Це відео не доступне.
Перепрошуємо.

Cabir Novruz "Sən elə bir vaxtda rast gəldin mənə..." Emin Turan İmamoğlu

Поділитися
Вставка
  • Опубліковано 21 лют 2020
  • Sən elə bir vaxtda rast gəldin mənə,
    Qurumuş bulağam, bulanmış suyam...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Oxunmuş nəğməyəm, çalınmış toyam.
    Nə gücüm çatdı ki, səndən yapışım,
    Nə gücüm çatdı ki, səndən qaçam mən...
    Nə odum oldu ki, yanam, alışam,
    Nə sehrim oldu ki, cavanlaşam mən...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün payız vaxtı, xəzəl çağıydı...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Sənin gəncliyinin gözəl çağıydı...
    Nə deyə bildim ki, tutmaz sevdamız,
    Nə deyə bildim ki, tutar bizimki...
    Bizimdir səmada axan o ulduz,
    O uzaqda itən qatar bizimdi...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Dayanıb durmuşdum yol ayrıcında...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bir üzüm cavandı, bir üzüm qoca...
    Nə deyə bildim ki, sevən çağımdı,
    Nə dedim sevirəm, mənə dayaq ol...
    Nə deyə bildim ki, mənə yaxın dur,
    Nə deyə bildim ki, məndən uzaq ol...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Ömrün eşq badəsi içilmiş idi...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Mənzilimin çoxu keçilmiş idi...
    Nə deyə bildim ki, ürəksən mənə,
    Nə deyə bildim ki, ürək deyilsən...
    Nə deyə bildim ki, gərəksən mənə,
    Nə deyə bildim ki, gərək deyilsən...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə fəsildi, necə vaxt idi...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Bu necə taleydi, necə bəxt idi...
    Nə deyə bildim ki, pənahsızam mən,
    Nə deyə bildim ki, pənah məndədir...
    Nə deyə bildim ki, günahsızam mən,
    Nə deyə bildim ki, günah məndədir...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Özüm öz halıma gülmək istədim...
    Sən elə bir vaxtda rast gəldin mənə,
    Təzədən dünyaya gəlmək istədim...

КОМЕНТАРІ • 87

  • @rusdam6377
    @rusdam6377 5 місяців тому +7

    Sən elə bir vaxda rass gəldin mənə təzədən dünyaya gəlməg isdədim. Sevilib sevmək üçün❤❤❤

  • @arigatointerpreter2382
    @arigatointerpreter2382 3 місяці тому +2

    Şiirler bize yaşamayi gösterir hata doğruları hatırlatır iyiki varsiniz şiirler...

  • @spingame3959
    @spingame3959 9 місяців тому +6

    Seni mənə qaytaran gözəl şeirlərə görə onlari yazanlara ve ifa edənlərə minnətdaram.

  • @spingame3959
    @spingame3959 8 місяців тому +5

    Sən elə bir vaxtda rast geldin mənə.. Nağıla dönmüşdü sinəmdə ürək...

  • @spingame3959
    @spingame3959 9 місяців тому +2

    İlk eşqimi əvəz edə bilecek birinə rast gəlmədim daha...

  • @irshadhonor9917
    @irshadhonor9917 Рік тому +7

    sen ele bir vaxta rast geldin mene eh dunya cox qeribesen kaski seninle biraz onceden tanis olsaydiq

  • @aynurhuseynova6799
    @aynurhuseynova6799 11 місяців тому +3

    Çox gözəl şeirdi hər dəfə bu şeirə qulaq asanda ağlayıram.Allah rəhmət eləsin Cabir müəllimə Amin

  • @user-oo1xf8cg3x
    @user-oo1xf8cg3x 9 місяців тому

    Чох саг олун, козал ифа,тасирли шеир.❤❤❤😢😢😢.....

