Ramiz Rovşən - Bir az uzun çəkdi ömrüm deyəsən - Kamran M. YuniS

Поділитися
Вставка
  • Опубліковано 10 вер 2024
  • #kamranyunis #ramizrövşən #kamranmyunis #poeziyateatrı
    #şeirlər #sevgişeirləri #şiirler #poeziya #vasifadıgözəlov
    Ramiz Rovşən - Bir az uzun çəkdi ömrüm deyəsən
    Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
    Biz az uzun çəkdi ömrüm deyəsən,
    deyəsən dostlar da darıxdı bir az...
    Məni yedirtməkdən yoruldu dünya,
    çörəyi yoruldu, suyu yoruldu.
    Məni gəzdirməkdən bezdi yolları,
    gözümə baxmaqdan gözü yoruldu.
    İstəyənlər istəməkdən yoruldu,
    Pisləyənlər psləməkdən yoruldu.-
    biz az uzun çəkdi ömrüm deyəsən.
    Yollar ayağımın altından qaçır,
    Deyirlər düş daha,
    bu boyda olmaz,
    Şairin iştahı bu boyda olmaz,-
    dostlar da birtəhər baxır üzümə.
    Nə qədər dostum var,
    şəhər dolusu,
    Çoxunun ürəyi qəhər dolusu,
    Qohumdan, qardaşdan,
    özgədən küsüb,
    Baxtından, özündən, güzgüdən küsüb
    çoxu ağlamağa bəhanə gəzir.
    Az qalıb, az qalıb, dözün deyirəm,
    dostlar, dözün, gedəcəyim gün çatar.
    Nəyə gücüm çatmasa da,
    qola qara bağlatmağa,
    dostları ağlatmağa
    yəqin ki, gücüm çatar...
    ...Ancaq mənim gücüm çatmır, neyniyim axı,
    neyniyim axı mən yazıq,-
    gücüm çatmır bu dünyadan getməyə.
    Bu dünya Dərbənd qalası,
    Nə yolu, nə yolağası,
    Qardaşım, atam balası,
    gücüm çatmır bu dünyadan getməyə.
    Sarmaşıb qol qıçıma
    yaşıl yaşıl otları.
    Bomboz buludları basır başımdan,
    Çayları su alır gözüm yaşından,
    iynəynən gor eşə-eşə,
    dizimnən yer eşə-eşə
    Addatdım ömrümü otuz yaşından,-
    gücüm çatmır bu dünyadan getməyə.
    Dalımca ağız əyənlər,
    Şairlərin ehsanını yeyənlər,
    Şair olan
    cavan ölər,-deyənlər,
    Mənim şair olmağa gücüm çatmır,
    Öldür məni, ölməyə gücüm çatmır,
    gücüm çatmır bu dünyadan getməyə.

КОМЕНТАРІ • 164

  • @maralaliyeva7920
    @maralaliyeva7920 5 років тому +7

    Əziz Ramiz Rövşən.Hörmətli Kamran bəy.Görəsən mənim qədər sizin şerləri duyan hər dəfə hönkürüb aglayan bir insan varmı.Yoldaşım dəli dolu,həyat sevən bir insan idi. Zəhrimar xəstəlik onu apardı.O son dəqiqəyədək mərd dayandı.Öləcəyini bilə bilə heç nəyim yoxdu deyirdi.Oda bilirdi gedir ancaq həyatdan doymamışdı bir övlad toyunda oynamamışdı.Bu şerlərə hər gün dönə dönə qulaq asıram.Sanki yoldaşımında mənimdə bilib amma dilə gətirə bilmədiyimiz bütün hisslərimizi duşüncələrimizi sizə danışmışıq sizsə sətirlərə köçürmüsünüz. İndiki dönəmdə mən sizi tanımadan sizinlə bu şeirlərin vasutəsi ilə dərdləşirəm.
    Var olun qarşınızda baş əyirəm böyük şair Ramiz Rövşən və əvızolunmaz sənətkar Kamran bəy.

    • @gulshanhuseynova138
      @gulshanhuseynova138 5 років тому +4

      Maral Aliyeva Allah Rəhmət eləsin yoldaşınızı. Ramiz Rövşəni duyan, his edən, anlayan, ağlayan, kövrələn, gülən,,,,,,bütün İnsanlara Eşq Olsun!

