Yol nişanları - Məcburi hərəkət istiqaməti nişanları. II hissə

Поділитися
Вставка
  • Опубліковано 9 вер 2024

КОМЕНТАРІ • 36

  • @fuadabbas9917
    @fuadabbas9917 3 роки тому +3

    Çox saqolun müəllim. Qəliz yazılan qaydaları asan şəkildə başa saldığınız üçün bloqunuzu izləyirəm. Uğurlar

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Öyrənmək istəyinizə və zəhmətimi dəyərləndirdiyinizə görə Sizi də çox sağ olun.Videoları və bloq yazılarını izləməkdə davam edin.Yeniləri hazırlanır.Sizə də uğurlar arzulayıram.

  • @Jumpstartauto436
    @Jumpstartauto436 2 роки тому +1

    Allah sizdən razı olsun Rasim müəllim

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Öyrənmək həvəsinizə görə Allah sizdən də razı olsun.

  • @Ramiləbədəlova9817
    @Ramiləbədəlova9817 3 роки тому +2

    Allah razı olsun çox sağ olun.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Qiymətləndirdiyinizə görə Allah Sizdən də razı olsun.

  • @kananguliyev9716
    @kananguliyev9716 3 роки тому +2

    Çox sağolun. Minnətdaram. Biliklərimi yenilədim sayənizdə

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun.Öyrənmək həvəsinizə görə mən də Sizə minnətdaram.Hamılıqla çalışıb yollarda qəzaların sayını azaltmalıyıq.Tanış sürücülərə də təlqin edin ki, onlar da qaydaları daim təkrar etsinlər ki, yadlarından çıxmasın.

  • @zumrudazimli3924
    @zumrudazimli3924 3 роки тому +1

    Təşəkkürlər müəllim. Cox sag olunki belə videolar çəkirsiz. 😊

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Sizə də təşəkkür ki, zəhmətimi qiymətləndirirsiniz

  • @nigargurbanzade6029
    @nigargurbanzade6029 2 роки тому +1

    Bu cur etrafli melumat ucun tesekkur edirem.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому +1

      Zəhmətimə qiymət verdiyinizə görə mən də Sizə təşəkkür edirəm. Əgər imtahana hzırlaşırsinizsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də UA-cam-də imkanlar məhduddur

    • @nigargurbanzade6029
      @nigargurbanzade6029 2 роки тому

      @@RasimIsmayiloglu Tesekkur edirem Rasim bey🙏

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Sağ olun

  • @ruslanterlanov7705
    @ruslanterlanov7705 3 роки тому +1

    Sağolun məllim ALLAH razı olsun

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Zəhmətimi qiymətləndirdiyiniz üçün Allah Sizdən də razı olsun

  • @konulliyeva4821
    @konulliyeva4821 3 роки тому +1

    Təşəkkür edirəm

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Zəhmətimi qiymətləndirdiyinizə və öyrənmək həvəsinizə görə mən də Sizə təşəkkür edirəm.

  • @dilaragachayli8754
    @dilaragachayli8754 2 роки тому

    Çox sagolun ❤️ugurlar

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  2 роки тому

      Zəhmətimi dəyərləndirdiyiniz üçün Sizi də çox sağ olun. Əgər imtahana hzırlaşırsınızsa daha geniş şəkildə olan bloq yazısını da oxumaq məsləhətdir.Çünki, səs yazısında nəyi isə ötürə bilərsiniz.Həm də UA-cam-də imkanlar məhduddur. Əgər imtahana hazırlaşırsınızsa Sizə də uğurlar.

  • @Hijab_makeup_by_peri.
    @Hijab_makeup_by_peri. 3 роки тому

    Cox sagolun Allah razi olsun sizden

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Dəyərləndirdiyiniz üçün Allah Sizdən də razı olsun.

  • @Natiq1720
    @Natiq1720 Рік тому

    Salam Rasim muellim. demeli Isamyilli rayonunda `kepenek ` deyilen erazide daire var.Bakidan gelen ucun hem daire isaresi hemde bas yol isaresi qurasdilrilib.ama daireye daxil olub sonra sola donerken sagdan gelen NV buraxmag lazimdi.eks halda YPX cerime yazirki bes sagdan geleni buraxmadin.deyirki sagdan gelen ucun bas yol isaresi qurasdirilib.bes eger heledise dairede olanlar ucunde 2.4 nisani yeni yol ver nisani qurasdirilmaliydi .belke sehv deyirem,komeklik edesiniz. cunki Bkida Nazim Hikmet yoluyla uzu kenar dairevi yola gederken orda daire var,sagdan gelenler ucun bas yol bizim ucunde 2.4 nisani var.ona gorede yol veririk.ama Ismayillida situasiya ferqlidi.orda daire yol ver nisani yoxdu.ama sagdan gelene yol vermesek cerime olunurug.sizin bu meselede qanuni izahinizi xahis edirem.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому +1

      Yolayrıcını görmədən konkret cavab yazmaq çətindir. Baş yol nişanının altında baş yolun istiqaməti lövhəciyi yoxdursa yolayrıcında baş yol düzünə davam edir. Bu zaman qarşıdan gələn də baş yolda olur. Ona görə də siz sola dönəndə qarşıdan gəlib sağa dönən də baş yolda olduğundan ona yol verməlisiniz. Ümumiyyətlə bilməlisiniz ki, hər iki relssiz nəqliyyat vasitəsi baş yolda, hər ikisi ikinci dərəcəli yolda və ya hər ikisi eyni əhəmiyyətli yolda olduqda sağı boş qaydası qüvvədə olur.

