Qusar rayonunun Urva kəndinin sakinləri ictimai nəqliyyat problemi yaşayırlar

Поділитися
Вставка
  • Опубліковано 23 сер 2024
  • Qusar rayonunun Urva kəndinin sakinləri ictimai nəqliyyat
    problemi yaşayırlar.
    Belediyye.netin məlumatına görə, uzun zamandır Urva
    kəndinə marşrut işləmir. Kənd sakinlərinin döymədikləri qapı,
    müraciət etmədikləri qurum qalmayıb. Hər dəfə onlara vəd
    verib ümidləndiriblər.
    Urvalılar, “Aylardır avtobus gözləyirik. Avtobus isə qeyb olub
    göylərə çəkilib. Elə deyirlər ki, gözləyin”, -səbrlərinin
    tükəndiyini bildirirlər.
    “Qazancımızı yola xərcləyirik. Taksi xidmətindən istifadə
    etməyə məcburuq. Əvvəllər şəhər mərkəzinə gedib-qayıtmaq 1
    manat 20 qəpiyə başa gəlirdi, indi 4 manata”, -sakinlərdən biri
    belə deyir.
    Qeyd edək ki, Qusar rayonunun Urva kəndi rayon mərkəzinin
    15 km-də yerləşir. Əhalisinin sayına görə rayonun ən böyük
    kəndlərindəndir.
    Məsələ ilə bağlı kəndin icra nümayəndəsinə müraciət etdik.
    Rəsmi qurumdan bildirildi ki, urvalıların avtobus problemi
    tezliklə həllini tapacaq.
    Məsələni diqqətdə saxlayacağıq.
    Belediyye.net

КОМЕНТАРІ • 9