  • @gulshanhuseynova138
    @gulshanhuseynova138 5 років тому +20

    Şair cavan ölər deyənlərə ar olsun! Ömrü verən Allahdır! Əzizimiz Ramiz Rövşən! -- Təki ölməyə gücünüz çatmasın! Arxanızca ağlayan qara paltarlı xanımların hönkürtüsünə tab gətirməyə mənimdə gücüm çatmaz! Allah sizi qorusun Sənətçi Kamran M. Yunis Var Olun!

  • @nezaketletifova1118
    @nezaketletifova1118 2 роки тому +6

    Nə qədər dostum var, şəhər dolusu,
    Çoxunun ürəyi qəhər dolusu

  • @user-mh8tr8vu7i
    @user-mh8tr8vu7i 11 місяців тому +2

    Камран я в восторге от ваших произведений...спасибо❤

  • @nazileqaziyeva5275
    @nazileqaziyeva5275 3 роки тому +1

    Qulaq asmaqdan doymuram R Rövşənin poeziyasına bu ifada.

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 2 роки тому +2

    Sagım solum getdi,deyə tək galdım.
    Gedəni saxlamag olmuyur gardaş
    Yaşım cavan iken gelben gocaldım
    Dünya heç bir kesle olmuyur sirdaş

  • @sahibqasimov9889
    @sahibqasimov9889 4 роки тому +7

    Dünyanın heç bir xalqında yerinde bele istedad yoxdu menim xalqım. Sevin bu şairləri paylaşın gelecek nesillerimiz bilsin poeziya nedi senet nedir. Budur gozellik

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 років тому +6

    Var olun

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 роки тому +1

      Xeyirli gecələr mələyim sən bir il əvvəl təkrar dinlədin. Mən bu gün Allah qorusun dəyərli sənətkarımızi.

    • @esmirakrimova1315
      @esmirakrimova1315 3 роки тому +1

      @@yaqutosmanl5593 Amin.....

  • @nazileqaziyeva5275
    @nazileqaziyeva5275 3 роки тому +2

    Allahim bu qədər gözəl əsər və gözəl ifa hər gün qulaq asir am zövq aliram.

  • @nurcansandal6363
    @nurcansandal6363 2 роки тому +5

    Ramiz Rövşən, heç ölməyi diləməyin siz. İnsanların qəlbində daima yaşayacaqsınız. Sizi o qədər sevirik ki! Siz ölsəniz belə arxanızca ağlayan bir qara paltarlı Nurcan var... Səsinizə sağlıq,Kamran bəy!

  • @hemidhemid8677
    @hemidhemid8677 3 роки тому +3

    Qohumdan,qardaşdan,özgədən küsüb,baxtından, özündən, güzgüdən küsüb...
    Çoxu ağlamağa bəhanə gəzir😔😢😢

  • @ayisgnda6318
    @ayisgnda6318 5 років тому +41

    Mən nə Ramiz Rövşəndən, nə də Kamran M.Yunisdən bezdim, yoruldum

    • @renababanli3490
      @renababanli3490 4 роки тому +3

      Ramiz Rovwen sanki her bir kesin urek sizledini vereqe koxurur Kamran ise o sozlere lay lay deyir.insanlarin ureyuni titredir.hemun sozleri yawadir.Saq ol oqlum.sesine.avazina saqliq.Min yawa AMIN

  • @aydinahmadov7472
    @aydinahmadov7472 Рік тому +1

    Şeir belə olar,şeiri də belə səsləndirərlər.
    Ramiz Rövşən kimi şair 100 ildə bir dəfə dünyaya gələr,ya da gəlməz. O dahi deyilsə,bəs kimdir!?

  • @qasimovrafael4394
    @qasimovrafael4394 Рік тому +1

    Çox gözəl sənətkar və ecazkar səsə malik aktyor həqiqətən ürəkləri fəth edir çox sevirik bu gözəl sənətkari uğurlar və möhkəm nailiyyətlər arzu edirik inşəallah

  • @rsadmmmdov2102
    @rsadmmmdov2102 3 роки тому +5

    Gücüm çatmır bu dünyadan getməyə..

