Bura vətəndir - Qrızlar

Поділитися
Вставка
  • Опубліковано 8 жов 2020
  • “BURA VƏTƏNDİR”- QRIZLAR
    Ssenari müəllifi: Lütfi Nəzəroğlu
    Rejissor: Nəsimi Əliyev
    Filmdə,Şahdağ xalqları qrupundan olan qrızların tarixini,məşğuliyyətini,adət-ənənəsini əks etdirən süjetlər öz əksini tapıb.
    QRIZLAR- ta qədimdənAzərbaycanın etnik cəhətdən rəngarəng bölgələrindən olan Qubada, bir-birindən möhtəşəm dağ silsilələri ilə ayrılan, sıldırım qayalıqlarla əhatə olunmuş, dəniz sə- viyyəsindən 2000 metr yüksəklikdə, Şahdağın ətəklərində məskən salıblar. Bu etniklər,məskunlaşdıqları əraziyə görə tarixşünaslıqda və etnoqrafiyada «Şahdağ qrupu» və ya «Şahdağ xalqları» kimi təsnif edilən xalqlar sırasında yer alır.
    Qrız toponimi ilk dəfə, X əsrə aid mənbələrdə qeyd edilir.Digər Şahdağ etnosları kimi qrızlılıar da- kök etibarilə qədim alban tayfalarının varislərindən sayılır və Qubanın- sözü gedən Qrız kəndi bu etnosların qədim və baş kəndi sayılır.
    Qrız kəndinin adı yerli əhali arasında “Qərəz” kimi ifadə olunur. Bu etnik adda “hər” və ya “qər” etnoniminin olması, qrızlıların vaxtilə Qafqaz Albaniyasında məskunlaşan qədim “hər” və ya “er” tayfalarının varisləri olduğunu söyləməyə əsas verir.
    XIX əsrə aid mənbələrin verdiyi məlumata görə, 1870-ci illərdən etibarən qrızlılardan ibarət 640 ev düzənlik əraziyə, daha isti və mülayim iqlimi olan Müşkürə köçdüyü üçün, XIX əsrin sonunda Qrız kəndində cəmi 26 ev qalıb.XIX əsr müəlliflərindən N.K.Zeydlis Qrız kəndindən 39 obanın ayrıldığını yazır.
    Şahdağ kəndlərində olduğu kimi,qrızlılarda da sənətkarlıq sahələri, xüsusilə də toxuculuq, yun və gön-dəri emalı kimi sahələr geniş inkişaf edib.Qrız xalçalarının ən səciyyəvi xüsusiyyəti onların ortasında xaçvari ornamentin və əsasən tünd göy rəngdə olmasıdır. Qrızda “Səlim ağacı” adlı xalça çeşnisi çox geniş yayılıb.
    / ictimai.tv
    / ictimaitv.official
    itv.az/
    İTV xəbər: / @itvxbr6631
    #İTV
    #Buravətəndir
    #ictimaitv #video #televiziya #baku #videolar #itv

КОМЕНТАРІ • 29

  • @Jenniie56b
    @Jenniie56b 2 роки тому +11

    Doğma kəndim babam nənəm Allah sizə can sağlığı versin

  • @smidarazov..9907
    @smidarazov..9907 3 роки тому +21

    Cəkiliş edib göstərdiyinizə və bizi Azərbaycanda tanıtdırdığınıza görə sizə təşəkkür edirik .

  • @gabriellasefardi3659
    @gabriellasefardi3659 3 роки тому +10

    Ilk defe bele millet eshidtim. Ugurlar

  • @user-zq1oi3so5m
    @user-zq1oi3so5m 2 роки тому +7

    Eşq olsun qrızlılara' Saxurlardan sizə salamlar'

  • @romanhaciyev8890
    @romanhaciyev8890 3 роки тому +8

    Canim vətənim.Qrizlilarim

  • @gunayhesenova7644
    @gunayhesenova7644 3 роки тому +9

    Dogma kendim❤

  • @thomasangelo4969
    @thomasangelo4969 3 роки тому +9

    Çox maraqlı idi. Azərbaycanın varlığıdı hamısı. Qrızlara müraciətim, gözəl dilinizi mədəniyyətinizi qoruyun. Var olun!