  • @Qadngeyimleri-pt3gx
    @Qadngeyimleri-pt3gx 4 місяці тому +1

    Nə gözəl ifa ermisiz,təşəkkür edirəm

  • @Aliyeva_0207
    @Aliyeva_0207 4 місяці тому +3

    Çox gözəl...👏👏

  • @efqanesgerzade3957
    @efqanesgerzade3957 Рік тому +13

    ,Allah rəhmət etsin böyük sənətkar, şairimiz Cabir Novruza.

  • @seyidcebrayilov9261
    @seyidcebrayilov9261 Рік тому +7

    Bedbext insanin gecikmiş hekayesi ....😔😔😔😔😔

    • @Namelum_0707_
      @Namelum_0707_ 7 місяців тому

      Yox bütün bedbaht insanların

  • @Qusarlı520
    @Qusarlı520 Рік тому +7

    Sən elə bir vaxtda rast gəldin mənə. Ömrün eşq badəsi içilmiş idi.

  • @spingame3959
    @spingame3959 9 місяців тому +4

    Sən mene vaxtinda rast gelmisdin...Amma qismət olmadin...

  • @user-tu1hs9nw2u
    @user-tu1hs9nw2u 5 місяців тому +1

    Омрюмюн лап йахшы вахтында раст гелмишдим,анжаг озюм де билмеден узаглашдырдым.Чох пешиман олдум😢

  • @IsmayilIsmayilov-xj1yh
    @IsmayilIsmayilov-xj1yh Місяць тому

    Allah rahmat elasin, Cabir Novruzu.

  • @ibrahimmirze8435
    @ibrahimmirze8435 7 місяців тому +1

    Çox heyif o şairlərə....

  • @yoxantorinas
    @yoxantorinas 9 місяців тому +3

    И среди тысяч идеальных тел, фигур и внешности, мы сходим с ума лишь от тех, кого выбирает Душа(((

  • @barselonaspain733
    @barselonaspain733 11 місяців тому

    Esq olsun,esq olsun ,esq olsun !👍💋🌹💖🌍

  • @spingame3959
    @spingame3959 8 місяців тому +4

    Sən elə bir vaxtda rast gəldin mənə.Dilim lal oldu ürək danışdı.Sen ele bir vaxtda rast gəldin mənə...Kulumun altinda kozum qalmisdi...

  • @spingame3959
    @spingame3959 8 місяців тому +4

    Sən elə vaxtda rast geldin mənə.. Sən qönçə idin men solan çiçək..

  • @spingame3959
    @spingame3959 7 місяців тому +2

    Onlarla ifaya qulaq asdim amma bundan gözəlini tapa bilmedim.

  • @SevaCavadzadeh-yg1sg
    @SevaCavadzadeh-yg1sg Рік тому +5

    Bu şeiri ilk dəfə eşidəndə qəribə hisslər keçirmişdim😞

  • @user-sd5kt1jd2f
    @user-sd5kt1jd2f 4 місяці тому +1

    Səsinizə sağlıq 👏👏👏👏👏

  • @MOONLIGHT__09.
    @MOONLIGHT__09. 11 місяців тому

    Cox gozel yasanmis hissin qeleme alinmasi sere cevrilmesi.❤

  • @spingame3959
    @spingame3959 9 місяців тому +2

    Qismət...

  • @user-fq2ec6tl9m
    @user-fq2ec6tl9m 2 роки тому +11

    Nə deyə bildım ki günahsızam mən Nə deyə bildim ki günah məndədir

  • @gunayseferli3101
    @gunayseferli3101 Рік тому +3

    Möhtəşəm ☹️

  • @agaslimrzayev7556
    @agaslimrzayev7556 4 роки тому +9

    Kaş rast gəlməzdi...Rast gəlməsə idi,bu cürə şer yaranmazdı.Buda var...💐

  • @spingame3959
    @spingame3959 7 місяців тому +3

    Sən elə bir vaxtda rast geldin mənə.Men yalana donurdum sən isə gercek..

  • @user-fq2ec6tl9m
    @user-fq2ec6tl9m 2 роки тому +6

    Sən elə bir vaxtda rast gəldin mənə Təzədən dünyaya gəlmək istədim

  • @firengizaliyeva5584
    @firengizaliyeva5584 2 роки тому +6

    Coox sevdiyim bir wer, mohtewem bir ifa... 🌹🙏...tewekkurler!