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 років тому +4

    Var olun👍👍

  • @sahxanmrustmova6400
    @sahxanmrustmova6400 Рік тому +3

    Cox sağ olun Kamran bəy, belə gözəl şeirə görə, belə gözəl ifaya görə. UĞURLAR SİZƏ

  • @teriagayev8100
    @teriagayev8100 3 роки тому +2

    Bu saatda bu şeirə qulaq asdım ruh dincəldi

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 5 років тому +11

    Atam balası gücüm çatmır bu dünyadan getməyə.Allah sevimli şairimizə və sizə uzun ömür versin ki bizi sənətinizlə sevindirəsiniz.Amin.

  • @mirvarivanatiyeva6072
    @mirvarivanatiyeva6072 2 роки тому +2

    Gücüm çatmır bu dünyadan köçməyə .....😔

  • @slalmrahova6966
    @slalmrahova6966 8 місяців тому +2

    GÜCÜM CATMIR BU DÜNYADAN GETMƏYƏ,VAXT CATANDA YALVARSAMDA QALMAYACAĞAM😢

  • @miriaxadov6839
    @miriaxadov6839 Рік тому

    Insanin dudreti catmir bu setirleri yazanin,soyleyenin shenine soz demeye.
    Deyerinizi Allah versin.
    Çan Heçi,çan Heç,çan Heçi bize derin yara vuran Heçi catdin peyĝemberin ĝorushune, Allah megamini uça etsin,AMIN!

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 роки тому +6

    Var olun sevimli Sənətkarımız! 💥❤️💥❤️💥💥❤️💥❤️🙏

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 роки тому +1

      Yeganəm bu şeri yenə dinləyirəm və Ramiz Rövşən və Kamran bəyin sehrinə düşürəm.

  • @Queen4100
    @Queen4100 2 роки тому +1

    Bu musqi ürəyim parça parça olur bütün yaşdığım ömür gözümdə canlanır

  • @melekqizz6544
    @melekqizz6544 5 років тому +32

    Bu dunyadan getmeye sizin haqqiniz yoxdu cunki siz tek ozunuz ucun yasamirsiz siz bizim ucun yasayirsiz bizler ucun yaradilmisiz gozel deyerli senetkarimiz sizi cox sevirik yasayin yardain sesinize ureyinize sagliq gozel insan💖💖💖

    • @ceyhunbabayev2589
      @ceyhunbabayev2589 2 роки тому

      Dünyadan getmey,hər kəsin haggı
      Allah görür əlbət haggı,nahaggı
      Hag-hesab mizanı ,əməl tərəzi
      Dünyada etdiklerimizin vardı evezi.

  • @mrs.g7974
    @mrs.g7974 4 роки тому +6

    *Öldür məni, ölməyə gücüm çatmır..*
    *Gücüm çatmır bu dünyadan getməyə..*

  • @11oo67
    @11oo67 5 років тому +10

    Böyük sənətkar, bu torpaq üzərində sizin kimi dəyərli insanlar gəzdiyi üçün zinətlənir. Bu dünya siz, sizin möhtəşəm əsərləriniz var deyə dəyər kəsb edir gözümdə. Var olun. Tanrı sizi qorusun! Təşəkkürlər.

  • @ZulickaZulicka
    @ZulickaZulicka 5 років тому +1

    Men sizin šeyirlerinizin vurgunu oldum demek olarki bu gün bütün günü sizin šeyirlerinizi izlemišem .size Allah õmür versin .birde gõzel ruh versin üreyiniz ruhlansin sizde gõzel šeyirlerinizle bizi uzaq xeyalara aparin 💖sizi cox sevdim

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 роки тому +7

    Hər zamaniniz xeyirli olsun dəyərli sənətkarımız.

  • @lolaazeri3917
    @lolaazeri3917 4 роки тому +5

    Gücüm çatmır bu dünyadan getməyə .........

  • @rashidvakil
    @rashidvakil Рік тому +1

    Tələsmə şair, tələsmə...

  • @melahetxudayarova7866
    @melahetxudayarova7866 4 роки тому +2

    Biz darixmiwiq sizin ucun var olasiz ay oqul biz ailelikle size qulaq asiriq

  • @malekperova7442
    @malekperova7442 3 роки тому +2

    Seir de gozel, ifa. da!

