Beyinə gedən Şah Damarda TROMB yaradan 10 SƏBƏB - DİQQƏT!

Поділитися
Вставка
  • Опубліковано 18 вер 2024
  • #BirBax #təzyiq #damar #ürək
    Şah damar - beyinə qan daşıyan ən vacib damarımız. Son illər bu damarın tutulması insanlar arasında insult, infarkt, iflic kimi halları artırıb. İnsanlara sual versək, “Yataq xəstəsi olmağı seçərsən, yoxsa ölümü?” hamı birnəfəsə “Ölümü!” deyər. Bəli, şah damarındakı tıxanıqlıq məhz buna görə insanları qorxudur. Çünki sonunda yataq xəstəsi olmaq var. Gəlin öyrənək görək, bu şah damarı niyə tıxanır? Bu durum son günlərdə niyə çoxalıb? Və prosesin önünə keçmək üçün nə edə bilərik? Videomuzu hər biriniz mütləq sona kimi izləyin və yaxınlarınıza göndərin.
    #xolestrol #infarkt #tromb #laxtalanma #urek
    Şah damarımız, təxminən, 7-8 mm genişliyindədir. Beyinin bütün ön və orta sistemindəki qan dövranı bu damarlar vasitəsilə təmin edilir. Şah damarın tıxanıqlığı son zamanlarda tibbin geniş şəkildə araşdırdığı mövzudur. Ümumi yuxu arteriyasının tıxanıqlığının əsas səbəbləri ürək-damar sistemi tıxanıqlığının səbəbləri ilə, demək olar ki, eynidir. Əvvəlcə, şah damarı tıxanıqlığının əlamətləri ilə tanış olaq.
    İnsanların əksəriyyəti elə güman edir ki, şah damarı tıxanıqlığının əsas simptomu insult, infarkt, yaxud iflicdir. Lakin bilməlisiniz ki, şah damar tıxanıqlığı, adətən, özünü biruzə vermir. Şah damarda yumşaq lövhələr yığılanda laxtalar əmələ gəlir. Bu laxtalar beyinə doğru yol alır. Laxtanın beyində yerləşdiyi bölgəyə görə, qollarımız tutulur, ayaqlarımız yerimir, danışığımız itir, şüurumuz pozulur, yaxud həyatla vidalaşırıq. Burada incə bir məqamdan danışmaq istəyirəm. Kiməsə sual verəndə ki, “Yataq xəstəsi olmağı seçərsən, yoxsa ölümü?” hamı birnəfəsə “Ölümü!” deyir. Bəli, şah damarındakı tıxanıqlıq məhz buna görə insanları qorxudur-ucunda yataq xəstəsi olmaq var.
    Şah damar tıxanıqlığı səbəbiylə baş verən insult 2 növdür:
    -İşemik insult. Bu halda orqanizm öz laxtalanma əleyhinə mexanizmləri ilə laxtanı 24 saat ərzində yox edir, insan həyatı normala dönür;
    -İfliclə nəticələnən insult. Bu zaman orqanizmin hansısa bir nahiyəsi tamamilə hərəkətdən dayanır, yaxud nitq qabiliyyəti itir;
    Bəli, insult təhlükəlidir və onun ən əsas səbəblərindən biri şah damar tıxanıqlığıdır. Bəzən həkimlər şah damar tıxanıqlığı haqqında danışarkən “ilkin əlamətlər siyahısı” açıqlaya bilmirlər. Çünki proses olduqca gizli və qəfil baş verdiyindən, insult, infarkt və ya iflic nəticədən çox, simptom sayılır. Yeganə çıxış yolu həkim məsləhətiylə müəyyən edilmiş zamanlarda şah damarın ultrasəs müayinəsidir. USM ümumi yuxu arteriyasının vəziyyətini olduqca aydın şəkildə göstərir. Əgər USM vasitəsilə əldə edilən nəticələrdə kiçik şübhələr və ya tərəddüdlər varsa, damardakı tıxanıqlığın dərəcəsini dəqiqləşdirmək üçün tomoqrafiyaya və ya angioqrafiyaya da üz tutmaq mümkündür.
    İndi isə keçək, şah damarın tıxanıqlığının səbəblərinə:
    Yüksək qan təzyiqi. “Təzyiqim olsa da, idarə eləyirəm də…” kimi cümlələr quranlar, əlinizdəki işi-gücü dayandırın, videonu diqqətlə izləyin. İnsanın təzyiqlə yaşamağa alışması həkimlər üçün faciəvi vəziyyətdir. Çünki yüksək təzyiq işemik insulta aparıb çıxarır. Yəni təzyiq qalxan kimi mövcud laxta özünü beyinə yetirir, orada tıxanıb qalır, hansısa orqanımız iflic olur. Xüsusilə, 40 yaşdan yuxarı insanlarda yüksək təzyiq problemi varsa, təzyiqi dərmanla nəzarətdə saxlamağa çalışmalıdır;
    Siqaret asılılığı. Mütəxəssislər bu fikirdədirlər ki, infarktın gənclər arasında yayılmasının ilkin səbəblərindən biri məhz siqaretdir. Bu nəticəni onlar müşahidələrindən əldə ediblər. Statistikaya əsasən, şah damar tıxanıqlığı aşkar edilən gənclərin yarıdan çoxu siqaret çəkmək vərdişinə sahibdir. Siqaret vasitəsilə orqanizmə daxil olan sərbəst oksigen radikalları damarın daxili səthindəki endotel hüceyrələrə ciddi şəkildə zərər vurur. Bu da şah damar tıxanıqlığı ilə nəticələnir. Burada bir məqama toxunum: adətən, bərkimiş lövhələr laxta yaratmır. Yumşaq lövhələr laxtaya səbəb olur. Siqaret çəkənlərin əksəriyyətində damarda əmələ gələn lövhələr yumşaq olduğundan, beyinə laxta getməsi riski daha yüksəkdir;
    Şəkər xəstəliyi. Son zamanlarda yaşından asılı olmayaraq, şəkər xəstələrinin sayı günbəgün artmaqdadır. Və bu xəstəlik şah damar tıxanıqlığının səbəbləri sırasına daxildir. Əgər diabet xəstəliyi hələ insulin qəbul ediləcək qədər irəliləməyibsə, demək, xəstəlik nəzarətdə saxlanıla bilər. Klinikada tətbiq edilən bəzi prosedurlarla dərmansız yaşaya bilən şəkər xəstələri də var. Buna görə də, son günlərdə mütəxəssislər xəstəyə resept yazıb evə göndərməkdənsə, onun həyat tərzini dəyişdirməyi seçmək cəhdindədirlər. Erkən mərhələdə olan diabet xəstəliyi qorxulu və ölümcül deyil, amma həyatınızı başdan-ayağa dəyişmək üçün səbəbdir. Rasion nizamlanmalı, yuxu rejimi normaya salınmalı, aktiv həyat tərzi seçilməlidir. Bunlardan sonra qan dövranı, ümumiyyətlə, qan-damar sistemi daha düzgün işləyir. Yəni şah damarın tıxanıqlığından qorxmaq üçün səbəb qalmır.