  • @spingame3959
    @spingame3959 Рік тому +4

    Gecikməyən məhəbbət də daşa dəyə bilir.

  • @arzufrrux4442
    @arzufrrux4442 4 роки тому +13

    Nə gözəl ifadı,başqa heç kim belə ifa edə bilməz❤🌷👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @iradehuseynova4994
      @iradehuseynova4994 9 місяців тому

      Gözəl şer,gözəldə ifa.

    • @gulnareheshimova1462
      @gulnareheshimova1462 9 місяців тому

      ​@@spingame3959mence herenin öz yeri var. bu şeiri Eminden yaxşı oxuyan olmaz.

  • @elmanrzayev-im5un
    @elmanrzayev-im5un Рік тому +3

    Duygulari silkələyən serdi .Allah rəhmət etsin sairə

  • @oqtayxyal6176
    @oqtayxyal6176 Рік тому +3

    Gözəl şerdi. Allah rəhmət eləsin

  • @avanqard7458
    @avanqard7458 Рік тому +2

    Şeir ilk dəfədir ki belə gözəl ifada qarşıma çıxdı.Səsinizə,ürəyinizə qüvvət.
    Ailə həyatında qarşılıqlı sevgi olmasa,gec tez o ailədə fikir ayrılıqları,narazılıqlar getdikcə artır.Sevmədən ailə qurmaq düzgün deyil.
    İnsan var ikinci baharını yaşayır,amma bəzən məsafələr,bəzən çətinliklər bu sevgiyə əngəl olur.
    Sonda hamıya qarşılıqlı,saf,vaxtında gələn sevgi arzulayıram.

  • @sevincgilhli9976
    @sevincgilhli9976 Рік тому +4

    Təəssüf (((

  • @sabireshahveledova8405
    @sabireshahveledova8405 4 роки тому +12

    Bu nə cür ifadı ilahi insan hisslərini yazan şairi o hissləri ifası ilə daha da möhtəşəm edirsən Afərin!!💯yaşa var ol‼️

  • @spingame3959
    @spingame3959 9 місяців тому +1

    O mene vaxtında rast gəlmişdi amma qismət olmadi...

  • @ceyranaxundova6332
    @ceyranaxundova6332 4 роки тому +13

    Səni dinləyəndə düşündüyüm bircə budu ki
    Bəzi əməkdar və xalq artistlerine haram olsun o ad.

  • @banuagakisiyeva9652
    @banuagakisiyeva9652 3 роки тому +6

    Adamı ağladan şeir gözəl ifa😊👍👍👍👍

  • @mlknisnuriyeva8161
    @mlknisnuriyeva8161 Рік тому +4

    Çox gozal şeirdi insan hislarina laylay valle.

    • @dunyadunya
      @dunyadunya Рік тому +2

      Men birini Sevirem Deliler kimi. Amma evliyem

  • @gulnareheshimova1462
    @gulnareheshimova1462 4 роки тому +7

    Weir bele olar ehsen.

  • @memiemirli8220
    @memiemirli8220 Рік тому +1

    Allah rəhmət eləsin sizi,gözəl insan,dəyərli sənətkar🤲🥀

  • @ayselquliyeva3092
    @ayselquliyeva3092 7 місяців тому +1

    Super

  • @arzuagayev9191
    @arzuagayev9191 Рік тому +3

    Gözel ifa sag ol

  • @sabireshahveledova8405
    @sabireshahveledova8405 4 роки тому +7

    Çox gözəl ifa üçün təşəkkürlər ‼️‼️👏👏♥️♥️♥️♥️♥️♥️

  • @perikhanummehraliyeva3174
    @perikhanummehraliyeva3174 Рік тому +1

    Şeyir,müsigi və ifa möhtəşəmdir!
    Könlüm ayrılıb bədənimdəm və ucur
    səmaya parıldayan ulduzlara.

