Bakı şəhəri Qaradağ rayonu Bahar palçıq vulkanı | Bahar mud volcano, Baku, Azerbaijan
Вставка
- Опубліковано 9 січ 2021
- instagram: / turalmahmudovunfilmi
Bahar (Ələt) palçıq vulkanı -Xəzərətrafı düzənliyin dəniz sahili ilə qovuşduğu bir hissədə, Qobustan qəsəbəsindən 15 km cənub-şərqə, Daşgil antiklinal quruluşunun cənub-şərq qurtaracağında yerləşmiş, 28 m mütləq yüksəkliyə malikdir.
Bahar palçıq vulkanı mərkəzi hissədə məhsuldar qat, ətraf hissədə isə Ağcagil və Abşeron süxurlarından təşkil olunmuşdur. Bu palçıq vulkanı 1853, 1859, 1882, 1886, 1908, 1909, 1911, 1912, 1926 və 1967-ci ildə püskürmüşdür. Püskürmə zamanı səthə yayılmış brekçiyanın eni 70-80 m, tutduğu sahə 20 ha, brekçiyanın orta qalınlığı 3 m, ümumi həcmi isə 370 min m³ olmuşdur, ən iri dilinin uzunluğu 350 m-dir. Bu palçıq vulkanının kökü üst Təbaşir çöküntülərinə qədər çatır.
Bahar palçıq vulkanının yastan (krater) hissəsi əsasən hamar, şimal-şərq kənarı isə kələ kötürdür. Brekçiya valları demək olar ki, yox dərəcəsindədir. Nisbi yüksəkliyi 5-8 m-ə çatan ayrı-ayrı kiçik vallar bir neçə metr məsafədən artıq uzanır. Son 1967-ci il püskürməsindən ayrılmış brekçiya axını vulkan səthini hamarlanmışdır. Kiçik çatlar axın səthində kələ kötürlük yaranmışdır. 15-20 m yüksəkliyində "palçıq şəlaləsi" yerləşir. Bahar palçıq vulkanının landşaftında özünə məxsus müxtəliflik vardır. Son 1967-68-ci il püskürmələrindən ayrılmış təzə brekçiya örtüyü əsasən onun krater hissəsinin və eləcə də cənub-qərb yamacını əhatə edir. Brekçiya açıq göy rəngə çalan süxurlardan (gil, qumdaşı, qum və s.) ibarətdir, səthi kələ kötürdür.
Palçıq vulkanının təzə brekçiyası hələlik aşınmaya məruz qalmamışdır.Bitki örtüyündən tam məhrumdur. Bu axınlardan şimalda olan sahədə, brekçiya üzərində çox seyrək kəngiz kolluqlarına rast gəlinir. Çox ehtimal ki, bu brekçiya 1926-cı ildə vulkanın püskürdüyü məhsuldur. mənbə: wikipedia
Maraqlıdır 🤠👍
Çox sağ olun 😊🙏
Uğur olsun ✊🏻
Əladır ❤️
Çox sağ olun 😊🙏
Qəşəy
Çox sağ olun 🙏
Ela!
Çox sağ oı Ahliman😊
🤙🤙🤙🤙mohtesem
Çox sağ ol Vüsalə 😊🙏
Salam Əla super çəkiliş etmisiniz Tural bəy uğurlar əllərinizə sağlıq çox vəyəndim
Çox sağ olun 🙏😊
👍
🙏
Superr
🙏😊
İnşallah Qarabağımıza da aid bir sənədli film çəkərsiniz. Təşəkkürlər Tural bəy, Azərbaycanımızı təbliğ etdiyiniz üçün. Bu çox böyük iş və zəhmətdir. Gəkəcəkdə uğurlar diləyirəm. Sizə abunə oldum.
Çox sağ olun, minnətdaram 😊🙏🇦🇿
Ələt qəsəbəsi şıxlar masivvində yerləşır. Bahar Palçıq vulkanı
👍
Bura nece getmek olur? qoruqdur ya aciq mekandir?
Qoruq ərazisi deyil, Ələt qəsəbəsi yaxınlığında dəniz kənarında yerləşir, yayda xeyli adam gedir
Bura bes hunday gedir?
Hazırda yolu necədir bilmirəm, 2 il əvvəl yolu yaxşı deyildi, ancaq 4x4
Əla.siz tur təşkil edirsiz?
Çox sağ olun, hələki etmirəm 😊🙏
@@turalmahmudovunfilmi teşgil edende paylaşarsiz.1 zəhmət
İmstagram səhifəmdə paylaşacam mütləq 🙏😊
bu mekana girish odenisledir ya bele daxil olmaq olur?
Ödənişsizdir, yolu bilirsizsə gedə bilərsiz
@@turalmahmudovunfilmi texmini hansi terefe dusur? lokasiya var sizde?
Maps da Bahar palçıq vulkanı axtarış edin rahat tapılır, Qobustandan Ələtə gedəndə, Azpetrolu keçib geri qayıdanda sağa yol var, ordan gedilir
@@turalmahmudovunfilmi cox sag ol qardas))
Buyurun dəyməz🙏🤗