Beyin şişləri, əlamətləri, diaqnostikası və müalicəsi.

Поділитися
Вставка
  • Опубліковано 8 вер 2024
  • Bu videoda siz, baş beyin şişlərinin növləri, əlamətləri, diaqnostikası və müalicəsi haqqında məlumat ala bilərsiniz.
    Yeni videoları qaçırmamaq üçün / @neyrocerrah abunə ola bilərsiz!
    Beyin şişləri, kəllədaxili boşluqda müəyyən qrup hüceyrələrin kontrolsuz və anormal şəkildə böyüyüb artması nəticəsində əmələ gələn yeni törəmələrdir. İnsandakı beyin şişləri bütün şişlərinin 2%-ni təşkil edir. Təxminən 150-dən çox beyin şişi növü mövcuddur. Bunlar əsasən 2 qrupda cəmləşir: Birincili beyin şişləri və ikincili beyin şişləri.
    Beyin şişlərinin ən çox rast gəlinən əlaməti baş ağrısı, bulantı-qusma, qıcolma tutması, əldə-ayaqda iflic, görmə və ya eşitmə problemləri və s.
    Beyin şişlərinin diaqostikasında kompüter tomoqrafiyası, maqnit-rezonans tomoqrafiyasından istifadə olunur.
    Beyin şişlərinin müalicəsində müşahidə, dərman müalicəsi, cərrahi əməliyyat, kimyəvi terapiya və şüa terapiyası üsullarından istifadə olunur.
    Sosial media hesablarım:
    - İnternet saytı: neyrocerrah.com/
    - Facebook: / uzm.dr.ruslanyunusov
    - İnstagram: / neyrocerrah_ruslanyunusov
    Salam, əziz təqibçilər. Mən, Ruslan Yunusov-Beyin və sinir cərrahıyam. Bu kanalımda siz baş beyin, onurğa beynin və sinirlərin cərrahi xəstəlikləri haqqında maarifləndirici məlumatlar əldə edə bilərsiz. Əgər mövzu ilə bağlı hər hansı suallarınız olarsa şərh bölməsinə yaza bilərsiz. Videolar xoşunuza gələrsə BƏYƏN düyməsinə klikləməyi unutmayın. Xoş seyirlər.
    Yeni videoları qaçırmamaq üçün kanala abunə olmağı unutmayın!
    / @neyrocerrah

КОМЕНТАРІ • 467