Reyhan bitkisinin faydaları və zərərləri.Reyhan çayının hazırlanması.

Поділитися
Вставка
  • Опубліковано 13 тра 2024
  • Ta qədimdən bu günə qədər reyhan istehlakının insan sağlamlığı üçün inanılmaz faydalarının olduğu məlumdur. Belə ki, o, bədənə virusların təsirini azaldaraq müqaviməti artırır.Bu bitki keçmişdə sarayların sevimli şərbətlərinin xammalı olmuşdur. Reyhan yalnız şərbət olaraq istehlak edilməmiş, saray xanımlarının dərisinin gözəlliyi üçün də istifadə edilmişdir. O, antibakterial xüsusiyyəti sayəsində bədəni təmizləməkdə çox təsirlidir. Zehni xəstəliklərdə sakitləşdirici kimi istifadə olunan reyhan omeqa-3, kalsium, maqnezium, manqan və dəmir kimi maddələrlə olduqca zəngindir. Güclü bir toksin təmizləyici olduğu üçün bu gün arıqlamaq istəyənlərin üstünlük verdiyi qidalar arasındadır. Eyni zamanda boğazı iltihabdan təmizləyir və virusların ağciyərə enmədən bədəndən çıxarılmasını təmin edir.
    Reyhan bitkisinin faydaları.
    Reyhanın orqanizmə faydalarını ümumiləşdirsək:
    İmmunitet sisteminizi gücləndirir və xəstəliklərə qarşı müqavimətinizi artırır. Pis xolesterolu azaltmaqla ürək-damar xəstəliklərinin qarşısını almaq iqtidarına malikdir. Mədə turşusunu tənzimləyir, qastrit və həzm pozğunluğu kimi problemlərin aradan qaldırılmasına kömək edir. İltihabəleyhinə xüsusiyyəti sayəsində ödemi azaldan təsir göstərir.
    Reyhan toxumlarını torpağa nazik bir təbəqə ilə səpib, yüngül bir şəkildə torpaqla örtüb becərə bilərsiniz. Bu bitki suyu çox sevmir. Həftədə bir dəfə köklərə doğru suvarma kifayətdir. Təzə reyhanın ömrü çox uzun deyil. Bu səbəbdən bu bitkini, xüsusən də qışda istifadə etməyə davam etmək istəyirsinizsə, quru versiyasını seçməyiniz tövsiyə olunur. Bitkini qurutmazdan əvvəl yaxşı yuyun. Suyu hərtərəfli boşaltdıqdan sonra qalın gövdələri ayırın və sonra qalan hissələri düz bir səthə - bir qəzetə, örtük və ya qaba qoyun. İsti, işıqlı, küləksiz və nəm olmayan yerdə qurudun.
    Qurutduğunuzu ara-sıra qarışdıraraq çevirib bərabər qurumasına kömək edə bilərsiniz.
    Reyhan orqanizmin kəskin respirator virus xəstəliyinə yoluxmasının qarşısını alır. O qripp, soyuqdəymə və yuxarı tənəffüs sistemi orqanları xəstəliklərinə yoluxmağın qarşısını alır, burun yollarından seliyin axmasını dayandırır, xəstəlik zamanı orqanizmdə baş verən həssaslığı azaldır, sinir sistemini möhkəmləndirir. Reyhan yaddaşın möhkəmlənməsinə səbəb olur.
    Reyhanın bakteriya əleyhinə təsir göstərməsi bir çox xəstəliklər zamanı çox faydalıdır. Ağız boşluğu, dişlər və diş ətinin xəstəlikləri zamanı reyhan çeynəməyin faydası çox böyükdür.
    Reyhan orqanizmə antioksidant təsir bağışlayır. Buna onun yarpaqlarının tərkibindəki qiymətli substansiyalar səbəb olur. Onun tərkibindəkilər sərbəst radikallara qarşı mübarizə aparır, yüksək aqressivli (xərçəngin inkişafını sürətləndirən) oksigen molekullarına qarşı durur.Bir sözlə reyhan yemək orqanizmi xərçəng riskindən qoruyur.
    Reyhan mədə-bağırsaq xəstəlikləri zamanı orqanizm üçün çox faydalıdır. Onun tərkibində olan enzimlər piylərin əriməsinə yardım edir, arıqlamağı stimullaşdırır. Reyhan sinir sistemini möhkəmləndirir, yuxunu normaya salır, impotensiyanı aradan qaldırır.
    Reyhanın tərkibində olan efir yağı immun sistemini möhkəmləndirir, orqanizmdəki cavan hüceyrələri qoruyub saxlayır.Reyhanı yeməklərin yanında təzə halda və ya yarpaqlarından dəmlənmiş çay hazırlayıb qəbul etmək olar.
    Xalq təbabətində reyhandan faydalanmaq məqsədilə bu reseptdən istifadə edilir:
    Təzə reyhan yarpaqları təmiz yuyuylduqdan sonra 1 litr suya xırda -xırda doğranır və qaynadılır. Qaynayan kimi soyudulur və yarpaqları süzüldükdən sonra suya dada görə bal əlavə olunur və içilir.
    Reyhannın Ziyanı.
    Həddindən çox reyhan yemək ürək xəstələrinə, epilepsiyadan əziyyət çəkənlərə, hamilələrə problemlər yarada bilir. Mütəxəssislər hipertoniyadan, diabetdən,işemik xəstəliklərdən əziyyət çəkənlərə də reyhan yeyərkən ehtiyyatlı olmağı tövsiyə edirlər. Buna səbəb isə reyhanın tərkibində olan rutin birləşmələrdir.
    Reyhan çayı
    Reyhan çayı aşağıdakı xüsusiyyətlərə malikdir:
    * antioksidantdır
    * mədə ağrısını sakitləşdirir
    * həzm sistemini normallaşdırır
    * ağız yaraları zamanı istifadə edilir
    Reyhan çayı necə dəmlənir?
    Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir.
    Təzə reyhandan çay dəmlənən zaman 250 ml qynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir.
    Qurudulmuş reyhanı dəmləyən zaman isə 4 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir.
    Reyhan çayı K və A vitaminləri ilə zəngindir. 2 xorək qaşığı reyhanla dəmlənmiş çay orqanizmin A vitamininə olan ehtiyacının 6%-ini, K vitamininə olan ehtiyacının 27%-ini, kalsium ehtiyacının 1%-nı, dəmirə olan ehtiyacın 1%-ini ödəyir. Bundan əlavə mədədə olan narahatçılıq hissini aradan qaldırır, dəri xəstəliklərinin müalicəsində faydası böyükdür. Hindistanda fitoterapiya sənayesində astma və diabet xəstəliklərinin müalicəsi üçün tədarük edilir.
  • Розваги

КОМЕНТАРІ • 3

  • @user-cu1fb9uk5s
    @user-cu1fb9uk5s 2 місяці тому +3

    Təşəkkür

  • @samo6992
    @samo6992 2 місяці тому +1

    Cox sağ olun.

  • @Luna...08aze
    @Luna...08aze 2 місяці тому +4

    Salam limon salmasa belə gəşəng rənk vermir. Amma kanpotu əla olur.