  • @safelturk1104
    @safelturk1104 5 років тому +3

    Bu ucuz dünyada artiq heç ne yox...
    Az qalib...
    Ammm sizin sesinizden, peronizdan, ve üreyimizden keçenleri dememeyinizden doya bilmirem, gücüm çatmir...

  • @aynuraslanova1915
    @aynuraslanova1915 5 років тому +2

    itire ,itire gedirik,Ramiz bey.Biz sizi itirmek istemirik!!!

  • @zaurhaciyev6110
    @zaurhaciyev6110 2 роки тому +2

    Deli olurame bu se'rleri bu sesi esidende. Ureyimi parçaladiz minnetdaram size

  • @nurumustafayev5149
    @nurumustafayev5149 5 років тому +16

    Sirli şair və sehirli səs
    Ramiz Rövşən&Kamran M.Yunis👏👏👏❤

  • @xatiraheydarova3677
    @xatiraheydarova3677 5 років тому +8

    Yollar ayağımın altından qaçır,
    Deyirlər düş daha,
    bu boyda olmaz...

  • @selalemirzoyeva613
    @selalemirzoyeva613 Рік тому

    Çoxlarının düşünüb də dillərinə gətirə bilmədiyinə qədər sözü Ramiz müəllim qələmə alıb.Var olasız. Siz də Kamran M.Yunis olaraq o qədər gözəl çardıtırsız ki , qəlbimiz yerindən oynayır.Allah hər iki böyük şəxsiyyətə bətəkətli sağlam ömür versin❤

  • @sevincquliyeva9305
    @sevincquliyeva9305 4 роки тому +2

    Yegane insanslz ki özu gözel xasiyeti rolarl bir birinden gozel insan

  • @renaagabekova1741
    @renaagabekova1741 4 роки тому +2

    RAMIZ RÖVŞƏN .,KAMRAN .M. YUNIS .VAR OLUN .ALLAX SIZI GORUSUN .GÖZƏL ŞEIRDI

  • @xatireemrahova2534
    @xatireemrahova2534 3 роки тому +2

    Cox sag olun var olun

  • @shemsmikayilova3142
    @shemsmikayilova3142 5 років тому +4

    Bu dünyadan getməyə yox yaşamağa güc toplayaq. Həyat çox gözəldir.

  • @Wou-st8jq
    @Wou-st8jq 4 роки тому +1

    ALLAH vaxtaşarı hər bir qòvmə peyģəmbərlər gòndərərdi ...bəndələri haqqa tapindırmaq ùçùn.....14 əsrdir ki ,gòndərmir...daha gòndərməyəcək. Amma hər zaman qəlbimizi nurlandıran , ruhumuzu pərvazlandıran ,hər sòhbətində --şeirində bizi haqdan ùmidimizi ùzməyə qoymayan saf insanlar gòndərir .Xahiş edirəm , tələsməyin getməyə....💧

  • @lolaazeri3917
    @lolaazeri3917 5 років тому +8

    Bu şeir tam başqa oldu.,heç özum özumə belə gucum çatmadı nəyinki,ölmək.

  • @tahirexudaverdiyeva3655
    @tahirexudaverdiyeva3655 Рік тому +1

    Ramiz bəy və Kamran bəy eşq olsun sizə. Hər adama qismət olmur sizə qismət olan xalq sevgisi. Allah sizi qorusun

  • @safelturk1104
    @safelturk1104 3 роки тому +2

    Ne olardi, ne olardi ki, bu sese, bu tekrarsiz qelbden süzülen duyqulara hemise qulaq asmaq olardi.. 😌

  • @denizmemmedova8983
    @denizmemmedova8983 5 років тому +5

    Oxumadiqim werleri bize sevdiren gozel senetkarimiz bu sesin nece ruhumuza iwlemesi ,gozel wairimizin misralari...

  • @maralaliyeva7920
    @maralaliyeva7920 5 років тому +1

    Dünya dirduqca yaşayacaqsan şair.Heç doymuyacagıq səndən.

  • @sexavetdavudov6802
    @sexavetdavudov6802 5 років тому +7

    Allah size omur versin men bu qeder gozel ser deyen gormemisdim insanin ruhunu oxsayir

  • @safalenovo2222
    @safalenovo2222 4 роки тому +2

    Elə mənim də gücüm çatmır özüm getməyə...

