Azərb.Tarixi. 7. 13 Eldənizlər Dövləti. Atabeylər Dövləti.

Поділитися
Вставка
  • Опубліковано 8 жов 2024
  • Böyük Səlcuq imperiyasının parçalanması ilə meydana gələn müstəqil dövlətlərdən biri də Azərbaycanın Atabəylər dövləti idi. Bütün qədim türklərdə olduğu kimi Səlcuqlulardada şahzadələri taxt üçün hazırlayan xüsusi şəxslər vardı, bu ünvana atabəy deyilirdi.. çox önəmli şəxslərdən seçilən Atabəylər Şahzadələrin ikinci atası sayılır sarayda böyük hörmət sahibi olurdu..
    İraq Səlcuqlu sarayında Atabəy olan Eldənizin həyatı maraqlı və bir oqədərdə keşməkeşli olmuşdur. Atası qıpçaq türklərindən tayfa başçısı olsada döyüşlərin birində məğlub olub öldürülmüş və ailə üzvləri ilə birlikdə Eldəniz də qul kimi satılmışdı
    o dövrdə 40 qul alana bir qul hədiyə edilirdi.. İraq səlcuqlu sultanının vəziri üçün Dərbəndə Qul almağa gələn bağdadlı Tacirə səlimsiz və cılız Eldəniz 40 cı qul olaraq pay verilmişdi. Rəvayətə görə Eldəniz yolda yuxuya dalıb arabadan yıxılmış ancaq önəmsənməyərək onu axtarmamışdılar, ancaq o özü gəlib karvana çatmış və onun bu hərəkəti heyrətlə qarşılanmışdı.. Ehtimal varki Eldəniz səlcuqlu sarayında yüksələcəyini düşünüb bu qərarı almışdır, belədə olur Eldəniz, səlcuqlu vəziri Sümeryrənin sarayında xidmətə başlayır , çoox keçmədən vəzir sui qəsdlə öldürülür və onun bütün var dövləti o cümlədən Eldənizdə Səlcuqlu sultanı Mahmudun mülkünə qatılır. Sədaqəti və bacarığı ilə Sultan Mahmudun diqqətini çəkməyi bacaran Eldəniz tez bir zamanda yüksələrək sultanın mətbəxinin başına keçir.. Sultan Mahmudun vəfatından sonra isə hakimyətə keçmiş 2 ci toğrulun dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına yülsəlir, Sultan 2 cı Toğrulun Mömünə Xatunla olan oğlu Arslanın Atabəyi olur. Mömünə xatun Eldənizə xüsusi diqqət və nəzakətlə yanaşırdı. Sultan 2 ci toğrulun ani ölümü ilə hakimyətə qardaşı Sultan Məsud keçir, Yeni sultan 1136 ci ildə eldənizlə dul qalmış mömünə xatunu evləndirir və Azərbaycanın Arran bölgəsini Eldənizə İqta olaraq verib onu bərdəyə göndərir
    Eldəniz burada yerli əmirləri öz tərəfinə çəkməyi bacarır, Yavaş-yavaş o, bütün Azərbaycana yiyələnir və xırda əmirlikləri özünə tabe edir.. Cüzcani yazırdıki"Eldəniz Azərbaycan ərazini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır".[19] Bununla müstəqil Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizin ələ keçirdiyi torpaqlara daxil olan Naxçıvan paytaxt seçildi
    1145-1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa Sultan Məsudun vəziri Əbdürrəhman ibn Toğan da daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Eldənizin isə İraq Səlcuq sultanlğında nüfuzu daha da artdı.
    O dövrdə Səlcuqlu sultanlığında hakimyət tez tez əl dəyişdirirdi, Eldəniz 1160 cı ildə boş qalmış Taxtda əyanların çağırışı ilə oğulluğu Arslanşahı keçirtmək üçün, 20 minlik ordu ilə Həmədana gəldi
    Burada onları dövlətin bütün əyan və əmirləri qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşaha tac qoydular. Sultanın hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.
    Elə həmin ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi yəni vəziri, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.
    Beləliklə faktiki olaraq iraq səlcuqlu sultanlığı da Eldənizlər dövlətinə birləşdirilmiş oldu. Eldəniz mərkəzi hakimiyətə tabe olmaq istəməyən bütün feodalları o cümlədən şirvanşahları özünə tabe etdi, və Azərbaycan torpaqları yenədə vahid mərkəzdə birləşdirildi.1175 ci ildə Eldənizin ölümü ilə böyük oğlu Məhəmməd cahan pəhləvan Hakimyətə keçdi dövlətin ən qüdrətli vaxtdı onun hakimyəti dövrünə təsadüf edir, O, paytaxtı həmədan şəhərinə köçürdü, Təbriz şəhəri o dövrdə güclü feodal olan Ağsunqurilərin əlindən alındı və
    Azərbaycanı idarə edən Məhəmməd Cahan Pəhləvanın kiçik qardaşı Qızıl Arslanın iqamətgahı oldu. Ara muharibələri və feodal hərc mərcliyinə son qoyuldu
    Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan (1186-1191) keçdi. Səlcuqlu çahzadəsi III Toğrul, Məhəmməd Cahan Pəhləvanın oğlu Qutluq İnanc və narazı səlcuq əmirləri taxt-tacı ələ keçirmək uğrunda Qızıl Arslana qarşı birləşdilər
    Qızıl Arslan bir tərəfdən saray daxilindəki müxalif qüvvələrlə, o biri tərəfdən səlcuq əmirləri ilə münasibətləri nizama salmağa çalışırdı. O, 1190-cı ildə Həmədan döyüşündə III Toğrula qalib gəldi.
    1191-ci ildə Qızıl Arslan xəlifənin razılığı ilə özünü sultan elan etdi. Şəmsəddin Eldənizin vaxtından İraq Səlcuq sultanlığını idarə edən Azərbaycan atabəyləri formal hakimiyyətə də yiyələndilər.
    Ancaq Mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı olan iri feodallar Qızıl Arslanı sui-qəsdlə öldürdülər. Hakimiyyət uğrunda ara müharibələri başlandı.

КОМЕНТАРІ • 101