Menim sevimli, istəkli peşəm(heyif ki xəyallar dadır 🥺) Çox sevirəm Memarlığı və dizaynerliyi. Hər kəsə uğurlar arzu edirəm bu sənət, peşə üzrə. Yolunuz açıq olsun Memarlar əsl Memarlar və Dizaynerlər 🙏🤗
Salamlar. Doğurdan da çox gözəl bir video idi. Mən de özüm haqqda bildirmək istəyirəm ki bu il imtahanda sadəcə biraz balım çatmadı və yeniden hazırlaşıram çünki məqsədim memarliqdir. Heç bir resim dərslərinə getmədən evde 9cu sinfden beri resimliye çox marağım olub və hal hazırda da çox gözəl resim əsərlərim portret,dizayn işlərim var. Ve məqsədim budur ki, gələcəkdə bu resimliyimi davam etdirib dünyaya tanıtmaq, həm memar olaraq həm də öz ayri bir iş kimi dizayn geyimlərimi hazırlamaq istəyirəm. Doğurdan da resim çəkərək çox xoşbəxt oluram.yeni fikirlərim ideyalarım çox olur. Ve bu video üçün sizə çox böyük minnətdarlıgimi bildirirəm. Inşəallah dualarınız sayesinde qəbul olaram memarlıq uzre hər hansısa bir universitete. Universitet fərq etmir mənə əsas o memarlığı oxumaq istəyirəm. O arzum yarım qalmasın,resimliyimi bacarığımı yarımçıq qoymaq istəmirəm çünki( Xaiş bir də zəhmət olmasa, bu ilki memarlıq ballarini və universitet üzrə yazıb paylaşa bilərsiniz. Minnətdaram sizə. Çalışın həyatda bir məqsədiniz olsun və öz bacarığınızi da ortaya çıxartmağa çalışın bir şeyi edə bilmirsinizsə de ondan əl çəkməyin üstündə işləyin. Doğurdan da mən də ele idim mənə cox dedilər resim çekme ama mən el çekmedim ve indi hal hazırda hər kəs bu resimlere baxaraq tecrüblenirler. Yaxşıki var bu kanalda mene çox motivasiya oldu💙
@@yelena437 Instagram əvvəl isledirdim artıq derslerime görə neçə aydırki silmişəm və sıxıcı gəlir. Bele de telegram ve ya başqa yerdən yaza bilərəm. Yeni baxaram.
Sizin yorumunuzu işlər ilə bağlı biraz gec görmüş olsamda,həqiqətən belə gənclərin olduğunu görmək məni çox xoşbəxt edir❤ siz bu əzm və inamla inanın çox gözəl yerlərdə olacaqsız sizə inanıram💕 Əlbəttə keçid balları ilə bağlıda yaz-yay aylarına yaxın paylaşacam buyurub izləyə bilərsiniz.
Salam memarlıq fakultəsinin qabiliyyət imtahanına hazırlaşmaq üçün hansı kursa müraciət etmək lazımdır. Zəhmət olmasa kursun adını ünvanını və telefon nömrəsini qeyd edərdiz.
Merhabalar ben Azərbaycanlıyım şimdi size hikayemi anlatıncam. Bende memar olmak istiyordun ancak hiç kimse benim memar olacağımı istemiyor ve inanmıyordu ve ben hüquqşünas olmayı seçtim ancak hala memar olmak istiyorum sizce memarlık okuyummu? Lütfen bana yardım edin😢
Salam mende memarlığa isdeyirem. Lakin 5 ci qrup memarlıq ve inşaat universetində dizayn fakültəsi lakin 1 ci qrupda da memarlıq fakültesi var qorxuramki 5 ci qrupdakı fərqli şey olar
Salam. Yalnız Memarlıq və İnşaat Universitetində deyil hər bir Dizayn fakültəsi mövcud olan universitetlərdə dizayn fakültəsi 5ci qrupdur. Memarlıq fakültəsi ilə Dizaynın fərqi həm çətinliyindən həm də bəzi xırda detallarına görə fərqlənir. Əyər sırf memar və ya memarlığa yönümlü sahə istəyirsinizsə memarlıq fakültəsini tövsiyyə edirəm. Yox əgər həvəsiniz interyer,veb və s. Dizayn yönümlüyədirsə bu zaman düşünmədən 5ci qrupa yaza bilərsiniz
@@Jafarligroup cavabınıza göre cox tesekkur edirem men meselen bütün evi çertyoj çekib proqramlamağ isdeyirem bu deyesen memarliğdi ve 1 ci qrupdur oda açıqcasi menlik deyl 😅, interyer dizayn bildiyime gore memqrligin bir kicim versiyonuz yeni bir otagi sıfırdan düzeldirsen
@@saftal9693 Memarlıq certyojları memarlıq fakültəsindədir bəli. Amma dizayn fakültəsidə zaman itirəcəyiniz və sırf otağ düzəltmə yönümlü sahə deyil. Orada da sizə memarlığ detallarını öyrədəcəklər. Və dizayn yalnız interyer dizaynla bitmir. Dizaynı bitirib veb dizayner və s. Kimi başqa dizayn sənətləri üzrədə işləyə bilərsiniz.
@@Jafarligroup dizaynerlik yaradiciliq teleb edir . bu uzre kurs kecilecey unide ya bu qabilyet ozumde olmalidi?men coxda rengleri falan uygunlasdiranmiram .deyrler kursu olur ama menim yaxinligimda yoxdu uni vaxtlari prablem yaradar mene ?
Salam, mən 11 ci sinifəm dizaynerliknən Memarlığ arasında qalmışam sizcə hansı daha yaxşıdır birdə 1 ci qrupda dizaynerlik var varsa balı neçədir, interyer dizayner yaxşıdı yoxsa grafik deyərdiniz zəhmət olmasa.
Salam . Kompüter və ya planşet və.s bizə mütləq lazım olacaq? Və bizə kompüter üzərində proqramlarla necə işləyəcəyimizi öyrədirlər? Cavab versəniz çox sevinərəm❤
Salam, memar kimi işləyə bilməzsiniz. Çünkü resim ilə memarlığın çox az qisimdə ortaq dərsləri olur. Siz memarlığın əsas hissələrini yalnız o ixtisas üzrə təhsil alaraq öyrənə bilərsiniz
Salam.halhazlrda hansı universitetlərdə memarlıq ixtisası tədris olunur ?və hansı universitetlər qabiliyyət imtahanı tələb edir və ya etmir??çox xahiş edirəm cavablandırardlz
Salam. Dizayn fakültəsi hər il abituriyentlərin yığdığları bala və o ixtasasa ayrılan yerə görə dəyişir. Lakin əminliklə deyə bilərəm ki, azmiunun dizaynı üçün 200 və daha artıq yığsanız pulsuza düşmək şansınız yüksəkdir. Ümumi pullu və ya pulsuz qəbul üçün isə 150+ yığmalıdsınız və qabiliyyət imtahanıda yüksək olmalıdır min yüksək bal 8 dir
İxtisas haqqında qısa məlumat versəm əgər bu ixtisas azmiuda bir formatda yəni interyer,veb dizayn və s. Kimi bölümlərə ayrılmadan tam keçirilir. Bəzi universitetlər məsələn Mədəniyyət və İncəsənət də dizaynın sahələri ayrılır. Bütünlükdə bu fakültədə dizaynın hər bir lazımı xüsusiyyətləri öyrədilir 4il ərzində.
salam men 5ci qrup uzre memar dizayner olmax isdiyirem hec bir bilgim yoxdur az maz var oda deqiq deil . 2ilim qalib qabilyete bes edermi kecmeye imtahannan? bu dizaynerlik yalniz bakida var deyrler duzdur? qabilyetden kecenmezem ama 3fennen yaxsi toplasam yene de qebul olanmaram uniye? xais edirem cavab verin
Salam. Memarlıq və dizayn ayrı fakültə və qruplardadır. Memarlıq buraxılış imtahanı+blok imtahanı 1ci qrup üzrə+qabiliyyət imtahanı lazımdır. dizayn isə buraxılış+qabiliyyət imtahanları tələb olunur. Yəni öncə bunu düşünün. Blok imtahanı versəniz belə həm memarlığa həm də buraxılış balı ilə dizayna yaza bilərsiz. Lakin blok imtahanına girmədiyiniz halda yalnız dizayn fakültəsinə kodlaşdırmağ mümkündür. 2il qabiliyyət imtahanlarına hazırlaşmaq üçün mükəmməl zamandır,dəyərləndirin mütləq. Çox şagird 6aya belə öyrənir. 2ilə siz 10ballıq dərəcədə çəkməyi öyrənə bilərsiniz üzərinizdə çox çalışsanız. Qabiliyyətdən 6baldan aşağı toplanıldığı halda həmən fakültəyə qəbul olunmur. Mim keçid 6 max isə 10dur. Yalnız İqtisadiyyat və Bakı Mühəndislik dizayn fakültəsinə girişi qabiliyyət imtahansızdır lakin giriş balları çoxdur. 200+ yığmalısız buraxılışdan. Dizayn və memarlıq fakültəsi Naxçıvan dövlət universitetində də var bölgə olarağ.
@@Jafarligroup cox sagolun ama men bele deym 2ilde her il 3ayliq yay tetilinde gedecem resm kursuna . imkanimiz yoxdu ilin 12ayi gedem . 5ci qrupda memarliq var yəni? ev dizayni deyek. men size açiq deym. mingecevirde qaliram burda isdemirem tehsil alam ya da bura yaxinliqda. bakida ya da bakiya yaxin yerde isdiyirem naxcivannan baska yerde yoxdu yani? baki naxcivan yalniz hele . eger 200+ toplasam memarliga qabilyetsiz gire bilecemda hele? uniye dusecem deqiq?
