Torakal cərraiyyə nədir - Torakal-cərrah Uzm.Dr. Nurlan Əlizadə

Поділитися
Вставка
  • Опубліковано 11 вер 2024
  • Hospitalımızın torakal-cərrahı Uzm.Dr. Nurlan Əlizadə Torakal cərrahiyyə haqqında danışıb.
    Torakal cərrahiyyə ağciyərin, plevranın, yəni ağciyər zarının divar aralığının, döş qəfəsi divarının, diafraqmanın, nəfəs borusunun cərrahi xəstəliklərini əhatə edən cərrahiyyə sahəsidir. Burada cərrahi xəstəliklər dedikdə infeksion xəstəliklər, parazitar xəstəliklər, göbələk xəstəlikləri, onkoloji xəstəliklər nəzərdə tutulur. Öncəliklə ağciyərdən danışaq. Ağciyərdə həm ağciyər xərçəngi, yəni birincili şişləri xoşxassəli və bədxassəli şişlər ola bilər. Bir də digər xəstəliklərin, yəni bədənin başqa orqanlarında olan xəstəliklərin, ağciyərin metastazları ola bilər, bunları görürük ağciyərdə. Başqa patologiyalar, ağciyərdə hava kistaları ola bilər, parazitar xəstəliklərdə exinokokk kistası ola bilər, ağciyərdə anadangəlmə malformasiyalar ola bilər, damar anomaliyaları ola bilər. Bunlara cərrahi yolla müdaxilə edilir. Bundan başqa da, yəni ağciyərdə digər infeksion xəstəlikləri, empyema tərzi xəstəliklər olduğu zaman da müdaxilələr edilir. Bizim tərəfimizdən edilən bu müdaxilələr nədir? Bunlar drenaj kateteri də şəklində ola bilər, drenaj borusu şəklində müdaxilələr ola bilər. Yaxud da açıq və qapalı cərrahiyyə dediyimiz, yəni açıq cərrahiyə torakotomiya, qapalı cərrahiyyə, yəni video torakoskopik əməliyyatlar, müdaxilələr ola bilər. Təbii ki, göstərişə görə mümkündürsə, video torakoskopiya, yəni qapalı əməliyyatlar icra olunur. Plevraya, ağciyər zarının özünün törəmələri və yaxud da plevral boşluğa hava, yəni pnevmotoraks, qan hemotoraks, ya da başqa … limfa toplanması ola bilər. Bunlara da yenə dediyim kimi, yəni göstərişə görə müdaxilələr dəyişə bilir. Divar aralığının özünün həm kistaları, həm də törəmələri olur. Divar aralığında limfa düyünlərinin böyüməsi, yəni patolojik limfa düyünləri görə bilirik. Bundan başqa, kistalar, mediastinal kistalar, yəni divar aralarında kistalar ola bilir. Bunlar bronxogen kistalar ola bilər, perikardial kistalar ola bilər və yaxud da qida borusunun dublikasion kistaları də qarşımıza çıxır. Bunlarda da mümkün olduğu qədər qapalı üsuldan, yəni video torakoskopik yolla kistanın alınması, çıxarılması əməliyyatları icra olunur. Mediastinumda, yəni divar aralığında limfoma sarkoidoz, vərəm xəstəliyi və digər xəstəliklərə bağlı düyünlərdə böyümələr olur. Belə durumlarda həmin limfa düyünlərindən biopsiyalar tərəfimizdən icra olunur. Divar aralığında ondan başqa timusun patologiyalarından bəhs etmək istərdim. Timusda, xüsusən timus myastheniya gravis timus patologiyaları, yəni timus myastheniya gravis xəstəliyi autoimmun xəstəlikdir, sinir əzələ xəstəliyidir. Buna bəzən timusun patologiyaları ilə eyni vaxtda və yaxud da təkbaşına da rast gəlinə bilir. Göstərişə görə bəzən timektomiya, bəsit timektomiya, bəzən də maksimal timektomiya əməliyyatları icra olunur. Döş qəfəsi divarının patologiyaları, infeksiyaları və ya törəmələri ola bilir. İnfeksiyalarda və törəmələrdə göstərişə görə fərqli prosedurlar icra olunur. Burada həm döş qəfəsi divarının rezeksiyası, əgər ehtiyac olarsa, protezli və ya protezsiz rekonstruktiya işlərdə müdaxilələr tərəfimizdən həyata keçirilir. Diafraqmanın anadangəlmə, xüsusən morqaqni və boxtalet tərzində yırtıqlar qarşımıza çıxır. Bu bəzən uşaq vaxtında aşkar olunur. Erkən dönəmdə müdaxilələr olur. Bəzən də yetkinlik yaşına çatan insanlarda o dövrə qədər gəlib-çata bilir, tərəfimizdən cərrahi müdaxilələr olur. Bəzən diafraqmada yüksəlmələr olur və yaxud da paraliclər, ifliclər olur. Ona bağlı da pleksusiya tərzi əməliyyatlar icra olunur. Döş qəfəsinin divarında deformasiyalar ola bilər. Xüsusən anadangəlmə deformasiyalardan bəhs etmək istərdim. Bunlar çəkməçi və toyuq döş qəfəsi deformasiyalarıdır ki, əvvəllər klassik metod Ravitch əməliyyatı idi. Bu indiki zamanda çox nadirən icra olunur. Son zamanlarda qapalı, yəni minimal invaziv dediyimiz metodlar Nuss əməliyyatı və Abramson əməliyyatları icra olunur. Çəkməci döş qəfəsində Nuss əməliyyatı icra olunur. Burada döş sümüyünün arxa hissəsinə metal implant yerləşdirilir. Abramson əməliyyatında isə döş sümüyünün ön hissəsinə metal implant yerləşdirərək minimal invaziv tam qapalı şəkildə deformasiya düzəldilir. Əl tərləmələri və qoltuqaltı tərləmələrə tərəfimizdən müdaxilələr olunur. Yəni bu necə olur? Qapalı bir şəkildə döş qəfəsində onurğanın yan tərəfində paravertebral sahə dediyimiz sahədə tərləməni təmin edən sistemin, simpatik sistemin qanqlionları var. Bunlar əməliyyat yolu ilə qapalı şəkildə 1 sm-lik kəsiklərində video torakoskopik olaraq enerji cihazının köməyi ilə ayrılır. Bundan sonra pasiyentlər uzun illər botoks və ya iontoforez və ya başqa müalicə almış insanlar tək səfərdə ömürlük olaraq bu tərləmədən xilas olmuş olurlar. Bundan başqa, pasiyentlərdə tənəffüs borusunda problemlər, traxeyada problemlər ola bilir. Bu uzunmüddətli intubasiyalarda və yaxud da keçirilmiş infeksiyalar bağlı olaraq darlıqlar əmələ gələ bilir traxeyada.

