APTEKİN YOLUNU Unudacaqsız - Bu Çayı GECƏ Dəmləyib İçin

Поділитися
Вставка
  • Опубліковано 30 вер 2024
  • #BirBax #xalqtəbabəti #zəfəran
    Bu videoda yuxu probleminə çarə olan, antidepressant təsirli, yaddaşı möhkəmləndirən, sinir sisteminə faydaları saymaqla bitməyən bir bitkidən danışacağam. Axşamlar yatmazdan əvvəl bu bitkidən bir çimdik götürüb, çayını dəmləyib içsəniz, möcüzə təsirlərindən faydalana biləcəksiniz. Hər gün marketlərdə rastlaşdığınız bu bitkini tanıdınızmı? Zəhmət olmasa şərh bölümünə adını yazın.
    Süfrələrin bəzəyi olan bu möcüzəvi bitki zəfərandır. Zəfəran antioksidant mənbəyidir, iltihabla mübarizədə effektivdir, yuxu ilə bağlı narahatlıqlar varsa, xilas yoludur. Eyni zamanda, həzm sisteminin işini nizamlamaq və immuniteti möhkəmləndirmək qabiliyyətinə malikdir. Yaddaşı gücləndirməsi, təbii antidepressant olması da onun şöhrətinə şan qatır. Xüsusilə, alzeymer xəstəliyinə qarşı qorumağı, öyrənmə bacarığını yüksəltməsi son dönəmdə zəfəranı araşdırmaçıların maraq dairəsində saxlayır.
    Zəfəran 10-30 sm hündürlüyündə çoxillik bitkidir. Onun açıq-bənövşəyi çiçəklərində qırmızı, ipəbənzər 3 ədəd ləçəkvari nəsnə olur. Bu nəslələr əsl zəfərandır. Biz onu qurudulmuş formada marketlərdə əldə edə bilərik. Lakin marketlərdə satılan hər zəfəran təbii deyil. Mütləq tanıdığınız, keyfiyyətinə etibar etdiyiniz firmaların zəfəranını alın. Əlimdə gördüyünüz bu zəfəran İlğım firmasına məxsus təbii zəfərandır. Gəlin indi də keçək zəfəranın faydalarına.
    -antioksidantlarla zəngindir, bu sayədə orqanizmi təmizləyir;
    -iltihab əleyhinə çıxış edir;
    -antidepressantdır;
    -həzm sisteminin işini nizamlayır;
    -immuniteti gücləndirir;
    -yaddaşı möhkəmləndirir;
    Zəfəranın yaddaşa müsbət təsiri barədə aparılan araşdırmalardan biri 2005-ci ildə yekunlaşıb. Sinqapur Milli Universitetinin əməkdaşları zəfəranın yaddaşı gücləndirdiyini qəti şəkildə dilə gətirdilər. Onların hesabatları KATAWEB saytında yayımlandı. Hesabatda qeyd edilirdi ki, zəfəran alzeymer xəstəliyindən əziyyət çəkənlərdə yaddaşı gücləndirir. Sinqapurlu araşdırmaçıların tədqiqat obyektləri 70-90 yaş aralığındakı qadınlar və kişilər idi. Bu insanların rasionuna zəfəran daxil edilmişdi. Nəticədə, sağlam olanların alzeymerə tutulma riskinin azaldığı da məlum oldu.
    Zəfəranın yuxu problemlərini həll etdiyini bayaq demişdim. Avstraliyadakı Murdoch Universitetinin əməkdaşlarının “Science Daily” (Siens deili) xəbər portalında yayımlanan araşdırması diqqət çəkir. Onların tədqiqatında 18-70 yaş aralığında olan 63 könüllü iştirak edib. Araşdırmaçılar iştirakçılardan 28 gün ərzində, gündə 1 dəfə zəfəranlı su içmələrini tələb ediblər. Sonda məlum oldu ki, zəfəran istifadə edənlərin yuxu ilə bağlı problemləri artıq həllini tapıb. Onlar hər gecə keyfiyyətli yuxu yatdıqlarını deyiblər. Araşdırmanın davamında zəfəranın heç bir əks təsirə malik olmadığı da müşahidə edilib. Elm adamları qətiyyətlə vurğulayırlar: “İstifadə etdiyiniz 7-ci gündən etibarən zəfəranın müsbət təsirlərini hiss edəcəksiniz!”
    Təbii antidepressant-zəfəran
    Adətən, yeməklərə dad və ətir verən zəfəran antidepressant kimi də məşhurdur. Narahatlığı yox edən, xərçənglə mübarizə aparan zəfəran ürək-damar xəstəliklərinin də qarşısını alır. 2020-ci ildə aparılan bir araşdırmada zəfəranın yüngül və orta dərəcədə depressiya halları zamanı antidepressant kimi çıxış etdiyi aşkarlanıb. Həmin araşdırmada ən çox istifadə edilən antidepressantla zəfəranın təsiri müqayisə edilib. Sonda bu qənaətə gəlinib ki, zəfəran həmin məşhur dərmanı əvəzləyə bilir. Zəfəran serotonin kimi neyrotransmitterləri artıraraq bu müsbət nəticəni yaradır.
    İmmuniteti gücləndirmək üçün zəfəran
    Tərkibindəki C vitamini sayəsində zəfəran soyuqdəymə zamanı vəziyyətin kəskinləşməsinə izn vermir. Hər 25 qram zəfəranda 20 milliqram C vitamini var. Və C vitamininin bu formulu orqanizm tərəfindən asanca mənimsənilir. Mütəxəssislərin yeganə xəbərdarlığı budur: hamilələr zəfəran istifadə etməsin! İndi bunun səbəbinə baxaq. Qida mütəxəssisləri zəfəran istehlakının hamiləlik dönəmində mənfi nəticə verəcəyini deyir, düşüklərə səbəb olacağını vurğulayırlar. Bununla belə, hər bir insanın zəfəran qəbulu zamanı müəyyən edilən normanı keçməməsi tövsiyə edilir. Həddən artıq zəfəran qəbul etmək böyrəklərə zərər vurar, baş ağrısı yaradar, diqqət dağınıqlığına səbəb olar. Zəfəran işığa məruz qaldığında qoxusunu və rəngini itirə bilir. Buna görə də, onu işıq düşməyən, tünd qablarda saxlayın.
    Göründüyü kimi, zəfəran dünya üzrə məşhurdur. Bu bitkinin möcüzəvi faydaları sağlamlığı qoruyur. Lakin bir şeyi unutmayın: müalicə məqsədilə nə qəbul etmək istəsəniz, öncə həkiminizlə məsləhətləşməlisiniz.
    #türkəçarə #ürək #qan #sağlamlıq #saffron

