Oğuz Səlcuqlu Axınları. Azərb. Tarixi 7.11

Поділитися
Вставка
  • Опубліковано 8 жов 2024
  • 6 cı əsrin sonlarında yaranmış Qərbi göytürk dövlətinin tərkibində çoxlu sayda türk tayfaları olsada dövlətin stunları və əsas qüvvəsi on ok adlanan türk boyları idi.. on boydan ibarət olan bu tayfalara xaqan tərəfindən birliyin simvolu olaraq ox hədiyyə edilirdi..
    Ox və cəm şəkilçisi uz əlavə edilərək okuz oğuz adlan bu boylar Mövzumuz olan səlcuqluların və həmçinin muasir dövrdə Azərbaycan türkiyə və türkmənistan xalqlarının da əcdadlarıdir.
    Qərbi göytürk imperiyasının süqutu ilə mərkəzi asiyada issık gölü ətrafında öz dövlətlərini yaradan oğuzlar müxtəlif dövrlərdə , şərqi göytürk xaqanlığı çinlilər və abbasilərlə mübarizə aparmışdılar. Ancaq 766 ci ildə karluqlarla başlanan muharibədə oğuzlar məğlub olub, qərbə doğru köç etdilər. seyhun vadisi, Aral gölü, xəzər dənizi sahili oğuzların yeni yurdu oldu. burada güclənən oğuzlar yabqu ünvanlı liderlərinin ətrafında birləşək öz dövlətlərini yaratdılar. Lakin 10 cu əsrın sonlarında bu dövlətdə zəyifləmiş və parçalanmışdı belə bir vəziyətdə tarix səhnəsinə çıxan Səlçuq bəy dövlətin o qədərdə nüfuzlu olmayan yabqu ünvanlı lideri ilə münaqişə yaşamış və və nəticədə özünə bağlı oğuz boyları ilə cənuba doğru köç etmişdi. Nüfuzlu oğuz bəyi olan Səlcuq bəy cənd şəhərinə yerləşdikdən sonra İslamı qəbul edərək önəmli bir qərar alır, köç etdiyi şəhərin əhalisi çoxdan islamı qəbul etmişdi.. həm bu şəhərdə həmdə ətrafda yaşıyan müsəlman əhalini öz ətrafında birləşdirə bilməsi üçün Səlcuq bəyin bu qərarı almağı zəruri idi.. beləliklə burada kök salan Səlcuq bəy, və onun davamçıları mövcudiyətlərini qorumaqla yanaşı orta asiyada nüfuzlu və sözü keçən beylərdən biri olmuşdular..
    11 əsrdə Səlcuq bəyin nəvələri olan Toğrul və çağrı bəyin başçılıq etdiyi oğuzlar, saylarının çoxalması və siyasi səbəblərin də təsiri ilə yeni yurdlar axtamağa başladılar. Oğuzlar Qəznəvilər dövlətinin ərazisi olan Xorasan vilayətinə köç edib burada yurd saldılar ancaq bu köç Sultan tərəfindən xoş qarşılanmamış üzərlərinə ordu göndərilmişdi. səlcuqlular bu orduları məğlub edib 1038 ci ildə Nişapur şəhərini paytaxt seçərək müstəqil Səlcuqlu dövlətinin əsasını qoydular, Toğrul bəy Sultan elan edildi. bunu görən Qəznəvi hökümdarı Sultan Məsud içərisində fillərində yer aldığı o dövrün ən böyük ordusu ilə səlcuqluların üzərinə yürüdü, 1040 ci ildə Dandanakan qalası ətrafında baş verən döyüşdə Səlcuqlular saylarının az olmasına baxmıyaraq