Qarabağ qaziləri Milli Məclis qarşısında etiraz etdi - "Əlillik təyinatımızı verin!"

Поділитися
Вставка
  • Опубліковано 5 вер 2024
  • Bu gün, 8 aprel tarixində Birinci və İkinci Qarabağ Müharibəsi iştirakçıları Milli Məclis qarşısında etiraz ediblər.
    İkinci Qarabağ müharibəsi iştirakçısı Niyazi Qurbanlı bildirir ki, o dəfələrlə müraciət etməsinə baxmayaraq əlillik təyinatı və aylıq müavinat ala bilmir. Maddi vəziyyəti pisdir və müalicə xərclərini də qarşılaya bilmir. Bundan əlavə, dəfələrlə iş üçün aidiyyatı qurumlara müraciət etsə də, nəticəsiz qalıb.
    Birinci Qarabağ müharibəsi iştirakçısı Balaş Xankişiyevin sözlərinə görə isə o əvvəllər əlillik təyinatı və müavinatı alsa da, artıq almır. Eyni zamanda, avtomobil növbəsində olan vətəndaş sözügedən məsələnin də nəticəsiz qaldığını bildirir.
    Bizi digər sosial şəbəkələrdə izləyin.
    / nurlan.jurnalist
    Çəkin göndərin yayımlayaq - Whatsapp: +994 55 785 20 93 (Nurlan Libre)

КОМЕНТАРІ • 13