DSX Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib

Поділитися
Вставка
  • Опубліковано 15 тра 2024
  • May ayının 15-də Dövlət Sərhəd Xidməti Akademiyasının növbəti buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.
    Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində keçirilən tədbirdə mərasim iştirakçıları Fəxri xiyabana gələrək Dahi Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
    Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Akademiyanın Döyüş Bayrağı sıra meydanına gətirilib və gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.
    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, tariximizin ən böyük sərkərdəsi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın ard-arda möhtəşəm zəfərlər yaşadığını, döyüş meydanında, xüsusi əməliyyatlarda Silahlı Qüvvələrimizin gücünü, qüdrətini, sarsılmazlığını və vətənə bağlılığını nümayiş etdirdiyini, Azərbaycan zabitinin örnək hünəriylə dünyaya səs saldığını qürur hissi ilə vurğulayıb.
    Bildirilib ki, bu gün sırada dayanan məzunlar ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunduqdan sonra zabit rütbələrini alan ilk Azərbaycan vətəndaşlarıdır.
    Gənc zabitlərin DSX Akademiyasında aldıqları təhsil, onların vətənə bağlılığı qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradacaq və daim zabit andına sadiq qalaraq Vətənimiz Azərbaycana şərəf və ləyaqətlə xidmət edəcəkləri əminliklə ifadə olunub.
    Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində komandir və pedaqoji heyətinin xüsusi rolu olan bu ali təhsil müəssisəsində əcnəbi vətəndaşların da təhsil alaraq 5 illik zabit hazırlığı kursunu uğurla başa çatdırmaları DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin bariz nümunəsi olduğu qeyd edilib.
    Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbərliyi sərhədçi adına layiq görülən məzunları təbrik edib, onların valideynləri ilə görüşüb və gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirilib.
  • Спорт

КОМЕНТАРІ • 47

  • @zaminheziyev7600
    @zaminheziyev7600 2 місяці тому +11

    Dəyərli sərhədçilər Allah sizləri qorusun!

  • @oyuncilqini613
    @oyuncilqini613 2 місяці тому +4

    Allah qorusun Mənim oğlumada nəsib olsun İnşəAllah sənədlərini verib komisarlıqdan cacab gözləyiruk

  • @user-dz5rz7rg9n
    @user-dz5rz7rg9n 2 місяці тому +5

    Vətən Sərhəddən Başlayır 🇦🇿💪

  • @AdilMmmdov-vn7wh
    @AdilMmmdov-vn7wh 2 місяці тому +5

    Cenab GENERAL ELCIN QULIYEV xahis edirik bizimde isimize baxasiz nece aydi berpa yazmisq her weyden kecmisik bir melumat veren yoxdur

  • @teymurhacyev5228
    @teymurhacyev5228 2 місяці тому +5

    Allah bu xoş gündən mənədə nəsib etsin son 1 il qaldı Oğlum leytinant rütbəsi almağa Allah yolunuzu açıq etsin. Əziz Gənclər

  • @R_89685
    @R_89685 2 місяці тому +2

    İnşəllah məndə o məktəbdə oxuyacam az qalıb 1ildən sora məndə sərhədçi olacam inşəllah

  • @eliabbasov6047
    @eliabbasov6047 2 місяці тому +3

    Hər birnizi uca Allah qorusun Amin

  • @talehmemisov4857
    @talehmemisov4857 2 місяці тому +2

    Sərhədçi peşəsi çətin olduğu qədər də romantik peşədir🇦🇿

  • @lipasahuseyinov974
    @lipasahuseyinov974 2 місяці тому +1

    Təbriklər İnşallah arzusunda olanlara qismət olsun məndə içində💪👍

  • @elmiraiskenderova175
    @elmiraiskenderova175 2 місяці тому

    ALLAH hamınızı qorusun.Dunyamız salamat olsun.Amin.

