DSX-nin Xüsusi Məktəbində “Son zəng” tədbiri keçirilib

Поділитися
Вставка
  • Опубліковано 14 чер 2024
  • İyun ayının 14-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində 2023-2024-cü tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib.
    Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
    Tədbirdə Xüsusi Məktəbin pedaqoji heyəti, kursantlar və valideynlər iştirak ediblər.
    Çıxış edənlər Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətəninə, xalqına və Ali Baş Komandanına sadiq, bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin ali hərbi təhsil üçün hazırlanmasında Xüsusi Məktəbin böyük rolu olduğunu bildiriblər.
    13 il əvvəl Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyətə başlayan məktəbin qısa müddət ərzində ölkəmizdə böyük nüfuz qazandığı, tədris müəssisəsinin açılış mərasimində, eləcə də 2018-ci ildə ikinci korpusun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirak etməsinin ölkə rəhbərliyinin sərhəd mühafizəsi məsələlərinə ali diqqət və qayğısının təzahürü olduğu vurğulanıb.
    Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırıldıqdan sonra 2024-cü ildə Xüsusi Məktəbi bitirən kursantlara döş nişanları təqdim olunub və məzunların xatirəsini əks etdirən adlı siyahı “Məzun simvolu” olan nar ağacına sancılıb.
    Tədbirin sonunda 5-ci və 11-ci sinif kursantların iştirakı ilə məzunların buraxılışına həsr olunan çinar ağacı əkilib.
  • Спорт

КОМЕНТАРІ • 32

  • @zorrozorro8473
    @zorrozorro8473 Місяць тому +6

    Gələcəyin generalları, polkovnikləri. Mən fəxr edirəm ki, Azərbaycanlıyam və mən fəxr edirəm ki, sərhədçiyəm.

  • @LaleEliyeva-wg5jm
    @LaleEliyeva-wg5jm Місяць тому +2

    İnsallah menimde övladlarima qismet olar. Yolun açiq olsun əziz Sərhədçilərimiz

  • @nigarsafarova4297
    @nigarsafarova4297 Місяць тому +6

    Gösdərdiyiniz qayğı, diqqətə görə məktəb rəhbərliyinə xüsusi təşəkkürümüzü bildiririk. Başda Nəzrin müəllimə olmaq övladıma dərs keçən hər bir müəllimə təşəkkür minnətdarlığımızı bildiririk.

    • @jasijasminka4409
      @jasijasminka4409 Місяць тому

      Salam.Menim oglumun 10yasi mayin 28i tamam oldu.Biz imtahan vere bilmedik yaşi 10olmamişdi deye.Indi onun shansi varmi?5ci sinifde imtahan versin siz bilersiz

  • @afetmusayeva405
    @afetmusayeva405 Місяць тому +3

    Allah yollarını açıq,aydın eləsin.Amin❤❤❤

  • @SudenazZayagil
    @SudenazZayagil Місяць тому +2

    İnsallah bizim balalara da qismet olar bu il kursant adi almaq🙏🤗

  • @AydeGozelova
    @AydeGozelova Місяць тому +4

    İnşallah mende girelem 6 sinifde amin hami amin yazsın❤

  • @aidhuseynova6306
    @aidhuseynova6306 Місяць тому +1

    1:05 ana qurban olsun sene oglum son bir ilimiz qaldi artıq məzunsan❤

  • @hicranmahmudova2000
    @hicranmahmudova2000 Місяць тому

    Allah dünyamızı salamat eləsin.Ugurlariniz bol olsun əziz kursantlarimiz

  • @Nuran-rt4fs
    @Nuran-rt4fs Місяць тому

    Allah qorusun sizləri amin

  • @UlyaXudaverdiyeva
    @UlyaXudaverdiyeva Місяць тому

    Uca Tanrı qorusun hər birinizi 🙏🙏🙏

  • @user-nz8jf8uj6f
    @user-nz8jf8uj6f Місяць тому

    Menim oqlum da burdadi Allah qorusun igidlerimizi Amin

  • @Yaqub022
    @Yaqub022 Місяць тому

    🎉

  • @ilkinmemmedov5058
    @ilkinmemmedov5058 Місяць тому

    Allah qorusun sizleri

  • @user-qt6yg7bv4d
    @user-qt6yg7bv4d Місяць тому

    Mənim oğlum 3 qrupdu 350 bal yığıb yendə dövlət sərhəd xidməti ni istəyir inşallah vakansiya verilər

  • @zaminheziyev7600
    @zaminheziyev7600 Місяць тому

    Yolunuz açıq olsun əziz sərhədçilər

  • @user-jm7id7ov7g
    @user-jm7id7ov7g Місяць тому

    Menimde oglum bu il kece bilmedi..az bal yigdi...inwallah 11 ci sinifde birde imtahan vererik

  • @oyuncilqini613
    @oyuncilqini613 Місяць тому +2

    Oğlumun ən böyük arzusu idi sənədlərini verib göz yoxlanışından kəsildi gözləri əməliyat olsa ayın sonu yenidən yoxlanış oluna bilər

    • @oyuncilqini613
      @oyuncilqini613 Місяць тому +1

      Xaiş edirik köməklik edin 3cü günü uşaq gözündən əməliyat olunacaq sonra yenidən yoxlanış edə bilərlər

    • @gunelhuseynova2207
      @gunelhuseynova2207 Місяць тому

      ❤❤❤

    • @mehdimemmedzade6646
      @mehdimemmedzade6646 Місяць тому

      İdarəyə müraciət edin və ya xüsusi məktəbə ​@@oyuncilqini613

    • @user-rc8ul4xx1u
      @user-rc8ul4xx1u Місяць тому

      ​@@oyuncilqini613salam siz dsx gənclikdəki qospitalına yaxınlaşıb ordan məlumat alın

    • @user-rc8ul4xx1u
      @user-rc8ul4xx1u Місяць тому

      ​@@oyuncilqini613siz uşaq necənci sinifdi?

  • @bayramvliyev4709
    @bayramvliyev4709 Місяць тому +1

    Bu günün kursantı Sabahın Zabitidir İnşallah

  • @prvazqasmzad8324
    @prvazqasmzad8324 Місяць тому +3

    Əlvida XM

    • @hicranmahmudova2000
      @hicranmahmudova2000 Місяць тому +1

      Yolunuz açıq olsun dəyərli kursantlarının🇦🇿🇦🇿🇦🇿🧿🧿

    • @prvazqasmzad8324
      @prvazqasmzad8324 Місяць тому

      @@hicranmahmudova2000 çox sağolun təşəkkürlər

  • @psixologiyapsixologiya8625
    @psixologiyapsixologiya8625 Місяць тому

    DSXdə qadınların işə qəbulu aparılır?

  • @UlyaXudaverdiyeva
    @UlyaXudaverdiyeva Місяць тому

    Uca Tanrı qorusun hər birinizi. 🙏🙏🙏