşəkkerlər. 😍😍😍

  • @m.senyorita594
    @m.senyorita594 2 роки тому +4

    Ilahi nece de maraqlı podcast izledim😍 Bitirdikden sora yeniden izlədim. Hem guldum, həm maarifləndim. Bir sozle de coox maraqli idi. Yeniden Aslan beyi çağırın cox xahiş edirəm

  • @nilufertalibova
    @nilufertalibova 2 роки тому +52

    Aslan bəyi dəvət etdiyiniz üçün minnətdaram. Bilik səviyyəsi, fikrini ifadəetmə bacarığı, təvazökarlığı və müsbət enerjisi xoş təsir bağışlayır.
    Xarici dil öyrənərkən onu maraq dairəsinə uyğun şəkildə öyrənmək həqiqətən faydalı üsuldur, bunu şəxsi təcrübəmdən də deyə bilərəm. İngilis dilini uşaq yaşlarından öyrənsəm də, dinləmə bacarığım yox idi, buna görə də dinləməkdən qaçırdım. Bir neçə il əvvəl bir mövzuya marağım yarandı və o mövzuda UA-cam-da altyazı ilə videolara baxmağa başladım. Yeni başlayarkən danışıq mənə çox sürətli gəlsə də qısa müddət ərzində altyazı olmadan baxmağa başladım.
    Məktəb illərində isə musiqiyə marağım olduğu üçün ingilis dilində olan mahnıların sözlərini yazıb mahnını dəfələrlə dinləyib əzbərləyirdim. Bu, həm dinləmə bacarığının, həm də tələffüzün inkişaf etməsinə səbəb olurdu.

    • @hasanabisov3146
      @hasanabisov3146 Рік тому +2

      Salam Nilufer xanım, mən ingilis dilini öyrənirəm inşAllah ki tam öyrənib bitirərəm, və bunu demək istəyirəm ki mən ingilis dilində kinolara baxıram altyazılı dinləyirəm, yeni başlamışam ancaq sözləri biraz başa düşürəm normal şəkildə, ancaq bəzi sözlər olur ki elə bilirəm ki sürətli deyirlər başa düşə bilmirəm, və əgər mən ingilis dilini tam öyrənsəm bütün sözləri yaxşı başa düşəcəm? Zəhmət olmasa deyərdiz🙂

    • @nilufertalibova
      @nilufertalibova Рік тому +1

      @@hasanabisov3146 Salam. Filmlərə baxdıqca dinləmə bacarığınız inkişaf edəcək və söz bazanız artacaq, ona görə də vaxt keçdikcə daha çox başa düşəcəksiniz.

    • @hasanabisov3146
      @hasanabisov3146 Рік тому +2

      @@nilufertalibova Cavab verdiyiniz üçün təşəkkür edirəm 🙂

  • @xumarumid7261
    @xumarumid7261 2 роки тому +8

    Bir sözlə, mükemmel idi bu proqram...

  • @isgenderisgenderov7958
    @isgenderisgenderov7958 2 роки тому +2

    Bu görüşdən heç xoşum gəlmədi çünki sonunda bitdi.)Nə yaxşi ki belə gənclərimiz var.Insana müsbət enerji verir.Düşuncə tərzini və baxiş prizmasini dəyişir. Uğurlariniz bol olsun 👍🏻👍🏻👍🏻

  • @faqetrzayev9770
    @faqetrzayev9770 2 роки тому +7

    həmeşə olduğu kimi yenədə maraqlı mövzu, təşəkkür

  • @melahetasgarova8716
    @melahetasgarova8716 2 роки тому +3

    Mukəməl verliş idi ,Aslan bəy o qədər səmimi şirin söhbət elədi ki, halal olsun belə gənclərimizə🥰

  • @merihesenova1947
    @merihesenova1947 Рік тому +3

    Salam ve şağolun uşaqlar.
    Çooox motivasiya aldığım bir söhbet oldu.Hetda yaşımı bele unutdum.Her üçünüze sağlam can,sağlam heyat arzulayıram.
    Aslan müellime süsusi teşekkürler.Çox dil bilmeyi özüne qalsın,süretli danışmağına baxmayaraq dilimizi nece gözel teleffüz etmeyine heyran oldum.
    Dinledim ve zövq aldım.Kaş elm öyrenmeye bütün gencler hevesli olsunlar.Neceki Aslan bala dedi:meruz qalsınlar.(yeni başqa yol yoxdur)
    Her birinize teşekkürler.

