Sürücülər Azərbaycanda elektrikli avtomobil istifadəsinin çətinliklərindən danışır

Поділитися
Вставка
  • Опубліковано 16 вер 2024
  • Dünyanın bir çox ölkəsində ekoloji olaraq daha zərərsiz olduğu üçün üstünlük verilən elektrikli avtomobillərə Azərbacanda da rast gəlinir. Lakin sürücülər deyir ki, ölkədə elektrili avtomobillər üçün nəzərdə tutulan enerji doldurma məntəqələrinin sayı kifayət deyil.
    "Dövlət təşviq edir ki, insanlar elektro-mobilə keçsinlər. Çünki elektro-mobilə keçdiyi zaman ən birincisi, yəni bizim bütün gələcəyimiz təbiətdir, təbiəti korlamırıq", - elektro - mobil istifadəçisi Fuad Mustafayev belə deyir.
    Fuad Müstafayev də elektro-mobil istifadəçisidir. Deyir ki, özünü həm elektro-mobil həvəskarı, həm də ustası olaraq görür. Uzun müddət hibrid avtomobillərin Azərbaycanda satışı və təmiri ilə məşğul olduqdan sonra, özü də belə bir maşın almağa qərar verib. Lakin maşını aldıqdan sonra həm ehtiyat hissələrin çatışmazlığı, həm paytaxtdan kənarda enerji doldurma məntəqələrinin olmamağı ona maneələr törədib. O deyir ki, Bakıdan İmişliyə yola düşərkən enerji doldurma məntəqəsi olmadığına görə məcbur qalıb kafedə avtomobili enerji ilə doldurub. Lakin daha aşağı voltda olan cərəyana görə avtomobilin enerjisinin tam dolması onun bir neçə saatını alıb. Halbuki enerji doldurma məntəqəsində olan "fast charge" özəlliyi ilə bu müddət 20-30 dəqiqəyə qədər azalır.
    "Çox çətinliklə də olsa, mən öz rayonumuza gedib çata bildim. Və geri dönüşdə də yenə məcburiyyətdən ən azından bir kafe-restoranda oturub, bir neçə saat vaxt itkisiylə geri dönüş edə bildim. Yollarda çox çətindir, bu avtomobillərdə kondisionerdən istifadə edilən zaman batareyadan çox gedir, normal şəhərdə 150 km sürə bilirsənsə, rayon yolunda bunu 100 km düşünməlisən" , - Fuad Mustafayev deyir.
    Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı da hesab edir ki, Azərbaycanda elektro-mobillərlə bağlı infrastruktur inkişaf etməyib. O, xarici ölkələrdə bununla bağlı önəmli addımların atıldığını və insanları bu maşınlara keçməyinin təşviq olunduğunu deyir.
    "Dünyanın bir çox ölkəsində çox qısa müddətdə, çox uğurlu nəticələr əldə ediblər. Yaxşı təcrübələr var. Skandinaviya ölkələrində bu var, Almaniyada, Avropanın bir çox ölkələrində bu var. Bu addımlar atılır. Məsələn, Almaniyada elektro-mobil alan şəxsə dövlət tərəfindən bizim pulla hesablayanda təxminən 1200 manat civarında əlavə pul verilir", - ekspert deyir.
    Ekspert hesab edir ki, elektro-mobillərlə bağlı infrastrukturun inkişafı üçün dövlət maraqlı olmalıdır. Çünki bu avtomobillərin ekologiyaya vurulan zərər baxımından təhlükəsiz olması onları digər avtomobillərlə müqayisədə daha öndə göstərir.
    Kanala abunə ol - goo.gl/TcM9Fm
    Bizə maddi dəstək ol cutt.ly/destek
    WebSite: www.meydan.tv
    Facebook: MeydanTe...
    Twitter: / meydantv
    Google+ plus.google.co...
    İnstagram: / meydantv
    __________________________________________________________________
    Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

КОМЕНТАРІ • 28