Sərhədçilər "Heydər Əliyev zirvəsi"nə yürüş etmişlər

Поділитися
Вставка
  • Опубліковано 3 тра 2023
  • Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ərəfəsində zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, Milli Sərhəd Strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə sərhədçi ehtiramının bildirilməsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil olunmuşdur.
    Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları sərt iqlim şəraitində mürəkkəb relyefə malik olan dağlıq ərazini böyük ruh yüksəkliyi və əzmkarlıqla fəth edərək təyin olunmuş zirvəyə qalxmış, orada Azərbaycan Respublikasının Dövlət Bayrağını və “Həyatı nəsillərə nümunə olan və xalqın qəlbində əbədi yaşayan Ümummilli Lider Heydər Əliyev - 100 il” sözləri yazılmış barneli ucaltmış, Dövlət Himnini ifa etmişlər.
    Yürüş iştirakçıları zirvədə “Müasir Azərbaycanın memarı və qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır” sözləri əks olunmuş metal lövhəni qaya üzərində bərkitmişlər.

КОМЕНТАРІ • 21

  • @gulbnizjfrzade9760
    @gulbnizjfrzade9760 Рік тому +4

    ALLAH DÖVLƏTİMİZİ ORDUMUZU CƏNQAVƏRLƏRİMİZİ DAİM VAR QÜCÜYLƏ QORUSUN UCALTSIN MÜZƏFƏR VƏ QALİB ETSİN 🤲🤲🤲💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿

  • @rubabdjavadzade401
    @rubabdjavadzade401 Рік тому +7

    Can Həm Qardaşım həm Atam ❤Allah sizi qorusun.Ogurlarin bol olsun Qardaşım.X.

  • @mehemmedelimemmedli2663
    @mehemmedelimemmedli2663 Рік тому +5

    Allah qorusun Butun herbicilerimizi

  • @ferhadeliyev6225
    @ferhadeliyev6225 Рік тому +3

    Affərin Sərhədçilər😘😘😘👍👍👍

  • @heyatfani_olumani3386
    @heyatfani_olumani3386 Рік тому +3

    Salam Allah pənahında saxlasın🙏

  • @eljanrahimov
    @eljanrahimov Рік тому +2

    Bravo Serhedciler ♥️🇦🇿

  • @xxxyusifkillers4780
    @xxxyusifkillers4780 Рік тому +1

    Allah qorusun hər birinizi

  • @sadiqpenahli2876
    @sadiqpenahli2876 Рік тому +3

    Hərzaman və Həryerde DSX❤

  • @mehmetozdemir9163
    @mehmetozdemir9163 Рік тому

    Yuva Yaptık Daglara Diyorduk Ya İşte Canllı Numunesi

  • @dilaraismayilova4174
    @dilaraismayilova4174 Рік тому +1

    Allah sizləri pənahında saxlasın

  • @mahirmamedxasanov47
    @mahirmamedxasanov47 Рік тому +1

    Аллах горсун

  • @aynurmemmedzade8527
    @aynurmemmedzade8527 Рік тому

    Canım oğlum🇦🇿🇦🇿🇦🇿👍

  • @narimansamedov7732
    @narimansamedov7732 Рік тому

    ALLAH SİZLƏRİ QORUSUN ƏZİZ SƏRHƏDÇİLƏRİMİZ.AMİN ALLAH🤲🤲🤲SİZ VARSINIZSA,AZƏRBAYCAN VAR DEMƏKDİR!!!!❤❤❤

  • @Fb949
    @Fb949 Рік тому

    Allah sizi hər zaman müzəffər eləsin....

  • @grandmastertile2435
    @grandmastertile2435 Рік тому

    Allah sizi qorusun Azərbaycan əsgəri