  • @elnaraaghayeva6711
    @elnaraaghayeva6711 2 роки тому +2

    Çox maraqlı müzakirədir. Dillər və xalqlar hissəsinə aid bir fikir bildirmək istərdim. Georgiy Qaçevin "Xalqların mentallığı" kitabında təxminən belə bir şey yazılıb ki : xalqın xarakterini, menalitetini tanimaq istəyirsənsə gün ərzində ən çox istifadə etdiyi sözlərə və haqqında danışdığı mövzulara fikir ver.

  • @nilufrhuseynova6459
    @nilufrhuseynova6459 2 роки тому +3

    İnanılmaz dərəcədə maraqlı diskussiya. Vaxtın necə keçdiyini hiss etmədim. Yeni bir dilin öyrənilməsində və onun tədris olunmasında ən vacib olan düzgün metodikadır. Xüsusilədə dil öyrənilmədə oyunların rolu danılmazdır. Hər birinizə uğurlar!

  • @elsanaeyvazova2566
    @elsanaeyvazova2566 2 роки тому +4

    🤩 Hər zamanki kimi yene möhtəşəmsiz, Aslan bəy😍

  • @elchinqasimov5463
    @elchinqasimov5463 2 роки тому +5

    Super buraxılış alınıb! Əhsən!

  • @aydanshixiyeva5186
    @aydanshixiyeva5186 Рік тому +4

    Çox faydalandım.Allah razı olsun.Əməyi keçən hər kəsə təşəkkür edirəm.❤

  • @gunayeliyeva001
    @gunayeliyeva001 2 роки тому +2

    Çoox təşəkkürlər. Çox axıcı, faydalı və maraqlı söhbət idi

  • @cemilecamalli6316
    @cemilecamalli6316 2 роки тому +4

    Salam.bele gozel melumatlarcun teşekkur. Psixoloq Leyla Qasımovanida gormey isdiyerdim qonag kimi. Indiden tesekkurler👍

  • @ArzuShirin
    @ArzuShirin 2 роки тому +4

    İngilis dilini çox bəyənirəm, dinlədiklərimi də 90% anlayıram amma qətiyyən həvəs tapmıram tam məşğul olmağa. Çünki öyrənməkdə məqsədim və ətrafımda da praktika etməyə insan yoxdur.
    Bu buraxılış üçün təşəkkür edirəm🥰

  • @SayyadAlizada
    @SayyadAlizada Рік тому +1

    cox maraqli podcast alinib😍

  • @shahinpashayev
    @shahinpashayev Рік тому +2

    Möhtəşəm, təşəkkür edirəm

  • @nazehajiyeva9971
    @nazehajiyeva9971 Рік тому +1

    Təşəkkürlər. ❤️

  • @elcinamanov6052
    @elcinamanov6052 2 роки тому +19

    Aslan beyde dəhşət enerji var idi ister istəməz adama transfer olur,aparıcılar isə çox yorğun idilər amma podkast ela alınıb)))

  • @pervizseferov1728
    @pervizseferov1728 2 роки тому +10

    Həqiqətən çox güclü motivasiya oldum❤️

  • @aygulaygun7295
    @aygulaygun7295 2 роки тому +3

    Dillerin insan psixologiyası uzerindeki tesiri cox yaxsi analiz edildi tesekkurler , 🤗

  • @bestasdasos
    @bestasdasos Рік тому +3

    İnşAllah bu kanal daha uca yerlərə çıxar, çünki özüm qarışıq gənclərə böyük bir ilham və göstəriş verir. Uğurlar olsun Bəylər!🇦🇿✊✨

  • @saidaquliyeva5606
    @saidaquliyeva5606 2 роки тому +3

    Sizə və qonağınıza təşəkkürlər.İki övladımla izlədim və çox zövq aldıım.👏👏👏

  • @kikidan1
    @kikidan1 2 роки тому +2

    Necə gpzəl ruhlandırıcı, xoş söhbətgah oldu, mən də ən azı ingilis dilini ortadan da bir üst səviyyədə öyrənməyi hədəfləmişəm, buradan özüm üçün bəzi nəticələrə gəldim, təşəkkür edirəm

  • @rhimkrimov1129
    @rhimkrimov1129 2 роки тому +37

    Çoxdan gözlədiyim qonaq... İnsana ötürdüyü müsbət enerji nəyə desəniz dəyər.