КОМЕНТАРІ • 83

  • @mahiragayev6449
    @mahiragayev6449 12 днів тому +20

    Faydalı məlumatlarınıza görə təşəkkürlər.Çox sağ olun.

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому +4

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @feriderehimova7355
    @feriderehimova7355 11 днів тому +10

    Cox sagolun her zaman faydali meslehetler verisiniz

  • @errorexe1313
    @errorexe1313 9 днів тому +6

    Аллах разы олсн информация горе👍👍👍

  • @zulfiyyekerimova4332
    @zulfiyyekerimova4332 8 днів тому +2

    cox sag oluun gözel xanim tesekkurler ❤

  • @talehosmanov6411
    @talehosmanov6411 11 днів тому +2

    ÇOX SAĞ OLSUN Kİ, İNSANLARI MARİFLƏNDİRİRSİNİZ. VAR OLASINIZ👌

  • @yasemennagiyeva
    @yasemennagiyeva 9 днів тому +3

    Teşekkūrler deyerli melumatlarina gōre indi k zamanlarda xesteliyin çox oldu bir vaxta Bele faydalı melumatlar bize çox vacibdir sağolun 💮

  • @etibaraslanov6972
    @etibaraslanov6972 11 днів тому +7

    Doğru dediniz. Siqaret insanların şah damarını kəsir! Siqaret şirkətlərinin sahibləri isə dünyadakı pul ehtiyatlarının kökünü kəsir!

