Təqdimat videosu - ŞAHDAĞ QUBA & TRUSKAVETS TİBBİ SANATORİYASI

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2022
  • ŞAHDAĞ QUBA & TRUSKAVETS TİBBİ SANATORİYASI
    Qubada “Shahdag Guba & Truskavets Medical Sanatorium” müasir müalicə-sanatoriya kompleksi Azərbaycanın ən səfalı bölgələrindən biri olan Qubada istifadəyə verilib. “Shahdag Guba & Truskavets Medical Sanatorium” adlı bu müalicə-sanatoriya kompleksi Quba şəhərinin mərkəzində, Qudyalçayın sahilindəki səfalı guşədə, Nizami parkının yaxınlığında yerləşir. Orada vaxtilə, sovet dövründə “Şahdağ” adlı mehmanxana kompleksi fəaliyyət göstərirdi, indi isə həmin mehmanxana bir çox xəstəliklər üçün şəfa mənbəyi olan, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş müalicə-sanatoriya kompleksinə çevrilib.
    Müalicə-sanatoriya kompleksi iki korpusdan ibarətdir, hər korpusda 79 nömrə var və bu da eyni vaxtda 500-ə yaxın pasiyenti qəbul etməyə imkan verir.
    “Shahdag Guba & Truskavets Medical Sanatorium” müalicə-sanatoriya kompleksinin adındakı “Truskavets” sözü də təsadüfi deyil. Belə ki, Ukraynanın Karpat dağları ətəklərində yerləşən məşhur kurort şəhəri Truskavetslə Quba şəhəri bir neçə il əvvəl qardaşlaşmış şəhərlər olublar. 2019-cu ildə isə Quba şəhəri ilə Ukraynanın Truskavets şəhəri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında müqavilə imzalanıb.
    Lakin Qubadakı sanatoriya-müalicə mərkəzini Truskavetslə birləşdirən təkcə iki şəhər arasında qardaşlıq əlaqələri deyil. “Shahdag Guba & Truskavets Medical Sanatorium” sanatoriya-müalicə kompleksində Truskavetsdən gətirilmiş müalicə vannları qoyulub, Ukraynanın bu kurort şəhərinin müalicə sanatoriyalarının təcrübəsindən istifadə edilib.
    Ünvan: Quba şəhəri, Yusif Qasımov 66.
    Rezervasiya üçün:
    +994 (50) 252-22-56
    +994 (51) 205-06-42
    +994 (51) 226-52-33
    +994 (50) 666-60-44

КОМЕНТАРІ • 45

  • @gulahmadova5805
    @gulahmadova5805 10 місяців тому +2

    Teşeklürler biz hekimlere verdiğiniz değer için bu ülkede sizler olmasanız zaten bizlere değer veren kimse yok

  • @nerimanballayev7844
    @nerimanballayev7844 Рік тому +3

    Çox gözəl xoş təsir bagışladı yüksək səviyyədə səhər. Günorta və axşam yeməkləri yüksə gözəl təmizlik qulluq yaxşı istrahət etməyə əlbəttə dəyər

  • @farqanaaliyeva7094
    @farqanaaliyeva7094 Рік тому +2

    Tibbi persenaj superdi cox mehriban gülərüz xanımlardı

  • @zemfiramalayeva7971
    @zemfiramalayeva7971 8 місяців тому

    Salam hansl müalicələr var necə günlükdü müalicə və qiyməti zəhmət olmas.

  • @bshjsjshhshhdheiueh7678
    @bshjsjshhshhdheiueh7678 9 місяців тому

    Salam. 15 gunluk putyovka neceyedir?

  • @nargiznasib8630
    @nargiznasib8630 10 місяців тому +4

    Sabah həmin bu müalicəvi sanatoriyaya yola düşəcəyik ailəlikcə inşallah 👍👍

  • @xbrvar9390
    @xbrvar9390 8 місяців тому +1

    Mətbəxi biabırcıdır. Broyler toyugundan başqa hec nə yoxdur. Yeməklər soyuq. Şirniyyata isə taxta peceniya və qurumuş vafli. Bir sözlə pullarımı hədər getdi.........

  • @almazmirzyeva8748
    @almazmirzyeva8748 10 місяців тому

    Salam, əvvəlcədən müraciət etməliyik ,yoxsa nə vaxt getsək olar?.Biz avqust ayını fikirləşirik, inşallah!

  • @sevilmemmedli8707
    @sevilmemmedli8707 11 місяців тому +1

    Salam sumuk malicələri 10 gunluk neciyədir xais edirəm məlumat verin

  • @sevilmemmedli8707
    @sevilmemmedli8707 11 місяців тому +1

    Salam orda hansi mualicələr var 10 gumlik mualicə neciyədir

  • @atlasisayeva6853
    @atlasisayeva6853 Рік тому +1

    Salam 1 nəfər üçün 10 günlük müalicə neçəyədir.