    • @nezrinkerimova1000
      @nezrinkerimova1000 2 роки тому

      Salam. Aslan beyin instaqram sehifesini bilirsizse yaza bilersiz? Axtardim tapa bilmedim.

  • @turkannabiyeva4357
    @turkannabiyeva4357 2 роки тому +3

    Qonaq möhteşemdir!bu yaşda insanin bu seviyyeye gelmesi ayrica möhteşemdir!

  • @turanaaliyeva699
    @turanaaliyeva699 2 роки тому +4

    Nehayet ki Aslan beyi devet etdiniz,cox teshekkur edirem😊

  • @DanceAbilityAzerbaijan
    @DanceAbilityAzerbaijan Рік тому +2

    Sonuna qədər dinlədim! Axıcı, səmimi və maraqlı bir söhbət!

  • @nerminfeyzullayeva20
    @nerminfeyzullayeva20 Рік тому +1

    Həmişəki kimi möhtəşəm 👍 Çox sağ olun 💚

  • @aynurahmedova8249
    @aynurahmedova8249 Рік тому +2

    Bele gencleri gorende insan cox boyuk qurur duyur🙏

  • @hsnova4836
    @hsnova4836 2 роки тому +5

    1 saat yorulmadan baxdım, möhtəşəm 👍

  • @serxanrustemovvlog
    @serxanrustemovvlog 2 роки тому +2

    Aslan müəllim möhtəşəmdir, sizə də təşəkkür, belə insanları tanıtdığınız üçün, Turalın dil insanı xoşbəxt edə bilərmi sualı zamanı bir lətifə yadıma düşdü, onu bölüşüm: Türk lətifəsidir, Təməl və Dursuna bir nəfər yaxınlaşır, ingiliscə yolu soruşur, bunlar başa düşmürlər, ruaca soruşur başa düşmürlər, bu da poliqlot olur, 7 fərqli dildə soruşur, xeyri olmur, əsəbiləşib çəxəb gedir, Dursun deyir ki, 1 dil öyrənək gərək, Təməl də cavab verir, adam 7 dil bilir, dərdini anlada bilmədi😁

  • @cinarmustafayeva277
    @cinarmustafayeva277 2 роки тому +14

    Həm mövzu maraqlıdır həm qonaq😍
    Hər birinizə təşəkkürlər

  • @ilkinaliyev3581
    @ilkinaliyev3581 Рік тому +1

    Bir sözlə, çox möhtəşəm podkast alınıb.

  • @xadicamammadova1762
    @xadicamammadova1762 2 роки тому +3

    Bitməməsini istədiyim bir buraxılış idi. Əla 👍🏻

  • @fidantalibova1180
    @fidantalibova1180 2 роки тому +4

    Tural bəy və Xəyyam bəy, öncəliklə maraqlı, informativ layihənizə görə sizə təşəkkür edirəm, uğurlarınızın davamlı olmasını diləyirəm. Aslan bəy ilə söhbətiniz də çox maraqlı, müsbət emosiyalarla bol, düşündürən verilişlərdən oldu.