@@Solmaz.11 xanım 200+ qabiliyyətsiz giriş deyil. Siz qabiliyyət imtahanıda verməlisiz. Qabiliyyətin min keçidi 6 max isə 10dur. Yəni 5bal yığsanız qabiliyyətdən qəbul balınız 200belə olsa dizayn imtahanından kəsilmiş sayılırsız. Qabiliyyəti keçmədən yalnlz BMU,UNEC,Xəzər və ya Odlar yurdu universitetlərinə yaza bilərsiniz. Digərləri qabiliyyət tələb edir və 6baldan aşağı alsanız kesilmiş hesab olunursunuz. Yay tətillərində getməkdə öyrənməyinizə yaxşl vaxtdır. 2il yəni 2yay tətili toplam 6ay edir və 6aya yaxşı müəllin seçimi etsəniz hər şeyi tam öyrənərsiniz.
@@Solmaz.11 Dizayn fakültəsi ilə memarlıq fərqli qruplardadır qeyd etmişəm. Memarlıq 1ci qrupdur dizayn isə 5. Dizayn fakültəsində sadəcə ev dizaynı öyrədilmir. Veb dizayn,interyer hamısı öyrədilir. Təhsili yalnız Bakıda və Naxçıvandadır. Başqa şəhərlərdə memarlıq və ya dizayn fakültəsi yoxdur,yalnız Bakı və Naxçıvanda var. Dizayn sahəsi üzrə işlər çoxdur,yəni oxuya-oxuya hətta işləyə bilərsiniz. Önəmli olan kompyuteri və dizayn programlarını yaxşı bilməkdir
Salam, keçən il balları ilə bu il memarlığ fakültəsinə min keçid balı 200 dən başlayır. Lakin, bu il tələbələr yüksək bal toplasalar təbii ki, ballar arta bilər
@@aydansemedova9492 Toplam olaraq bəli lakin 1ci qrupun blok imtahanından 100baldan çox toplamalısız. 100balda aşağı həmən qrup üzdə kodlaşdırmanıza imkan verməz. Min buraxılış 100 blok imtahanı 100olmaqla toplam 200olur amma təbii ki bu minimaldı.
Salam. Memarliq yalnizca 1ci qrupda var. 1ve 5 qrupun arasinda ki,ferq budur 5ci qrup yalniz tam orta mektebi bitirmeyinizle bagli verdiyiniz atestasiya imtahanidir. Basqa imtahan vermek lazim deyil. 1ci qrup ise atestat imtahaninizdan sonra elave 3fennden vereceyiniz imtahandir ve sonda 5ve 1ci qruplarda olan ballariniz toplanarag umumi baliniz melum olur. 5ci qrupda yalniz Dizayn ixtisasi var memarliq yoxdur. Memarliq ucun 1ci qrup+qabiliyyet imtahani lazimdir
Salam,memarlıq ixtisası sırf elə qızlar üçün yaraşan bir ixtisasdır bunu atanıza bildirə bilərsiniz. Oğlanlar daha çox İnşaat fakültəsinə üstünlük tutur. Amma memarlıq fakültəsində həm oğlan həm də qız tələbələr təhsil ala bilər. Hər bir universitetdə memarlıq fakültəsi qızlar üçün də oğlanlar üçündə nəzərdə tutulub. Memarlığı araşdıraraq atanıza qadın memarları göstərib fikrində yanıldığını göstərə bilərsiniz
Salam. Qabiliyyət imtahanları buraxılış və blok imtahanlarının hamısı bittikdən sonra başlayır. Bu il təxmini tarixləri avqust və sentyabr aylarında idi. Gələn il pandemiyadan asılı olarağ zaman uzadıla və ya qısaldıla bilər. Bal mövzusunda sizin qabiliyyət önəmılidir. Əgər rəsimə marağınız varsa, rəsim qabiliyyətiniz istedadınız varsa 3-4ay kifayət edər. Amma bu ixtisasla əlaqəniz yoxdursa məsləhətim 1il rəsim kurslarına getməyiniz və hər detalı öyrənməyiniz lazımdır.
Salam, mənim çox həvəsim var bu sənətə , amma bilmirəm 5 ci qrup yoxsa 1 ci qrupa verməliyəm? Qabiliyyət imtahani necə olur? Şəkil çəkirik? Qabiliyyət imtahaninda yigdiğimiz bal buraxılış imtahaninda yigdigimiz balin üzərinə gəlir? Qabiliyyət imtahanı üçün əlavə olaraq kurslara getməliyəm? Və son olaraq 1 ci qrupa verirəmsə orada memarliğin keçid balı neçədir? Hansi unilərdə təhsil ala bilərəm? Cavab yazsaniz xoş olar indidən təşəkkürlər 🤍
Salam:) Memarlıq və dizayn sənətinin ikisidə çox gözəldir lakin qəbul imtahanında qrupları fərqlidir. Memarlıq buraxılış imtahanı + 1ci qrup blok imtahanı, dizayn fakültəsi isə yalnız buraxılış yəni 5ci qrup imtahanı ilə qəbul aparır. Qabiliyyət imtahanı nda siz həm memarlıq həm də dizayn üzrə kəllə çəkirsiniz (Yunan mifologiya və tanrılarının) qabiliyyətdən keçid balı 6 baldan başlayır və max 10baldır. Qabiliyyət balınız imtahan balınızla toplanmır,lakin ixtisas seçimi zamanı sizinlə eyni balda olan tələbə həmən ixtisası yazıbsa qabiliyyət balınıza baxılacaqdır. Kimdə daha çoxdursa onun keçmə şansı bir o qədər artır. Əlavə kurslar məsləhət edərəm əyər əl bacarığınız yaxşıdırsa son 3-4ay gedə bilərsiz. Burada sizə daha rahat yolunu öyrədirlər və günlük kəlllə çəkərək əliniz öyrəşir. 1ci qrupda memarlığın keçid balı son 2 ildir 200 və yuxarıdır. Pulsuz 284 aralığında olur amma bu yenədə həmən ilin ballarına əsasən müəyyənləşir. Memarlıq üzrə qabiliyyət tələb edən 2 universitet var : Memarlıq və İnşaat universiteti və Ressamlıq Akademiyası. Qabiliyyət imtahanını vermədən memarlıq oxuya biləcəyiniz digər universitet isə Naxçıvan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetidir.
@@Jafarligroup cox təşəkkür edirəm🤩 beynimdeki suallarin bir qismini sildiniz artıq. Birşey də soruşum 🥺 memarlıq və dizaynin tam olaraq fərqi nədir? Və 5 ci qrupa dizayn a verəcəyəmsə, yalnız Azərbaycan dili riyaziyyat və ingilis dilindən +kurslar falan hazirliqlara getməliyəm ?
@@seraaslans Memarlıq Dizayn sahəsinə görə daha geniş imkanlar yaradır və daha çətindir. Çətinliyi bundan ibarətdir ki, memar olan bir şəxs hər şeyi detalına qədər öyrənməlidir. Hesablama,Konstruktiv vizualları, zövqləri hər bir şey yerində olmalıdır memarda. Dizaynerin isə fikir və bacarıqları daha çox ön plandadır. 5ci qrup imtahan Azərbaycan dili,İngilis dili və Riyaziyyat fənnləri üzrə aparılır və buraxılışdan sonra qabiliyyət imtahanları başlayır.
@@seraaslans Hazırlıq seçimi sizin bilik və bacarıqlarınıza uyğun seçməlisiz yəni rəsm bacarığınız varsa özünüzə güvənirsizsə özünüzdə hazırlaşa bilərsiz lakin mən sizə yenədə kursa və ya yaxşı əl qabiliyyəti olan bir müəllimə ilə hazırlaşmağı tövsiyyə edərəm. Daha detallı şəkildə məlumat verəcəklər çünkü onlar sizə və imtahan zamanı daha asand olacaq
‼️‼️‼️‼️🙏🙏🙏🙏 Salam. Koreyada oxumaq üçün burda 1ci qrupa verib koreyada uniyə qəbul necə olur?Və ya belə bir şey mümkündür mü?Əgər mümkün deyilsə və memarlığı koreyada oxumaq üçün harada imtahan verilməlidir?Hansı fənnlər üzrə verilir? Suallarıma cavab versəniz çox sevinərəm indidən təşəkkürlər🙏 ‼️‼️‼️‼️‼️‼️‼️ Yrmum görsənmir buna görə düzənləyib yazmalı oldum😟 Cavablarınız üçün təşəkkürlər🙏 Sizdən bir neçə şey daha soruşmaq istəyirəm. Yəni 1.Qrupa hazırlaşsam Koreyada Memar oxuya/işləyə bilməyəcəm? Koreyada Memar işləmək nə qədər əlverişlidir? Memarların sayı çoxdur mu? Orada memarlığa nə qədər önəm verilir ?Bu kurslardan Azərbaycandada istifadə etmək olur mu? Yoxsa Koreyada oxumaq lazımdır? Təhsil nazirliyinin saytı UA-camda'da var?
