Bel Ağrısını BU YOLLA AZALDIN!

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • #KurekAgrisi #BelAgrisi #BehruzEyvazov
    Bəhruz Eyvazov - Neyrocərrah
    Tel: (050) 466-36-46
    (050) 880-07-88
    Sayt: Behruzeyvazov.com
    İnstagram: neyrocerrah_behruzeyvazov
    Facebook: Op.Dr.Behruz Eyvazov Neyrocerrah
    Bel ağrısı hərəkətsiz həyat fəaliyyətinin gətirdiyi problemlərdən biridir. Hər bir insanın həyatında ən azı bir dəfə başına gəldiyi bu şikayət həyat keyfiyyətini aşağı salmaqdadır. Bununla belə bel ağrısı önəmli bir xəstəliyin simptomu da ola bilməkdədir. Əzələ zədələnməsindən tutmuş, öd kisəsi, boyun və bel yırtıqları, ürək, böyrək, ağciyər kimi orqan xəstəliklərinin xəbərdaredici bir simptomu da ola bilər.
    Bel ağrısı nədir?
    Bel ağrısı baş nahiyəsindən başlayaraq belə qədər olan, onurğanın hər iki tərəfində yerləşən əzələlərin gərilməsi ilə meydana gələn ağrı formasıdır. Çox zamanda streslə əlaqələndirilən belə şikayətlər bir neçə gün ərzində keçib getməkdədir. Bəzi hallarda isə boyun, çiyin və bel nahiyələrindəki sinirlərin müəyyən səbəblərə bağlı olaraq basqılanması və həmin bölgədəki əzələlərin uzun müddət gərginləşməsi zamanı da bu tip ağırlara rast gəlinir. Bel ağrısı çox zaman diqqət edilməyən şikayətdir. Bir çox insan, xüsusən də yaşlı şəxslər bu kimi ağırları bir xəstəlik olaraq hesab etməz, ağrılarda birgə yaşamağa öyrəşərlər. Bəzən isə bel ağrıları ani şəkildə ortaya çıxır ki, cəld hərəkət və ya ağır fiziki iş zamanı qəfil bel tutulmaları bunlara bir misal ola bilər.
    Bel ağrısı nədən olur?
    Yaşam tərziniz bel ağrısının səbəbləri arasında önəmli bir yerə sahib ola bilər. Beləki, kompyuter qabağında uzun müddət çalışırsınızsa, gün içərisində çox az hərəkət edirsinizsə, yanlış duruşunuz, oturma formanız və qidalanma vərdişiniz varsa və ya həddindən çox küləkli, soyuq havalarda zaman keçirirsinizsə, bel ağrısı şikayətlərinizin ola ehtimalı daha da yüksəlir. Eyni zamanda artıq çəki, qorxu və ya psixoloji gərginlikdə beldə ağrıya səbəb ola bilir. Onurğanın arxasında uzun müddət hiss etdiyiniz ağrı, hərəkətlərinizdə məhdudiyyətlilik, əzələ ağrıları və bıçaq batması kimi yaranan ani ağrılar bel ağrısı əlamətləri arasındadırlar. Adətən belə ağrılar onurğanın bel nahiyəsi ətrafında hiss edilsə də, boyunda, qolda və ya ənsədə də hiss edilə bilər. Ancaq hərarətin yüksəlməsi, anidən çəki itkisi, şişkinlik, döş qəfəsində ağrı varsa və ya belinizdən zədə almısınızsa, ayaqlarda uyuşma hiss edirsinizsə və bu şikayətlər sizdə ilk dəfədirsə, həkimə müraciət etməniz tövsiyə olunur.
    Daha ətraflı videoda...

КОМЕНТАРІ • 9

  • @HesenovYaqub
    @HesenovYaqub 11 місяців тому +1

    Həkim bel ağrısını hansı həkimə ğöstərmək olar nevratataloq yoxsa terapiya

  • @elcinmustafayev9779
    @elcinmustafayev9779 2 роки тому +1

    Doş qəfəsi və kurək agrimasi

  • @aynureibrhimova8201
    @aynureibrhimova8201 3 роки тому +2

    Hekime uğurlar

  • @PUBGMOBILE-ov9nd
    @PUBGMOBILE-ov9nd 3 роки тому +3

    Salam doktor mənim belimdə xətlər var o nədəndi? Deyərdinizdə

  • @tkrbbinsgn7468
    @tkrbbinsgn7468 2 роки тому +1

    Bizə pul gətir desən
    sizin əksəryətiniz həkimləri deyirəm həmişə sadə insanları bir əli cibində olsun bizə yaxın olsun

  • @yagizinhazani2927
    @yagizinhazani2927 2 роки тому

    Salam hekim menim belim yatan zaman çox ağrıyır

  • @samsungsam0259
    @samsungsam0259 10 місяців тому

    Siz nə danışırsız ay həkim mənim belim hərəkət etməkdən ağrıyıre onda bəs mən neynim🤦🏻‍♀️

    • @dr.behruzeyvazov
      @dr.behruzeyvazov  10 місяців тому +1

      Salam.Hərəkət zamanı ağrılar artırsa onda fəqərələrdə qeyri stabillik olma ehtimali var.

    • @csur4232
      @csur4232 4 місяці тому +1

      @@dr.behruzeyvazov Salam həkim 28 yaşm var bel sinir ağrım olub iynə vudurdum keçti 1 aya yaxın ağrınadı sonra indi yenə ağrıyır mən boşalıram belim ağrıyır nə edim 😢😢