Prezidentin tapşırığını nazirlik yerinə yetirmir- Qazi / Şikayət

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024
  • İkinci Qarabağ müharibəsi iştirakçıları əlillik təyinatını ala bilməməsindən şikayətçidir.
    Onlar bildirirlər ki, dəfələrlə müraciət etmələrinə, müayinədən keçmələrinə baxmayaraq hələ də əlillikləri təyin olunmayıb.
    Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, Cəlilabad rayon sakini Rauf Mansurov və Lənkəran şəhər sakini Rasif Muradov dəfələrlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib.
    Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı vətəndaşların sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları müşahidə edilməyib.
    Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki şəxs barədə əlillik diaqnozu təyin olunmayıb.
    Hazırladı: Aygün Mirakif
    Kanalımıza abunə olmağı da unutmayın
    / anewstv
    Digər sosial şəbəkələrdə bizi izləyin
    Telegram - t.me/anews_az
    Facebook - / anews.az1
    Intagram - / anews.az
    Twitter - / anewsaz
    #Azərbaycan #AnewsTv #Xəbərlər #qazi #azərbaycan #pensiya

КОМЕНТАРІ •