  • @Gönülabbas120
    @Gönülabbas120 2 місяці тому

    Nə deyə bildim ki,gərəksən mənə, Nə deyə bildim ki,gərək deyilsən.

  • @dadasova4612
    @dadasova4612 3 роки тому +7

    Əsl şer. Sadə insani hisslər. ürəyə yatan təbii. Bayagi olmayan gözəl tərzdə ifa

  • @kemalesadiqova9661
    @kemalesadiqova9661 9 місяців тому +2

    Ne deye bildim ki,mene yaxin dur,Ne deye bildim ki,menden uzaq dur❤

  • @aytenahmedova21
    @aytenahmedova21 Рік тому +5

    Səsinizle qulaqdan iliklərə qədər hiss etdirirsiniz hər kəlməni... təşəkkürlər 🙏

  • @GreenGreenov
    @GreenGreenov 3 місяці тому +1

    Təşəkkürlər

  • @user-oo1xf8cg3x
    @user-oo1xf8cg3x Рік тому +3

    ❤❤❤👏👏👏👏👍👍👍

  • @raziyaz1616
    @raziyaz1616 Рік тому +2

    😢😢😢😢😢😢😢😢😢😢

  • @hyatbilgisi9945
    @hyatbilgisi9945 Рік тому +2

    Şeir məni öldürdü...😢

  • @shehlahummatova1263
    @shehlahummatova1263 Рік тому +2

  • @NESIBAgayev-x3f
    @NESIBAgayev-x3f Місяць тому

    Ilahi.sozdə misrada qüvətə baxee

  • @ulyaali523
    @ulyaali523 2 роки тому +2

    Bu şeir mene onu xatırlatdı aramızda 35 yash ferq amma qarshılıqlı istek var çare yox

  • @sevincelekberova3047
    @sevincelekberova3047 3 роки тому +5

    Super. Gözəl səs və gözəl intonasiya . Ürəyinizə sağlıq.🙏🙏👍Amma mən deyə bildim. Onu sevdiyimi💞🌹

  • @sringulqurbanova2829
    @sringulqurbanova2829 Рік тому +2

    😢😢😢❤❤❤

  • @xuramanpawayeva9139
    @xuramanpawayeva9139 2 місяці тому

    Əminə Yusifqızının ifasında da eşitmişəm bu şeri.

  • @guzaloy838
    @guzaloy838 11 місяців тому +1

    😢😢💔

  • @Aslan_Taliwli
    @Aslan_Taliwli 9 місяців тому

    Bu şer sanki doktor ucun yazılıb...🎉

  • @fidansahvldova605
    @fidansahvldova605 4 роки тому +4

    👍🏻❤️

  • @melahetceferova8833
    @melahetceferova8833 2 роки тому +2

    💙❤💚

  • @ЦУЕФАШКА_я
    @ЦУЕФАШКА_я Рік тому +2

    Möhtəşəm! Kim deyə bilər, belə bir klip hansı proqramla hazırlanır?

  • @user-bf5iw4wy9q
    @user-bf5iw4wy9q 6 місяців тому

    Alviday

  • @deryazeynalova1375
    @deryazeynalova1375 4 роки тому +3

    ♥️♥️♥️♥️😘😘

  • @sabinasamedova357
    @sabinasamedova357 4 роки тому +4

    😪😪😪😪😪😪

  • @irshadhonor9917
    @irshadhonor9917 Рік тому

    bu musiqin hardan goture bileren

  • @ayguneliyeva1620
    @ayguneliyeva1620 3 роки тому +2

    Bu ser Aybəniz Haşımovaya həsr olunub

    • @rehimabiyev6512
      @rehimabiyev6512 Рік тому

      Səhviniz var, şeir məncə Ofeliya Babayevaya yazılıb...

    • @barselonaspain733
      @barselonaspain733 11 місяців тому

      @@rehimabiyev6512
      Salam.
      Ofelya Babayeva kimdir ?
      va bu musiqiya seersuz harada qulaq asmaq olar ?

    • @spingame3959
      @spingame3959 8 місяців тому

      😂

    • @spingame3959
      @spingame3959 8 місяців тому