Це відео не доступне.
Перепрошуємо.

İlham Əliyev Gəncəyə səfər edib

Поділитися
Вставка
  • Опубліковано 8 кві 2024
  • İlham Əliyev Gəncəyə səfər edib
    Prezident İlham Əliyev Gəncə şəhərində səfərdə olub.
    Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
    Prezident Gəncədə Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, Qərb bölgəsində ilk dəfə Gəncəndə salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılıb. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir.
    Unikallığı ilə seçiləcək kompleksdə insanların rahatlığı və asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da planlaşdırılıb.
    Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında da iştirak edib. Dövlət başçısının müvafiq sərəncamına əsasən, inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb.
    Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb.
    Daha sonra Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoyub. Bildirilib ki, 1964-cü ildə istismara verilən stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
    Prezidentin müvafiq sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün ilkin olaraq bir milyon manat ayrılıb.
    Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb. Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq.
    Bizi WhatsApp-da izləyin whatsapp.com/channel/0029VaAm...
    t.me/bakutvxeber
    / baku.tv
    / bakutvofficial
    www.baku.tv
    ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
    QAPQARA ➧ • QAPQARA
    AYDIN TARİX ➧ • AYDIN TARİX
    ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
    O VAXTLAR ➧ • O VAXTLAR
    SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
    BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
    BAKU MED ➧ • BAKU MED
    RƏSMİLƏR ➧ • RƏSMİLƏR
    BAKU AKTUAL ➧ • BAKU AKTUAL
    RETRO BAKU ➧ • RETRO BAKU
    ARAŞDIRMA ➧ • ARAŞDIRMA
    44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
    QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
    QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
    İlham Əliyev Gəncəyə səfər edib
    2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
    #bakutv #prezident #ilhaməliyev #gəncə #səfər #prezidentsəfəri #gəncəyəsəfər #bakutvxeber #bakutvxəbərlər #bakutvxəbər #bakutvxeberler #bakutvsonxeberler

КОМЕНТАРІ • 14

  • @rafiq406
    @rafiq406 4 місяці тому +2

    Gencenin yollarina baxsin.gorsun gedim seherin yollari ne acinacaxli veziyetdedi.100 metr masin surmek olmur.onu hansi yolnan apariflar ki o gormuyuf seherin yollarini

    • @user-nv1wp2mg7u
      @user-nv1wp2mg7u 4 місяці тому

      İki ildi işsizəm, 32 yaşım var, ailə qura bilmirəm kasıbçılığın üzündən, 1 milyon stadiona qoymaq vacibdi, biz insanlar isə onlar üçün heçnəyik

  • @user-io5qw3my8b
    @user-io5qw3my8b 4 місяці тому

    Belə anladım ki, Gəncədə vəziyyət süperdir 😂😂😂

  • @rovshansuleyman
    @rovshansuleyman 4 місяці тому +1

    Park aclisi inkisafdi 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @rovshansuleyman
    @rovshansuleyman 4 місяці тому +2

    Hansi yola gelib yollar ne gunde ne inkisaf hansi inkisaf danisirsiz besdiyin sabun olduz jurnalist olun esl jurnalist

  • @user-nv1wp2mg7u
    @user-nv1wp2mg7u 4 місяці тому

    32 yaşım var, iki ildi işsizəm, pulum yoxdur deyə ailə qura bilmirəm, prezidentə dəfələrlə məktub yazmışam, bir cavab yoxdur, bir köməklik yoxdur, sonra deyir nə probleminiz var yazın mənə

  • @hdhddmfk658
    @hdhddmfk658 4 місяці тому +1

    Halal olsun 🇦🇿🇦🇿🇦🇿

  • @rovshansuleyman
    @rovshansuleyman 4 місяці тому +2

    GENCE NEYI INKISAF EDIB EHALI YARSI BAKIDADI BIR ZAMAN PAYTAXT OLUB ORA SIZ AZTV OLDUZ GETDIZ

  • @yawaryusifov5016
    @yawaryusifov5016 4 місяці тому

    Bizim prezident dünyanın ən ideal prezidentdir!

  • @fsanmustafayeva4882
    @fsanmustafayeva4882 4 місяці тому +1

    Cənab prezidentin hər gəlişi Gəncə üçün yenilik və gözəllik getirir.Var olun Allah Sizi qorusun Amin🤲🏻

  • @user-hg1fm6dj9e
    @user-hg1fm6dj9e 4 місяці тому +2

    Халал олсун президентимиза!!!

  • @user1_6-3
    @user1_6-3 4 місяці тому +3

    Sənində axırına az qalıb. Qəddafinin aqibəti səni də gözləyir.