Səni sevmək üçün gəldim dünyaya - Zəlimxan Yaqub / öz səsi ilə / şeirlər
Вставка
- Опубліковано 7 лют 2025
- Səni sevmək üçün gəldim dünyaya - Zəlimxan Yaqub / öz səsi ilə / şeirlər
Səni sevmək üçün gəldim dünyaya
Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.
Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.
Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.
Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.
Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür Yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.
Səni sevmək üçün gəldim dünyaya.
-------
1. Videonu bəyəndinizsə LİKE düyməsinə tıklayın ki, video daha çox insana çatdırılsın.
2. Ən yeni videolardan xəbərdar olmaq üçün kanalımıza ABUNƏ olun və "zınqırov" işarəsinə tıklayaraq bildirişləri aktiv edin..
-------
DİQQƏT: © Müəllif hüquqları qorunur..!!!
QN Production
Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
~ UA-cam: / qnproduction
#zelimxanyaqub #seirler #şeirler
Allah sənə rəhmət eləsin gözəl sənətkar yazdıqların hamısı birbirindən gözəldi ruhun şad olsun hər zaman yaşayacaqsan
Allah sizə rəhmət eləsin ustad bəh bəh heyif yerin görünür məkanin cənnət olsun ❤😂
ALLAH sizə rəhmət eləsin ŞAİR.
Allah rəhmət eləsin 😢
TÜRK DÜNYASININ BÖYÜK ŞAİRİ, RUHİ QİDASI ALLAH QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN!!!BELƏ SİNƏDƏFTƏR İNSAN ŞAİR ÇƏTİN Kİ, BİR DƏ DÜNYAYA GƏLƏR!!!!HÖRMƏTLƏ FƏRMAN BORÇALI KAZAXISTAN ALMATI.
Gözəl insan , gözəl şair Allah rəhmət eləsin
Аллах Сана Рехмет Елесин Дахи Ша'ир Супер урейим парам парчады 👍👍👍. Из Бразилии 🇷🇺🇷🇺🇧🇷🇧🇷🇧🇷✋️
Allah cc razı olsun
Allah sizə rəhmət edin könlümün sairi
Сани севмок ун келдим дунёга ❤
Allah rəhmət eləsin.Dahi insan
ALLAH.RUHNU.ŞADETSİN
🙏 mekanın cennet olsun
ALLAH rəhmət eləsin
Şedevr
ALLAH RƏHMƏT ELƏSİN , MƏKANIN CƏNNƏT OLSUN , böyük SƏNƏTKARIM .
Sən sevgi şairi idin , sevgi üçün dünyaya gəldin , sevdin və sevildin ..
Sən ölməmisən , ölməzliyə qovuşsan da , səni sevənlərin qəlbində daim yaşayırsan .
HEYF , səndən , çox HEYF !
Təssüf ki , səni çox tez itirdik !
Allah rəhmət eləsin amin Allah
Super👍👍👍👍
Allah mekanini cennet etsin sevdiyim wair
Allah sizə qəni qəni rəhmət eləsin
Heyif səndən heyif
❤
👏👏👏
👌
👉🏻👈🏻👉🏻🕯👈🏻
Menali misralar
Türkce tercüme sehv yazılıb