Sevirsən - 2024 ( Furqani - Baku AI Music )

Поділитися
Вставка
  • Опубліковано 7 вер 2024
  • Söz: Furqani
    Mus: Baku Ai Music
    Bəzən ürək dediyini dil demir,
    Eşq önündə neynər olsa qəlb dəmir?
    Bir gün nədir, beş gün nədir?
    Sorağına çıxırsansa, sevirsən!
    Bu sevdanın darıxmağı olmaya,
    Gah mum olur insan, gah da sal qaya,
    Gah kükrəyib, gah da dönüb lal çaya,
    Ona doğru axırsansa, sevirsən!
    Üzün görsən gülər üzün o anda,
    Gözlərində gözəlləşər cahan da.
    Uzaqda da, yaxında da olanda,
    Onunçun darıxırsansa, sevirsən!
    Həsrət elə ağrıdır ki canında,
    Qəbr əzabı bayram olar yanında...
    Onu ömrün hər fəslində, anında,
    İtirməkdən qorxursansa, sevirsən
    Gözlərini zilləyərək rəsminə,
    Saatlarla baxırsansa, sevirsən!
    Xəyalıyla neçə-neçə arzular,
    Qurursansa, yıxırsansa, sevirsən!
    © Bütün müəllif hüquqları " AI MUSIC MEDIA GROUP " tərəfindən qorunur!
    Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir.
    Google Partner ©
    #baku #bakuai #bakuaimusic #sevir #sevgi #sevirsen #furqani #trending #trend

КОМЕНТАРІ • 4