  • @sevilmemmedli8707
    @sevilmemmedli8707 11 місяців тому +1

    Salam 10 gunluk səkər mualicəsi neciyədir

  • @nurusdov9711
    @nurusdov9711 Рік тому +2

    Salam on günlük paket neceyedi

  • @afetmusayeva405
    @afetmusayeva405 3 місяці тому

    Salam.Zəhmət olmasa,qimətlər ilə tanıṣ edin və haçan mùraciyet etmək olar.Çox saĝ olun

  • @user-bq9rr3un5m
    @user-bq9rr3un5m 7 місяців тому +1

    Salam kredit kampsnyası davam edirsə bu haqda məlumat verin

  • @zemfirakerimova6307
    @zemfirakerimova6307 6 місяців тому +1

    В ноябре месяце 10 дней на 2 человека, сколько будет стоить пакет?

  • @user-og9sb2pk5b
    @user-og9sb2pk5b Рік тому +3

    Qiymət haqqında niyə məlumat vermirsiz?

  • @user-bq9rr3un5m
    @user-bq9rr3un5m 7 місяців тому

    Salam endirim kamoanyası varmı və qiymətləri

  • @user-bq9rr3un5m
    @user-bq9rr3un5m 7 місяців тому +1

    Salam endirim kamoanyası varmı və qiymətləri 4:18 🎉 4:18

  • @daltbudaqov1460
    @daltbudaqov1460 7 місяців тому

    Qiymətlər baradə dolgun məlumat verə bilərsiniz?

  • @eseveraliyev9559
    @eseveraliyev9559 Рік тому

    Men olmusam cox eladir. Avqusta birde gedeceyem.👍👍👍👍❤️❤️❤️🇦🇿

  • @vusalmmmdova7198
    @vusalmmmdova7198 Рік тому +7

    Salam 1 otaq qiymeti 1 günlük neçiyedi??ve 2 otaq qiymeti neçiyedi ??

  • @user-bq9rr3un5m
    @user-bq9rr3un5m 7 місяців тому

    Salam endirim kamoanyası varmı və qiymətləri 4:18 🎉

  • @nurusdov9711
    @nurusdov9711 Рік тому

    Ve neler daxildi

  • @rayaahmedova3335
    @rayaahmedova3335 3 місяці тому

    10- gunluk May ayun 20-sinden neceye olacag

  • @user-ug2mp2vm9l
    @user-ug2mp2vm9l Рік тому

    Десять дней сколько стоит?

  • @jdarbadalov8746
    @jdarbadalov8746 14 днів тому

    Əvvəla salam ,xahiş edirəm 21.günlük müalicə üçün 13.05 qiyməti öyrənmək istərdim .Bəri başdan minnətdaram .

  • @guneleliyeva7708
    @guneleliyeva7708 6 місяців тому +1

    Salam. Keçən il turla getmişdik. 2 gecə üç günlük. İndi belə turlar niyə yoxdur..?

    • @samir1788
      @samir1788 4 місяці тому

      Qiymət necə iydir?

  • @cavadmuradov4201
    @cavadmuradov4201 Рік тому

    Masajj xidmeti var

  • @sadaqataskarova3989
    @sadaqataskarova3989 11 місяців тому +2

    Salam.Məlumat verin zəhmət olmasa hansı müalicələr var və 10 günlük paket neçəyədir?

  • @cavadmuradov4201
    @cavadmuradov4201 Рік тому

    Burda masaj xidmeti var

  • @user-wp9mz9fs5d
    @user-wp9mz9fs5d 7 місяців тому

    Salam 2nəfərlık 7gunlıkneciyə başa gəlır

  • @cingizmehdiyev8017
    @cingizmehdiyev8017 Рік тому

    Рематизма дуз маличе едирсиз

  • @xbrvar9390
    @xbrvar9390 8 місяців тому

    Burda qoyulan yemək videolara aldanmayın. Hec kölgəs də yoxdur. Reklam rolikidir.....

  • @raminbabayev4384
    @raminbabayev4384 6 місяців тому

    Hamı deyir gedmişəm birdənə qiymət yazan yoxdu

    • @mobiltelov6697
      @mobiltelov6697 19 днів тому

      Məndə elə onu axtarıram, məlumat verən yoxdu

  • @naciyemuradova2836
    @naciyemuradova2836 2 місяці тому

    Coxxxz tuxta meynasiz yerdu camaati aldadirlae. Prosedurlar meynasiz. i isciler pul teleb edir. Her sey 0 . Getmeyine deyilmir. Pulunuza heyfiniz gelsinm

  • @Minaliyeva-ct6cl
    @Minaliyeva-ct6cl Рік тому +2

    Salam əlaqə nömrəniz

  • @user-bq9rr3un5m
    @user-bq9rr3un5m 7 місяців тому

    Salam endirim kamoanyası varmı və qiymətləri