  • @faridhuseynov2484
    @faridhuseynov2484 2 місяці тому

    Dəyərli sərhədçilər bayramınız kutlu olsun. Tanrı sizləri qorusun💙❤️💚

  • @hicranmahmudova2000
    @hicranmahmudova2000 2 місяці тому

    Allah qorusun🤲Allah dünyamızı salamat eləsin🇦🇿🇦🇿

  • @user-hq1br2zu1i
    @user-hq1br2zu1i 2 місяці тому

    Ma Şə Allah!!! Allah qorusun hamınızı🤲🤲🤲

  • @aidhuseynova6306
    @aidhuseynova6306 2 місяці тому

    Rəbbim sizi qorusun ana qurban sağ salamat sənde qurtarsa inşa Allah

  • @LaleEliyeva-wg5jm
    @LaleEliyeva-wg5jm 2 місяці тому

    Allah sizi qorusun dəyərli Sərhədçilərimiz

  • @elsenmustafayev5289
    @elsenmustafayev5289 2 місяці тому +1

    Xeyirli ve uğurlu olsun İnşallah

  • @Tan1l_maz
    @Tan1l_maz 2 місяці тому

    D.S.X❤ ALLAH qorusun bütün hərbiçilərimizi🤲

  • @mezifeyzi8784
    @mezifeyzi8784 2 місяці тому

    YAŞASIN AZERBAYCAN ORDUSU ❤FƏXİRLƏRİMİZ ❤ƏMRİNƏ HAZIRIQ ALİ BAŞ KOMANDAN ❤

  • @MehmanEzizov-xo5rw
    @MehmanEzizov-xo5rw 2 місяці тому +1

    Allah qorusun ordumuzu.

  • @oyuncilqini613
    @oyuncilqini613 Місяць тому

    Salam xaiş edirəm bilən varsa cavablandırsın.Akademiyaya qəbul olduğunu bilmək nə zaman olacaq hansı ay bilinəcək ki qəbul olub uşaq

  • @NergizQuliyeva-jp5mt
    @NergizQuliyeva-jp5mt 2 місяці тому

    Allah sizi qorusun Amin

  • @turalnqsicahan5834
    @turalnqsicahan5834 2 місяці тому +2

    UĞURLAR

  • @softy-panda2006
    @softy-panda2006 10 днів тому

    İnşaallah cavablar görən nə vaxt çıxar?

    • @s.b.5234
      @s.b.5234 2 дні тому

      Neçə bal yığmisiz?

  • @user-zz2wb7cn4p
    @user-zz2wb7cn4p 2 місяці тому

    Canim qardaşim bitdii.buda son.4ilin eziyyetine sonn😢

  • @user-tb5pd3lp9b
    @user-tb5pd3lp9b Місяць тому

    CanımızAzərbaycanımızın Prezidenti Ümummilli Lider Heydər Əliyev. Allah Rəhmət Etsin Ruhu Şad Olsun Məzarı Behişt Olsun Amin Və Bütü Ordunu Allah Qorusun Sağlam Düşüncələr Bayraq Və Xalq Üçün 🇦🇿🤘🇹🇷✊🇦🇿

  • @vusalresulov2197
    @vusalresulov2197 2 місяці тому +1

    Mən oğluma D S X nin xüsusi məktəbinin cəklişdərini göstərdikdən sonra başdadi dərs oxumaqa səhər saat 6 dan durub axşama qədər oxuyurdi imtahanda 27 bal yiqib girə bilmədiyini hiss edir cox pis olub. Allah hərbicilərmizi qorusun

    • @resulll._
      @resulll._ 2 місяці тому

      girib

    • @vusalresulov2197
      @vusalresulov2197 2 місяці тому

      Bilmirəm hec bir xəbər yoxdur

    • @aidhuseynova6306
      @aidhuseynova6306 2 місяці тому

      ​@@resulll._xeyir girmeyib ən son giriş bali 32baldi

    • @oyuncilqini613
      @oyuncilqini613 2 місяці тому

      Sənədlərini vermisiz ? Biz vermişik artıq 2 həftədir ancaq hərbi hosbitaldan çağırmalıdırlar hələ xəbər yoxdur

    • @nerimanibrahimli
      @nerimanibrahimli 2 місяці тому

      @mobile oguz

  • @liabdullayev9800
    @liabdullayev9800 2 місяці тому +1

    Allah amanında olun

  • @Alifarazi508
    @Alifarazi508 2 місяці тому +1

    DSX❤

  • @vuqarbayram2897
    @vuqarbayram2897 2 місяці тому +1

    DSX nin vuran eli 🇦🇿Cevik hemse yukseklerde olasiz..

  • @neymanesgerov1721
    @neymanesgerov1721 День тому

    Menimde oglum cavab gozluyur senedlerin verib

  • @seyranmmmdov3204
    @seyranmmmdov3204 2 місяці тому

    DSX TƏK VƏ YEK