Mən hazırda sahələr üzrə dizayn ixtisasındayam. AzMİU-da tək ixtisas budur. Həm interyer, həm də qrafik dizayn birlikdə tədris olunur. UNEC-dəki dizayn təhsilindən xəbərim yoxdur sözün açığı
@@Music_World7732 iş tapmaq olur, baxır siz necə mütəxəssissiz və aylıq hansı məbləğ sizi xoşbəxt edir. Ümumi götürsək 400-600 manat aralığında vakansiya doludur.
Salam. Mən həm 1, həm də 5-ci qrupa hazırlaşmışam. Sırf dizayn ixtisası oxumaq üçün 5-ci qrup üzrə imtahan verməlisiniz. Amma memarlıq üzrə oxumaq istəyirsinizsə, 1-ci qrupa
Salamm. Bir sual verəcəm. AzMİU-da ingiliscə Memarlıq fakültəsi haqqında məlumat verə bilərsiz əgər məlumatınız varsa? Deyəsən, imtahanı verib qəbul olduqdan sonra, speaking imtahanı verirsən. Bu imtahandan keçməsən nə olur?? Heç yerdən məlumat tapa bilmirəm bu haqda.
@@huseynscratchprogram2438 salam. Sözün düzü bilmirəm belə bir qayda var yoxsa yoxdur. Məndə 65 olub bal, sentyabr ayında onsuz yenidən universitetin özündə imtahana çağırırlar ingilis dilindən
Salam, sizə sualım olacaqdı, Qabiliyyət imtahanı vermisinizsə, hansı müəllimin yanına,ya da kursa getmisiniz? Universitetlərə qabiliyyət imtahanı necə bir neçə mərhələli olur? Və ingilis dili tədrisdə birbaşa ingilis dili keçirilir mi? İmtahana çağırıb ingilis dili səviyyəsini yoxladıqdan sonra nə baş verir? Sualım çox oldu, üzrlü sayın. Zəhmət olmasa cavablandıra bilərsiniz? Mənim üçün çox vacibdir , hal hazırda. Təşəkkürlər.
@@joanmadu5114 salam. Bəli, vermişəm, Yeganə Abdullayevanın yanına getmişəm, qısa müddətdə hazırlaşıb 9 bal almışam. AzMİU-da dizayn ixtisası üçün qabiliyyəy imtahanı 1 mərhələli idi, digər universitet və ixtisasları bilmirəm. İngilis dili keçilmir ingilis sektorunda, italyan dili keçilir bir semestr. Çağırılıb səviyyəniz yoxlanıldıqdan sonra yetərli olarsa, birbaşa ingilis dilində tədrisə başlayırsınız, olmazsa, Azərbaycan və ya Rus bölməsində davam edirsiz. Daha sonra yenə imtahan vermə şansı yaradılır ingilis sektora keçid etmık üçün. Buyurun
Salam,ingilis tədrisində oxuyursuz deyəsən?biraz məlumat verə bilərsiniz zəhmət olmasa?ilk gündən ingiliscə mi kecdiniz?yaxud müəllimin sual cavabları olsun, ev tapşırığı olsun her şey ingiliscə olur?
@@ayselika salam. Bəli, ilk gündən ingilis dilində başladıq tədrisə. Kollokviumlar, sərbəst işlər də hamısı ingiliscə olur. Əgər dərsin izahı zamanı nəyisə başa düşməsəniz müəllimdən xahiş edə bilirsiniz Azərbaycan və ya Rus dilində izah etməsini
Və,zəhmet olmasa qabiliyyətin asan ya çətin olması haqqında məlumat verə bilərsiz? əl işləriniz sadəcə şəkillər üzrə olur?yoxsa kiçik maketlər də hazırlayırsiz? indidən təşəkkürlər 🙂
@@ayselika qabiliyyət imtahanı tamamilə sizdən asılıdır çətin və ya asan olması. Nə qədər çox praktika eləsəniz, o qədər asandır. İngilis sektorunda çox maket və ya rəsm dərsi yoxdur. Hərəsi cəmi 1 semestr. Azərbaycan sektorda isə rəngkarlıq və s kimi dərslərin sayı daha çoxdur
Salam necesiz,sizden bir sey sorusacam.Memarliq ve insaat unisinde qabiliyyet imtahanini 1 defe veririk ya 3 defe?Siz ozunuz qabiliyyet imtahani veribsizse cavab vererdiz zehmet olmasa
@@TunarQenberov-x8o sualın cavabı çox asandır - dizayner 🙂 Məsələ işsizlik deyil bu sferada, əməyini və zəhmətini maddi tərəfdən qarşılamayan işlərin olmasıdır. Çox sevdiyim bir art director mənə “dizaynı həqiqətən sevən insan lazım olsa part-time ofisiant işləyib yenə də dizaynla məşğul olar” demişdi. Maddi Qazanc tərəfindən baxanda yerli bazarda həqiqətən də yaxşı qazanan - yaxşı mütəxəssis olduğu üçün yaxşı qazanan dizaynerlər var. Niyə biri də siz olmayasız?