  • @ilkinseferov5970
    @ilkinseferov5970 Рік тому +1

    Gucum catmır bu dunyadan getmeye

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 5 років тому +6

    Doğrudan bəzən ağlamağa bəhanə gəzirəm..
    Daima və daima sizi dinləyirəm

  • @renababanli3490
    @renababanli3490 4 роки тому +2

    " BIR AZ UZUN CEKDI OMRUM DEYESEN" GOZEL , HEYATI SOZLERDIR. REHMETLIK KAMAN USTASI HABIL ELIYEV ZARAFATYANA DEYERDI " NE QEDER YAWAMAQ OlAR UTANIRAM YAWAMAQA" ANCAQ SIZLERE, GENCLERE YAWAMAQ YARAWIR KAMRAN BEY! Bir de dunyadan getmek isteyen, omrunun uzun cekdiyini deyen insan , ancaq urek dostu, bext yoldawi dunyasini deyiwenden sonra adam bu dunyadan o olan dunyaya kocmek isteyir .

  • @afqanhuseynov2345
    @afqanhuseynov2345 5 місяців тому +1

    Aglamaga bəhanə gəzən dostlar

  • @elcinbey6735
    @elcinbey6735 5 років тому +4

    Bu nə gözəl ifadələr,nə gözəl sözlər...bu dünyadan ayrıldım bir anlıq.Allah sizin kimi sənətkarları qorusun.Sizlere hər zaman ehtiyacımız var

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 5 років тому +4

    Addatdim omrumu otuz yawindan😔...Indi daha da cavanlawib ölum😢Allah Size de Ramiz muellime de saglam uzun ömur bexw elesin!Onun werleri ve sizin sesiniz qoymur biz dinleyicilerin ruhunu ölmeye.Ruhumuzun qidasisiniz

  • @muradnovruzbekov1232
    @muradnovruzbekov1232 5 років тому +3

    Sag olun KAMRAN bəy. Sag olun Ramiz Rövşən.

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 роки тому +4

    Ramiz Rövşən şeirlərinə ürəyinizi ruhunuzu hopdurursuz bəy.

  • @azrail-freefire6812
    @azrail-freefire6812 5 років тому +5

    Dünyanın faniliyini dərk etmiş insanların şeri...
    Təşəkkürlər, Kamran bəy!

    • @ceyhunbabayev2589
      @ceyhunbabayev2589 2 роки тому

      Dünya boş ,əyləncə, keçıcı, fani
      Dünyadan həzz alar ogru və cani.
      Sındırma yediyin boşgab, fincacni.
      Doydur yetimi,fegiri,kasıb,acanı.

  • @sbincfrova7217
    @sbincfrova7217 5 років тому +2

    Gücüm çatmır bu dünyadan getməyə....mənim kimi....

  • @turanturk4266
    @turanturk4266 Рік тому +1

    RAMIZ ROVSEN ❤️❤️❤️

  • @yeganeyegane401
    @yeganeyegane401 4 роки тому +2

    Var ol senetkar

  • @alemnurkamalova4308
    @alemnurkamalova4308 3 роки тому +3

    Kəmran bəy.allah sizə ÜZÜN ÖMÜR CAN SAĞLIĞI versn.Sizin səsiniz çağlayan bulaq səsinə bənzəyir.Saatlarla dinləməyi çox ARZULAYIRAM. Allah sisi qorusun.

  • @tomris9191
    @tomris9191 2 роки тому +1

    Ramiz Rövşən şeirlərini sizin ifanızda dinləməyin bir başqa ləzzəti var. Allah şairimizə də,sizə də can sağlığı versin

  • @manzarasadova26
    @manzarasadova26 5 років тому +1

    Insanlara efirdən,radiodan ancaq belə səs belə nəfəs lazım.Doymaq olmur nə Şairin ruhundan,nə də böyük Sənətkarn nəfəsindən

  • @renaagabekova1741
    @renaagabekova1741 3 роки тому +2

    Allah sızə çan sahlıhı versın .və .uzuuuuuun ömür ....GÖZƏL .TƏKRAR OLUNMAZ ŞAIRIMIZ .RAMIZ RÖVŞƏN ..VAR OLUN .