Salam. 1ci qrup imtahanı yalnız Azərbaycana şamil edilir lakin qardaş Türkiyə Respublikasında bezi universitetlər DİM balı ilədə qəbul aparır. Koreya ya gələndə isə bunun üçün ilk alternativ xarice hazırlıq kurslarıdır. 90% xaric imtahanları İELTS imtahanını tələb edit lakin daha ətraflı məlumatl və programı sizə məhz xaricə qəbul aparam kurslar verəcəkdir. Çünkü əlavə sənədlərdı lazım olur. Əlavə olarağ Təhsil Nazirliyi’nin saytında Koreya da təqaüdlü təhsil linkləri də yerləşdirilir. Mütəmadi olarağ oranıda yoxlayın
Qısa bir məlumatı koreya da təhsil ilə bağlı sizə bildirmək istəyərəm: Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır. Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir. Dil və xaricdə təhsil kurslarından mütləq daha ətraflı sənəd və imtahanlarla bağlı məlumat alın
Salam. Xaric də təhsil kursları Azərbaycanda mövcuddur Koreya da deyil. Bu kurslar sizə Koreyaya gediş imtahanlarınızı xərclərinizi və lazımi sənədləri deyir və hazırlamağınızda yardımcı olur. İnternet üzərindən də araştıra bilərsiniz mənim bildiyim CELT kurslarıdır bərkədə daha yaxşı və münasib qiymətə də kurslar vardır. Təhsil Nazirliyi nin rəsmi saytına daxil olub baxa bilərsiniz UA-cam hesabından yox. Təəsüf ki, Koreya da işçi sayı və təlabat haqqında bir məlumatım yoxdur. Bunu daha yaxşı orada yaşayan biriləri sizə bu məlumatı verə bilər. Talk with strangers bu tip programlarda xaric də yaşayan insanlarla həm danışa bilirsiniz həm də məlumat ala bilirsiniz. Koreyadan biri ilə tanış ola bilib suallarınızı soruşa bilərsiniz. Memarlıq ixtisası dünyanın hər yerində önəmli ixtisaslardan biridir. Hansı ölkəyı getsəniz memara ehtiyac var. 1ci qrup imtahanı yalnız DİM şamil olunur yəni Azərbaycan qəbuluna lazımdır. Koreya üçün yorumda yazdığım imtahan sistemləri tələb olunur
Salam, qabiliyyət imtahanları sadəcə hazırlaşmaqla deyil ən çoxda bacarıqla bağlıdır. Əyər əl qabiliyyətiniz yaxşı inkişaf edib və ya əliniz tez alışırsa hər hansı bir şeyi çəkməyə stressə ehtiyac yoxdur. 0 dan başlayanlar üçün 2ay gecdir ən az 6ay məşhul olmalısız əla nəticə üçün
@@Jafarligroup təşəkkür edirəm imtahan 22 gun sonradr 10 balliq sistemden en az 6 bal almaliyam helede yaxsi cekmirem bilmirem kece bilecemmi imtahandan :/ gune 4-5 bas heykel resmi cekirem
Salam,ümumiyyətlə xaricdə təhsil yalnız SAT və İELTS imtahanları ilə aparılır. Bu imtahanlardan memarlığ fakültəsinə uyğun balı toplayaraq qəbul aldığını zaman visa tələbi verməlisiz İtalyaya visanızda uğurlu alınarsa italyada universitetinə hazırsınız
Salam, yigdigi bala gore pulsuza dusme ehtimali var beli. Lakin esas olan vereceyi universitet ve ixtisas uzre pulsuza yazanlarin balinin oglunuzun balindan az olmasi muhum rol oynayir. Lakin 296bal memarlig fakultesi ucun qane edici bir baldir. Qabiliyyetdende kecib artiq keske qabiliyyet 1-2bal artig ola bilseydi ama qorxusu yoxdur. Qabiliyyet balina esasen eyni balla eyni yeri yazan telebeler olanda o halda qabiliyyet ballarina nezeren yerlesdirilir. Birde eyer oglunuz atestat imtahanindan 160baldan cox yigibsa dizayn fakultesininde pulsuzunu yoxlaya bilersiniz ora dusme sansida var.
Salam. İnşaat mühendisliyi ilə memarlıq ikisidə inşaata bağlı görünsədə fərqləri təbii ki var. İlk növbədə memar öz işini (freelancer) və ya şirkət üçün çalışa bilər. Mühəndisim öz sərbəst iş qrafiki və ya şəxsi işi olmur. Xanım üçün əsasən daha incə və uyğun memarlıqdır deyə bilərəm. Memar əraziyə ilkin baxışı etdikdən somra uuğun layihəni verir lakin mühəndislər günün hər günü hər saatı inşaat bitənə qədər hər bir problemi həll etmək məcburiyyətindədir. Və təbii ki, memarlıqda xəyallarınızı gərcəkləşdirmək,sizə məxsus bir əsər hazırlamaq olur,mühəndislikdə isə sadəcə əlinizdə olan əsas işlə yetinməli və yalnız ona yönlənməlisiniz
Salam .1 ci qrupda memarlıq və inşaat universitetinə qəbul olmaq üçün təkcə buraxılış və qabilliyyət imtahanı yetərlidir mi?Yoxsa blok imtahanıda olur?zəhmət olmasa cavablandırardız .Öncədən təşəkkürlər:)
Salam. Memarlıq inşaat universitetində dizayn fakültəsi buraxılış və qabiliyyət imtahanları, memarlıq fakültəsi isə buraxılış,blok (1ci qrup üzrə) və qabiliyyət imtahanlarıyla qəbul olunur
Salam. Mən Memarlıq fakültesini seçmek çox istemişem. Ama qismet olmayıb. Hal hazırda Resm (Təsviri İncesenet müellimliyi) üzrə ADPU da təhsil alıram. Magistaturanı bu üzrə vermək mümkün deil hə?
Salam. Sizin dediyiniz fərqli ixtisas seçimi hər il DİM tərəfindən programlarla müəyyənləşdirilir. Məsələn Tərcümə oxuyan biri magistrı tərcümə fakültəsində təhsil aldığı dil olmaq şərti ilə Turizm fakültəsində dəvam ede bilər. Bunun üçün 4illik təhsilinizin sonlarına yaxın DİM əməkdaşları ilə bununla bağlı əlaqə saxlaya bilər və ya Magistr 4Saylı jurnalda mövcud olan ixtisas və universitetləri araşdıra bilərsiniz.
Salam, blok imtahanı yazmısınız. O necə bir imtahandır. Rəsm çəkilir yoxsa fənlər üzrə verilən bir imtahandır? Və memarlıq üçün verilen qabiliyyət imtahanında rəsmdən nə düşür? Dizayn ixtisasında düşən antik başlar olacak? Yəni heykəllər?
Salam, blok imtahanları 1-2-3-4 qruplar üzrə keçirilən fənnlər üzrə imtahandır. Yəni siz ilk növbədə buraxılış imtahanı (Azərbaycan və İnglis dili,Riyaziyat üzrə) imtahan verirsiz daha sonra 1 ci qrup blok imtahanına daxil olursuz (Fizika,Kimya,Riyaziyyay fənnləri üzrə) bu iki imtahanın balı 700 bal üzərindən toplanır. Memarlıq 200+ keçid aparır. Yəni ən pis halda 220 toplamalısız ki,kodlaşdırmada şans artsın
Salam. Kollecde dizayn fakultesi var. lakin subbakalavr kimi bitirib imtahansiz universitete qebul olma sansiniz var ve hem dizayn hemde memarliq ucunde imtahan vere bilersiniz. Ayliq gelir ise calistiginiz yer ve sertlere gore deyisir. En az dizayn isleri ve memarlig isleri 500-600manatdan baslayir.
Salam. Xeyir,məqbul sadəcə qabiliyyət imtahanından keçdiyinizi əsaslandırır. Həmən fakültəyə düşüb düşmədiyinizi,pullu və ya pulsuz olduğunu buraxılış imtahanında topladığınız ümumi bal müəyyən edəcək. Qabilliyyət imtahanına yalnız bu halda baxılır. Məsələn A şəxsi 210 bal B şəxsidə 210 bal toplayıb həmən fakültəyə yazıbsa o zaman qabiliyyət imtahan balına baxılır. A şəxsi 8 B şəxsi 6 yığıbsa avtomatik A şəxsi həmən fakültəyə yerləşdirilir. Ona görə siz həm buraxılış həm də qabiliyyətə yaxşı hazırlaşmalısınız
Bir də çoxxx xahiş edirəm cavab verərdiniz 5ci qrup memarlıq inşaat yaxşıdır yoxsa bakı mühəndislik?? İstəyim memar olmaqdı hansı yaxşıdı sizcə və niyə?
Salam,5ci qrupda memarlıq fakültəsi yoxdur,dizayn fakültəsi var. Memarlıq fakültəsi 1ci qrupdadır. Memarlıq fakültəsi üçün Memarlıq və İnşaat Universiteti daha məsləhətlidir.
@@firuzecabbarli4357 xanım şərhdə İstəyim memar olmaqdı yazmısız. Memarlıq və İnşaat universitetin adıdır. Memarlıq isə fakültəsi. Memarlıq fakültəsi 5ci qrup deyil 1ci qrupdur. Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsi 5ci qrupa daxildir.
@@Jafarligroup aydındı indi. Dəqiqliklə heç kimdən öyrənə bilmirdim. Elə dizayn da olsa yaxşıdı ora da mənim üçün. Deyə bilərsiz oranı bitirdikdən sonra harada işləmək olar sizcə?
@@firuzecabbarli4357 Dizayner kimi hər yerdə. İstər interyer ister graphic dizayner olaraq şirkət və qurumlarda çalışmaq mümkündür. Əyər xaricdə işləmək fikirləriniz olsa magistrı italyada dizayn universitetlərində də tamamlaya bilərsiniz və ya şansınız varsa Memarlıq və İnşaat Universiteti Dizayn fakültəsi üzrə 1ci kursdan sonra Erasmus programı açır imtahanı keçdiyiniz halda yarım semestr İtalyada təhsil alırsız
salam.Mənimdə memarlığ ixtisasına çox həvəsim var həmdə çox çalışıram.Lakin ətrafımdakı bir çox insan"Azərbaycanda memarlığ üzrə iş yoxdu"deyir.Sizdən məsləhət almağ istəyərdim.Düzdü bu fikir sizcə?
Salam. Oxuduğu ixtisasa hevesi olan və çox çalışan,hər işlərə qorxu ilə deyil inamla addımlayam hər kəsə iş var:) Ölkəmiz də hər sahə üzrə bacarıqlı kadrlara dəyər az verilə bilər amma qəti sürət də bu İşsiz Qalacağsız mənasını daşımır. Magistrı xaricdə də oxuyub ikili ölkə çalışmalarında,xarici şirkətlər də memar da ola bilərsiniz
Salam. Memarlığ sənətinin daxilində belə bir hissə yoxdur. Lakin memarlığ və ya dizayn ixtisasında təhsil alarağ bəli bu sənətlə məşğul ola bilərsiniz. Əsasən 3D anime video Dizayn ixtisasına aiddir. Lakin hər iki ixtisasda da sizə bu sənətdə istifadə edəcəyiniz programlar öyrədiləcək. Misal 3dsmax,lumion və s.
