Eldar Mansurov - Zeyd balam | (ifa: Cəlal Abbasov)

Поділитися
Вставка
  • Опубліковано 28 вер 2024
  • Cəlal Abbasov - "Zeyd balam" (mus: Eldar Mansurov, söz: Pənah Rüstəm).
    "ZEYD BALAM"
    1
    “Leyli - Məcnun” dastanı
    söyləyibdir adını,
    sevgi dolu dünyamın
    sən meyvəsi, Zeyd balam.
    Ömrümün gur işığı,
    könlümün yaraşığı,
    sevincin ilk yarpağı,
    gül bəhrəsi, Zeyd balam.
    Nəqarət:
    Tanrıdan oğul payım,
    yoxdur səndən savayı,
    mənim arxam, dayağım,
    olmam heç laqeyd balam.
    Tək ümidim, diləyim,
    sənsən vuran ürəyim,
    ay baharım, çiçəyim,
    könlümü xoş et, balam.
    2
    Hər gülüşün, baxışın
    mənə nələr bağışlar,
    fərəhdən qəlbim coşar
    qoşar sənə bir beyt, balam.
    Heç vaxt uyma yalana,
    əyri yola, harama,
    çalış düz ol daima
    öz yolunla get, balam
    Copyright © Eldar Mansurov
    eldarmansurov.com/

КОМЕНТАРІ • 4

  • @dusuncgucu290
    @dusuncgucu290 6 місяців тому +3

    Allah saxlasın 😊

  • @Nazim1959
    @Nazim1959 6 місяців тому +2

    💯

  • @ПшпРпшр
    @ПшпРпшр 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kamilal7377
    @kamilal7377 6 місяців тому +4

    Эльдар муалим Спасибо!!! 🤝👍👍👍