КОМЕНТАРІ • 24

  • @nrminrhimzad1026
    @nrminrhimzad1026 11 місяців тому +2

    Gözəl insan gözəl hekim Var olun.Allah qorusun sizi.

  • @maye2320
    @maye2320 3 роки тому +4

    Əgər mənim mesajımi oxusa mənə cavab yazsın.Nurlan sənə uğurlar arzulayıram sən layiq olduğunu yerdəsən

  • @xbrglobal4156
    @xbrglobal4156 3 роки тому +1

    Salam hekim menim bacı qızım ag ciyerində 1mm şiş vardir .hekim 3ay gözləyək dəyişikliklər olmasa qorxu yoxdur deyir.Bu ne derece düzdür?Qorxusu varmı?Qizin 16 yası var

  • @nvmbrmatkscor
    @nvmbrmatkscor Рік тому

    Rezidentura təhsili müddəti xəstəxanada təcrübə,praktika olaraq keçir yoxsa oxuyaraq keçir ?

  • @kmalhacyeva3999
    @kmalhacyeva3999 2 роки тому

    Yoxdur sarkadioz xəstəliyi xərçg xəstəliyidir?və müalicəsi varmı tamamilə gedə bilirmi xəstəlik

  • @Vlog78904
    @Vlog78904 Рік тому +1

    Mənim qızım çəkməci döş qəfəsidir.Mən bu həkimə növbə almışam gedecem bir iki gunə inşəAllah.Görek nə olacaq

    • @qizilgulquliyeva2212
      @qizilgulquliyeva2212 Рік тому

      Salam xanim getdiz bu hekimin qebuluna necedi qiziniz indi

    • @Vlog78904
      @Vlog78904 Рік тому

      @@qizilgulquliyeva2212 hə getdim.Dekabrın sonlarıydı mən gedənde.Həkim belə baxanda savadlı həkimə bənziyir.59 azn pul ödədik qəbulunada.Bu həkim mənim qızıma əməliyyat dedi.əməliyyat 7000 min manat dedi.Sğorta ilə 3000 başa gələcəy dedi.Çunki qapalı implant qoyulur.İmplantların qiymətidi 3000 güye

    • @Vlog78904
      @Vlog78904 Рік тому

      @@qizilgulquliyeva2212 mən de başqa həkimlərlə məlsləhətləşdim.Dedilər ən son çare əməliyyatdır.Qızımın 14 yaşı var.Mən vakum mualicəsi eliyirem 1 aydır.

    • @Vlog78904
      @Vlog78904 Рік тому

      @@qizilgulquliyeva2212 xanım sizin xəstenizin neçə yaşı var?

    • @Vlog78904
      @Vlog78904 Рік тому

      @@qizilgulquliyeva2212 mən bir yaxşı həkim adreside var.Əyər istesez onun da adresini deyerem

  • @esqinbesirli3708
    @esqinbesirli3708 2 роки тому

    Axşanınız xeyir hekim men sizden xaiş edirem orçes merkezine xesde göndermeyin