parlaq qələbə qazandılar. Qələbədən sonra qonşu dövlətlərə məktub göndərib yeni yaranmış dövlətlərinin gücünü bir daha ispat etdilər.Sürətlə ərazikərini genişlədən səlcuqlular Abbasi Xəlifəsinin çağırışı üzərinə Şiyə büveyt oğullarını məğlub edib tarix səhnəsindən sildilər daha sonra qafqaza qədər irəliləyib Azərbaycana çatdılar. Azərbaycan torpaqlları o dövrdə Abbasilər dövlətindən ayrılaraq müstəqil xırda dövlətlərə bölünmüşdü, bizansın başçılıq etdiyi erməni gürcü feodallarından ibarət xristian blokuna qarşı müdafiyəsiz olan Azərbaycan xalqı səlcuqluları qurtarıcıları olaraq görür və müqavimət göstərmədən səlcuqlu dövlətinin tərkibinə qatılırdı. birləşmiş Azərbaycan səlcuqlu qoşunları 1048 ci ildə bizansın xristian blokuna qarşı ilk böyük qələbəsini qazandı və bizans sülh bağlamağa məcbur oldu.. bununlada Azərbaycan torpaqlarının bizans erməni gürcü feodallarının hücumuna qarşı təhlükəsizliyi təmin edildi. 1054 cü ildə cənubi Azərbaycanda Rəvvadilər dövləti, daha sonra isə şimali azərbda şəddadi hökümdarı Əbuləsvər şavur səlcuqlulara tabe olduqlarını bildirdilər, Şirvanşahlar dövləti isə səlcuqlulara müqavimət göstərdi 12 illik mübarizədən sonra şirvanşahlar dövlətinin müqaviməti qırıldı Şirvanşah fəriburz 1066 cı ildə şirvanşah titulundan məhrum edildi, beləliklə bütün Azərbaycan torpaqları Səlcuqlu dövlətinin tərkibə daxil oldu.
    Eyni kökdən olan və eyni dildə danışan oğuz-səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir zamanda qaynayıb-qarışdılar. oğuz-türk tayfaları Cənubi Qafqazda, o cümlədən Azərbaycanda başlıca etnik və siyasi amilə çevrildilər.
    Səlcuq türklərinin axınları Bizans imperiyasının Cənubi Qafqazda möhkəmlənmək planını puça çıxardı. Erməni və gürcü təcavüzkarlarının ölkəmizin qərb ərazilərinə yiyələnmək planlarının qarşısı alındı. Beləliklə, Cənubi Qafqazı bütünlüklə xristianlığın təsir dairəsinə salmaq planı baş tutmadı.
    Səlcuq sultanları mərkəzi hakimiyyəti möhkəmləndirmək və hərbi-siyasi dayaqlar yaratmaq məqsədilə Azərbaycan torpaqlarını hərbi xidmət müqabilində iqta şəklində səlcuq əmirləri arasında bölüşdürürdülər. Nəticədə, iqta Azərbaycanda başlıca torpaq mülkiyyəti formasına çevrildi. Bu isə yurd saldıqları ərazilərdə səlcuq türklərinin hərbi-siyasi hakimiyyətini qüvvətləndirdi. Zaman keçdikcə iqta torpaqları irsən, nəsildən-nəslə keçərək, demək olar ki, mülk torpaqlarından fərqlənmədi.
    Böyük Səlcuq imperiyası dövründə meydana gələn torpaq mülkiyyəti formalarından biri də uc torpaqları idi.