İstəyirəm olmaq həmdə çox anam deyir yox sən gələcəkdə özün öz ayaqlarının üstündə dura bilməlisən.mənə deyirki ya iqtisadiyyata ver ya da jurnalistikaya ver.mən ama bundan 4 5 ay əvvəl aktirasa olmaq istəyirdim həqiqətən bacarığımda var.anam ona da bir şey tapır.ama indi dizayner dedim olacam dediki gələcəkdə sən nə işləyəcəksən heç fikirləşirsən?padurqam var mənim o russektrdır.o gedəcək xaricdə universitetə dizayner olacaq.mənimdə elə fikrimi o dəyişdi.
@@Yunawysss salam. Səhv etmirəmsə AzMİU-da 6+ du qabiliyyət balı. İngilis sektoru üçünsə, 9-10 bal lazımdır. Mən qəbul olduğum ildə hər iki bala baxırdılar, indi məlumatım yoxdur
bəli, qabiliyyət imtahanı tələb olunur. Ancaq səhv etmirəmsə UNEC və BMU tələb etmir. Ballar üçünsə google-da axtarış edərək cari məlumatlarla tanış ola bilərsiniz.
Salam. Fənnlər arasında fərqlər çoxdur. İngilis sektorunda tədris İtalyan metoduyla keçilir və Milano texnik universitetinə semestrlıq transfer mümkündür. İngilis sektoru sizə nə isə öyrədəcək dərs cədvəli bir az ağır olsa da. Amma Azərbaycan sektoru üçün təəssüf ki, sizi ancaq yoracaqlar. Təhsil alan tələbələrin dünyagörüşləri, davranışları və s. arasında da çox fərq var.
@@sesebyv bu barədə sizə heç bir məlumat verməyəcəm. Amma rüşvət verərək başqalarının haqqına girmək sizə həyatda heç nə qazandırmayacaq. Əgər öz haqqınızla 8 balı belə toplaya bilməyəcəksinizsə, ümumiyyətlə öz hesabınıza uğur qazana bilməyəcəksiniz həyatda. Tövsiyə edirəm düşüncə tərzinizi dəyişəsiz 🙂
@ menim qabiliyyetim yoxdu e men eslinde hazirda ikinci kursam BANMda sadece istemirem ixtisasi ona gore deyisirem, heni hazirlasmamisam ve vaxtim da yoxdu bundan sonra , ona gore pul ile kecmeyi dusunurem , amma unec daha yaxsidirsa ele ora verim pulsuza goyde dusecem menim balim buranin iki qatindan cox gelecek
Salam, Azmiuda dizayn üzrə qabiliyyet imtahanı var ? Və neçə balla pulsuza düşe bilerik ?Birde qabiliyyet imtahanı varsa orda ki bal pullu pulsuz oxumağa təsir edir?
Salam. Bəli, var. Dizayn və Memarlıq ixtisasından asılı olaraq dəyişir. Mən daxil olduğum il dizayn ixtisası üçün qabiliyyət imtahanında sadəcə 5 heykəl başından birini çəkmək lazım idi. Hazırda da ümid edirəm elədir. Bal təsir edir, bəli. 9-10 bal yığsanız, ödənişsiz əsaslarla qəbul olunsunuz universitetə. Azərbaycan və Rus sektorda səhv etmirəmsə, keçid balı 6-dır. İngilis sektoru üçün isə 9.
Salam mən kollecin resim müəllimliyin 80 balla bitirmişəm, bu il interyer dizayna vermek istəyirəm qabiliyyət imtahanından ne qədər toplasam AZMİU-da oxuya bilərəm?
