Marinə olunmuş qarğıdalı konservası.Консервированная кукуруза в домашних условиях,

Поділитися
Вставка
  • Опубліковано 14 жов 2024
  • Qarğıdalı konservasının resepti Ürəyiniz istədiyi qədər qarğıdalı götürürsünüz. Mən 9 ədəd qarğıdalı götürdüm. Təmizləyib üzərinə çıxana qədər su tökürük .Hər 4 litr suya 1 dolu xörək qaşığı duz töküb bişməyə qiyuruq. Bişmə müddəti qarğıdalının sərtliyindən asılı olaraq dəyişir. Mən 1 saat qaynatdım. Tam bişəndən sonra soyudub bir bıçaq vasitəsi ilə dənlərini özəyindən ayırırıq. Bankalarımızı sterelizə edirik və qarğıdalının bişdiyi suyu ocağa qoyub qaynadırıq. Bankalarımızı qarğıdalı dənləri ilə doldururuq. Hər banka üçün ayrıca marinad hazırlayırıq.Qarğıdalının bişdiyi sudan bir qaba tökürük üzərinə 1/3çay qaşığı limon duzu, 2 çay qağığı şəkər tozu toküb yaxşı-yaxşı qarışdırıb bankamıza əlavə edirik üzərinə dolana qədər qarğıdalının bişdiyi sudan tökürük.Bu ölçü 0,5 litr banka üçündür. Bankalarımızın qapaqlarını da qaynar suda sterelizə edib üzərlərinəı qoyuruq Bankalarımızı 30 dəqiqə sterelizə edib bağlayıb tərs çevirib qoyuruq . Soyuyandan sonra həyət dolabına qoyuruq. Mənim 9 iri qarğıdalıdan 6 banka konservam alındı. Nuş olsun.

КОМЕНТАРІ • 464