BAŞ GİCƏLLƏNMƏ: Səbəbləri və Müalicəsi / Nevroloq Günel Verdiyeva

Поділитися
Вставка
  • Опубліковано 15 вер 2024
  • #nevroloq #gunelverdiyeva
    Tel: +994 50 553 55 44
    İnstagram: dr.nevroloq_gunelverdiyeva
    Facebook: Günel Verdiyeva
    Tiktok: nevroloqgunelverdiyeva
    Başgicəllənmə - huşsuz, halsız, zəif və ya sabit olmayan hisslər kimi bir sıra hissləri təsvir etmək üçün istifadə olunan bir termindir. Ətrafınızdakı şəxslərin və ya əşyaların fırlandığını, həmçinin hərəkət etdiyini yalan hiss etdirən başgicəllənmə vertigo adlanır.
    Baş gicəllənməsi bir sıra xəstəliklərin əlaməti ola bilər. Bu hal adətən daxili qulaq, beyin və ya həssas sinir yolu ilə əlaqədar bir problem olduqda baş verə bilir. Həmçinin bu əlamətlər müvəqqəti və ya uzunmüddətli də ola bilər. Başgicəllənmə hamiləlik dövründə və ya qulaq infeksiyası əlaməti olaraq da baş verə bilir. Hər yaşda görülə bilsə də, ancaq 65 yaşdan yuxarı insanlarda daha çox müşahidə olunan haldır.
    Bu hal böyüklərin həkimə ən çox müraciət etdiyi səbəblərindən biridir. Tez-tez və ya daimi baş verməsi həyatınıza əhəmiyyətli dərəcədə təsir edə bilər. Ancaq başgicəllənmə nadir hallarda həyat üçün təhlükəli bir vəziyyətə işarədir.
    Başgicəllənmənin müalicəsi səbəbə və simptomlara bağlıdır. Müalicə çox hallarda təsirli olur, lakin problem sonradan təkrarlana da bilər.

КОМЕНТАРІ •