Salam. Universitetdə hazırda veb-dizayn deyə bir fakültə və ya dərs yoxdur. Bəlkə digər universitetlərdə var, bilmirəm, araşdırmaq lazımdır. Amma ümumi görsək veb dizaynerin əl qabiliyyəti ehtiyacı olduğunu düşünmürəm
@@avazcafarov9975 tamam men universitetdə oxuyuram ixtisasim ferqlidi sadece kursa gedip oyrenmek istyirem ona gore dedim yeni vacipdimi el qabiliyyeti
Salam. Buraxılış imtahanından lazım olan balı toplamalısınız. Amma universitet barədə deyil, ümumiyyyətlə dizayler olmaqqdan gedirsə söhbət dizayn stillərini, müəyyən qədər tarixini bilməlisiniz. Eyni zamanda vizual zövqün və araşdırma qabiliyyətinin olması da şərtdir.
Salam, çox sağ olun, yaxşı olasınız. Əgər 5-ci qrup üzrə davam edib dizayn ixtisasında təhsil almaq istəyirsinizsə, xeyr. Sadəcə qabiliyyət imtahanı verəcəksiniz. Yox, əgər memarlıq üzrə təhsil almaq istəyirsinizsə, 1-ci qrup üzrə blok imtahanı və əlavə olraaq qabiliyyət imtahanı verməlisiniz
@@avazcafarov9975 necə olurki qabiliyyət imtahanı mən inşəAllah 10cu sinifə keçirəm necə hazırlaşım 11dən 200bal yığsam bəs mən azmiuya düşürəm dizayna
Salam. Bəli. Müxtəlif kurslara və ya internet resurslarına müraciət edərək bu sahədə biliklərə yiyələnə bilərsiniz. Məsələn mən artıq 9-cu sinifdən etibarən UA-cam üzərinsən başladım qrafik dizayn öyrənməyə, 10-cu sinifdən etibarən də işləyirəm. Universitetə girmə səbəbim isə dövlət sektoruna keçid etmək istəsəm, diplom tələb etmələridir. Uzun sözün qısası, dizayner olmaq üçün mütləq şəkildə universitet təhsilinə ehtiyac yoxdur.
Mən daxil olduğum il ingilis sektoru buraxılış imtahanı üzrə 191/300 idi. Digərləriylə bağlı məlumatım yoxdur. Abituriyent jurnalından və ya internetdəki giriş ballarından məlumat ala bilərsiniz bu il üçün
G, as I said azmiu ushaqlari hits diff🕺🏻
❤❤❤❤
Salam dizayn neçə balla uniyə qəbul oldunuz? Azmiu
@@Gyuyytyuhhgh 195/300, 9/10 qabiliyyət
çox yaxşı lifestyle videodu, həm maraqlıdı, həm gülməlidi həm də faydalıdı🤍
Təşəkkürlər 🥺🥺
İnshAllah 2024 tələbəsi olmaq diləyilə ❤ Nəticəmi paylaşacam İnshAllah 😊
Sabah imtahandı.Uğurlar.
@@FikrtTalbov-xz5ru choox sağ olun 🥺🙏
@@nuray_sultanova necə yazdız??
İnşəAllah
nece keçdi
Gözəl və maraqlı. Bəyəndim. Sadəcə uğurlar arzu edirəm birdə belə videoları çəksən yaxşı olar. "səni görə bilmirəm heç olmasa belə izləyim😂❤"
gözüm üstə. yaxın gələcəkdə görüşərik inşallah.😘
Super alindirmisan cidden bashdan sona 👍🏽😍
Sənin qədər olmasa da, irəliləyirik content creatorluq yolunda
AzMİUnun dizayn tələbəsi olaraq deyirəm. Dizayner olmağı fikirləşən hər bir kəs AzMİUa gəlsinn🥹həm öyrənib həmdə əylənirikk
Salam neçə bal ilə qəbul olduz?
@@Su_hyeok58 118 falan buraxlış idi qabiliyyətdə 8 idi
Wcu en yaxşıdır.
Salam qabiliyete nece hazirlasdiniz?@@fidanmemmedova8376
@@fidanmemmedova8376Salam.dovlet sifarisli oxuyursunuz yoxsa pul ile?
Əla əzizim , çox gözəl❤ dəvamı gelsin
çox sağ ol, Ruzi ❤️
Video çox maragli idi gelen videolarda meni gormek ümüdi ilə🎉
Mütləq ❤️
Oy daaaaaa, ne gesheng elemisen
❤️❤️
Superrr😭
👍🏻👍🏻
Mən ozum riyaziyyati qurtarmisam.Amma cox gozəl dizayn etmək qabiliyyətim var.Həm də gozəl səkillər cəkirəm.Ev dizayni, paltar, ayaqqabi .Cox gozəl naxislarim var.Həsəratlarla, rəqəmlərlə və həndəsi fiqurlarla.İstəsəniz baxa bilərsiz.