КОМЕНТАРІ • 86

  • @birbaxkanal
    @birbaxkanal  3 місяці тому +8

    Bizi haradan izləyirsiz? Zəhmət olmasa şərhə yazın❤

    • @elchinaliyev774
      @elchinaliyev774 3 місяці тому

      İspaniyadan salamlar.

    • @asifesgerov3284
      @asifesgerov3284 3 місяці тому

      GERANBOYDAN

    • @roma7410
      @roma7410 3 місяці тому +1

      Moskvadan

    • @rnaabbasov6914
      @rnaabbasov6914 3 місяці тому +1

      Cəlilabad

    • @bahrouzgasymow1966
      @bahrouzgasymow1966 3 місяці тому +4

      Dəmlənməsi , necə dəmlənir. Zəfəranın üstünə qaynar su töküb dəmləmək, ya ilıq suya zəfəran atıb dəmləmək və ya adi suya. Necə dəmləmək lazımdır ? Dəmləmə vaxtı nə qədər olmalıdır ? Nə vaxt içilməlidir ? İsti içmək ya ilıq içmək lazımdır ?

  • @shahriyarmahmudov5347
    @shahriyarmahmudov5347 3 місяці тому +4

    Biz Zərdab rayonunda bir hektar sahədə zəfəran becəririk.