  • @SeyyareMemmedova-j2k
    @SeyyareMemmedova-j2k 3 дні тому

    Təşəkkürlər

  • @SahirYusifov
    @SahirYusifov 18 годин тому

    Var. Olun. ❤️. Maarifləndirici. məlumatlara. görə. Sağ. Olun.

    • @birbaxkanal
      @birbaxkanal  24 хвилини тому

      Fikirləriniz bizim üçün çox dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @bextiyarabdullayev1511
    @bextiyarabdullayev1511 11 днів тому +3

    Təşəkkür edirəm gözəl məsləhətinizə görə.

    • @birbaxkanal
      @birbaxkanal  9 днів тому

      Fikirləriniz bizim üçün çox dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @aygunabilova7097
    @aygunabilova7097 12 днів тому +2

    Çox sagolun hər dəfə sizi izləyirəm 🙏🏻

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @aygunhsnova8429
    @aygunhsnova8429 12 днів тому +3

    videomaterial üçün təşəkkür edirik
    davamı gəlsin 🙏

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 12 днів тому +7

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      Siz sağ olun, Əzizə xanım

  • @asifesgerov3284
    @asifesgerov3284 12 днів тому +6

    Cox sag olun.

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 12 днів тому +1

    Allah razı olsun sizden amin yaxşı ki varsınız bizleri faydalı meslehetlernızle melumatlandırırsın tşkler 🙏🏼🙏🏼❤️❤️❤️💋💋🤲🏻🤲🏻

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @etibarmehbaliyev6882
    @etibarmehbaliyev6882 11 днів тому +1

    Çox sağolun

    • @birbaxkanal
      @birbaxkanal  9 днів тому

      Fikirləriniz bizim üçün çox dəyərlidir. Bütün videolarda şərhlərinizi gözləyirik.

  • @DilbaziIsmailova-bm2ew
    @DilbaziIsmailova-bm2ew 12 днів тому +1

    Çox sağ ol gözəl qızım məlumatlara görə sizin dediklərinizin çoxuna əməl edirəm və faydasını da görürəm

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @mehmetyol3731
    @mehmetyol3731 2 дні тому

    Teşekkürler

    • @birbaxkanal
      @birbaxkanal  16 хвилин тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @IlqarQurbanov-jc1hw
    @IlqarQurbanov-jc1hw 2 дні тому

    Wah damar nece yoxlanir

  • @RamilBayramov-uh8ll
    @RamilBayramov-uh8ll 7 днів тому +1

    Siqaret insanın beyinin və qanın sonrada ağ ciyərin 😢 en çətin silahından biridir və mənim beynimdə bu şax damarın tutulması var həkim

  • @HicamaBaku
    @HicamaBaku 12 днів тому +7

    Ən gözəl və təhlükəsiz müalicə hicama və hiruda terapiya təbii yolnan dərmansız preparatsız

  • @nazimrzayeva8382
    @nazimrzayeva8382 12 днів тому +2

    🙏🏻🎉👍🏻

  • @ФираЛюбовь
    @ФираЛюбовь 12 днів тому +2

    Wah damara hansi hekim baxir

  • @AzercellFirst-bq6ji
    @AzercellFirst-bq6ji 6 днів тому

    ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊

    • @birbaxkanal
      @birbaxkanal  6 днів тому

      Çox gözəl sözlərdir. Çox sağ olun❤

  • @turalzizli838
    @turalzizli838 12 днів тому +1

    🙏🙏🙏

  • @gultekinisgenderova9589
    @gultekinisgenderova9589 8 днів тому

    Чооох саг олун ❤

  • @rvanhuseynzad8282
    @rvanhuseynzad8282 4 дні тому

    Eynən həmən proses məndə başlayıb.arada başımın sax tərəf.yəni beyin hissəmnən cuzi axrı hiss edirəm.Sax qolumdada axrı başlayıb.birdən elə olurduki Telefonu belə sax əlimnən götürə bilmirdim.indidə qolumda axrı gedir.Bunun ücün mən neynəməliyəm.Mənə bir Məsləhət Verərdiz.Əvvəlcədən Təşəkkür edirəm.

  • @user-hh4te5ju3w
    @user-hh4te5ju3w 9 днів тому

    Neçə vaxtdı sarıdan ölürəm.məlumata görə coxsaqolun.

  • @VeliyeddinQuliyev-b9k
    @VeliyeddinQuliyev-b9k 12 днів тому +1

    Sizin proqrama təşşəgür düşür cügü insanlar vrlilən tövsüyələrdən xeyli məlumatlar alır. Həmişə sizdən yeniliglər gözləyirig.