КОМЕНТАРІ •

  • @savalanturan1619
    @savalanturan1619 2 роки тому +14

    Şanli Ecdadlarimizشانلی اجدادلاریمیز❤🇦🇿🇦🇿🇦🇿🇦🇿

    • @tangridilek
      @tangridilek 8 місяців тому

      ecdadiniz turkmandir.

  • @dreamfc1263
    @dreamfc1263 2 роки тому +8

    Əla

  • @senanmusayev03
    @senanmusayev03 3 роки тому +13

    Maşallah olsun 💪👌🤝🇦🇿 Manaf o gün olsun dünyada ən çox baxış sayı səndə olsun💙

    • @kamalmmmdov2853
      @kamalmmmdov2853 3 роки тому +6

      Yaxşı məlumatlara baxış gəlməz qardaşım.Harda düşük videolar var onun baxış sayı tez artar.

  • @tangridilek
    @tangridilek 8 місяців тому +3

    lutfen karluk turkleri (karlik) telaffuz etseniz iyi olur cunku onlar kuzey karlik ve buzluk yerlerden gelenson onlara oguzlar karlik yani karli ve soguk tuklri diye adlandirdilar......tesekkurler.

  • @turalceferov7091
    @turalceferov7091 3 роки тому +10

    Belə gözəl kanalın niyə baxıcısı yoxdu təsüf bizdə tarixə maraq yoxdu o qədərdə:(

  • @eyvazov467
    @eyvazov467 2 роки тому +4

    Təşəkkürlər
    Bu animasiyanı necə düzəltmisiz

  • @kamalmmmdov2853
    @kamalmmmdov2853 3 роки тому +6

    Hər şey əladır.Xaiş edirəm İbtidai icmanı paylaşasız.

    • @tarixduskunu6515
      @tarixduskunu6515  3 роки тому +1

      Çox sağ ol Kamal, bəyəndiyinizə sevindim. İbtidai icma və 6 cı sinifin bütün Tarix dərsləri kanalda var, kanala daxil olub pleylist bölməsindən seçib baxa, dərsləri təkrarlıya bilərsiz..

    • @kamalmmmdov2853
      @kamalmmmdov2853 3 роки тому +1

      @@tarixduskunu6515 çox sağ olun,bu mənim üçün çox dəyərli bir məlumatdır.İstiqamət verdiyinizə görə sizə minnətdaram..Yeni paylaşımlarınızı gözdüyəcəyəm

  • @elkhanjafarov2790
    @elkhanjafarov2790 9 місяців тому +1

    Bəli. Torpaq uğrunda ölən varsa vətəndir. Özümüzü orda burda axtarmaq!❤

  • @bahtiyarbey
    @bahtiyarbey Рік тому +2

    Təşəkkürlər

  • @vaqifalmammadov4629
    @vaqifalmammadov4629 10 місяців тому +2

    Salam Ələykum. Qısa, lakonik, lakin kifayət qədər geniş tarixi dövrü əhatə edən bilgiyə görə təşəkkür edirəm. Lakin erməni və gürcü tayfaları haqqında qeydiniz
    nə qədər əsaslandırılıb. Axı qeyd etdiyiniz ərazidə alban tayfaları məskunlaşmışdı.Yəni,alban tayfalarını erməni tayfaları kimi təqdim etmiş olmuruqmu ?!

    • @tarixduskunu6515
      @tarixduskunu6515  10 місяців тому +1

      Salam Vaqif, bu video dərslikdir 7 ci sinif Azərb. Tarix kitabına əsaslanıb. Həqiqətəndə ermənilər indiki türkiyə ərazisində olan Ani şəhəri və ətrafında yaşıyan bir xalq idi və eyni zamanda gürcülərdə qafqaz xalqlarından biridir.

  • @wwvv6504
    @wwvv6504 2 роки тому +27

    Oğuz Türkü olmağımla qürur duyuram

    • @ghazarov
      @ghazarov Рік тому +1

      Dostum, and içirəm ki, türk deyilsən. assimilyasiya etdin assimilyasiya etdin

    • @ANONYMOUSSSS007
      @ANONYMOUSSSS007 11 місяців тому +5

      ​@@ghazarovsus melez. Azerbaycan Turk yurdusu senin kimi atasini bilmeyen deyil

  • @sefaaslanova2877
    @sefaaslanova2877 Рік тому +1

    Çox bəyəndim çoxlu - çoxlu videolar çək
    Bəyəndim.......

  • @tangridilek
    @tangridilek 10 місяців тому +2

    azeri turkleri aslinda turkmenlerdir.onlar oguzlarin yurdu turkmenistandan azerbaycan ve anadolu vr iraka yayradilar.

    • @daşdövrü
      @daşdövrü 5 місяців тому

      azəri yox, Azerbaycan Türkləri.
      Azerbaycanlı 20-ci əsr qavramıdır. Azerbaycanlılar əslində Oğuz millətidirlər. Oğuzlar lap qədimdən indiki Qazaxstanın quzey batısından Oğuz yabquluğundan gəliblər. ama Oğuzlardan qabaq Xəzər tərkibindəki Türk boyları Azerbaycana gəliblər. Oğuzların bir hissəsi də Türkmənistanda qaldılar , indi Türkmənistan.
      Azerbaycan Türkmənistan, Türkiyə, quzey Kipr, Qaqauz yeri, Krım Tatarları, Suriya -İraq Türkmənləri = Oğuz millətidirlər.