  • @GulnareOrucova-o7h
    @GulnareOrucova-o7h 3 місяці тому +2

    Çox saq olun məsləhətə görə gözəl qlz Allah sizi qorusun mən isdfadə edrəm həm ürəyə həmdə gözlərə xeyirdi

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      İzləyib şərh yazdığınız üçün siz sağ olun

  • @ЛютфияМахмудова-м6ю
    @ЛютфияМахмудова-м6ю 3 місяці тому +3

    ❤чох сагол иншаАллах
    Бизда олиб ичарух
    Аллах жумла хасталара шифа версин 🤲

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      Amin, siz sağ olun🌹❤️

  • @makcvachenko2023
    @makcvachenko2023 3 місяці тому +1

    Zəfran2 cur olur

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 3 місяці тому

    Biz də həyətdə əkirdik.Amma Abşeron zəfaranı deyil.

  • @susenrehimli6854
    @susenrehimli6854 3 місяці тому +3

    ZƏFƏRAN ATAM ƏKƏRDİ HƏYƏTİMİZDƏ

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      İndi etmirsiniz?

    • @yeganeqaniyeva8706
      @yeganeqaniyeva8706 3 місяці тому

      Salam Allah sizdən razı olsun amin bilmədoyimizi bildik

    • @yeganeqaniyeva8706
      @yeganeqaniyeva8706 3 місяці тому

      ​@@birbaxkanal Salam mənim atamda əkərdu heç bu qədər faydalı olduğunu bilməzdik

  • @kovakadini88
    @kovakadini88 3 місяці тому +2

    Təşəkkürlər ♥️ Gözəl Qız 🌹🥰🙏✌️

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому +1

      Mən təşəkkür edirəm

  • @asifesgerov3284
    @asifesgerov3284 3 місяці тому +3

    Coxlu coxlu sag olun.

  • @SedaqetSedaqet-s5g
    @SedaqetSedaqet-s5g 3 місяці тому

    Qaynanam da çoooxx istifadə edir Plovda və halvada Məncə də çox xeyirlidir

  • @SiyavusArazov-gk1tn
    @SiyavusArazov-gk1tn 3 місяці тому +1

    Bakıdan dinləyirəm ən çox anam baxır təşəkkürlər çox sağ olun

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      Siz sağ olun❤️🙏🏻

  • @kamalagafarova7937
    @kamalagafarova7937 3 місяці тому +1

    Bağımızda bitir, hamıya paylayıram. Amma özüm ancaq plovda və bəzi yeməklərdə işlədirəm. Hamıya dəmləyib içməyi məsləhət görürəm, amma özümüz çayını dəmləyib içmirik)

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому +1

      İnsan özünə qarşı həmişə laqeyd olur. çalışın əsas özünüzə yaxşı baxın. Siz sağlam olsanız, onlara da həmişə baxa biləcəksiz.

    • @kamalagafarova7937
      @kamalagafarova7937 3 місяці тому

      @@birbaxkanal
      Düz deyirsiz.

  • @ElmarAbdulaev-hg1fu
    @ElmarAbdulaev-hg1fu 2 місяці тому

    Zəfarandı həryerdə varçox sevirəm

  • @afetNiftiyeva
    @afetNiftiyeva 3 місяці тому +2

    Xaçmazdan salamlar❤❤❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      Salamlarımızı göndəririk❤️

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 3 місяці тому

    Salam,dəmləyib içmişəm,gözümə faydası olub.

  • @zahraseven701
    @zahraseven701 3 місяці тому

    Təşəkkür edirəm 🌹ALLAH sizdən razı olsun.

    • @birbaxkanal
      @birbaxkanal  2 місяці тому

      Biz təşəkkür edirik💕

  • @metaneteliyeva9145
    @metaneteliyeva9145 3 місяці тому +1

    gözümə tökürəm

  • @valdakhanjanova7212
    @valdakhanjanova7212 3 місяці тому

    Zeferan aliram kohne cixir hec bir dad qoxu vermir. Insallah Azerbaycana gelende ordan alib getirem gerey

  • @ilhameeyvazova8350
    @ilhameeyvazova8350 3 місяці тому +1

    Çox sağ olun, Əla

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 3 місяці тому +4

    Anam ( rəhmətlik) plov bişirəndə ona qatardı. Həyətimizdə əkərdi.