  • @samiraqdirli6543
    @samiraqdirli6543 5 років тому +4

    *SEVİNDİM İN ŞƏ ALLAH HEÇ VAXTT GÜCÜNÜZ ÇATMAZ*

  • @qurbansoltanov2466
    @qurbansoltanov2466 2 роки тому +1

    Gúcüm çatmır bu dünyadan getmeye

  • @aynurkerimli5868
    @aynurkerimli5868 5 років тому +6

    Yox, şair səndən küsməz dünya . Axı bu dünyada sənin kimi insanlar çox azdı. Həm də çoox az.....Allah səsinizə güc versin Kamran bəy, qoymayın Ramiz Rövşən dünyadan küssün ❤

  • @user-qr4mv2cj7x
    @user-qr4mv2cj7x 2 роки тому +1

    Dəhşət sağ ol şair

  • @mirkamalagayev7647
    @mirkamalagayev7647 5 років тому +2

    Ilahi.boguldum bu derinlikden!! Boguldum bu qeherden!!

  • @nazileqaziyeva5275
    @nazileqaziyeva5275 3 роки тому +2

    Sizin səsiniz super. GETMƏYİN. BU SƏSƏ İFAYA EHTİYACİMİZ VAR. 💯YAŞAYİN. İNŞALLAH

  • @behbudovamanzar
    @behbudovamanzar 5 місяців тому +1

    Salamlar!Bizi yaradan, yaşadan ,ömrü verən Allahdır!Vaxtımız çatanda bu dünyadan kocəceyik!Kimin yerini dar eləyirik axı!Mənasız yaşamaqdansa,insanlar üçün yaşamaq lazımdır!Bəlkə ...Nə bilim?Biz ölmək istəyəndə Allah bizim ömrümüzu daha da uzadır!Bir şey var ki,diri kimi yaşayıb,ölənlər də var! Ölüb unudulmayanlar da!Biz dünyaya gələndən bizi elə sevənlər də !Nəsillər dəyişir,adamlar dəyişir,üstünə yeniləri daxil olur,amma?Bizə olan sevgiləri dəyişmir!Ona görə də...Şairlər niyə cavan olməlidilər ki?O cavan ölənlərin də şeirləri,mahnıları onları yaşadır!"Bir qonağıq bu dünyada Bir gün ömür gedər bada..."Allah sizə uzun omur versin,Ramiz Rövşən!Sizi ölməyə qoymayan sizi sevən insanlarin məhəbbetidir!Bunu özünüz də bilirsiniz!O yalançı dostlarinizin elə özləri ölsün,siz gedib aglayasiniz,şeir yazasınız,ailələri sevinsin!Gedib halvalarini yeyəsiniz!🤣Kamran bəyə də təşəkkürlər!"Əldən _ elə keçir vəfasız həyat!Biz gəldi_ gedərik,sən yaşa dünya !_ demək hələ tezdir!❤️

  • @letafetismayilova2755
    @letafetismayilova2755 3 роки тому +1

    Nə qədər dostum var şəhər dolusu
    Çoxunun ürəyi qəhər dolusu😔

  • @ilhamemuseyibova2804
    @ilhamemuseyibova2804 Рік тому

    Səs möhtəşəmdir.Sag olun

  • @susnqasmova5981
    @susnqasmova5981 5 років тому +4

    Allah Sizi bu millətə çox görməsin.Şairin,sənətkarın aqibəti əbədi yanmaqdır,əbədi nəyinsə dərdin cəkməkdir,var olun,ömrün payızı,ağrı-acıları Sİzi sındırmasın.Süsən ANAR

  • @aytac_elekberova
    @aytac_elekberova 3 роки тому +2

    Ramiz Rövşən şeir yazib, Kamran Yunis sozleri "dirildib"👍

  • @fidanakber5487
    @fidanakber5487 5 років тому +2

    Tewwkkur ....

