Şahdağda adrenalin dolu yeni atraksion (əyləcsiz tam sürət) - Shahdag Mountain coaster without break

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2021
  • Şahdağ milli parkının ərazisində yerləşən Şahdağ turizm kompleksinin dağ xizəkçiliyi həvəskarları üçün Azərbaycanda ilk kurortdur.
    Şahdağ Azərbaycanın şimal-şərqində, Şahdağ milli parkının ərazisində eyni adlı dağın yaxınlığında yerləşir. Burada təmiz təravətli dağ havasından, öz əzəmətinə və müxtəlifliyinə görə təkrarolunmaz təbiətdən və parlaq bənzərsiz mədəniyyətdən zövq almaq mümkündür. Buranın iqlimi dağ xizəkçiliyi idmanına mümkün olacağı qədər xoş təsir göstərir. Qış vaxtı havanın tempraturu çox vaxt mənfi 20-22 dərəcə təşkil edir. Bu və bir çox digər səbəblərə görə məhz Şahdağ dağının ətəyində müasir, bütün Avropa tələblərinə cavab verən turizm kompleksi salınmışdır.
    Hal-hazırda Şahdağda aktiv istirahət etmək üçün lazım olan hər şey mövcuddur. Burada yüksək xidmət səviyyəsinə sahib olan bir neçə otel, rahat və təhlükəsiz qaldırıcı lift, xizəkçilik və snoubord avadanlığının icarəsi fəaliyyət göstərir. Eyni zamanda kurort ərazisində tibbi yardım məntəqəsi, dağ xizəkçilik məktəbi, geniş avtomobil dayanacağı və ən gənc dağ idmanı həvəskarları üçün xalça zolağı fəaliyyət göstərir. Kompleks qonaqları kanat yollarının müxtəlifliyi ilə sevindirməyə hazırdır. Burada həm buqel, həm karusel, həm də qondol kanat yolları vardır.
    Şahdağ həm yüksək hazırlıqlı, həm də hazırlıq səviyyəsi sıfır olan xizəkçilik idmanı həvəskarlarına uyğundur. Burada həm xizəkçiliyə yeni başlayanlar, həm də əsl peşəkarlar üçün xizək yolları mövcuddur. Hər bir xizək yolu süni qar generatorlarının köməyi ilə hazırlanır və bu da xizəkçilik mövsümünü daha da uzatmaq, xizək yollarını isə daha keyfiyyətli və sürüşmək üçün xoş etmək imkanı verir.
    Şahdağ Turizm Mərkəzində yeni açılan atraksionlardan biri də - kosterdir (tam adı "mountain coaster"). Ümumi uzunluğu 2750 metrdir. Zirvə otelindən Şahdağ otelinə qalxarkən düz və qısa yolla qalxır. Təxminən 10 dəqiqə ərzində qalxır. Enişdə isə nəzarətçilər dağ kosteri, təhlükəsizlik haqqında tam məlumat verir. Maksimal sürət saatda 42 km-dir. Tam sürətlə eniş edərkən məsafəni 2 dəqiqe 50 saniyəyə keçmək olur. Adrenalin yaşamaq üçün gözəl əyləncədir.
    ATAA və DTA-nin birgə təşkil etdiyi Şahdağa infoturundan yadda sizləri də məlumatlandırmaq üçün sizə kosteri tam sürəti ilə təcrübədən keçirib göstərirəm. Hər hansı sualınız olarsa comments bölməsinə yaza bilərsiniz.
    Xoş istirahətlər
    ***************
    A new attraction has been opened at the Shahdag Mountain Resort - a coaster (full name "mountain coaster"). The total distance is 2750 meters. On the way from Zirve Hotel to Shahdag Hotel, it takes a straight and short way. On the descent, the guides provide full information about the mountain coaster and security. The maximum speed is 42 km per hour. When descending at full speed, the distance can be finished in 2 minutes and 50 seconds. It is the perfect attraction for adrenaline lovers.
    Have a nice time.
    Şahdağ milli parkı
    Şahdağ turizm kompleksi
    Şahdağda yeni atraksion
    Şahdağ koster
    Şahdağ turu
    Həftəsonu tur
    Ailəvi istirahət mərkəzi
    Hara gedək?
    Əyləncə mərkəzi
    Digər videolarımı izləmək üçün:
    bit.ly/3n7p09M
    Tags:
    #shahdag #mountaincoaster

КОМЕНТАРІ • 199