    • @Uytuytgjkd
      @Uytuytgjkd Місяць тому

      Azərbaycan bütün türklərin atasıdır ! Azərbaycan ilk türk yurdudur və Türkmənistanın atasıdır ! Azərbaycan prototurklərin ata yurdudur.as(z) boyları Azərbaycandan orta Asiyaya bir hissəsi getdi və bir hissəsi də Azərbaycanda qaldı ! Yani türkmən dediklərinin atası As ,az ər boylarıdır .türklərin ilk adı as ,az olub.

  • @tangridilek
    @tangridilek 8 місяців тому

    قارلق .....قارلی یرلردن گلن تورگ خلقلرینه قارلوق یا دا قارلئق ددیلر.

  • @turanislamhazarbeykan8830
    @turanislamhazarbeykan8830 9 місяців тому +1

    Çok şey güzel konuşsan da esas mevzuları kenarda bıraktın güzel kardeşim Öncelikle onu diyeyim ki azerbaycanlıların Oğuzlar gibi Hazarlar da caddedir hazarlar'ın içinde Oğuzlar kimi diger tuş boyları da vardı Hazar Türklerinin terkibinde 6 esirden ta 9 asura kadar Oğuz Türkleri de vardı ve bunlar aynı bayrak aynı devlet altında yaşıyorlar sadece Oğuzlar hazar'ın kuzeydoğusunda Hazarlar İsa kuzeybatısında yerleşmişti onlar kafkasya'da devlet kurmuş ve bir Kafkas Turan devleti sayılmaktadır ne kadar ki bugün Orta Asya dedikleri Türk devletlerinin Birliği'ne Turan delirdi öyle de aynı İslam'dan önce ve sonra da Türk hane dallarının kurduğu devlete Kafkas Turan'ı denirdi çünkü onlar tek ağaç ya da değil kafkasya'da yerleşmiş ve burada Hazarlar kimi Başkent kurmuşlar Hazarlar Selçuklular ile beraber Azerbaycan topraklarında da dahil arazilerde Diyarbekir bütün Kuzey Azerbaycan ve Kerkük e hakim devlet olmuşlar hazarlar'ın olduğu arazi aynı zamanda Turan'dan başka Türkiye adıyla tanınmaktadır Bu gürcüler in belge yazılarında mevcuttur.
    Selçuklu hanedanı Kuzey Doğu Hazar Sahillerinde yerleştiği gibi Hazarlar da Esasen hazar'ın kuzeybatısında yani yüz yüze yerleşmişler Oğuzlar kuzeyden güneye gelerek Türkmenistan'a kadar ilerlemiş ve Devletlerini geliştirmişler. aynı zamanda Hazar Türkleri zamanla farsları ve ardından Arapları Azerbaycan'dan kova bilmiş diller Aslında ilk Türkiye adı Azerbaycan karışık Hazarlar ülkesine verilmiştir Azerbaycan'da 6 asırdan sonra hatta 9 asra kadar zaman zaman Mavi renkte Bozkurt bayrağı dalgalanır ve Alpan Azerbaycan Türk devleti de çok zaman hazarların içine dahil edilmiştir.
    bütün Türk dünyasına Turanlar a'salam olsun

  • @muzika5709
    @muzika5709 Рік тому

    O vaxt ermeniler olub qafqazda???

    • @ramalm-lu7845
      @ramalm-lu7845 Рік тому

      Olub ki Türk tarixində ermənilərin adi çəkilir. Amma indi deyirlər ki, erməniləR dünən gəliblər. Çox maraqlidir😮

  • @tagitagiyev932
    @tagitagiyev932 7 місяців тому

    Deməli Azərbaycan oğuz türkü deyil

    • @-nd1sl251
      @-nd1sl251 4 місяці тому

      azərbaycan zır Oğuz Soyunan törəmə xalqdır bu milli mentalited altında yaşayırlar