  • @tuncay891
    @tuncay891 4 роки тому +1

    40 yaşım təzə tamam olub bu dünyada yaşamaq o qədər cətindiki özümü 80 yaşında hiss edirəm😔💔

  • @susnqasmova5981
    @susnqasmova5981 5 років тому +3

    Hörmətli Yıldızlı gecə xanım, gözümüzü yolda qoymayın,lap təlaş kecirməyə başlayıram,xahiş edirəm məni qorxuzmayın.Süsən ANAR

    • @susnqasmova5981
      @susnqasmova5981 5 років тому +3

      @@yldzlgece2447 Siz də var olun bizim Yıldızlı gecəmiz,işıqlı xanımımız,hec zaman xəstələnməyin,səadət hər zaman Sizə yar olsun.Hörmətlə Süsən ANAR

  • @sevincrehimova4757
    @sevincrehimova4757 3 роки тому +3

    HEC ZAMAN GUCUNUZ CATMASIN BU DUNYADAN GETMEYE SEVIMLIMIZ RAMIZ ROVWEN♥️♥️♥️

  • @vuqarkerimov176
    @vuqarkerimov176 5 років тому +1

    Men sizin sesinizle oz werlerimden birini bax belece ewitsem ,rahatca olerem..

  • @mehribanhetemova3273
    @mehribanhetemova3273 5 років тому +5

    Eh, heyif ki nə bu dünya, nə bu can ,nə də ruhumuz bizim deyil Nə qədər getmək istəmişəm bu fani dünyadan😢Görən Ramiz məllimi nə bezdirib?

  • @prvizcmilov8017
    @prvizcmilov8017 4 роки тому +2

    Allah sizə güc versin həm yaşamaq üçün həm yaratmaq üçün. Tanrının həm sizə həm də bizə yazığı gəlsin ki siz yaşayıb yaradasız biz də şerlərinizin sayəsində yaşayaq

  • @user-my2zl1fk9j
    @user-my2zl1fk9j 4 роки тому +1

    Güçüm catmir bu dünyadan getməyə...Şair sən tək deyisən...

  • @ZulickaZulicka
    @ZulickaZulicka 5 років тому +2

    Ellerine sagliq menim üreyimi .heyatimi yazmisan ele bil

  • @nazimqocamanlsair1066
    @nazimqocamanlsair1066 4 роки тому +1

    Ramiz Rövşən Azərbaycan poeziyasında bir tapıntıdır

  • @rufatmammadov5112
    @rufatmammadov5112 5 років тому +5

    Söz tapmaq olmur gözel , ferqli ifaya ve şere göre 👏❤📝

  • @letisxelefli5852
    @letisxelefli5852 Рік тому +1

    Sesine saglik

  • @renahesenova5305
    @renahesenova5305 5 років тому +10

    Təşəkkür edirəm şeirə görə. Bu fani dünyadan kocmey ən çox istədiyim arzudur. Amma... Siz deyən kimi - gücüm çatmır bu dünyadan getməyə .

    • @hasanbayramof8606
      @hasanbayramof8606 5 років тому +4

      Hec birimizin gücü catmir,cətin olsada gözləməliyik zamanini vaxtini...

    • @renahesenova5305
      @renahesenova5305 5 років тому +4

      Eledi. İnsan carəsizdi. Acizdi. Gözləmək lazımdır. Əyər əbədi dünyada bir balası onu gözləyirsə, daha tez ayrılmaq istəyirsən bu dünyadan

    • @susnqasmova5981
      @susnqasmova5981 5 років тому +3

      ALLAH SİZƏ SƏİR VERSİN,RƏNA XANIM.EYNİ DƏRDDƏYİK.ÇOX ÇALIŞDIM,COX ÖZÜMƏ QƏSD ETDİM,ANCAQ BU FANİ DÜNYAYLA ÜZÜLÜŞƏ BİLMƏDİM,TANRI MƏNİ 1 İLDƏ 2 UNİVERSİTETƏ DAXİL OLAN,TİBB UNİVERSİTETİNDƏ 3 DÖVLƏT İMTAHANININ 3 DƏN DƏ Ə"LA ALAN ANAR BALAMLA GÖRÜŞMƏYƏ QOYMUR Kİ,QOYMUR.COX AĞIR DƏRDDİ,HEC KİMƏ NƏSİB OLMASIN.23 İL ƏRZİNDƏ BALAMIN MƏNƏ NƏSİB ELƏDİYİ SƏADƏTİN ƏVƏZİNDƏ İNDİ CƏHƏNNƏM ODUNDA YANIRAM.ANARIM XARİCƏ TƏHSİLİNİ ARTIRMAĞA GEDİB DEYƏ ÖZÜMÜ ALDADIRAM.BİR AN DA OLSA YADIMDAN ÇIXMIR,ANCAQ ONUN MƏNƏ NƏSİB ELƏDİYİ XOŞBƏXT XATİRƏLƏRDƏN ODDAN QORXAN KİMİ QORXURAM.SƏHƏRDƏN ÜRƏYİM PARTDIYIRDI,BU GÖZƏL VƏ HƏYATİ ŞEİRLƏRƏ TƏZƏDƏN QULAQ ASMAQ İSTƏDİM,GÖRDÜM Kİ, MƏNİMLƏ EYNİ DƏRDDƏSİNİZ,BİZ CƏKDİYİMİZİ HEC KİM ÇƏKMƏSİN.HÖRMƏTLƏ SÜSƏN ANAR