Salam:) Memarlıq fakültəsinə qəbul Qabiliyyət imtahanı və qəbul imtahanı ilə bərabər iki mərhələdən ibarətdir. Qəbul imtahanında Buraxılış imtahan balı+ 1ci qrup imtahanın toplam balları lazımdır. Yəni memarlığa hazırlaşmanız üçün buraxılış imtahanınıza və 1ci qrupa önəm verməlisiz. Memarlıq fakültəsinə keçid balları son 2il ərzində 200 baldan başlayır. Qəbul imtahanlarından sonra qabiliyyət imtahanı başlayır. Yəni əlavə qabiliyyətdən hazırləq kurslarına gedib özünüzü inkişaf etdirməlisiniz. Qabiliyyət imtahanında isə Yunan ilah və ilahələrinin boyuna qədər olan hissəsi çəkilir. Memarlıq üçün məqbul (keçid balı) qabiliyyət üzrə 6dır. Yəni 6+ bal məqbul sayılır.
@@StarToca Dizayn sahəsində DTS imtahanıda var. Ora verəcəksinizsə orada əlave fərqli imtahan verilməlidir. Amma Dizayn fakültəsinə və memarlığa ümumi 1 imtahan verilir
Salam,videolarimizi beyendiyiniz ucun biz size tesekkur edirik❤️9cu sinifde yalniz pese yönümlü ixtisasları oxumaq olur. Yəni orada dizayn fakültəsi olmur,daha çox sənət işləridir
Salam, memarlıq fakültəsində Kimya fənni yoxdur. İnformatika amma 1ci kursda keçirilir. Əyər qəbul imtahanını soruşursunuzsa qəbulda memarlıq fakültəsi üçün kimya fənni verilir informatika yox
1. Su ve elektrik xettlerinin daha asand yerlesdirilmesi 2. Sagdaki ve soldaki evlerin planinin guzgu effekti (yeni eyni plan) olmasi 3. Insaat mehsullarinin hesablanmasinin asandlasdirilmasi ucun Ve en sonuncu insaatin gedisinin asand olmasi
Bəli, dizayn və memarlıq fakültələri qabiliyyət imtahanı tələb edir. Unec,BMU da bu ixtisaslara amma qabiliyyət imtahanı vermədəndə qəbul olmaq olar. Amma ADRA,AZMİU və s. Kimi digər universitetlər tələb edir
Mimarlık zor bir meslek , çok faydalı bir anlatım olmuş elinize sağlık
Mimarlık okumak isteyenler için iyi bir video olmuş
Videoların devamının gelmesini istiyoruz elinize sağlık
Menim sevimli, istəkli peşəm(heyif ki xəyallar dadır 🥺) Çox sevirəm Memarlığı və dizaynerliyi. Hər kəsə uğurlar arzu edirəm bu sənət, peşə üzrə. Yolunuz açıq olsun Memarlar əsl Memarlar və Dizaynerlər 🙏🤗
İnşallah sizinde həyatınızda arzu olaraq qalmaz,heç bir şey üçün gec olmur☺️
Mənimdə xəyalımdır
Bes sizniye imtahan vermirsiniz ?
Memarliq ve dizayner eyni vaxtda oxunur yoxsa magistr dizayner oxumaq lazimdi
Niyə xeyallarinzdadirki
2 yıl önce sıradan video izler gibi izlemiştim. Ne bileyim hayatımı değiştirecek kadın olduğunu. Seni çok seviyorum karıcım ❤️
Bende seni cok seviyorum sevgilim😇❤️
Mimarlikla alakali faydali bir anlatim
Faydalı bir video olmuş teşekkür ederiz
Videolar çok akıcı teşekkürker
ellerinize sağlık
Çok yararlı bir video olmuş elinize sağlık
Gayet başarılı içerik teşekkürler
Videolarini severek izliyoruz devamini bekliyoruzz.
Güzel olmuş. Teşekkürler.
Əla melumatlar verdiz.teşəkkür
Elinize sağlık iyi video olmuş
Təşəkkürlər
Çok faydalı video oldu teşekkürler
Harika bir video👍
Akıcı bir video olmuş. Elinize sağlık. 👍
Çok başarılı, teşekkürler
Videolarınızın devamını bekliyoruz
Ellerinize sağlık
Harika
Yararlı video
Əməyinizə sağlıq
Cox tesekkurler❤️beyendiyinize cox sevindim
Salamlar. Doğurdan da çox gözəl bir video idi. Mən de özüm haqqda bildirmək istəyirəm ki bu il imtahanda sadəcə biraz balım çatmadı və yeniden hazırlaşıram çünki məqsədim memarliqdir. Heç bir resim dərslərinə getmədən evde 9cu sinfden beri resimliye çox marağım olub və hal hazırda da çox gözəl resim əsərlərim portret,dizayn işlərim var. Ve məqsədim budur ki, gələcəkdə bu resimliyimi davam etdirib dünyaya tanıtmaq, həm memar olaraq həm də öz ayri bir iş kimi dizayn geyimlərimi hazırlamaq istəyirəm. Doğurdan da resim çəkərək çox xoşbəxt oluram.yeni fikirlərim ideyalarım çox olur. Ve bu video üçün sizə çox böyük minnətdarlıgimi bildirirəm. Inşəallah dualarınız sayesinde qəbul olaram memarlıq uzre hər hansısa bir universitete. Universitet fərq etmir mənə əsas o memarlığı oxumaq istəyirəm. O arzum yarım qalmasın,resimliyimi bacarığımı yarımçıq qoymaq istəmirəm çünki(
Xaiş bir də zəhmət olmasa, bu ilki memarlıq ballarini və universitet üzrə yazıb paylaşa bilərsiniz. Minnətdaram sizə. Çalışın həyatda bir məqsədiniz olsun və öz bacarığınızi da ortaya çıxartmağa çalışın bir şeyi edə bilmirsinizsə de ondan əl çəkməyin üstündə işləyin. Doğurdan da mən də ele idim mənə cox dedilər resim çekme ama mən el çekmedim ve indi hal hazırda hər kəs bu resimlere baxaraq tecrüblenirler. Yaxşıki var bu kanalda mene çox motivasiya oldu💙
Salam mən də memarlıq oxumaq istəyirəm sizinlə instagramdan əlaqə saxlayıb daha çox məlumat ala bilərəm?
@@yelena437 Instagram əvvəl isledirdim artıq derslerime görə neçə aydırki silmişəm və sıxıcı gəlir. Bele de telegram ve ya başqa yerdən yaza bilərəm. Yeni baxaram.
@@liyeva2005 wp vere bilersiniz?
Sizin yorumunuzu işlər ilə bağlı biraz gec görmüş olsamda,həqiqətən belə gənclərin olduğunu görmək məni çox xoşbəxt edir❤ siz bu əzm və inamla inanın çox gözəl yerlərdə olacaqsız sizə inanıram💕 Əlbəttə keçid balları ilə bağlıda yaz-yay aylarına yaxın paylaşacam buyurub izləyə bilərsiniz.
Sizə nə kimi köməyim lazım olsa əlaqə saxlaya bilərsiz instagram vasitəsilə : @bymaracafarova
Salam memarlıq fakultəsinin qabiliyyət imtahanına hazırlaşmaq üçün hansı kursa müraciət etmək lazımdır. Zəhmət olmasa kursun adını ünvanını və telefon nömrəsini qeyd edərdiz.
Videoların devamını bekliyoruz
videoların devamını bekliyoruz
Güzel video
Videolarinizi severek izleyirem. Insallah ixtisas secimimde sizlerinde tovsiyelerini nezere alacagam❤
Əllərinizə əməyinizə sağlıq 💖💕
Köməyimiz toxundusa nə xoş bizə❤️🥰
Salam memarlıq fakultəsinə qabiliyyət imtahanı vermeden girmey olar ?
Salam dizayn oxuyup elaveden kurslara getsek. Memar kimi isleye bilerikmi ?
👏👏
Salam,qabiliyyet imtahaninda teqribi ne verilir cekmeye bu fakulte ucun?misalcun portret falan
Men qabiliyyet vermeden daxil oldum memarliga. Nese problem olarmi unide oxuyanda ya da gelecekde?
Hansı uniyə? Yəqinki qabilliyəti pulla keçmisiz
@@samsunggalax7953. Ada unisi teleb etmirde pulla kecmek ne dexli
Merhabalar ben Azərbaycanlıyım şimdi size hikayemi anlatıncam. Bende memar olmak istiyordun ancak hiç kimse benim memar olacağımı istemiyor ve inanmıyordu ve ben hüquqşünas olmayı seçtim ancak hala memar olmak istiyorum sizce memarlık okuyummu? Lütfen bana yardım edin😢
Salam bu il hal hazırda memarlıq üçün qabiliyyət imtahanlarında kəllə çəkilməlidi? videoda tam başa düşmədim əlavə kertiyoj üçündə imtahan var yəni?