Behance və ya iş profilinizi bölüşsəniz, məncə hər kəs üçün maraqlı olar
@@avazcafarov9975 Bolusəndə də ogurlana bilər
Salam, men ADRAda tehsil aliram 180 ball ,8 ball qabiliyyet yiĝmişam ,amma russ sektoruyam , ve AzMIUya keçid etmek isteyirem ingiliss sektoruna sizce olar pulsuzda oxumaq?
Salam. Bildiyim qədərilə transfer edəndə ümumiyyətlə pulsuz oxumaq olmur. Yanlış bilir də ola bilərəm. Yenə də universitetlə dəqiqləşdirin
@avazcafarov9975 inşallah alinar trannsfer edib ve pulsuzda oxumaq ,çunki saytlarda yazilanlara gore olur
Dizaynın hansı sahəsi üzrə təhsil alırsınız?Birdə sizcə UNECdə yoxsa AZMİUda dizayn oxumaq lazımdı?
Mən hazırda sahələr üzrə dizayn ixtisasındayam. AzMİU-da tək ixtisas budur. Həm interyer, həm də qrafik dizayn birlikdə tədris olunur. UNEC-dəki dizayn təhsilindən xəbərim yoxdur sözün açığı
@@avazcafarov9975qabiliyyetsiz olar?
Unecde bildiyim qederiyle xalçaçılıq toxuçuluq olur mende Azmiuda oxuyuram dizayn sahesine göre bu uni daha yaxşıdır
Uz skrabinin linkini gozleyirik❤️🔥
Məlumat mesaj qutusuna göndərildi
Mən məktəbi qutarmisam amma istəyirəm gec olmazda yəqin ki
xeyr, heç nə üçün gec deyil
Dizayin isi yaxsidi umumiyetle? Yəni bu sahəni oxuyandan sonra is tapmaq olur?
@@Music_World7732 iş tapmaq olur, baxır siz necə mütəxəssissiz və aylıq hansı məbləğ sizi xoşbəxt edir.
Ümumi götürsək 400-600 manat aralığında vakansiya doludur.
Salam, AZMIU-nun dizayn uzre ingilisce oxusam avtomatik olaraq mene ikili diplom verirler? Yoxsa bu basqa bir proqramdir?
ətraflı maraqlanıb bildirərəm
Salam, siz necenci qrupa hazirlaşmisiz bu ixtisas ucun. Deyilene gore hem 5-de hem de 1-de var. Zehmet olmasa cvb vererdiz
Salam.
Mən həm 1, həm də 5-ci qrupa hazırlaşmışam. Sırf dizayn ixtisası oxumaq üçün 5-ci qrup üzrə imtahan verməlisiniz. Amma memarlıq üzrə oxumaq istəyirsinizsə, 1-ci qrupa
@@avazcafarov9975 eğer memarligi oxuyursunuzsa onunda içinde dizaynerlik var? İnteryer, qrafik ve s.
Ve ya bu haqqda melumatiniz var?
@@rasimhuseynzade5483 sualınız nədən ibarətdir?
@@avazcafarov9975memarlıq ixtisasinin içinde dizaynerlik var? Ve ya dizaynerliye oxsar şeyler?
Salam AZMİU üçün qabiliyyət imtahanına büst düşür ?
@@Veeliieva salam, bəli. Mən imtahan verən ildə 5 fərqli baş heykəli var idi, indi bilmirəm sayını
Salam. Dizayn ixtisası üçün qabiliyyət imtahanı götürülür?
Salam. Səhv etmirəmsə BMU və UNEC-də qabiliyyət imtahanı yoxdur. Amma digər bütün universitetlərdə dizayn ixtisası üçün qabiliyyət imtahanı mütləqdir
Salamm. Bir sual verəcəm. AzMİU-da ingiliscə Memarlıq fakültəsi haqqında məlumat verə bilərsiz əgər məlumatınız varsa? Deyəsən, imtahanı verib qəbul olduqdan sonra, speaking imtahanı verirsən. Bu imtahandan keçməsən nə olur?? Heç yerdən məlumat tapa bilmirəm bu haqda.