  • @vsilliyeva2167
    @vsilliyeva2167 3 місяці тому

    Mədə eruzyası, refluya zəfəran olar

  • @metaneteliyeva9145
    @metaneteliyeva9145 3 місяці тому

    Bəli,mən tez-tez içirəm,hətta, gözümə də çəkirəm.Ancaq Bilgəh zəfəranından istifadə edirəm

  • @akifmamedov7401
    @akifmamedov7401 3 місяці тому

    Salam. Göstərdiyiniz ikinci bitkini mən əkmişəm, lap çoxdan. Mənə də toxumu zəfəran adı ilə vermişdilər. Çox həvəslə becərdim. Amma onu da deyim ki, xoş ətri var. Onun da faydaları və ya ziyanları haqqında məlumat versəniz çox yaxşı olar. Çox sağ olun.

    • @NiyazTeymurov-i2k
      @NiyazTeymurov-i2k 2 місяці тому

      Ele esili siz eken zeferandi, o biri reklama oxwadi hec duz emelli gorunmedide neceliyi qitu gorundu ancaq

  • @eltunmamedov8551
    @eltunmamedov8551 3 місяці тому

    Əsil zəfəran hardan almaq olar?

  • @ВугарНасиров-ч5ф
    @ВугарНасиров-ч5ф 3 місяці тому

    Fizuli hekim deyir zeferanı demliyib göze damcılatmaq xeyirdir,istifade eden var göz üçün faydasını gören var?

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому +1

      Mən də eşitmişəm. Bizim kanalda zəfəran videosu var. Onun komentlərinə baxın

  • @ruslanresulov3546
    @ruslanresulov3546 3 місяці тому

    Öz adimnan mi etdaram size var oluz❤❤❤❤❤

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      Çox sağ olun🌹🙏🏻

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 3 місяці тому

    Salam Sumqayıt şeherinnen abşeronnanda izleyirik . Mağazada esil zefaran deyil heç vaxtda yada rayon zefaranıda işletmirik . Çünki Baki kentderındeki zefereran esil zefarandı qohum tanışlardan alıb istifade edirik tşk edirem 👍🙏❤️

  • @leylakom7795
    @leylakom7795 3 місяці тому

    Salam, mənim Qaynanam Rayonda bitkini əkir və zəfəran yigir ) ondan istifade etməy olar?

  • @camalmmmdov4375
    @camalmmmdov4375 3 місяці тому +1

    Zəfəran❤

  • @elchinaliyev774
    @elchinaliyev774 3 місяці тому

    Allah rəhmət eləsin Mirzə Babayev də oxuyanda deyirdi.

  • @xeyalbabayev4070
    @xeyalbabayev4070 3 місяці тому

    Aparıcı gözəl xanim maarifləndirdiyiniz üçün çox çox təşəkkürlər 🌹🌹🌹🙏🙏🙏

  • @ANAR-MUSAYEV.
    @ANAR-MUSAYEV. 3 місяці тому

    Salam ilığım məhsullarının xüsusi mağazası var bakıda?

    • @birbaxkanal
      @birbaxkanal  3 місяці тому

      Bütün marketlərdə məhsulları olur satışda

  • @AslanZolalov
    @AslanZolalov 3 місяці тому

    Biz ailəvi çox sevirik biz çox-çox istifadə edirik

  • @JULIVASILAHMEDLI
    @JULIVASILAHMEDLI 3 місяці тому

    Teşekkürler 🙏

  • @mahirmehdiyev807
    @mahirmehdiyev807 3 місяці тому

    Biləcəri qəsəbəsindən izləyirəm.

  • @fazil7016
    @fazil7016 3 місяці тому +1

    Ay ZEFERAN ❤xanim😊zeferanin qiymetiden xeberiniz var yeqin

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 3 місяці тому

    Çox sağ ol

  • @RaminaElebelee
    @RaminaElebelee 3 місяці тому

    Təşəkkür❤❤

  • @roma7410
    @roma7410 3 місяці тому

    👍👍👍❤

  • @AzerQasimov-j1h
    @AzerQasimov-j1h 3 місяці тому

    Bele deyerli melumata gore cox sagolun bilmediklerimizde sizden öyrenirik cox sagolun ki marifləndirisiniz imkan daxilində etməyə çalişiriq 😊