Salam mende memarlığa isdeyirem. Lakin 5 ci qrup memarlıq ve inşaat universetində dizayn fakültəsi lakin 1 ci qrupda da memarlıq fakültesi var qorxuramki 5 ci qrupdakı fərqli şey olar
Salam. Yalnız Memarlıq və İnşaat Universitetində deyil hər bir Dizayn fakültəsi mövcud olan universitetlərdə dizayn fakültəsi 5ci qrupdur. Memarlıq fakültəsi ilə Dizaynın fərqi həm çətinliyindən həm də bəzi xırda detallarına görə fərqlənir. Əyər sırf memar və ya memarlığa yönümlü sahə istəyirsinizsə memarlıq fakültəsini tövsiyyə edirəm. Yox əgər həvəsiniz interyer,veb və s. Dizayn yönümlüyədirsə bu zaman düşünmədən 5ci qrupa yaza bilərsiniz
@@Jafarligroup cavabınıza göre cox tesekkur edirem men meselen bütün evi çertyoj çekib proqramlamağ isdeyirem bu deyesen memarliğdi ve 1 ci qrupdur oda açıqcasi menlik deyl 😅, interyer dizayn bildiyime gore memqrligin bir kicim versiyonuz yeni bir otagi sıfırdan düzeldirsen
Yeni fikrim interyer dizayndır oda deyesen tek otag falan düzeltmekdir
@@saftal9693 Memarlıq certyojları memarlıq fakültəsindədir bəli. Amma dizayn fakültəsidə zaman itirəcəyiniz və sırf otağ düzəltmə yönümlü sahə deyil. Orada da sizə memarlığ detallarını öyrədəcəklər. Və dizayn yalnız interyer dizaynla bitmir. Dizaynı bitirib veb dizayner və s. Kimi başqa dizayn sənətləri üzrədə işləyə bilərsiniz.
@@Jafarligroup dizaynerlik yaradiciliq teleb edir . bu uzre kurs kecilecey unide ya bu qabilyet ozumde olmalidi?men coxda rengleri falan uygunlasdiranmiram .deyrler kursu olur ama menim yaxinligimda yoxdu uni vaxtlari prablem yaradar mene ?
Fikir qabiliyyətim var amma şəkil bacariqim yoxdu 4 il universitet oxusam şəkil bacarıqım olar?
Salam, mən 11 ci sinifəm dizaynerliknən Memarlığ arasında qalmışam sizcə hansı daha yaxşıdır birdə 1 ci qrupda dizaynerlik var varsa balı neçədir, interyer dizayner yaxşıdı yoxsa grafik deyərdiniz zəhmət olmasa.
Salam . Kompüter və ya planşet və.s bizə mütləq lazım olacaq? Və bizə kompüter üzərində proqramlarla necə işləyəcəyimizi öyrədirlər?
Cavab versəniz çox sevinərəm❤
Salam rəssamliq akedemiyasını rəsim uzre qutaran biri memar kimi işliyə bilərmi?
Salam, memar kimi işləyə bilməzsiniz. Çünkü resim ilə memarlığın çox az qisimdə ortaq dərsləri olur. Siz memarlığın əsas hissələrini yalnız o ixtisas üzrə təhsil alaraq öyrənə bilərsiniz
Üniversitedlərdə təhsil yalnız pulnandı, pulsuz təhsil almaq olmaz?
Salam.halhazlrda hansı universitetlərdə memarlıq ixtisası tədris olunur ?və hansı universitetlər qabiliyyət imtahanı tələb edir və ya etmir??çox xahiş edirəm cavablandırardlz
AzMiU, BMU, Azərbaycan Rəssamlıq akademiyası, Naxçıvan Dövlət. Bunlardan yalnız BMU qabiliyyət tələb etmir, digərləri edir.
Bəs memarliqda maas ne qederdir
Salam, interyer dizayneri üçün AzMİU ya pulsuz keçid balı neçədir? Və bu ixtisas haqqında biraz məlumat verə bilərsiz?
Salam. Dizayn fakültəsi hər il abituriyentlərin yığdığları bala və o ixtasasa ayrılan yerə görə dəyişir. Lakin əminliklə deyə bilərəm ki, azmiunun dizaynı üçün 200 və daha artıq yığsanız pulsuza düşmək şansınız yüksəkdir. Ümumi pullu və ya pulsuz qəbul üçün isə 150+ yığmalıdsınız və qabiliyyət imtahanıda yüksək olmalıdır min yüksək bal 8 dir
İxtisas haqqında qısa məlumat versəm əgər bu ixtisas azmiuda bir formatda yəni interyer,veb dizayn və s. Kimi bölümlərə ayrılmadan tam keçirilir. Bəzi universitetlər məsələn Mədəniyyət və İncəsənət də dizaynın sahələri ayrılır. Bütünlükdə bu fakültədə dizaynın hər bir lazımı xüsusiyyətləri öyrədilir 4il ərzində.
@@Jafarligroup çox sağolun💗
@@Jafarligroup yəni sırf interyer dizaynı keçirilmir dizaynın bütün sahələri keçirilir?
@@fatimkrimli4453 Buyrun xoşdur😌
👍👍
Salam 1 ci qrupam qabiliyyət imtahanı verməmişəm, memarlıq ixtisası yazsam qəbul olmaram?
Bir dəki bir sual verim qci qrupdakı memarlıq fakültəsiylə 5ci qrupdakı memarlıq fakültəsinin nə fərqi var?
@@full_moon7263 düz deyirsiniz.. çox sağolunn
.2023 cü ildədə rəsmxətdən imtahan olub??
Bakı Mühəndislik unversitetində qabiliyət imtahanı yoxdur elə mi?
Salam,xeyr yoxdur
@@Jafarligroupbaşqa hansı universitetlərdə yoxdur qabiliyyət imtahanı?
@@Milano-y1wUNECdə dizayn üzrə
Salam memarliq ucun Azmiu da nece il oxumaq lazimdir?
Salam,tehsil muddeti bakalavr ucun 4,magistr ucun 2ildir.
@@Jafarligroup yaxsi cox sagolun❤
👍
salam men 5ci qrup uzre memar dizayner olmax isdiyirem hec bir bilgim yoxdur az maz var oda deqiq deil . 2ilim qalib qabilyete bes edermi kecmeye imtahannan? bu dizaynerlik yalniz bakida var deyrler duzdur? qabilyetden kecenmezem ama 3fennen yaxsi toplasam yene de qebul olanmaram uniye? xais edirem cavab verin
Salam. Memarlıq və dizayn ayrı fakültə və qruplardadır. Memarlıq buraxılış imtahanı+blok imtahanı 1ci qrup üzrə+qabiliyyət imtahanı lazımdır. dizayn isə buraxılış+qabiliyyət imtahanları tələb olunur. Yəni öncə bunu düşünün. Blok imtahanı versəniz belə həm memarlığa həm də buraxılış balı ilə dizayna yaza bilərsiz. Lakin blok imtahanına girmədiyiniz halda yalnız dizayn fakültəsinə kodlaşdırmağ mümkündür. 2il qabiliyyət imtahanlarına hazırlaşmaq üçün mükəmməl zamandır,dəyərləndirin mütləq. Çox şagird 6aya belə öyrənir. 2ilə siz 10ballıq dərəcədə çəkməyi öyrənə bilərsiniz üzərinizdə çox çalışsanız. Qabiliyyətdən 6baldan aşağı toplanıldığı halda həmən fakültəyə qəbul olunmur. Mim keçid 6 max isə 10dur. Yalnız İqtisadiyyat və Bakı Mühəndislik dizayn fakültəsinə girişi qabiliyyət imtahansızdır lakin giriş balları çoxdur. 200+ yığmalısız buraxılışdan. Dizayn və memarlıq fakültəsi Naxçıvan dövlət universitetində də var bölgə olarağ.
@@Jafarligroup cox sagolun ama men bele deym 2ilde her il 3ayliq yay tetilinde gedecem resm kursuna . imkanimiz yoxdu ilin 12ayi gedem . 5ci qrupda memarliq var yəni? ev dizayni deyek. men size açiq deym. mingecevirde qaliram burda isdemirem tehsil alam ya da bura yaxinliqda. bakida ya da bakiya yaxin yerde isdiyirem naxcivannan baska yerde yoxdu yani? baki naxcivan yalniz hele . eger 200+ toplasam memarliga qabilyetsiz gire bilecemda hele? uniye dusecem deqiq?
@@Jafarligroup yəni men uni bitirsem şirket işinde işliye bilerem? deyrler iş tapilmir . cetindi şirketde işe qebul olmaq?
@@Solmaz.11 xanım 200+ qabiliyyətsiz giriş deyil. Siz qabiliyyət imtahanıda verməlisiz. Qabiliyyətin min keçidi 6 max isə 10dur. Yəni 5bal yığsanız qabiliyyətdən qəbul balınız 200belə olsa dizayn imtahanından kəsilmiş sayılırsız. Qabiliyyəti keçmədən yalnlz BMU,UNEC,Xəzər və ya Odlar yurdu universitetlərinə yaza bilərsiniz. Digərləri qabiliyyət tələb edir və 6baldan aşağı alsanız kesilmiş hesab olunursunuz. Yay tətillərində getməkdə öyrənməyinizə yaxşl vaxtdır. 2il yəni 2yay tətili toplam 6ay edir və 6aya yaxşı müəllin seçimi etsəniz hər şeyi tam öyrənərsiniz.
@@Solmaz.11 Dizayn fakültəsi ilə memarlıq fərqli qruplardadır qeyd etmişəm. Memarlıq 1ci qrupdur dizayn isə 5. Dizayn fakültəsində sadəcə ev dizaynı öyrədilmir. Veb dizayn,interyer hamısı öyrədilir. Təhsili yalnız Bakıda və Naxçıvandadır. Başqa şəhərlərdə memarlıq və ya dizayn fakültəsi yoxdur,yalnız Bakı və Naxçıvanda var. Dizayn sahəsi üzrə işlər çoxdur,yəni oxuya-oxuya hətta işləyə bilərsiniz. Önəmli olan kompyuteri və dizayn programlarını yaxşı bilməkdir
1 ci qrup memarlıq unecde var?Varsa pulsuz keçid balı birdeki qabiliyyet teleb olunur?Eger buraxılış ve blok balı ilə istəyoriksə
Salam məndə nə qədər vaxtdır ki araşdırırdım hə var ama pulnandı illiyi mən araşdıranda elə dedilər
salam. birinci qrup memarliq ucun qebul imtahaninda kimyadan vereceyik yoxsa informatikadan
Kimya
Salamlar ilk öncə👋🏻
Azmiu da Memarlıq neçə baldan başlayır? Və birdə qabiliyyət imtahanı lazım olacaq yığdığımız baldan əlavə?