  • @AqilQasmov023
    @AqilQasmov023 6 місяців тому

    Salam Rasim müəllim necəsiz? sizin videoları izləyirəm və çox kömək olur. İndi sizə bir sualım var. Məcburi sağa və məcburi sola nişanında dönmə siqnalı verilməlidirmi? Öncədən təşəkkürlər

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 місяців тому +1

      Sizin verdiyiniz sual “Yol hərəkəti haqqında” Qanunda “Hərəkətə başlama, manevr etmə” 42-ci maddə ilə tənzimlənir.
      Maddə 42.I. Sürücü dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir.
      Bu qaydanın məniqi ondan ibarətdir ki, nəqliyyat vasitəsi yolda sağ tərəfə yer dəyişmədən qabaq sağa, sol tərəfə yer dəyişmədən qabaq isə sola siqnal verməlidir.
      Maddə 42.III. Dönmə göstəriciləri və ya əl ilə verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır.
      Hərəkət hissəsində zolağı dəyişmədən yolun əyri xətli trayektoriyası ilə (məsələn: sağa təhlükəli döngə ilə) hərəkət edən nəqliyyat vasitəsində dönmə siqnalı verilməməlidir. Çünki bu, digər sürücülər tərəfindən zolağı dəyişmək, yoldan çıxmaq və ya dayanmaq niyyəti kimi qəbul edilə bilər.
      Bu maddələrə əsasən “Sağa hərəkət” və “Sola hərəkət” məcburi hərəkət istiqaməti nişanları vurulan yolayrıcına çatıb dönməzdən qabaq mütləq sağa və ya sola dönmə siqnalı verilməlidir.
      Sonda isə Sizə bir dəfə məsləhət görmüşdüm ki, bloq yazılarımı oxuyasınız. Əgər “Hərəkətə başlama, manevr etmə” bloq yazımı oxusaydınz bu suala da ehtiyac qalmazdı.

    • @AqilQasmov023
      @AqilQasmov023 6 місяців тому

      @@RasimIsmayiloglu blok yazılarınızı oxumuşam, kitab da oxuyuram. Amma bəzi insanlar inad edir ki məcburi sağa və məcburi sola nişanı onsuz da başqa istiqaməti qadağan edir dönmə göstəriciləri nəyə lazımdır.dəqiqləşdirmək üçün yazdım sizə.yenə də cavab yazdığınız üçün təşəkkürlər.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  6 місяців тому +1

      Öyrənmək həvəsinizə görə Sizə də təşəkkürlər.

  • @nesimiisayev2079
    @nesimiisayev2079 3 роки тому

    Salam
    4.4 Minik avtomobillərin hərəkəti nişanın izahında "yol ver " nişanı da var idi. ( şəkillərin 1-ində). O şəkildə yol ver nişanının təyinatı nədir? Xaiş edirəm izah edin. Çox sağ olun.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      4.4 Minik avtomobillərinin hərəkəti" nişanının izahında Sizin qeyd etdiyiniz şəkildə olan "Yol verin " nişanı bu nişanlar vurulan yolun ikinci dərəcəli yol, yan yolun isə baş yol olduğunu bildirir və yandan - baş yoldan gələnlərə yol verməyi tələb edir. Bilirsiniz ki, bir dayaqda 3-ə qədər nişan vurula bilər.

  • @faiqhuseynov2165
    @faiqhuseynov2165 Рік тому

    4.4 nişanı.Minik avtomobillərin hərəkəti qadağandır nişanında velosipedlərin hərəkətinə icazə verilir? Zəhmət olmasa Rasim müəllim cavablandırardiz.

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  Рік тому

      4.4 "Minik avtomobillərin hərəkəti" nişanı icazə verdiyi 4 qrup nəqliyyat vasitəsindən başqa digər nəqliyyat vasitələrinin, o cümlədən velosipedlərin bu nişan vurulan yola daxil olmasına icazə vermir.

  • @serxan89serxan94
    @serxan89serxan94 3 роки тому

    Babek prospekti. üzü şeherden gelende üstünlük körpüden düşenindir . yoxsa körpünün aşağı sağ terefinden gelenin? (babek plaza teref) orda heçbir nişan yoxdur

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому +1

      Siz dediyiniz yeri mən yaxşı tanımıram.Sizin yazdığınızdan belə başa düşülür ki,heç bir nişan yoxdur və nəqliyyatlar yer dəyişirlər.
      "Yol hərəkəti haqqında"Qanunun 42.V maddəsi:
      Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişymədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə,onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
      Bu qayda yolun eyni istiqamətli hərəkət hissələrinin birindən digərinə yerdəyişməsi zamanı da qüvvədədir.

    • @serxan89serxan94
      @serxan89serxan94 3 роки тому

      @@RasimIsmayiloglu tesekkur

    • @RasimIsmayiloglu
      @RasimIsmayiloglu  3 роки тому

      Öyrənmək istəyinizə görə Sizə də təşəkkür