    • @renahesenova5305
      @renahesenova5305 5 років тому +3

      @@susnqasmova5981 Dünyadan köçən bütün cavanlara canım fəda olsun, eləcə də sizin Anar balanıza. Caan . Mən yaxşı bilirəm ki, günlər , aylar ötsə də bizimcun həmin gündür . Bizim də balamizi dəniz ayırdı bizdən. Dənizi çox sevirdik. Amma indi ona nifrət edirik. Ona da, dünyaya da. Kərim de 2 universitet bitirib. Əsgəri xidmətini sağ salamat başa vurub. Biz hardan bilək ki , görəcək günlərimiz hələ qabaqdaymis. Sahildən cəmi 5 m. aralaniblar, axına düşüblər. O uşaqları xilas edib. Özü isə yorulub və..... Hər şey imtahandır dünyada. Allah insanlarcun 2 yer yaradıb: cənnət və cəhənnəm. Möminin əsil yurdu axirətdir, dünya deyil. 24 yaşlı gözəl balamdan ayrı düşdüm . Allah sevdiyi qullarını dünyadan qoruyur. Təsadüfən siz evin tək ovladi- xaricdə təhsil alan, orada suda boğulan Anarın anasisiz bəlkə? Məkanı cənnət olsun . Xahiş edirəm cavab yazın

    • @renahesenova5305
      @renahesenova5305 5 років тому +3

      @@susnqasmova5981 özünə qəsd etmək fikrini tamamilə yadınızdan çıxardın . Çünki bir daha övladınızı görə bilməzsiz. Allah qorusun. O dünyada balamizla gorusmey nəsib olsun bizə.

  • @dyrlidyrlim4524
    @dyrlidyrlim4524 5 років тому +4

    👍❤Coxu ağlamağa bəhanə gəzir...Bir nəfər kimi...

  • @kamrankamran9149
    @kamrankamran9149 5 років тому +2

    Cox gozel .super.ela

  • @nergisfalan
    @nergisfalan 5 років тому +2

    Super !

  • @wild_driver14
    @wild_driver14 5 років тому +3

    👏👏👏👏👏👏şairlərin ömrü elə qısadır ki,yaza biləcəyi şeirlərin mində biri qədər yazmağa bəs edir...

  • @gulkarim6916
    @gulkarim6916 5 років тому +1

    Oldur meni..gucum catmir olmeye..

  • @minayeazimova6597
    @minayeazimova6597 5 років тому +2

    Ne yaxwi ki bu dovrde dunyaya geldiniz nece ki texnika, internet, neceki qelbi duzluyu, pakligi seven insanlar olacaqsa sizler yawayacaqsiniz. Gede bilmeyeceksiz bu dunyadan cunki iz qoymusuz bu dunyaya sesinizle ruhunuzla...........

  • @saidaguseinova768
    @saidaguseinova768 5 років тому +2

    Allah size saire saglam uzun omur versin hemise yazib yaradasiz , Sizi dinlemekden doymarig hele kocmek heyatdan tezdi kimse size omur vermiyib her kes oz taleyini yasiyir var olasiz ♥️♥️♥️👏👏👏

  • @orxansemedbeyli7770
    @orxansemedbeyli7770 Рік тому

    Sizi var etməyə dünya durduqca
    Şeiriniz dillərdə əzbər olduqca
    Baxmazki boşalıb sonra dolduqca
    Sizi yaşatmağa xalq gücü çatar

  • @mercanekerimli6766
    @mercanekerimli6766 4 роки тому +1

    Sizin cox cidiliyinizi semimyetinizi cox beyenirem Allah sizi oz penahlnda saxlasln Amin inwallah 💋💖