Salam,Azmiuda memarlıq balı 200+ dir. Bəli qabiliyyət imtahanıda çox önəmlidir və mütləq lazımdır Memarlıq və Dizayn fakültələri üçün
@@Jafarligroup memarlıq inşaatın qabiliyyət imtahanı haqqında məlumat verə bilərsiz? Necə bir şəklin çəkilməsi tapşırılır orda?
memsrliq ixtisasi kecid bal ne qederdi?
Salam, keçən il balları ilə bu il memarlığ fakültəsinə min keçid balı 200 dən başlayır. Lakin, bu il tələbələr yüksək bal toplasalar təbii ki, ballar arta bilər
@@Jafarligroup bu bal ancag buraxilis bal ile hesab olunur ?
@@aydansemedova9492 Toplam olaraq bəli lakin 1ci qrupun blok imtahanından 100baldan çox toplamalısız. 100balda aşağı həmən qrup üzdə kodlaşdırmanıza imkan verməz. Min buraxılış 100 blok imtahanı 100olmaqla toplam 200olur amma təbii ki bu minimaldı.
Memarlıq üçün hansı ali məktəb daha yaxşıdır?
Azmiu
Salam BMUdada memarlıq üçün qabiliyyət imtahani istəyirlər?
Salam,Xeyr. BMU ve UNEC qabiliyyet imtahanlari teleb etmir dizayn ve memarliq fakulteleri ucun
@@Jafarligroup Salam bu dəqiq məlumatdır??məlumatım yoxdu
@@nezrinhuseynova5785Bəli
Mən memar olmaq istəyirəm amma bilirəm 1ci yoxsa 5ci qurupdadır?
Salam,memarlıq fakültəsi 1-ci qrup blok imtahanı üzrə verilir
@@Jafarligroup sağolun:)
@@Jafarligroup Fizika informatika yoxsa fizika kimya ile ??
@@hellomm36 salam,fizika kimya
Salam, memarlıq 2 qurupda var 1. Və 5. Aralarındaki fərq nədir?? xaiş edirəm cavablandırasınız
Salam. Memarliq yalnizca 1ci qrupda var. 1ve 5 qrupun arasinda ki,ferq budur 5ci qrup yalniz tam orta mektebi bitirmeyinizle bagli verdiyiniz atestasiya imtahanidir. Basqa imtahan vermek lazim deyil. 1ci qrup ise atestat imtahaninizdan sonra elave 3fennden vereceyiniz imtahandir ve sonda 5ve 1ci qruplarda olan ballariniz toplanarag umumi baliniz melum olur. 5ci qrupda yalniz Dizayn ixtisasi var memarliq yoxdur. Memarliq ucun 1ci qrup+qabiliyyet imtahani lazimdir
@@Jafarligroup həə anladım çox sağ olun məlumata görə elə bilirdim 5. Qurupdada var amma 5. Qurupa vermək istəyirəmdə tövsiyyə edirsiniz?
@@Yusif44. Beli Dizayn ixtisasida ozluyunde cox yaxsi ixtisaslardan biridir ve bir cox universitetde tedris olunur
Salam memarliq ucun qabiliyyet imtahanında certyoj kimi seyler cekmeyimizi isteyirler yoxsa hansisa cisim sekli?
Salam,bundan 3-4il əvvəl çertyoj var idi. Lakin son 2ildə yalnız rəsmdən qabiliyyət imtahanı verilir. Memarlıq fakültəsi üçün kəllə çəkilir
Salam Xanım mən memarlıq oxumag istəyirəm lakin atam deyir oğlanların ixtisasıdı deyə bilersiniz qızlar üçün memarlıq universiteti harada var?
Salam,memarlıq ixtisası sırf elə qızlar üçün yaraşan bir ixtisasdır bunu atanıza bildirə bilərsiniz. Oğlanlar daha çox İnşaat fakültəsinə üstünlük tutur. Amma memarlıq fakültəsində həm oğlan həm də qız tələbələr təhsil ala bilər. Hər bir universitetdə memarlıq fakültəsi qızlar üçün də oğlanlar üçündə nəzərdə tutulub. Memarlığı araşdıraraq atanıza qadın memarları göstərib fikrində yanıldığını göstərə bilərsiniz
Salam memarliq ucun qabiliyyet imtahani hansi aylarda olur texmini bideki men nece aya kecid balin toplaya bilerem qabiliyyet imtahaninda ?)
Salam. Qabiliyyət imtahanları buraxılış və blok imtahanlarının hamısı bittikdən sonra başlayır. Bu il təxmini tarixləri avqust və sentyabr aylarında idi. Gələn il pandemiyadan asılı olarağ zaman uzadıla və ya qısaldıla bilər. Bal mövzusunda sizin qabiliyyət önəmılidir. Əgər rəsimə marağınız varsa, rəsim qabiliyyətiniz istedadınız varsa 3-4ay kifayət edər. Amma bu ixtisasla əlaqəniz yoxdursa məsləhətim 1il rəsim kurslarına getməyiniz və hər detalı öyrənməyiniz lazımdır.
Burda deyir test ne testi riyaziyat az.dili bele testler?
Salam xanım sizinlə necə əlaqe saxlamaq olar
Salam 9 dan memarlıq oxumaq olur?
Salam, mənim çox həvəsim var bu sənətə , amma bilmirəm 5 ci qrup yoxsa 1 ci qrupa verməliyəm? Qabiliyyət imtahani necə olur? Şəkil çəkirik? Qabiliyyət imtahaninda yigdiğimiz bal buraxılış imtahaninda yigdigimiz balin üzərinə gəlir? Qabiliyyət imtahanı üçün əlavə olaraq kurslara getməliyəm? Və son olaraq 1 ci qrupa verirəmsə orada memarliğin keçid balı neçədir? Hansi unilərdə təhsil ala bilərəm? Cavab yazsaniz xoş olar indidən təşəkkürlər 🤍
Salam:) Memarlıq və dizayn sənətinin ikisidə çox gözəldir lakin qəbul imtahanında qrupları fərqlidir. Memarlıq buraxılış imtahanı + 1ci qrup blok imtahanı, dizayn fakültəsi isə yalnız buraxılış yəni 5ci qrup imtahanı ilə qəbul aparır. Qabiliyyət imtahanı nda siz həm memarlıq həm də dizayn üzrə kəllə çəkirsiniz (Yunan mifologiya və tanrılarının) qabiliyyətdən keçid balı 6 baldan başlayır və max 10baldır. Qabiliyyət balınız imtahan balınızla toplanmır,lakin ixtisas seçimi zamanı sizinlə eyni balda olan tələbə həmən ixtisası yazıbsa qabiliyyət balınıza baxılacaqdır. Kimdə daha çoxdursa onun keçmə şansı bir o qədər artır. Əlavə kurslar məsləhət edərəm əyər əl bacarığınız yaxşıdırsa son 3-4ay gedə bilərsiz. Burada sizə daha rahat yolunu öyrədirlər və günlük kəlllə çəkərək əliniz öyrəşir. 1ci qrupda memarlığın keçid balı son 2 ildir 200 və yuxarıdır. Pulsuz 284 aralığında olur amma bu yenədə həmən ilin ballarına əsasən müəyyənləşir. Memarlıq üzrə qabiliyyət tələb edən 2 universitet var : Memarlıq və İnşaat universiteti və Ressamlıq Akademiyası. Qabiliyyət imtahanını vermədən memarlıq oxuya biləcəyiniz digər universitet isə Naxçıvan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetidir.
@@Jafarligroup cox təşəkkür edirəm🤩 beynimdeki suallarin bir qismini sildiniz artıq. Birşey də soruşum 🥺 memarlıq və dizaynin tam olaraq fərqi nədir? Və 5 ci qrupa dizayn a verəcəyəmsə, yalnız Azərbaycan dili riyaziyyat və ingilis dilindən +kurslar falan hazirliqlara getməliyəm ?
@@seraaslans Memarlıq Dizayn sahəsinə görə daha geniş imkanlar yaradır və daha çətindir. Çətinliyi bundan ibarətdir ki, memar olan bir şəxs hər şeyi detalına qədər öyrənməlidir. Hesablama,Konstruktiv vizualları, zövqləri hər bir şey yerində olmalıdır memarda. Dizaynerin isə fikir və bacarıqları daha çox ön plandadır. 5ci qrup imtahan Azərbaycan dili,İngilis dili və Riyaziyyat fənnləri üzrə aparılır və buraxılışdan sonra qabiliyyət imtahanları başlayır.
@@seraaslans Hazırlıq seçimi sizin bilik və bacarıqlarınıza uyğun seçməlisiz yəni rəsm bacarığınız varsa özünüzə güvənirsizsə özünüzdə hazırlaşa bilərsiz lakin mən sizə yenədə kursa və ya yaxşı əl qabiliyyəti olan bir müəllimə ilə hazırlaşmağı tövsiyyə edərəm. Daha detallı şəkildə məlumat verəcəklər çünkü onlar sizə və imtahan zamanı daha asand olacaq
@@Jafarligroup çox təşəkkürləərrr❤️
‼️‼️‼️‼️🙏🙏🙏🙏
Salam. Koreyada oxumaq üçün burda 1ci qrupa verib koreyada uniyə qəbul necə olur?Və ya belə bir şey mümkündür mü?Əgər mümkün deyilsə və memarlığı koreyada oxumaq üçün harada imtahan verilməlidir?Hansı fənnlər üzrə verilir? Suallarıma cavab versəniz çox sevinərəm indidən təşəkkürlər🙏
‼️‼️‼️‼️‼️‼️‼️
Yrmum görsənmir buna görə düzənləyib yazmalı oldum😟
Cavablarınız üçün təşəkkürlər🙏 Sizdən bir neçə şey daha soruşmaq istəyirəm. Yəni 1.Qrupa hazırlaşsam Koreyada Memar oxuya/işləyə bilməyəcəm? Koreyada Memar işləmək nə qədər əlverişlidir? Memarların sayı çoxdur mu? Orada memarlığa nə qədər önəm verilir ?Bu kurslardan Azərbaycandada istifadə etmək olur mu? Yoxsa Koreyada oxumaq lazımdır? Təhsil nazirliyinin saytı UA-camda'da var?