Eynən Məndə elə qabilyet imtahanıymış el qabiliyyətinizi varsa keçərsiz deyirlər nem
Salam melumati olan varsa cavablandirsin zehmet olmasa.Heqiqeten hec bir yerde melumat yoxdur
Salam. Dizayner ingilis dili qəbul olmaq üçün ingilis dili bali ən az 60 olmalidir? Bu doğrudur.
@@huseynscratchprogram2438 salam. Sözün düzü bilmirəm belə bir qayda var yoxsa yoxdur. Məndə 65 olub bal, sentyabr ayında onsuz yenidən universitetin özündə imtahana çağırırlar ingilis dilindən
Salam. AzMİU academy qeydiyyatdan keçməyi məsləhət görürsüz? Bir də burda olan kurslar ödənişlidir?
@@huseynscratchprogram2438 salam. Ödənişsizdir. Sözün açığı digər müəllimlərin dərs metodikasından xəbərim yoxdur, yoxlamağa dəyər amma
Salam. Dizayn tarixi kollokvium sualları necə olur? Nümunə yaza bilərsiz?
Yəni dizayn və incəsənət tarixindən keçdiklərimiz haqda düşür. Spesifik örnək verə bilməyəcəm
Salam, sizə sualım olacaqdı, Qabiliyyət imtahanı vermisinizsə, hansı müəllimin yanına,ya da kursa getmisiniz? Universitetlərə qabiliyyət imtahanı necə bir neçə mərhələli olur? Və ingilis dili tədrisdə birbaşa ingilis dili keçirilir mi? İmtahana çağırıb ingilis dili səviyyəsini yoxladıqdan sonra nə baş verir?
Sualım çox oldu, üzrlü sayın. Zəhmət olmasa cavablandıra bilərsiniz? Mənim üçün çox vacibdir , hal hazırda. Təşəkkürlər.
@@joanmadu5114 salam. Bəli, vermişəm, Yeganə Abdullayevanın yanına getmişəm, qısa müddətdə hazırlaşıb 9 bal almışam.
AzMİU-da dizayn ixtisası üçün qabiliyyəy imtahanı 1 mərhələli idi, digər universitet və ixtisasları bilmirəm.
İngilis dili keçilmir ingilis sektorunda, italyan dili keçilir bir semestr. Çağırılıb səviyyəniz yoxlanıldıqdan sonra yetərli olarsa, birbaşa ingilis dilində tədrisə başlayırsınız, olmazsa, Azərbaycan və ya Rus bölməsində davam edirsiz. Daha sonra yenə imtahan vermə şansı yaradılır ingilis sektora keçid etmık üçün.
Buyurun
@@avazcafarov9975 Çox təşəkkür edirəm, məlumatınız üçün
@@joanmadu5114 buyurun
Salam moda dizayn vermek isdiyrem bu uni yaxsidi ?? Bide uniynen akademiyanin ne ferqi var hansi yaxsidi ??
Salam. AzMİU-da moda dizaynı ixtisası yoxdur təəssüf ki
Salam AzMIUda dizayn uzre kecid bali ne qederdir?79 bal yigan qabiliyyet imtahanina buraxilir mi?
keçən ilki giriş balı Azərbaycan bölməsi üzrə 70, İngilis bölməsi üzrə 172 balı təşkil edir
Salam,ingilis tədrisində oxuyursuz deyəsən?biraz məlumat verə bilərsiniz zəhmət olmasa?ilk gündən ingiliscə mi kecdiniz?yaxud müəllimin sual cavabları olsun, ev tapşırığı olsun her şey ingiliscə olur?
@@ayselika salam. Bəli, ilk gündən ingilis dilində başladıq tədrisə. Kollokviumlar, sərbəst işlər də hamısı ingiliscə olur. Əgər dərsin izahı zamanı nəyisə başa düşməsəniz müəllimdən xahiş edə bilirsiniz Azərbaycan və ya Rus dilində izah etməsini
@@avazcafarov9975 başa düşdüm, təşəkkürlər 🙂
Və,zəhmet olmasa qabiliyyətin asan ya çətin olması haqqında məlumat verə bilərsiz? əl işləriniz sadəcə şəkillər üzrə olur?yoxsa kiçik maketlər də hazırlayırsiz? indidən təşəkkürlər 🙂
@@ayselika qabiliyyət imtahanı tamamilə sizdən asılıdır çətin və ya asan olması. Nə qədər çox praktika eləsəniz, o qədər asandır.