  • @samadmehriban
    @samadmehriban 2 роки тому +4

    Sağ ol Aslan, nəhayət niyə rus dilini sevgi dili kimi qəbul etdiyimi anladım✌🏻

  • @aygul5005
    @aygul5005 2 роки тому +3

    Möhtəşəm!👌

  • @aydinshahgaldiyev1763
    @aydinshahgaldiyev1763 2 роки тому +10

    2 ci hissəni gözləyirik

  • @salehvalehoglu
    @salehvalehoglu 2 роки тому +5

    O qədər maraqlı söhbət oldu ki, bitməsini istəmirdim) Aslan bəy, möhtəşəmsiz. Çox sağolun, Tural bəy, Əli bəy. Əlasız. Aslan bəyi yenidən görmək ümidi ilə 🧡👍🏻

  • @gulgunmammadli4447
    @gulgunmammadli4447 2 роки тому +3

    Aslan bəy yüksək səviyyəli professional olmaqla yanaşı çox gözəl insandır.Allah sizi var etsin hər zaman!❤️

  • @fidanaslan-wi6cp
    @fidanaslan-wi6cp 4 місяці тому +1

    Maraqli sual verdinizeyy😅😅😅 poliqoltlar gorsəndə nə dildə dansrsz😂😂😂👍

  • @sevincakberova5536
    @sevincakberova5536 2 роки тому +4

    Çox maraqlı söhbət oldu. Videonu açdım vaxt su kimi axıb getdi. Birdə gördümki sağollaşırsız artıq.))))

  • @peacefulman5474
    @peacefulman5474 2 роки тому +3

    Çox gözəl, səviyyəli, kaliteli bir conversation idi. Bir dil həvəskarı olaraq mənə çox ləzzət elədi. Çox şükür uşaqlıqdan maraqlandığım bütün dillərdə tələffüzüm çox yaxşı olub. Buna görə də dillərə qarşı həvəsim hər daim yuxarılarda olub. Hər dövr bir dilə meyil edib qrammatika və söz bazasıyla tanış olmuşam amma çox heyif üstünə düşməmişəm indiyə qədər. Hal-hazırda lazımi qədər İngiliscə bilirəm və öyrənirəm, hər gün listening edirəm. Yanına da Fransızca qoymuşam. (Daha sonra favori ölkəm Yaponiyanın dili) Fərqli dil bilən insanlara xüsusi simpatyam var və onları daha üstün görürəm. Dil öyrənməyi dayandırmayın. Hamımıza uğurlar💙

  • @gulnar.werifova
    @gulnar.werifova 2 роки тому +2

    Çox gôzel podcast oldu.Aslan beye de Uqurlar

  • @human.5452
    @human.5452 2 роки тому +2

    Ləzzət elədi video.Həm bir çox yeni şey öyrəndim, həm də maraqlı idi söhbət.

  • @gunelbakhshali
    @gunelbakhshali 2 роки тому +12

    Dillər barədə Aslan bəy qədər maraqlı danışan azərbaycanlı varmı görəsən? adamı yormur, həvəsləndirir və məlumatlarıyla öyrədir💙

  • @afruzmammadova9397
    @afruzmammadova9397 2 роки тому +2

    Çox böyük zövqlə izlədim!

  • @shabnammardiyeva6574
    @shabnammardiyeva6574 2 роки тому +1

    Aslan bey çox gozel insandir 👍👍👍👏👏👏

  • @gullusohbetler
    @gullusohbetler 2 роки тому +2

    Zamanınızı bize ayırdıgınız uçun çox sag olun 🙏🙏🙏

  • @MS-mr5hv
    @MS-mr5hv 2 роки тому +6

    Bu dəqiqə bir yoldaşımdan dil öyrənmək haqqında soruşurdum ki bildirim gəldi həmişə ki kimi səmimi və maarifləndirici söhbət olub çox sağol olun💜💜💜

  • @elladamammadova7447
    @elladamammadova7447 2 роки тому +1

    Cox maraqli qonaqdi va samimidi.

  • @akbarsound8418
    @akbarsound8418 Рік тому +1

    qardas cox mohtesem bilgiler ve maraqli danisdi bir de cagirsaz sevinerik

  • @Dark49238
    @Dark49238 2 роки тому +4

    Əli Xəyyam,Okaber,Az-ya üçünün söhbət etdiyi bircə dənə yayım var , eyni yayıma dəfələrlə baxmışam .
    Orxan Mustafazadəni də qonaq qismində görmək möhtəşəm olardı, ,3 əjdaha adamın söhbətini dinləmək maraqlı olar.

  • @arzuguliyeva11
    @arzuguliyeva11 2 роки тому +4

    Çox faydalı və əyləncəli söhbətə görə təşəkkürlər