VACİB! İçinə Nə Qatıldığını Bilsəniz MARKETDƏN ALMAYACAQSIZ!

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • #BirBax #Yag #PambiqYagi
    "Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
    (+994) 55-554-58-83
    Kiloqramı 4-5 manata satılan kərə yağları, litri 2-3 manat arasında dəyişən günəbaxan yağından sonra indi də marketlərdə pambıq yağı peyda olub.
    Azərbaycan mətbəxində pambıq yağı heç vaxt istifadə edilməyib. Dəsə babadan qalma evlərimizdə yeməklər nehrə yağında bişib. İndi isə pambıq yağı mətbəximizə girməyə çalışır. Bu yağdan istifadə edə bilərikmi? Bu məsələni araşdıraq.
    Pambıq yağını daha çox özbək, türkmənlər kimi Asiya xalqları plovlarında istifadə edir. Bu yağın özünəməxsus tamı var. Azərbaycanda son günlər yerli markaların istehsalı olan günəbaxan yağı ilə pambıq yağının qarışığı yağ satılır. Bir çox alıcılar bu yağları günəbaxan yağı bilərək alır, çoxları isə ucuz olmasına görə seçir. Bəs maraqlıdır, bu yağlar orqanizmimizə zərərlidirmi?
    Azərbaycanlı mütəxəssislər belə yağların bədənə faydalı yox, zərərli olduğunu bildirir.
    Bitki yağları doymuş, monodoymamış və polidoymamış yağ turşuları baxımından fərqli tərkibə malikdir.Sağlıqlı rasionda bunların müəyyən nisbətdə olması mütləqdir. Yağların qarışdırılması (buna Kupaj deyilir) həmin yağ turşularının balanslı nisbətini əldə etmək nöqteyi -nəzərindən aparılır, bu praktika geniş yayılıb. Lakin rafinəedilmiş yağ olduğundan tərkibində heç bir faydalı maddə qalmır. Rafinəsiz pambıq yağı ümumiyyətlə təhlükəlidir, tərkibində Qossipol adlı zərərli maddə olur. Rafinasiya zamanı bu, xaric edilir.
    Maraqlıdır, Qossipol nədir?
    Pambıq yağının keyfiyyəti və rəngi tərkibindəki qossipol piqmentindən asılıdır. Təmizlənməmiş pambıq yağı qırmızı-qonur, bəzən qaramtıl rəngdə, spesifik iyli, acıtəhər, təmizlənmişi isə, samanı-sarı rəngdə mayedir. Tərkibi və xassələri pambığın çeşidi, bitdiyi ərazi və becərilmə şəraitindən asılıdır. Azərbaycanda hər il minlərlə ton pambıq yağı istehsal edilir.
    Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə əslində təmiz pambıq yağının qidalanma məqsədilə istifadəsinin mümkünlüyünü desə də, indiki şəraitdə pambığın becərilməsində çoxlu zərərli kimyəvi maddələrdən istifadə edildiyini nəzərə alsaq, pambıq yağının bu maddələrdən tam təmizləndiyini və orqanizm üçün yararlı olduğunu əminliklə demək olmaz. Heç kim bu yağların zərərsiz olmasına zəmanət verə bilməz.
    Hesab edirik ki, marketlərdə təmiz, faydalı yağların onsuz da az olduğu dövrdə bazara pambıq yağı qarışdırılmış belə məhsulların axını insan orqanizmi üçün fəsadlara yol aça bilər. Belə yağları tavada isidib ərzaq qızardanda o asanlıqla trans yağa çevrilir
    Həkim bildirir ki, Pambıq yağında olan qossipol adlı kimyəvi birləşmə kişilərdə spermatogenezi dəyişdirir və spermanın keyfiyyətini azaldır. Orqanizmdə geridönməz dəyişikliklər yaratdığına görə ÜST qida və dərmanlarda bu polifenol maddənin yolı verilən müəyyən dozadan artıq istifadəsinə qadağa qoyub.
    Bu yağdan dünya qida sənayesində geniş istifadə edilir. Pambıq yağının rafinə edilmiş halı yeməklərin içində, bitki yağı olaraq istifadə edilir. Bu yağda bişən yeməklər daha kövrək olur. Istiliyə davamlı bir yağ olduğu üçün xarici mətbəxlərdə bu yağdan qızartmaların hazırlanmasında geniş istifadə edilir. Şirniyyatların hazırlanması, xüsusən də yağda qızarıb şəkərli şərbətlə dadlandırılan şirniyyatların hazırlanmasında ideal yağ hesab edilir.
    Maraqlıdır, tərkibində pambıq yağı olan qidalar hansılardır? Marketdən məhsul olarkən bunu necə bilə bilərik?
    Bu gün ticari olaraq hazırlanan məhsulların bir çoxunda pambıq yağı var. Xüsusi bir markanın pambıq yağı içərisində olub olmadığını bilmək üçün onun etiketinə baxın. Etiket həmin məhsulun pambıq yağı ilə hazırlandığını göstərəcəkdir.
    Mayonez
    Makaron Sousları
    Marqarin və bitki yağları
    Cipslər
    Və hazır qida malları…
    Ən çox marketdən bu qidaları alan zaman onların təkibinə baxın. Çünki pambıq yağı daha çox bu məhsulların hazırlanmasında istifadə edilir.
    Qida ilə yanaşı, sənayedə də pabıq yağına tələbat var. Belə ki, uşaq və qadın bezlərinin hazırlanması, bəzi makiyyaj vasitələrinin və kosmetik vasitələrin istehsalında pambıq yağına yer verilir. Pambıq yağı digər yağ çeşidlərinə nisbətdə ucuz olduğundan, marqaqrin və bitki tərkibli tərkibinə də qatılır.

КОМЕНТАРІ • 69