İngilis sektorunda çox maket və ya rəsm dərsi yoxdur. Hərəsi cəmi 1 semestr. Azərbaycan sektorda isə rəngkarlıq və s kimi dərslərin sayı daha çoxdur
@@avazcafarov9975 diqqətiniz üçün təşəkkürlər 😊
Salam necesiz,sizden bir sey sorusacam.Memarliq ve insaat unisinde qabiliyyet imtahanini 1 defe veririk ya 3 defe?Siz ozunuz qabiliyyet imtahani veribsizse cavab vererdiz zehmet olmasa
Salam, çox sağ olun, yaxşı olasınız. AzMİU-nun dizayn ixtisası üzrə qabiliyyət imtahanı 1 mərhələlidir. Digər universitetlərdə bu dəyişir
@@avazcafarov9975 cox sagolun
Salam, buraxilisdan 132 bal yigan azmiuda dizayna qəbul ola bilər ? Qabiliyyət keçid bali nə qədərdir 🥺
ingilis dili üçün qabiliyyət keçid balı 9-dur.
Buraxılış keçid ballarıyla isə internetdə axtarış verərək tanış ola bilərsiniz
Məndı dizayner olmaq istəyirəm ama anam deyirki nə işləyəcəksən gələcəkdə?
@@TunarQenberov-x8o sualın cavabı çox asandır - dizayner 🙂
Məsələ işsizlik deyil bu sferada, əməyini və zəhmətini maddi tərəfdən qarşılamayan işlərin olmasıdır. Çox sevdiyim bir art director mənə “dizaynı həqiqətən sevən insan lazım olsa part-time ofisiant işləyib yenə də dizaynla məşğul olar” demişdi.
Maddi Qazanc tərəfindən baxanda yerli bazarda həqiqətən də yaxşı qazanan - yaxşı mütəxəssis olduğu üçün yaxşı qazanan dizaynerlər var. Niyə biri də siz olmayasız?
İstəyirəm olmaq həmdə çox anam deyir yox sən gələcəkdə özün öz ayaqlarının üstündə dura bilməlisən.mənə deyirki ya iqtisadiyyata ver ya da jurnalistikaya ver.mən ama bundan 4 5 ay əvvəl aktirasa olmaq istəyirdim həqiqətən bacarığımda var.anam ona da bir şey tapır.ama indi dizayner dedim olacam dediki gələcəkdə sən nə işləyəcəksən heç fikirləşirsən?padurqam var mənim o russektrdır.o gedəcək xaricdə universitetə dizayner olacaq.mənimdə elə fikrimi o dəyişdi.
@ Röyal Paşayev, Mübariz Yusifzadə, Rəsul Həsən kimi dizaynerləri ananıza göstərin. Onların yolu və hazırki yeri məncə fikrini dəyişməyə kömək edər
Cox sagol😍
Salam qabiliyet imtahanından yığdığımız bal buraxılışa təsiri olur? AZMİU Qəbul olmaq üçün qabiliyetden neçe bal yığmaq lazımdır?
@@Yunawysss salam. Səhv etmirəmsə AzMİU-da 6+ du qabiliyyət balı. İngilis sektoru üçünsə, 9-10 bal lazımdır.
Mən qəbul olduğum ildə hər iki bala baxırdılar, indi məlumatım yoxdur
Dizaynerdə qabiliyyət imtahanı olur? Və Azmiu üçün nə qədər bal lazımdır?
bəli, qabiliyyət imtahanı tələb olunur. Ancaq səhv etmirəmsə UNEC və BMU tələb etmir. Ballar üçünsə google-da axtarış edərək cari məlumatlarla tanış ola bilərsiniz.
Salam, tedris İngilis dilinde olmasi ile sade dizayn ixtisasi arasındakı ferq nedir? Sizce hansi daha yaxsıdır?
Salam. Fənnlər arasında fərqlər çoxdur. İngilis sektorunda tədris İtalyan metoduyla keçilir və Milano texnik universitetinə semestrlıq transfer mümkündür.
İngilis sektoru sizə nə isə öyrədəcək dərs cədvəli bir az ağır olsa da. Amma Azərbaycan sektoru üçün təəssüf ki, sizi ancaq yoracaqlar.
Təhsil alan tələbələrin dünyagörüşləri, davranışları və s. arasında da çox fərq var.
BMU dizayner ingiliscə necədir bəs?qabiliyyət tələb olunmur.
@@Riyaziyyat-2024 Salam, məlumatım yoxdur təəssüf ki
Salam sizcə dizyn üçün AZMİU yoxsa ADRA?
Salam. AzMİU ingilis sektor.