  • @smidarazov..9907
    @smidarazov..9907 3 роки тому +14

    Cəkilişdə iştirak etmiş hər kəsə , əsasən Xədicə xanıma təşəkkür edirəm . Ümumiyyətlə bütün Qırızlılara harada yaşamalarından asıllı olmayaraq uzun ömür və cansağlığı arzu edirəm .

    • @alpancavanshir4267
      @alpancavanshir4267 3 роки тому +3

      Uzun illər qonşum olan Ulyas,Fazil qardaşları Qrızlı idilər.Allah hər ikisinə rəhmət eləsin.İlyas polistdə işləyirdi polkovnik idi.Bacıları indi də Bakıda məktəbdə ingilis dili müəllimi işləyir.

    • @sevdamemmedova7962
      @sevdamemmedova7962 2 роки тому

      Salam oinsi size.

    • @bybalaosmanov84
      @bybalaosmanov84 Рік тому

      Allah canina deymesin seninde qardas

  • @qabilaligev
    @qabilaligev Рік тому +2

    Mən Hümbət Fərəcov 1975 ci ildən 1980 ci ilə qədər Qıriz Əlik kəndlərində müəllim işləmimişəm.Özüm isə Gürcüstanda yaşayıram.Ekranda gördüyüm insanları çox yaxşı tanıyıram .Onlar dünyanın ən gözəl insanlarıdır.Abdurahman baba isə vaxt çox cavan idi .Rəhmətə gedənlərə Allahdan rəhmət diləyirəm.Sağ qalanlara salamlarımı göndərirəm.şıxbaba müəllim,Sizə və Qırızda yaşayanlara salamlar... Hörmətlə Hümbət müəllim...

  • @gulaynur2301
    @gulaynur2301 3 роки тому +6

    Qrız tarixini qoruyub bu günəcən saxlayan bizlərə tariximizi tanıdan bu gözəl, dəyərli, saf qəlbli və çox savadlı, samballı insanlara təşəkkür edirəm, can sağlığı diləyirəm.

  • @user-zs4hk5gs2u
    @user-zs4hk5gs2u Рік тому +1

    Cox saqerevin menim Qiriz xalqim !!!!!❤ Allah sizi qorusun!

  • @magerrammirzoev2868
    @magerrammirzoev2868 2 роки тому +3

    Ugurlar sizə.

  • @user-hp3et2pw8q
    @user-hp3et2pw8q Рік тому +1

    Сагъ хьурай кьырыцlар 🦅

  • @gunayhesenova7644
    @gunayhesenova7644 3 роки тому +6

    Ay Aydinnn dayi😂

  • @Boralo.946
    @Boralo.946 4 місяці тому

    Çox gözəl film alınıb 👍məndə qrızlıyam .atam qrız dilində təmiz danışır .Xədicə nənəyə də babayada Allah can sağlığı versin 🤲nənəmdə belə danışırdı .Çox gözəl yerlərdir.Nəzirə xanım sizdə çox sağolun 🤲

  • @user-er5jq6xn3j
    @user-er5jq6xn3j Рік тому +1

    Qrızlıdan salamlar

  • @leylasixaliyeva6282
    @leylasixaliyeva6282 3 роки тому +7

    ismayilli da qrizlar var. tek Qubada deyil

  • @ilkincavadov-zx4qe
    @ilkincavadov-zx4qe Рік тому

    Əbdülrəman allah rəhmət eləsin mekan cənnət olsun amin

  • @user-xp8gy8lp6q
    @user-xp8gy8lp6q 2 роки тому +1

    👍👍👍👍👍

  • @user-fx8bx6hu3x
    @user-fx8bx6hu3x 9 місяців тому

    Qanli dərədə erməni-bolşeviklərin dərsi 18 may 1918-ildə verilib. Ləzgi və digər yerli xalqlar tərəfindən. Dağıstandan da köməyə gəliblər. Osmanlı qardaşlarız isə Azərbaycana yayda gəliblər...

  • @ravidadasov8777
    @ravidadasov8777 2 роки тому +1

    fars dilli sayılır, TANRI var eləsin sizi