Salam. 1ci qrup imtahanı yalnız Azərbaycana şamil edilir lakin qardaş Türkiyə Respublikasında bezi universitetlər DİM balı ilədə qəbul aparır. Koreya ya gələndə isə bunun üçün ilk alternativ xarice hazırlıq kurslarıdır. 90% xaric imtahanları İELTS imtahanını tələb edit lakin daha ətraflı məlumatl və programı sizə məhz xaricə qəbul aparam kurslar verəcəkdir. Çünkü əlavə sənədlərdı lazım olur. Əlavə olarağ Təhsil Nazirliyi’nin saytında Koreya da təqaüdlü təhsil linkləri də yerləşdirilir. Mütəmadi olarağ oranıda yoxlayın
Qısa bir məlumatı koreya da təhsil ilə bağlı sizə bildirmək istəyərəm:
Universitetlərdə koreya dili ilə yanaşı ingilis dilində də təhsil almaq mümkündür. Koreya dilini bilməyən tələbələr üçün isə xüsusi olaraq koreya dili kursları mövcuddur. Koreya dilində təhsil üçün tələbələrdə TOPIK (Test of Proficiency in Korean), ingilis dilində təhsil üçün isə IELTS və ya TOEFL imtahanlarından birinin nəticəsi olmalıdır.
Ortalama təhsil haqqı ixtisasdan asılı olaraq 1500- 10.000$ aralığında dəyişir. Xarici tələbələrin təhsil aldıqları müddətdə Koreyada işləmək üçün rəsmi icazə almaq imkanları var. Sırf bu məqsədlə hər il hökumət tərəfindən tələbələr üçün iş yarmarkaları keçirilir.
Dil və xaricdə təhsil kurslarından mütləq daha ətraflı sənəd və imtahanlarla bağlı məlumat alın
Salam. Xaric də təhsil kursları Azərbaycanda mövcuddur Koreya da deyil. Bu kurslar sizə Koreyaya gediş imtahanlarınızı xərclərinizi və lazımi sənədləri deyir və hazırlamağınızda yardımcı olur. İnternet üzərindən də araştıra bilərsiniz mənim bildiyim CELT kurslarıdır bərkədə daha yaxşı və münasib qiymətə də kurslar vardır. Təhsil Nazirliyi nin rəsmi saytına daxil olub baxa bilərsiniz UA-cam hesabından yox. Təəsüf ki, Koreya da işçi sayı və təlabat haqqında bir məlumatım yoxdur. Bunu daha yaxşı orada yaşayan biriləri sizə bu məlumatı verə bilər. Talk with strangers bu tip programlarda xaric də yaşayan insanlarla həm danışa bilirsiniz həm də məlumat ala bilirsiniz. Koreyadan biri ilə tanış ola bilib suallarınızı soruşa bilərsiniz. Memarlıq ixtisası dünyanın hər yerində önəmli ixtisaslardan biridir. Hansı ölkəyı getsəniz memara ehtiyac var. 1ci qrup imtahanı yalnız DİM şamil olunur yəni Azərbaycan qəbuluna lazımdır. Koreya üçün yorumda yazdığım imtahan sistemləri tələb olunur
Salam men memarlıq ixdisasi seçmək isdeyirem balm çatr amma qabiliyyətine hazr deyilem :/ nece edim 2 ay sonra qabiliyyətimdir nece hazirlasmaq olar
Salam, qabiliyyət imtahanları sadəcə hazırlaşmaqla deyil ən çoxda bacarıqla bağlıdır. Əyər əl qabiliyyətiniz yaxşı inkişaf edib və ya əliniz tez alışırsa hər hansı bir şeyi çəkməyə stressə ehtiyac yoxdur. 0 dan başlayanlar üçün 2ay gecdir ən az 6ay məşhul olmalısız əla nəticə üçün
@@Jafarligroup təşəkkür edirəm imtahan 22 gun sonradr 10 balliq sistemden en az 6 bal almaliyam helede yaxsi cekmirem bilmirem kece bilecemmi imtahandan :/ gune 4-5 bas heykel resmi cekirem
Salam mən memarlığ oxumaq isteyirem amma İtaliyada oxumaq isteyirem amma nece edeceyimi bilmirem.Bu haqda məlumat verə bilərsiz zəhmət olmasa
Salam,ümumiyyətlə xaricdə təhsil yalnız SAT və İELTS imtahanları ilə aparılır. Bu imtahanlardan memarlığ fakültəsinə uyğun balı toplayaraq qəbul aldığını zaman visa tələbi verməlisiz İtalyaya visanızda uğurlu alınarsa italyada universitetinə hazırsınız
Salam xanim.Oglum ümumi 296 bal imtahanlardan,6bal da qabiliyyətdən alib,memarligin pulsuzuna düşə bilərmi??
Salam, yigdigi bala gore pulsuza dusme ehtimali var beli. Lakin esas olan vereceyi universitet ve ixtisas uzre pulsuza yazanlarin balinin oglunuzun balindan az olmasi muhum rol oynayir. Lakin 296bal memarlig fakultesi ucun qane edici bir baldir. Qabiliyyetdende kecib artiq keske qabiliyyet 1-2bal artig ola bilseydi ama qorxusu yoxdur. Qabiliyyet balina esasen eyni balla eyni yeri yazan telebeler olanda o halda qabiliyyet ballarina nezeren yerlesdirilir. Birde eyer oglunuz atestat imtahanindan 160baldan cox yigibsa dizayn fakultesininde pulsuzunu yoxlaya bilersiniz ora dusme sansida var.
@@Jafarligroup cavablandirdiginiz üçün çox sağ olun
Salam. Memarliq yaxwidi yoxsa insaat muhendisliyi . Bu iki fakulde arasinda secimde mene komek ede bileesiz?
Salam. İnşaat mühendisliyi ilə memarlıq ikisidə inşaata bağlı görünsədə fərqləri təbii ki var. İlk növbədə memar öz işini (freelancer) və ya şirkət üçün çalışa bilər. Mühəndisim öz sərbəst iş qrafiki və ya şəxsi işi olmur. Xanım üçün əsasən daha incə və uyğun memarlıqdır deyə bilərəm. Memar əraziyə ilkin baxışı etdikdən somra uuğun layihəni verir lakin mühəndislər günün hər günü hər saatı inşaat bitənə qədər hər bir problemi həll etmək məcburiyyətindədir. Və təbii ki, memarlıqda xəyallarınızı gərcəkləşdirmək,sizə məxsus bir əsər hazırlamaq olur,mühəndislikdə isə sadəcə əlinizdə olan əsas işlə yetinməli və yalnız ona yönlənməlisiniz
Salam .1 ci qrupda memarlıq və inşaat universitetinə qəbul olmaq üçün təkcə buraxılış və qabilliyyət imtahanı yetərlidir mi?Yoxsa blok imtahanıda olur?zəhmət olmasa cavablandırardız .Öncədən təşəkkürlər:)
Salam. Memarlıq inşaat universitetində dizayn fakültəsi buraxılış və qabiliyyət imtahanları, memarlıq fakültəsi isə buraxılış,blok (1ci qrup üzrə) və qabiliyyət imtahanlarıyla qəbul olunur
@@Jafarligroup Men memarlıq fakültəsi üzrə hazırlaşmaq isdəyirəm kimya fənninin əvəzinə informatika fənnindən hazırlaşa bilərəmmi?
@@melisaa__1665 Xeyir,informatika sahəsi yalnız İT fakültələri üzrə mövcuddur
@@Jafarligroup təşəkkür edirəm cavabladığınız üçün .
@@Jafarligroup ele bir Universitet var mı ki qabiliyyət imtahanı götürülməsin?
Salam. Mən Memarlıq fakültesini seçmek çox istemişem. Ama qismet olmayıb. Hal hazırda Resm (Təsviri İncesenet müellimliyi) üzrə ADPU da təhsil alıram. Magistaturanı bu üzrə vermək mümkün deil hə?
Salam. Sizin dediyiniz fərqli ixtisas seçimi hər il DİM tərəfindən programlarla müəyyənləşdirilir. Məsələn Tərcümə oxuyan biri magistrı tərcümə fakültəsində təhsil aldığı dil olmaq şərti ilə Turizm fakültəsində dəvam ede bilər. Bunun üçün 4illik təhsilinizin sonlarına yaxın DİM əməkdaşları ilə bununla bağlı əlaqə saxlaya bilər və ya Magistr 4Saylı jurnalda mövcud olan ixtisas və universitetləri araşdıra bilərsiniz.
@@Jafarligroup Cavabınız üçün teşekkür edirem. Bu arada video çox uğurludur❤️
@@nurayvliyeva180 Biz təşəkkür edirik❤️Məlumatlandıra bildiyimiz üçün sevindim
Salam, blok imtahanı yazmısınız. O necə bir imtahandır. Rəsm çəkilir yoxsa fənlər üzrə verilən bir imtahandır? Və memarlıq üçün verilen qabiliyyət imtahanında rəsmdən nə düşür? Dizayn ixtisasında düşən antik başlar olacak? Yəni heykəllər?
Salam, blok imtahanları 1-2-3-4 qruplar üzrə keçirilən fənnlər üzrə imtahandır. Yəni siz ilk növbədə buraxılış imtahanı (Azərbaycan və İnglis dili,Riyaziyat üzrə) imtahan verirsiz daha sonra 1 ci qrup blok imtahanına daxil olursuz (Fizika,Kimya,Riyaziyyay fənnləri üzrə) bu iki imtahanın balı 700 bal üzərindən toplanır. Memarlıq 200+ keçid aparır. Yəni ən pis halda 220 toplamalısız ki,kodlaşdırmada şans artsın
Memarlıq və dizayn üzrə qabiliyyət imtahanları ayrı komisiyalar üzrə olsada keçən il antik baş çəkilmişdi hər ikisindən.