Sizdə çox ingilis dili danışılar?
bəli, bütün dərslər ingilis dilində tədris olunur. Anlamadığınız hissələri müəllimə ya Azərbaycan ya da Rus dilində izah edir
Unecde dizayn yazmaq isteyirem, necedi sizce ? Deyer?
Hansı universiteti seçmənizdən asılı olmayaraq onsuz da bu sahəni ya kursdan, ya da youtube kimi platformalardan öyrənəcəksiniz
Pul ile azmiuda qabiliyyeti kecmek olur, ne qeder odemeliyik?
@@sesebyv bu barədə sizə heç bir məlumat verməyəcəm. Amma rüşvət verərək başqalarının haqqına girmək sizə həyatda heç nə qazandırmayacaq.
Əgər öz haqqınızla 8 balı belə toplaya bilməyəcəksinizsə, ümumiyyətlə öz hesabınıza uğur qazana bilməyəcəksiniz həyatda. Tövsiyə edirəm düşüncə tərzinizi dəyişəsiz 🙂
@ menim qabiliyyetim yoxdu e men eslinde hazirda ikinci kursam BANMda sadece istemirem ixtisasi ona gore deyisirem, heni hazirlasmamisam ve vaxtim da yoxdu bundan sonra , ona gore pul ile kecmeyi dusunurem , amma unec daha yaxsidirsa ele ora verim pulsuza goyde dusecem menim balim buranin iki qatindan cox gelecek
Qrafik dzaynerde qabillyet imtahani hansindan verilir ?
Universitetdən asılıdır səhv etmirəmsə. AzMİU üçün heykəl başı idi
Salam, Azmiuda dizayn üzrə qabiliyyet imtahanı var ? Və neçə balla pulsuza düşe bilerik ?Birde qabiliyyet imtahanı varsa orda ki bal pullu pulsuz oxumağa təsir edir?
Salam.
Bəli, var. Dizayn və Memarlıq ixtisasından asılı olaraq dəyişir. Mən daxil olduğum il dizayn ixtisası üçün qabiliyyət imtahanında sadəcə 5 heykəl başından birini çəkmək lazım idi. Hazırda da ümid edirəm elədir. Bal təsir edir, bəli. 9-10 bal yığsanız, ödənişsiz əsaslarla qəbul olunsunuz universitetə. Azərbaycan və Rus sektorda səhv etmirəmsə, keçid balı 6-dır. İngilis sektoru üçün isə 9.
@@avazcafarov9975 çox sağolun Melumatlandırdığınız üçün Allah razı olsun🤲🏻
@@iam.aisu_ buyurun
Salam mən kollecin resim müəllimliyin 80 balla bitirmişəm, bu il interyer dizayna vermek istəyirəm qabiliyyət imtahanından ne qədər toplasam AZMİU-da oxuya bilərəm?
Minimal 6 bal
Veb dizaynri ucun el qabiliyyeti imtahani verilir ve ya onemlidi?
Salam. Universitetdə hazırda veb-dizayn deyə bir fakültə və ya dərs yoxdur. Bəlkə digər universitetlərdə var, bilmirəm, araşdırmaq lazımdır. Amma ümumi görsək veb dizaynerin əl qabiliyyəti ehtiyacı olduğunu düşünmürəm
@@avazcafarov9975 tamam men universitetdə oxuyuram ixtisasim ferqlidi sadece kursa gedip oyrenmek istyirem ona gore dedim yeni vacipdimi el qabiliyyeti
Salam dizaynerlik üçün hansısa fənn lazımdı yoxsa qabiliyyət bəs edir?🥺
Salam. Buraxılış imtahanından lazım olan balı toplamalısınız. Amma universitet barədə deyil, ümumiyyyətlə dizayler olmaqqdan gedirsə söhbət dizayn stillərini, müəyyən qədər tarixini bilməlisiniz. Eyni zamanda vizual zövqün və araşdırma qabiliyyətinin olması da şərtdir.
@@avazcafarov9975 çox sağ olun məlumata görə, ama deyirdilər ki, azərbaycan dili,riyaziyyat,ingilis dili vacibdir elədir? Lazım olan bal nə qədərdir?
Buraxılış da maximum neqeder bal lazımdır
Sizcə rəssamlıq akademiyası yaxşıdı dizaynlıq üçün yoxsa Azmiu?
rəssamlıq akademiyasıyla bağlı çox fikrim yoxdur açığı. Amma düşünürəm dizayn ixtisası üçün ən ideal seçim AzMİU-dur hələki
140 bal ilə bura daxil olmağ olar?