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      İzlədiyiniz və xöş sözlər yazdığınız üçün mən təşəkkür edirəm

  • @Alexpoatanpereıra-52
    @Alexpoatanpereıra-52 12 днів тому +4

    566 bakış 77 beyeni vefasız insanlar

  • @user-pd9rx6yo4w
    @user-pd9rx6yo4w 8 днів тому +3

    Bilirsiz niyə heç bir xəstə sağalmır? Çünki savadlı həkim yoxdur bu ölkədə. Sizdə günah görmürəm Xəyalə xanım, siz belə savadsız həkimlərdən aldığınız yalnış məlumatları paylaşırsız.Trombun bir səbəbi var və deyirəm. Boyun osteoxondrozu yaranır əvvəl insanda və buna görə təzyiq qalxır.Təzyiqli xəstələr yağlı yeməklərdən qaçmağa başlıyır.Yağ yemədiyinə görə öd qatılaşır. Qaraciyər yağlanması baş verir.Əslində qaraciyərdə yığılan yağ deyil,xolesterindir.Xolesterin isə yunan sözü olub və "qatılaşmış öd deməkdir tərcüməsi.Həmin qatılaşmış öd damarlara daxil olur ,endotelin içərisinə girir və orada aşağı sıxlığlı lipoproteidləri yeyərək şişirlər və iç divar şişərək tromb yaradır.Yəqinki məndən xoşu gəlməyən çox olacaq bu dediylərimə görə . Ancaq əsl həqiqət budur.Sağlam olun.

  • @SemaBagirova-g4f
    @SemaBagirova-g4f 12 днів тому

    Eynen Ben 😢😢😢😢

  • @FirengizHsnova-qe2yf
    @FirengizHsnova-qe2yf 10 днів тому

    salam başkadkı kistalardan bağlı məlumatlardan verin də çünki məndə varr 5mm dı boyun arxa buynuz keçəcəyindədi

  • @Arabika092
    @Arabika092 3 дні тому

    DOĞ GƏLSİN BEZDİRDİN

  • @RsadVliyev-ys5sd
    @RsadVliyev-ys5sd 8 днів тому

    Bu şax damari harda yoxladmaq olar deqiq duzgun

  • @telmanwabanov9792
    @telmanwabanov9792 12 днів тому +1

    Her bir kesden uzaq men insult kecirmiwem😭😭

  • @ilqaraslanov7190
    @ilqaraslanov7190 12 днів тому +1

    Bəs beyinə gedən damarlardaki tromblari, qalinlaşmaği nə ilə əridib aradan aparmaq olar? Cavab:Zəli terapiya ilə!

  • @CavanşirCavanşir-y4l
    @CavanşirCavanşir-y4l 2 дні тому

    Ancaq idman

  • @kammago8950
    @kammago8950 12 днів тому

    Menim Gayinatam 73 yaşinda burdan getdi tezyigle zarafat edirdi 180 normal deyirdi ama ölene kimi seherler gaçişa cixirdi ani moment ve oturduğu yerde galdi hekime de heç vaxt getmeyib

    • @birbaxkanal
      @birbaxkanal  12 днів тому

      Allah şəfa versin.

    • @Rasif-f1i
      @Rasif-f1i 7 днів тому

      Şəfa yox,,rəhmət diləyin.
      Adam dünyasın dəyişib deyir.​@@birbaxkanal

  • @farizoguz
    @farizoguz 10 днів тому

    Siqaret insanın 1 nömrəli düşmənidir ....

  • @resmiyecebrayilova2019
    @resmiyecebrayilova2019 10 днів тому

    Şah damarın uzi də göstərən yer varmı

  • @Ааааааааа-г6о
    @Ааааааааа-г6о 10 днів тому

    Rus dilinde sax damara ne deyirler?

  • @cabarcabar7601
    @cabarcabar7601 10 днів тому +2

    Yuxuya ziyan edir həkim dedikləriniz

  • @tahirerzayeva2309
    @tahirerzayeva2309 8 днів тому

    Dəyərli məlumat uçun çox sagolun💐

  • @Ali.mamed009
    @Ali.mamed009 12 днів тому

    Ne etmek lazim

  • @benediktspinoza8395
    @benediktspinoza8395 11 днів тому

    Bu plaqiatdırrrr😂