Mütləqdiki rəsmnən maraqmz olsn?rəsm bilmeden memarlıqa vrrmek olmaz?
Salam mən memarlıq ixtisası üzrə hazırlaşıram xahiş edirəm sualıma cavab verərsiz 1-ci qrup memarlıq üçün hansı fənnlər lazımdır
Salam,buraxilis ucun Ingilis dili,Azerbaycan dili,riyaziyyat. Blok imtahani 1ci qrup uzre Kimya,Fizika ve Riyaziyyat fennleri
@@Jafarligroup çox sağolun
Memarlıq üçün 5. Qurupu tövsiyə edirsiniz?
Salam. Memarliq 1ci qrupdadir. 5ci qrupda olan Dizayn ixtisasidir
Bəs 2ci qupada var axı
Kollecdə memarlıq var? Cavablasanız sevinərəm və aylıq gəliri nə qədər olur?
Salam. Kollecde dizayn fakultesi var. lakin subbakalavr kimi bitirib imtahansiz universitete qebul olma sansiniz var ve hem dizayn hemde memarliq ucunde imtahan vere bilersiniz. Ayliq gelir ise calistiginiz yer ve sertlere gore deyisir. En az dizayn isleri ve memarlig isleri 500-600manatdan baslayir.
5ci qrupda dizayn qabiliyyetinden megbul aldiqda pulsuza dusursen ?
Salam. Xeyir,məqbul sadəcə qabiliyyət imtahanından keçdiyinizi əsaslandırır. Həmən fakültəyə düşüb düşmədiyinizi,pullu və ya pulsuz olduğunu buraxılış imtahanında topladığınız ümumi bal müəyyən edəcək. Qabilliyyət imtahanına yalnız bu halda baxılır. Məsələn A şəxsi 210 bal B şəxsidə 210 bal toplayıb həmən fakültəyə yazıbsa o zaman qabiliyyət imtahan balına baxılır. A şəxsi 8 B şəxsi 6 yığıbsa avtomatik A şəxsi həmən fakültəyə yerləşdirilir. Ona görə siz həm buraxılış həm də qabiliyyətə yaxşı hazırlaşmalısınız
Bes bisey sorusacam . Bəzi insanlar memarlığın 1ci , bəziləri isə 5ci grupa düşdüyünü deyir. Hansı doğrudu ?
Memarlığ fakültəsi 1ci dizayn isə 5ci qrupdadır
Bir də çoxxx xahiş edirəm cavab verərdiniz 5ci qrup memarlıq inşaat yaxşıdır yoxsa bakı mühəndislik??
İstəyim memar olmaqdı hansı yaxşıdı sizcə və niyə?
Salam,5ci qrupda memarlıq fakültəsi yoxdur,dizayn fakültəsi var. Memarlıq fakültəsi 1ci qrupdadır. Memarlıq fakültəsi üçün Memarlıq və İnşaat Universiteti daha məsləhətlidir.
@@Jafarligroup axı dünən görmüşəm 5ci qrup memarlıq inşaat universiteti 178 bal pulsuz. Büten balların şəkli var Vüsət Əzizov paylaşıb
@@firuzecabbarli4357 xanım şərhdə İstəyim memar olmaqdı yazmısız. Memarlıq və İnşaat universitetin adıdır. Memarlıq isə fakültəsi. Memarlıq fakültəsi 5ci qrup deyil 1ci qrupdur. Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsi 5ci qrupa daxildir.
@@Jafarligroup aydındı indi. Dəqiqliklə heç kimdən öyrənə bilmirdim. Elə dizayn da olsa yaxşıdı ora da mənim üçün. Deyə bilərsiz oranı bitirdikdən sonra harada işləmək olar sizcə?
@@firuzecabbarli4357 Dizayner kimi hər yerdə. İstər interyer ister graphic dizayner olaraq şirkət və qurumlarda çalışmaq mümkündür. Əyər xaricdə işləmək fikirləriniz olsa magistrı italyada dizayn universitetlərində də tamamlaya bilərsiniz və ya şansınız varsa Memarlıq və İnşaat Universiteti Dizayn fakültəsi üzrə 1ci kursdan sonra Erasmus programı açır imtahanı keçdiyiniz halda yarım semestr İtalyada təhsil alırsız
salam.Mənimdə memarlığ ixtisasına çox həvəsim var həmdə çox çalışıram.Lakin ətrafımdakı bir çox insan"Azərbaycanda memarlığ üzrə iş yoxdu"deyir.Sizdən məsləhət almağ istəyərdim.Düzdü bu fikir sizcə?
Salam. Oxuduğu ixtisasa hevesi olan və çox çalışan,hər işlərə qorxu ilə deyil inamla addımlayam hər kəsə iş var:) Ölkəmiz də hər sahə üzrə bacarıqlı kadrlara dəyər az verilə bilər amma qəti sürət də bu İşsiz Qalacağsız mənasını daşımır. Magistrı xaricdə də oxuyub ikili ölkə çalışmalarında,xarici şirkətlər də memar da ola bilərsiniz
@@Jafarligroup çox sağolun❤
Bəs təhsili xaricdə yox azərbaycanda bitirib təcrubəli memar olmaq olurmu?
Memarlıqda animasiyaçı olmaq varmı fikrimi çatdıra bildimi
Salam. Memarlığ sənətinin daxilində belə bir hissə yoxdur. Lakin memarlığ və ya dizayn ixtisasında təhsil alarağ bəli bu sənətlə məşğul ola bilərsiniz. Əsasən 3D anime video Dizayn ixtisasına aiddir. Lakin hər iki ixtisasda da sizə bu sənətdə istifadə edəcəyiniz programlar öyrədiləcək. Misal 3dsmax,lumion və s.
@@Jafarligroup çox sağolun
Salam men de bu memarliq senetine hevesim var amma men bilmirem nece baslayim ve necenci qrupdu ? Onlari basa salsaz cox geseng olar )
Salam:) Memarlıq fakültəsinə qəbul Qabiliyyət imtahanı və qəbul imtahanı ilə bərabər iki mərhələdən ibarətdir. Qəbul imtahanında Buraxılış imtahan balı+ 1ci qrup imtahanın toplam balları lazımdır. Yəni memarlığa hazırlaşmanız üçün buraxılış imtahanınıza və 1ci qrupa önəm verməlisiz. Memarlıq fakültəsinə keçid balları son 2il ərzində 200 baldan başlayır. Qəbul imtahanlarından sonra qabiliyyət imtahanı başlayır. Yəni əlavə qabiliyyətdən hazırləq kurslarına gedib özünüzü inkişaf etdirməlisiniz. Qabiliyyət imtahanında isə Yunan ilah və ilahələrinin boyuna qədər olan hissəsi çəkilir. Memarlıq üçün məqbul (keçid balı) qabiliyyət üzrə 6dır. Yəni 6+ bal məqbul sayılır.
@@Jafarligroup salam memarlığa yalnız bir şekil çekib imtahan verirler?dizaynere 3şekildi?
@@StarToca Dizayn sahəsində DTS imtahanıda var. Ora verəcəksinizsə orada əlave fərqli imtahan verilməlidir. Amma Dizayn fakültəsinə və memarlığa ümumi 1 imtahan verilir
@@StarToca Memarlıq və dizayn ixtisasının qabiliyyət imtahanları son 2ildə Heykəl (kəllə hissəsi) çəkmək ilə keçirilir
@@Jafarligroup Salam.Yalnız 1 movzu kelle cekilecek?Bes kelle grafika formasinda yoxsa rengli teleb olunur?
Bəs maaşı nə qədərdir??
neçənci qrupdadı?
Salam memarliq 1,dizayn 5ci qrup
@@Jafarligroup təşəkkürlər
Vaxtında Sənədlərimi Versəydim Ən Yaxşı Memarlardan Biri Olardım
Memarliq necenci qurubdadi
Salam,memarlıq ixtisası və fakültəsi 1ci qrupa aiddir.
9 cu sinifde qəbul olmaq olurmu
Salam çox gözəl videodur təşəkkürlər sizə bir sualım var idi 9 cu sinifdən əvvəlcə kolleci sonra isə universtetini oxumaq olur?
Salam,videolarimizi beyendiyiniz ucun biz size tesekkur edirik❤️9cu sinifde yalniz pese yönümlü ixtisasları oxumaq olur. Yəni orada dizayn fakültəsi olmur,daha çox sənət işləridir
@@Jafarligroup Yəni Azmiu olmur?☹
@@ady2566 Xeyir azmiu dizayn kolleci 11ci sinifdendir
Memarliqin bolmeleri var men bilen var diyesen dekorasiya mimarliqi ic memari var
Neçə baldır?
Memarlıq fakültəsi keçid balı 200+,dizayn fakültəsi 150+
Memarliq oxusaq kimya yerine informatika keçilir?
Salam, memarlıq fakültəsində Kimya fənni yoxdur. İnformatika amma 1ci kursda keçirilir. Əyər qəbul imtahanını soruşursunuzsa qəbulda memarlıq fakültəsi üçün kimya fənni verilir informatika yox
Bu sualıma cavab versəz çox sevinerem.Niye binaları simmetrik çəkirlər.
1. Su ve elektrik xettlerinin daha asand yerlesdirilmesi
2. Sagdaki ve soldaki evlerin planinin guzgu effekti (yeni eyni plan) olmasi
3. Insaat mehsullarinin hesablanmasinin asandlasdirilmasi ucun
Ve en sonuncu insaatin gedisinin asand olmasi
Bu ıxtısasa versem mutleg resme getmelıyem?🥰cunkı resm falan ceke bılmırem helekı❤️