Salam qabiliyyet neçe bal?
@@esmarzazade3545 7
Abituriyent jurnalından və ya google-da axtarış edib keçid balına baxa bilərsiniz
İT sahəsində necədir ? İmtahanlar rahat olur? Self study üçün vaxt qalır? Zəhmət olmasa cavablandırın.
@@kenanhesenov6962 salam. Sualınız rəylərdə İT tələbəsi tərəfindən cavablandırılıb
@@avazcafarov9975 axı yoxdur , tapmadım
Interyer dizayn üçün Adra yaxsidir yoxsa Azmiu ?
AzMİU. Amma ingilis sektor. Ölkədə ümumiyyətlə azərbaycan və rus bölmələri üçün normal təhsil yoxdur.
Anlamadim ingilis dili dizayn nece olurki
ingilis dilində təhsil alırsınız
Salam necəsiz? Mən 11in buraxılış imtahanın verdikdən sonra neyniyəcəm yəni blok imtahanı olur??
Salam, çox sağ olun, yaxşı olasınız. Əgər 5-ci qrup üzrə davam edib dizayn ixtisasında təhsil almaq istəyirsinizsə, xeyr. Sadəcə qabiliyyət imtahanı verəcəksiniz. Yox, əgər memarlıq üzrə təhsil almaq istəyirsinizsə, 1-ci qrup üzrə blok imtahanı və əlavə olraaq qabiliyyət imtahanı verməlisiniz
@@avazcafarov9975 necə olurki qabiliyyət imtahanı mən inşəAllah 10cu sinifə keçirəm necə hazırlaşım 11dən 200bal yığsam bəs mən azmiuya düşürəm dizayna
@@avazcafarov9975 mən ingilis dilində təhsili isdəyirəm bilmək isdiyirdimki maksimum mənə nə qədər bal lazımdır necə hazırlaşım bu illər ərzində
@@avazcafarov9975 yox memarlıq üzrə vermiyəcəm 5ci qurupa ingiliscə dizayna prosdu qabiliyyət imtahanı necə olur indidən hazırlaşmaq isdəyirəm
Salam mən mühəndislik üzrə təhsil alıram çox istədiyim halda dizaynı qəbul olmadım😢 ama gələcəkdə dizayn üzrə işləmək istəyirəm mümkündür?
Salam. Bəli. Müxtəlif kurslara və ya internet resurslarına müraciət edərək bu sahədə biliklərə yiyələnə bilərsiniz. Məsələn mən artıq 9-cu sinifdən etibarən UA-cam üzərinsən başladım qrafik dizayn öyrənməyə, 10-cu sinifdən etibarən də işləyirəm. Universitetə girmə səbəbim isə dövlət sektoruna keçid etmək istəsəm, diplom tələb etmələridir.
Uzun sözün qısası, dizayner olmaq üçün mütləq şəkildə universitet təhsilinə ehtiyac yoxdur.
@@avazcafarov9975 çox sağolun 🙂
@@avazcafarov9975dövlet sektoru deyerken neyi mezerde tutusunuz?
Qabiliyyət imtahani veribsiz?
Bəli
Aşağısı neçə bal lazımdı ora dizayna qəbul olmağ eçün?
Mən daxil olduğum il ingilis sektoru buraxılış imtahanı üzrə 191/300 idi. Digərləriylə bağlı məlumatım yoxdur. Abituriyent jurnalından və ya internetdəki giriş ballarından məlumat ala bilərsiniz bu il üçün
Ingilis dilinde yaxsidi yoxsa azerbeycan dili?🥹
ingilis (amma qat-qat çətindir)
Təhsil ingilis dilindədir?
bəli
zordu 😆
Salam 🖐🏻.
5ci qrupda dizayner olmaq üçün unıversıtetə girmək olur? yoxsa 5ci qrupda yalnız kollec oxumaq olur?
Salam. Universitetə girmək olur
Siz 5-ci qrupsan yoxsa 1?
@@Syh837 mən 5-ci qrupuq
@@avazcafarov9975 Urzlu sayin" qrupsuz"deyecekdim.😀Cox sagolun melumatlandirdiginiz ucun🤍
Salam İT sahesi ucun sizce necedi bu universitet ?
Salam. Yuxarı rəylərdə IT tələbəsi bununla bağlı məlumat qeyd edib, oradan tanış ola bilərsiniz.
.